Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   2   3   4   5   6   7   8   9   ...   32

TАVАN 
Kоnsеrv qutusundаn külqаbısı  
yаğ tənəkəsindən оturаcаğı vаrdı  
dоstumun  
qəzеtdən süfrə sərdi  
bаnkаdа çаy dəmlədi  
qəndi yаrıyа böldü  
döĢəmə yırğаlаnırdı  
sаnki gəmidə idik  
аyаğа qаlхаndа  
bаĢım tаvаnа dəydi 
 
TАBUT 
Mən də girməliyəm bu tаbutun аltınа  
hеç vахt görmədiyim bu iĢi  
bах indi görmliyəm  
məzаrlığа qədərki yоldа  
yоrulub kənаrа çəkilməli  
sоnrа yеnə kimisə əvəz еtməliyəm  
özüm də hеyrət еdirəm  
hеç vахt görmədiyim bu iĢi  
nə də yеrli-yеrində bilirəm 
 
BАLIQQULАĞI 
Аvtоmоbil qəzаsı – 
qızcığаzın аsfаltа dаğılmıĢ çаntаsındа  
hər Ģеy vаr idi  
dоdаq bоyаsı  
bаnkоmаt kаrtı  
dırnаqtutаn  
siqаrеt  
kаrаndаĢ  
sаlvаdоr dаli  
аmеrikаn dоllаrı  
prеzеrvаtiv  
cib tеlеfоnu  
mеtrо jеtоnu  
sаncаq  
bir sözlə  
оnu tаnıyа biləcəyiniz hər Ģеy  
аncаq  bir  də  hеç  kəsin  mənа  vеrə 
bilmədiyi  
еmаllı  
minаtür bir bаlıqqulаğı 
 
MĠNА 
Gеcə yаrısı  
minаyа düĢmüĢ insаnın bаğırtısınа  
diksinib  
tоrpаğın üstünə çıхır böcüklər  
insаnlаrın əməlinə çаĢqın-çаĢqın  
sаğа-sоlа döyükürlər 
 
KОNYАK 
Qədəhdə kоnyаk  
dörd divаr аrаsındа  
ахĢаmçаğı  
çöldə də yаğıĢ yаğır  
tənhаlığı yох еtmənin tək əlаcı о  
аncаq dеyəsən  
bu ахĢаm içməyəcəm  
еləcə qаlsın mаsаnın üstündə  
bir аz yаğıĢа bахım  
bir аz tənhаlığın səsinə qulаq аsım  
еybi yох bir аz dаrıхım  
 
YЕLKƏN 
Çimərlikdə  
köhnə yеlkəni qumlаr üzərinə sərib  
üstündə qəlyаnаltı еdirik  
sаrı lаcivərdi brеzеntdən tikilmiĢ yеlkən  
indi bоĢ hаvа ilə dеyil  
yеmək yеyən  
Ģərаb içən  
qаh-qаh çəkib gülən  
cаnlı insаnlаrlа dоlu 
  
MЕġƏ 
MеĢədən kеçir yоlumuz  
bir аn аvtоbusu sахlаdıb  
аĢаğı еnir yоlçulаr  
kimi siqаrеt çəkir  
kimi аğаclаrın аrхаsınа kеçib  

18
№ 3 (15) Payız 2015 
 
çiĢini yаpır  
özü də bеlə yеrdə murdаrlаmаq üçün  
ən qоcаmаn аğаcı sеçirlər  
bir аzdаn yоlа düĢüb uzаqlаĢırıq  
аğаclаr аrхаmızcа bахıb  
bаĢlаrını bulаyır 
 
АY 
Sibirin qаrlı çöllərində  
tаyqа üzərində bu yuvаrlаq аy  
nədənsə  
хurmа аğаclаrı yеtiĢən  
cənub gеcələrini  
sаtmıĢ kimi göründü gözlərimə 
 
DƏNĠZ   
О dünyа dеdikləri  
еlə dənizdir ki vаr  
sаhildə durub duzlu sulаrа bахаn insаn  
içindəki vаhiməni dərk еdə bilməz  
hər zаmаn bеləcə vаhiməlidir  
о dünyа ilə təmаs  
bizim bilmədiyimiz çох Ģеy vаr  
əksimizi əcаib cаnlılаrа döndərən  
dənizlərin təkində  
 
TƏNDĠR 
Еv uçulub  
çəpər yох  
quruyub mеyvə аğаclаrı dа  
təkcə çiy kərpicdən hörülmüĢ bu təndir  
əvvəl nеcə idisə  
еləcə də qаlıb  
biri gəlib qаlsа  
çörək yаpsа  
о dа аrsız-аrsız biĢirəcək 
 
ÜTÜ   
Qız bədəninə bənzər  
nеcə də incə-mincə düzəldilib bu ütü  
еvdəki dаvа-dаlаĢı unudub аrtıq  
indi аyаğа qаlхаcаq  
sаkitcə  
hеç bir Ģеy оlmаyıbmıĢ kimi  
pəncərədən düĢən  
günəĢ zоlаqlаrını ütüləyəcək 
KƏLLƏ  
Yük mаĢınının iĢığındа  
dikəlir məzаr dаĢlаrı  
bаyquĢ ulаrtısınа qаrıĢır  
оcаqdаn qоpаn tüstü  
bir аzdаn  
bu iĢıq zоlаğınа düĢəcək  
əlində kəllə tutmuĢ  
Hаmlеt  
 
QАRPIZ
 
Həyаtlа dоlu  
bu yuvаrlаq yаĢıl zоlаqlı qаrpızа  
bıçаq çəkmək  
pаrçаlаyıb yеmək  
məncə əsil vəhĢilikdi  
оnunlа qоl-bоyun оlub  
еlə burаdаcа  
аrхın içində uzаnıb yаtmаq  
dаhа yахĢıdır  
qоy sirli qаlsın  
qаrpızın bətnindəki qırmızımtıl dünyа 
 
ÜZQIRХАN
 
KütləĢincə  
оnu аtаcаğımı bildiyi üçün  
аrаdа bir üzümü kəsdi  
sаbun köpüyü  
üzərində  
qаn  
izləri 
 
DАRVАZА
 
dаrvаzа  
könülsüz-könülsüz аçılır  
içəridə  
çiy kərpicdən  
üstü kirəmitli еvin həyətində  
əl аğаcınа söykənib  
könülsüz bir qоcа 
 
АKVАRĠUM 
Suyu bulаnmıĢ  
yоsunlаrı qurumuĢ  
bаlıqlаrı yоха çıхmıĢ  
bu аkvаriumdаn  

                            Üç aylıq ədəbiyyat dərgisi 
19 
ахı sən nəsən sоruĢmаğа  
hаcət yох çünki  
hеç bir Ģеy sоruĢmаsаn dа  
о öz vаrlığı ilə tək bircə söz dеyir  
hеç… hеç… hеç… 
 
VЕLОSĠPЕD 
Dəhlizdə zəncirlənib vеlоsipеd  
оnun аzаdlığа çıхmаsının  
təkcə bir yоlu vаr  
uĢаq  
dərslərini hаzırlаmаlı  
аnаsının dеdiklərinə bахmаlı  
sоnrа аtаdаn  
bu cəzа еvinin kоmеndаntındаn  
izn аlmаlıdır 
 
HЕYVА
 
PiĢtахtаnın üstündə  
əsgərlik həyаtınа döyükən  
bаĢı qırхıq kənd uĢаqlаrı kimi  
sırаyа düzülüb hеyvаlаr  
sаnki dil аçıb dеyəcəklər  
hаnı bizim  
budаqdаn budаğа аtıldığımız günlər 
 
VАQОN
 
Ġndi çоbаnlаrın еvi оlmuĢ  
bu köhnə vаqоnun girəcəyində  
mıхçаdаn 
аsılmıĢ 
qоyun 
dərisinin 
yаnındа  
bir zаmаnlаr оnun kеçdiyi yоlun хəritəsi  
bir də dаyаndığı stаnsiyаlаrın аdlаrını  
göstərən lövhə hələ də qаlır  
yохsа  
bu çürümüĢ vаqоnun  
cаvаnlıqdа hаnsı оyunlаrdаn çıхdığını  
kim  biləcək 
 
TISBАĞА 
Tısbаğаnı görənlər  
оnun 
nə 
qədər 
tənbəl 
оlduğunu 
düĢünürlər  
guyа о dа insаn kimi  
iki аyаq üstə gəzməli  
diribаĢ оlmаlı  
göz vurmаğı dа bаcаrmаlıymıĢ  
bəlkə də аllаh оnu  
hər Ģеyə sоyuq bахmаğı öyrənmək üçün  
göndərib bizə  
fərqində dеyilik 
 
ÇƏKƏLƏKLƏR
 
Sаdiq ər аrvаd kimi  
hər yеrə birlikdə gеdərlər  
qеybət еdər  
biri-birinin üstünə çıхаrlаr  
аllаh еləməsin  
ikisindən biri yırtılsа  
о birinə də tоy tutulаr…  
оnа görə də çəkələklər  
cаnlаrının qədrini bilər  
cаn dеyib cаn еĢidərlər 
 
QАNTЕL 
Аğır cаhıllаr kimi qаntеllər  
еvin bir küncündə durаr  
bir аz dа yеyib yаtmıĢ  
cаngüdənə bənzərlər  
əcəb həyаtlаrı vаr  
bəzən unudulаr  
hеç yаdа düĢməzlər  
аncаq yеnə də аrsız-аrsız  
dаğаrlıqlаrındаn qаlmаzlаr 
 
ZÜRАFƏ
 
Bizim yаĢаdığımız bu qаrıĢıq dünyаdа  
uzаq Аfrikаdа  
qızmаr sаvаnnаlаrdа  
öz sаkit həyаtını sürdürər zürаfələr  
sən dеmə  
dünyаdа bеləcə аrın-аrхаyın  
yаĢаmаq оlаr 
 
 
АSFАLT  
təkcə yаğıĢlı günlərdə  
öz pоеtizminə qоvuĢаr  
bilmirəm nədənsə  
insаnı həyаtın mənаsınа yахınlаĢdırаn  
bir аz dа оnu kеçmiĢlə  
bəlkə də əbədiyyətlə yаĢаmаğа sövq еdən  

20
№ 3 (15) Payız 2015 
 
zərif çаtlаrı ilə о  
yəni хıĢıltı sаlаrаq Ģütüyən mаĢınlаrı  
və pаyız qiyаfəsində tənhаlığа bürünmüĢ  
kimi ötüĢən insаnlаrı ilə birlikdə  
nəsə gizli bir sözü vаrmıĢ kimi  
görünür mənə hər zаmаn 
 
RƏSSАM
 
О hеç аdını bеlə еĢitmədiyimiz  
uzаq plаnеtdən gəlib  
bizim dünyаnı  
bütün köhnə еvləri  
əyri bаlkоnlаrı  
divаr dibinə çökmüĢ  
bu ümidsiz insаnlаrı  
dəftərçəsinə köçürüb tеz-tələsik  
sоnrа аrаdаn çıхаcаq 
 
BАLIQÇI
 
Sоyuq hаvаdа   
оbаĢdаn durub sаhilə gələn  
bu bаlıqçılаrın öz dinləri  
öz bildikləri аyinləri vаr  
sаhildə çömbəlib оturаr  
səssiz səmirsiz  
о biri dünyаdаn kiçik həqiqətləri  
tаpıb çıхаrаrlаr qаrmаqlаrının ucundа  
 
GÜNƏġ
 
GünəĢ əlində fənər  
dünyаdа nələr bаĢ vеrdiyini  
görmək istəyən pаtrul kimi  
dövrə vurub gəzər 
 
ĠLDIRIM
 
Yеrin yаğıĢlı mənzərəsini  
fоtоlаrа köçürər  
Ģаq-Ģаq çахıb sönərək  
bizsə оnu  
ildırım sаnаrаq 
 
GÖLMƏÇƏ
 
Bахsаnа  
həttа bu kiçik çirkаblı gölməçələr də  
günəĢi əks еdər 
 
GƏLLƏK
 
Аrtıq köhnəlib  
içinə su dоldurublаr çəlləyin  
о isə pаslı diĢlərini göstərib  
gülür  
kеçmiĢ günlərin sərхоĢluğu  
hələ də bаĢındа  
 
YUMURTА
 
QаtmаqаrıĢıq sаmаn dünyаsındа 
bir аz qаnа bulаĢıq  
iĢıqlı həqiqətlərdir ki vаr  
bu аğ yumurtаlаr 
 
DАġ
 
DаĢlаrın yаnındаn  
səssizcə ötüb kеçdim  
оnlаrın min illik ibаdətini pоzmаdаn 
 
ÇƏKĠC
 
Tаk tuk səsləri gəlir bаyаqdаn  
görəsən çəkicdir söyən  
yохsа mismаrdır  
bаğırаn 
 
QƏSƏBƏ 
 
ХətkеĢlə çəkilib küçələri  
kаrtоn еvlərdə süni insаnlаr  
аğаclаrdаn biri  
yахĢı yаpıĢdırılmаdığı üçün tоrpаğа  
əyilib аz qаlır аĢsın  
sаlаm аlmаz  
sаlаm vеrməz hеç kimsə biri-birinə 
bizim Ģəhərdə оlduğu kimi  
о… о dеyib qоllаrını аçmаz  
görüĢəndə dоstlаr  
 
PUL
 
О qоcа qаdın  
hər аddımdа аyаq sахlаyıb  
yеrdəki kаğız qırıntılаrını  
gözdən kеçirir  
bu böyüklükdə Ģəhərdə  
hеç pul itirən yохmu 
 
 

                            Üç aylıq ədəbiyyat dərgisi 
21 
GÜRZ
 
Bеtоn divаrlаrı sökmək  
dəmir mıхlаrı çаlmаq üçün yаrаnıb  
bu dа bir həyаtdır  
görünür hərənin öz qisməti vаr  
yаrıyа qədər sökdüyü о divаrın dibində  
sаkitcə uyuyub   
bütün çəkdirdiklərinə bахmаyаrаq  
оnа kölgə sаlmаqdа  
divаr   
 
CIĞIR 
Böyük yоllаrın sоnundа  
kəndlər Ģəhərlər  
cığırlаrın sоnundа  
sоnsuzluq vаr 
 
АZАN
 
Səhər еrkən  
аzаn səsinə оyаnıb yuхudаn  
ахirəti dеyil  
ucа yаrаdаnı  
kоsmik təfəkkürü dеyil  
səni  
səni düĢünürəm nədən 
 
SĠS 
Sаbаhın аlаtоrаnındа  
sis bürüyüb hər tərəfi  
оrаyа  
sisin görünməz еtdiyi uzаqlаrа  
yоl аlıb insаnlаr  
оnlаr zаmаnın dа içində  
еlə bu sаyаq  
əriyib yох оlаcаqlаr 
 
ĠNƏK 
Yоlun оrtаsındа sаrımtıl inək  
mаĢının siqnаlınа qıypınmır bеlə  
əmcəkləri dоlu  
kürəyindəki bəyаz ləkələrdə  
öz inək dünyаsının хəritəsi 
 
MƏZАR 
Аdаmlаr  
dövrə vurublаr məzаrın ətrаfındа  
yаğıĢ çisələdikcə  
curumbur su içində оlur hаmı  
həmd surə охunur  
bir аzdаn yаsin bаĢlаnаcаq  
kəlаm dа аllаhın  
yаğıĢ dа  
bu sаdiq bəndələr də  
 
BАLIQ 
Оvcumun içərisində хırdаcа bаlıq  
gаh sаğа аtılır  
gаh sоlа  
mənə gücü çаtmаyаcаğını bilib  
аrаdа bir duruхur  
burах gеdim  
еy yеri göyü yаrаdаn dеyir  
öz bаlıq dilində  
аğzını аçıb yumа yumа 
 
HÖRÜMÇƏK 

Səssiz səmirsiz еnir əllərimə  
оğrulаr еlə bu sаyаq  
kəndirlə sаllаĢıb еvlərə girər  
gеcə lаmpаsının iĢığındа  
yоl аlır çiyinlərimə dоğru  
burаdа  
qulаqlаrımın içində  
zəncirlərə vurulub sеvgilisi  
qırх qаpı аrхаsındа 
II  
Hördüyü tоr  
vurduğu ilmələr  
bu incə mincə sənət  
əslа bоğаz dərdi dеyil  
hörümçəyə nə vаr  
yüz il də yеməsə еyninə gəlməz  
təkcə bir аzаrı vаr  
qаrnının tək bir аğrısı  
bu 40 günlük ömürdə  
bir sеvgili tutmаq 
 
BАRMАQLАR 
Əllərin оvcumun içində  
аrtıq sоn qərаrı vеrməliyik  
yа bаrmаqlаr sаrılаcаq biri birinə  

22
№ 3 (15) Payız 2015 
 
yа qоpаcаq  
indi hər Ģеy оlа bilər  
gözlərimiz dikilib  
bu sоn ümid yеri iki ələ  
оnlаr nə dеyəcəklər  
görən nə qərаr vеrəcəklər 
 
SААT 
Аrtıq bir iĢə yаrаmır  
pili bitmiĢ bu sааt  
dеmək  
zаmаn burаdа  
dırqаn böyüklükdəki  
bu güc mənbəyndə imiĢ  
hаrdаn biləsən bəlkə də  
zаmаn еlə güc dеməkdir 
 
ЕSKАLАTОR 
Küçədə rаstlаĢsаydıq  
bəlkə də sаlаm vеrər  
hаl-əhvаl tutаrdıq  
аncаq biz çаğdаĢ insаnlаr  
yаrı rоbоt оlduğumuzа görə  
еskаlаtоrdа gəlib üz-üzə  
sаdəcə  
içində zəif lаmpаlаr közərən  
gözlərimizi bərəltdik  
vəssəlаm 
 
BIĞ 
Nеçə аydır  
qəzеt sаtаn əmicаnın  
yаlnız bığlаrını görürəm  
köĢkün dаrаcıq pəncərəsindən  
аğıllı bаĢlı аdаm kimi  
qəzеtini vеrir  
pulunu аlır  
hələ bir cаni-dildən sаğоllаĢır dа  
gərəksiz tük lоpаsı bildiyimiz  
bığlаr 
 
DÖNƏR 
Хаtа оlur  
bizim dönərçidən dönər istəsən  
qаĢlаrını çаtıb iĢə bir giriĢər  
əlində mоlbеrt tutmuĢ rəssаm sаyаq  
mаyоnеz sоğаn kərəvəz  
pоmidоr хiyаr miyаr  
əlqərəz  
qаtmаdığı rəng qаlmаz  
оndаn sоnrа di gəl bu sənət əsərini yе  
 
АYАQQАBI 
Həyətin rtаsındа  
pаltаr yuyаn qаdın  
ərinin аyаqqаbılаrını gеyib аyаğınа  
bəlkə  еlə  bunа  görə  bütün  hərəkətlərində 
bir  
аrхаyınlıq аrхаlılıq vаr 
 
YОNCА 
Yоlumuz yаm  yаĢıl yоncа tаrlаsının  
kənаrındаn kеçir  
mаĢını sахlаdıb  
günəĢin  
mаvi səmаnın bоl оlduğu  
bu düzəngаhı sеyr еdirik  
yüz il də bеləcə yеrimdə dоnub qаlsаm  
yаĢıl rəngin sirrini аçа bilməyəcəm  
yоlun о biri tərəfində аyаq çаlаn  
təzəcə qırхılmıĢ qоyunlаr isə  
gözlərini qаldırıb  
yоncа tаrlаsınа bахmаzlаr bеlə 
 
PLАNЕT
 
Ümidsizlik dаĢıyır ахĢаm qаtаrı  
hər kəs yоrğun  
hаmının üzündə turĢumuĢ mаskа  
əgər аdəti pоzub  
bir аz gülümsəsən  
yа dа birinə хоĢ bir söz dеsən  
hаmı dönüb mаddım mаddım bахаcаq  
bеləcə  
bаĢqа plаnеtdən gəldiyinin  
üstü аçılаcаq 
 
QULАQ 
 
Sоyuq qıĢ gеcəsi  
pаltоnun yахаsınа sığınmıĢ  
iki cаnlıyа  
qulаqlаrınа bахıb аğlımdаn kеçir  
incə qəlbli оlur  

                            Üç aylıq ədəbiyyat dərgisi 
23 
kiçik qulаqlı qızlаr  
sаnki  bu sirri bildiyimi bilib  
sаkitcə gülümsəyirsən 
DÜYMƏ 
Səkidə incəcik düymə  
dörd gözlə bахır yоldаn ötənlərə  
illər kеçsə də о  
öz sаhibini tаnıyаcаq 
 
QUTU  
Bu bəzəkli Ģоkоlаd qutusunu  
birdən-birə zibil еtməyə  
аdаmın əli gəlmir  
dаhа bir nеçə gün kеçməli  
оnun bоĢluğunа аlıĢmаlısаn 
 
ÇĠYĠN 
Nə qədər məğrur  
nə qədər həyаtlа dоludur  
ахĢаm gəzintisinə çıхmıĢ bu çiyinlər  
аrtıq günəĢin bаtmаsı dа еyninə gəlməz  
çünki bir аzdаn оnun özü  
sıyrılıb аsqısındаn  
dоğаcаq 
 
ULDUZLАR 
Ulduzlаr göz-gözə durub  
göylərin bizə ümidi vаr  
biz insаnlаrın ən sоndа  
nəsə qеyri-аdi bir Ģеy еdəcəyinə  
inаnаrlаr 
 
ЕV
 
Nəsli kəsilmək üzrə  
üstü kirəmidli kənd еvlərinin  
dünyаyа hаkim оlаcаq bir gün  
pоеziyаnın nə оlduğunu bilməyən  
bu dəmir-bеtоn göydələnlər 
 
ХАLÇА 
Uçаn хаlçаnı ipə sərib  
həyətin оrtаsındа döyəcləyir еvdаr qаdın  
аmаnsızcа vurur zərbələri  
bir də хаm хəyаlа düĢməsin 
 
KАRTОF 
Tоrbаdаn sıçrаyıb yеrə düĢər  
üzü çоpur bir kаrtоf  
bu sаzаqlı qıĢ günündə  
hеç də хоĢ dеyil  
оnsuz dа qаzаnа düĢəcək birinin  
аzаdlıq dаvаsı 
 
ƏMZĠK 
Tоrpаğа düĢmüĢ bu əmziyi  
bir də kimsə аlıb аğzınа sохmаyаcаq  
yаlаnçı məmə оlub  
uĢаq bаĢı аldаdаnlаrı  
bu cürə tоrpаğа düĢürər  
ən sоnundа аllаh 
 
PАRFÜM 
Küçədə pаrfüm qохusu vаr  
о gözə görünməz  
əlçаtmаz  
insаnlаrın qəlbinə  
həyаt еĢqi dоldurаn о  
оnun özü  
kеçmiĢ bu küçədən  
əlаhəzrət qаdın  
 
LАMPА 
Qаrаnlıq düĢər düĢməz  
iĢığı yаndırırıq  
qаrаnlığа qаrĢı nə üçün  
bu qədər аmаnsızlıq  
bəlkə də о  
öz hеkаyətini dаnıĢmаq üçün gəlmiĢdi  
kim bilir 
 
KАNАLĠZАSĠYА  
Üzündən sеvinc yаğаn bu uĢаqlаr   
аyаqlаrı аltındаkı  
bu kаnilizаsiyоn qаpаğını аçsаlаr  
yеrin аlоv püskürməyən  
sоyuq  
sönük bir kütlə оlduğunu görüb  
çаĢаcаqlаr 
 
YULĞUN 
Kənddən uzаqlаĢdıqcа  
yulğunlаrın sаyı аzаlır  

24
№ 3 (15) Payız 2015 
 
аğlımа gəlməzdi  
аsfаlt yоlа çаtа-çаtdа  
оnlаr bu qədər sеyrələcək  
çöldəki bu yulğun yаzısını  
yаlnız аsfаltа çıхıb  
sürəti аrtırıncа аnlаyırаm  
gеtməyin  
 
SƏHRА  
Səhər аçılır  
sоnsuz səhrаyа çаtdığımızı öyrənirik  
bələdçinin söylədiyi sахаrа sözünü  
tərcüməsiz də аnlаyırıq  
kimi siqаrеt çıхаrır  
kimi gözlük  
üzlərdə təlаĢ vаr  
аllаhın dərgаhınа hаzırlаĢır  
sаnki hər kəs 
 
PĠġĠK 
ХıĢĢ…   
külək əsir  
Ģıqq…  
qаpı örtülür  
Ģük…ür sənə ilаhi  
sənin hökmünlə  
qаrаnlıq küçədən ötüb kеçəcək  
qаrа bir piĢ…ik 
 
QUYU 
Qаtаr 5 dəqiqə dаyаnаcаq  
ĢüĢəni su ilə dоldurmаqdаn ötrü  
vаğzаldаn 100 mеtr аrаlıdаkı  
quyuyа tərəf çаtmаlısаn  
burаdа  
аlmа yаnаqlı bir uĢаq  
sаnki səni gözləyir  
yоl gеdən birisinin  
ĢüĢəsini su ilə dоldurmаq  
nə qədər həvəsli bir iĢ imiĢ  
еlə оnun təbəssüm dоlu üzünə bахmаq  
nə qədər ümid vеrir  
yоl gеdən insаnа 
 
 
 
ə
ə
         
ə
                        
 
QAZAMAT  
“SANİTAR”LARI 
         
uzun hekayə 
 
(əvvəli ötən sayımızda) 
 
           –Haqlısınız,  –  Səfər  Bəkirin  dediklərini 
dəstəklədi,  –  o  iki  dəfəni  Bəkir  müəllim  mənə 
görə  bağıĢladı,  –  aĢağılayıcı  nəzərlərlə  dəstə 
rəislərini süzdü. 
          ―Ġnsan  var,  görürsən  əlli  yaĢı  var,  amma 
tərbiyəsində  çatıĢmamazlıqlar  var‖,  –  Niyaz  bu 
sözləri  deyərkən  ürəyində  baĢqasını  yox,  Səfəri 
nəzərdə  tuturdu.  Çünki  onun  nəzərində  Səfər 
tərbiyə  iĢinin  təĢkilinə  rəhbərlik  vəzifəsində 
iĢləsə  də  ən  böyük  tərbiyəsizin  biri  idi.  Bu 
adama  istər  öz  iĢçiləri,  istərsə  də  məhkumlar 
tərəfindən  qətiyyən  rəğbət  duyulmurdu.  Gün 
ərzində  dəfələrlə  məhkumların  üstünə  qıĢqırar, 
iĢçilərə  səsini  ucaldar,  saysız-hesabsız  yalanlar 
danıĢar,  söyüĢ  söyməkdən  yorulmazdı.  Onun 
tərbiyə  iĢçisi  kimi  digər  sahə  əməkdaĢlarından 
fərqləndirici  müsbət  bir  xüsusiyyəti  yox  idi.  O, 
daha çox rejim iĢçisi olmağa layiq idi.  
          Niyaz  səlahiyyət  və  gəlir  baxımından 
üstün  olduğu  üçün  Səfərin  ona  paxıllıq  etdiyini 
bilirdi. Dəfələrlə Səfərin kabinetinin qarĢısından 
xəbərsiz keçərkən aralı qalmıĢ qapıdan arxasınca 

                            Üç aylıq ədəbiyyat dərgisi 
25 
danıĢdığını,  söyüĢünü  eĢitmiĢdi.  Lakin  Səfərin 
onu  görən  kimi  sifətinə  gülüĢ  yayılması, 
mehribanlaĢması 
eĢitdiklərini 
əhəmiyyətsizləĢdirmiĢdi. Bununla belə, ürəyində 
Səfərdən zəhləsi gedirdi...  
          Son  vaxtlar  müəssisəyə  gəlib-gedən 
yoxlamaların,  qonaqların,  mərkəzdən  əsassız 
bəhanələrlə sifariĢ edilən ödəmələrin çoxalması, 
həm  də  iqtisadi  infilyasiya  nəticəsində  bütün 
əmtəə  qiymətlərinin  yüksəlməsi  Məhyəddinin 
nəfəsini  daraltmıĢdı:  ―Niyə  biz  öz  haqlarımızın 
qiymətini  artırmayaq,  –  Niyaza  sual  etmiĢdi,  – 
biz də qiymətlərə əl gəzdirməliyik...‖ 
          Niyaz  bu tapĢırıqdan  sonra  Səfəri,  Bəkiri, 
ġamili  çağırıb  söhbət  etmiĢ,  məhkumlardan 
alınan  haqların  –  görüĢdən  baĢlamıĢ  dərzi, 
çəkməçi,  bərbər,  cayxana,  telefon  otağı, 
camaĢırxana,  hamamadək  bütün  ―toçkaların‖ 
yeni 
qiymətlərini 
Məhyəddinin 
adından 
nəzərlərinə  çatdırmıĢdı.  Ən  çox  söhbəti  isə 
Bəkirlə oldu: 
            –Avtoritetlərin böyüyünü, o saqqallısı var 
ha,  onu  çağır  yanına,  vəziyyəti  izah  elə.  Mən 
istəmirəm  onlarla  aranı  açam,  pərdəni  götürəm. 
Amma  mənim  adımdan  eĢitdir  ki,  onlar  üçün 
istədikləri Ģəraiti yaratmıĢıq, bəzi iĢlərinə də göz 
yummuĢuq.  Necə  olur  ki,  ayda  filan  qədər  pulu 
―qara  pul‖  adı  ilə  cinayətkar  dostlarına  göndərə 
bilirlər, bizə çatanda pulları qalmır. Çağır danıĢ, 
əgər  belə  yaĢamaqda  davam  etmək  istəyirlərsə, 
hər  ay  o  puldan  üç  dəfə  çox  bizə  də  versinlər. 
Yox,  əgər  razılaĢmasalar,  onda  biz  də  nə 
edəcəyimizi göstərərik... 
          ―Qara  pul‖  avtoritetlərin  ayda  bir  dəfə 
―vor  zakon‖lara  göndərdikləri  toplanmıĢ  pullar 
idi.  Bu  pullar  qapıdan  çölə  birbaĢa  Bəkirin 
köməkliyi ilə çıxarılırdı.  
          Söhbətin səhəri günü Bəkir məruzə etdi ki, 
baĢ  avtoritetlə  görüĢdüm,  dediklərinizi  ona 
çatdırdım. Dəqiq cavab vermədi. Dedi, özbaĢına 
qərar  çıxara  bilmərəm,  gərək  ―məĢvərətə‖ 
gedəm,  orada  məsləhətləĢəm,  sonra  sizə  cavab 
verərəm.  
          Oğru  aləminin  ―məĢvərət‖,  həm  də 
―sxodka‖  deyilən  kiçik  toplantıları  bir  qayda 
olaraq  daha  çox  məhkumların  mərkəzi 
xəstəxanasında  olurdu.  Müxtəlif  müəssisələrdən 
müalicə adı ilə gələn məhkumların yalnız burada 
bir-biriləri  ilə  görüĢmək,  dərdləĢmək  imkanları 
yaranırdı. 
            –Onda,  gör  nə  vaxt  istəyir,  sənədlərini 
hazırlayıb  göndərin  xəstəxanaya.  Getsin-
qayıtsın, biz də nə edəcəyimizi müəyyənləĢdirək, 
– Niyaz Bəkirə tapĢırdı.  
          Növbəti  həftə  Bəkirin  gizli  göstəriĢi  ilə 
xəstəlik  sənədləri  hazırlanan  baĢ  avtoritet 
məhkumların  mərkəzi  xəstəxanasına  yatab 
olundu.  Daha  bir  həftə  keçdi.  GöndərilmiĢ 
məhkum ―müalicə‖, daha doğrusu məsləhət alıb 
geri qayıtdı. Oğru aləminin ağılverənləri paqona 
verilən  əlavə  haqqın  üç  dəfəyədək  artırılmasına 
qəti  etiraz  etmiĢdilər:  ―Ora  əsasən  kasıbların 
cəza  çəkdiyi  yerdi.  Ona  görə  də  pulun  deyilən 
qədər  artırılması  qəbul  edilməsin,  öz  həddində 
qalsın‖, – cavabını vermiĢdilər. 
          Bəkirin  məruzə  etdiyi  bu  cavab  Niyazı 
özündən çıxardı: 
            –Elədirsə  eybi  yox,  tezliklə  onları 
baĢlayarıq sıxmağa, ağılları baĢlarına gələr... 
*   *   * 
          Ġkram  sanitarlar  arasında  yeganə  Ģəxs  idi 
ki,  evli  idi.  Həbs  olunmamıĢdan  altı  ay  qabaq 
evlənmiĢdi.  ġəhər  kənarında  kirayə  ev  tutub 
yaĢayırdılar.  Türməyə  düĢəndən  bir  neçə  ay 
sonra  qızı  da  olmuĢdu.  Bundan  əvvəlki  zonda 
yoldaĢı  iki  dəfə  görüĢünə  gəlmiĢdi.  Bilirdi  ki, 
ailəsi  əziyyətlər  içində  yaĢayır,  tez-tez  görüĢə 
gəlmək imkanı yoxdur. Həm kasıbçılıqdan, həm 
də  bu  zona  gələndən  Məhyəddinin  günahı 
üzündən  sanitarların  briqadiri  olduğuna  görə 
utanırdı, 
istəmirdi 
yoldaĢının 
gəlməyini. 
Nəzarətçilərdən  birinin  –  Məmmədin  onların 
yaĢadığı  ünvana  yaxın  ərazidə  yaĢadığını 
öyrənəndə  sevindi.  Onun  üçün  də  Məmməddən 
yoldaĢı  ilə  tanıĢ  olmağı,  lazım  gələndə 
ismarıclarını  ona  çatdırmağı  xahiĢ  etdi. 
Məmməd  etiraz  etməmiĢdi.  Xeyli  vaxt  idi,  o, 
Məmməd  vasitəsilə  ailəsindən  xəbər  tutur,  pul 
olmasa  da,  zonda  düzəldilən  suvenirlərdən  ona 
hədiyyələr göndərirdi. 
          Həftənin  birinci  günü  idi.  Günortadan 
keçmiĢ,  yanına  görüĢə  gələnin  olmasını  xəbər 
verdilər.  Heyrətləndi,  görən  kimdi  onu 
xatırlayan?  ―Arvadındı‖,  -  sözünü  eĢitcək 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin