Üç aylıq ədəbiyyat dərgisi
31
əvəzinə qudururlar...
DanıĢılanlar düz çıxdı. Payızın axırlarında
Məhyəddinin arvadı aylardan bəri sürən
xəstəliyə tab gətirməyib dünyasını dəyiĢdi. O,
evdə qalan iki azyaĢlı uĢağına yaxın olmaq üçün
Ģəhər həndəvərindəki kiçik müəssisələrdən
birinə rəis göndərildi. Gülbaxtdakı rəis
vəzifəsinin müvəqqəti icrası isə Niyaza həvalə
edildi. Məhyəddin Niyazı heç də yaxĢı olmayan
pis bir vəziyyətdə tək qoyub getdi. Müəssisədəki
məhkumlar içərisində yüksələn tərzdə gizli
gərginlik, narazılıq yaĢanırdı. ƏməkdaĢların
qaydaların özlərinə sərf edənini ciddiyətlə tələb
etməsinə, özlərinə sərf etmədikdə isə laqeyd
yanaĢmalarına görə yeri gəldikcə qısa çıxıĢlar
edib etirazlarını bildirirdilər.
Niyazın rəis hesab edilməsinin üçüncü
səhəri növbəti ―sürprizlə‖ açıldı. Məhkumlar
arasında dəli Mahir adlanan birisi (psixi
çatıĢmamazlıqlarına görə ona dəli deyilsə də, o,
özü dəli sözünü igid kimi anlayırdı) səhər
yoxlamasından əvvəl hamının gözündən yayınıb
həyətin aĢağısındakı səkkiz metr hündürlüyündə,
on tonluq su çəninin üzərinə qalxmıĢdı. Dəli
Mahirin çənin üstünə çıxmaqda məqsədi
etirazını göstərmək, oradaca ―mətbuat konfransı‖
keçirmək idi. O, reytinqli televiziya kanalından
çəkiliĢ gəlməsini, jurnalistlərin çağırılmasını
tələb edirdi. Onlara azadlıqda Ģərlənməsindən,
cinayət iĢinə düzgün baxılmamasından, günahsız
cəza
çəkməsindən
danıĢacaqdı.
Burada
hüquqlarının
tapdanmasından,
yeməyin
azlığından,
isti
paltarının
olmamasından
Ģikayətlənəcəkdi.
Nəzarətçilərin
ona
yerə
enmək
göstəriĢlərini hədə ilə cavablayırdı:
–Günortaya qədər haqq səsimi yuxarılara
çatdırmaq üçün tələblərimi yerinə yetirməsəz və
güclə məni aĢağı düĢürmək istəsəz, burdan yerə
atılıb özümü öldürəcəyəm...
Həyətə, su çəni yerləĢən kiçik meydana
məhkumlar doluĢub maraqla tamaĢa edir, dəli
Mahirin çənin üstündə dayanmaqdan nə
qazanacağını gözləyirdilər. Dəqiqələr keçdikcə
bu hal yüzlərlə məhkumun iĢ-gücünü buraxıb
ona diqqət kəsilməsinə səbəb olurdu.
–Onu necə var, yerə düĢürmək lazımdı,
Amma ehtiyatla, çünki, özünü atmağı bir yana,
ehtiyatsızlıqdan ayağı sürüĢüb ordan yıxılsa ölə
bilər, – Bəkirlə ġamil məsləhətləĢərək təcili
tədbir üçün baĢ sındırırdılar.
Mahir odlu-alovlu nitqi ilə özbaĢına,
xoĢluqla yerə düĢənə oxĢamırdı. O orda
durduqca da müəssisənin rejim Ģəraitində
gözlənilməz hallar yaĢanar və bütün məhkum
heyəti nəzarətdən çıxa bilərdi. Bu təhlükəni baĢa
düĢən zabit və nəzarətçilər tez fikirləĢib plan
qurdular. Nəzarətçilərdən ikisi yaxınlaĢıb onu
söhbətə tutaraq bir xeyli baĢını qatdılar. ġamilin
müavini ġahin isə digər bir nəzarətçi ilə arxa
tərəfdən uzun nərdivan qoyub səssizcə çənin
üstünə qalxmağa baĢladılar. Onları görən bütün
məhkumlara əllə iĢarə etdilər ki, dinib Mahiri
duyuq salmasınlar.
ġahin ilə nəzarətçi çənin üstündə Mahirə
yaxınlaĢanda, Mahir ona yerdən dikilən
baxıĢlardan nəsə anlayıb arxaya çöndü:
–Gəlməyin yaxına... EĢidirsiz, gəlməyin,
gəlsəz özümü atacağam aĢağıya, – o, bir
addımlığında durmuĢ ġahini görüb çığırdı.
–Dayan, qulaq as, – ġahin onun təlaĢını
azaltmağa çalıĢdı. – Sən özünü yerə atmaqla heç
nə əldə edə bilməyəcəksən. Bizə uzağı bir
töhmət verəcəklər, amma sən öləcəksən, ya da
ömürlük Ģıkəst qalacaqsan. Gəl, əlini uzat mənə,
düĢək yerə. Sənin konkret nə istədiyini
aydınlaĢdıraq. Mən sənə söz verirəm ki,
tələblərini rəhbərliyə çatdırıb, yerinə yetirilməsi
üçün
nə
lazımdısa
əlimdən
gələni
əsirgəməycəyəm.
Mahir tərəddüd içində qalmıĢdı. AĢağıdan
hamı onlara baxırdı. Nə etsin? RazılaĢsın, ya
razılaĢmasın? Deməsinə baxmayaraq yerə atılıb
özünü öldürməsini heç istəmirdi. Can Ģirin Ģey
idi...
–Sən dediklərini kiĢi kimi edəcəksən? –
Mahir hamı eĢidəcəyi səslə sual verdi. – Söz ver
ki, məni aldatmayacaqsan...
–Söz verirəm ki, səni aldatmayacayam, –
ġakir ciddiyətlə cavab verdi.
–Camaat, siz də Ģahid olun, eĢitdiz?
Yerdəki məhkumların bir neçəsi ―hə,
eĢitdik‖ qıĢqırsalar da, əksəriyyəti çarəsizlikdən
dediyi bu sözlərdən sonra onu istehzalı
32
№ 3 (15) Payız 2015
baxıĢlarla süzdülər: ―Aldatsa, guya nə baĢ
verəcək?‖
–Ver əlini, ehtiyatlı ol, sürüĢərsən, –
ġahin sağ əlini ona sarı uzatdı.
Mahir ġahinə tərəf addım atmaq istəyəndə
az qala ayağı büdrəyəcəkdi, özünü birtəhər
saxladı. Baxanların hamısı həyəcanlandı. Çənin
üstünə çıxandan bəri Mahirin canına belə qorxu
yayılmamıĢdı. Dərhal əlini uzadıb ġahinin
əlindən tutdu. Ürəyində sevindi, nə yaxĢı ki,
ġahin bura onun ardınca çıxmıĢdı, tək baĢına
yerə necə düĢərdi?..
ġahin nəzarətçi ilə köməkləĢib məhkumu
aĢağı düĢürəndən sonra Bəkirlə ġamil dərindən
―ah‖ çəkib yüngülləĢdilər. Dəli Mahiri əvvəlcə
Bəkirin otağına aparıb izahat aldılar, dalısıyca da
on sutka müddətinə cərimə təcridxanasına
saldılar.
Niyazı narahat edən məsələ baĢ verən
olayın arxasında kiminsə olub, olmaması idi.
Dəli Mahir su çəninin üstünə öz ağlı iləmi
qalxmıĢdı, yoxsa bu hadisəni təĢkil etmiĢdilər?..
YaranmıĢ narahatlıq barəsində yenə
əsgərlər, mühafizə bölüyü mərkəzə yubanmadan
xəbər etmiĢdi. Günorta üstü qoltuğu papkalı
inspektorlar müəssisəyə daraĢdılar, hamıdan
izahat alındı. Həyatlarını təhlükə altında qoyaraq
səkkiz metrlik hündürlükdə çənin üsünə çıxıb
hadisənin qarĢısını aldıqlarına görə təĢəkkür
gözləyənlərin
də
baĢqaları
ilə
yanaĢı
cəzalandırılacağı bildirildi: ―Vəziyyətin belə
alınması səhlənkarlıqdan baĢqa bir Ģey deyil.
TəĢəkkür yox, sizə töhmət düĢür‖. Niyaza isə
nəticə çıxarılası irad tutuldu: məlumatlar ləng,
mərkəz özü xəbər tutandan sonra məruzə
olunmamalıdır !
Dəli Mahiri cərimə təcridxanasında tək
adamlıq kameraya saldılar. Birinci gün əl
dəymədilər. Səhərisi iki zabit və iki nəzarətçi
kameraya daxil olub onu ―ağıllandırmaq‖, bir
daha gələcəkdə yenə harasa çıxmaq fikrinə
düĢməməsi üçün dövrəyə alıb huĢunu itirənədək
döydülər. ―Pres‖ deyilən bu tərbiyəvi cəza üsulu
təcridxanaya salınan məhkumların əksəriyyətinə
tətbiq edilirdi. Sürəkli ―pres‖dən sonra yarım
qaranlıq, soyuq, nəm, beton divarlar arasında tək
özü-özü ilə qalan insan, həyat həqiqətlərini baĢa
düĢüb müdrükləĢməyə bilmirdi...
On sutkalıq cəzası qurtarıb yaĢayıĢ
zonasına qayıdan Mahirin ilk axtardığı adam
ġahin oldu:
–Bu idi kiĢi kimi söz verməyin?..
–Mən söz verdim ki, əlimdən gələni
əsirgəməyəcəyəm. – ġahin vədini izah etdi. –
Sənə əlavə buĢlat, isti paltar verəcəyəm,
yeməkxanaya da xahiĢ etmiĢəm hər gün sənə
əlavə çörək versinlər. Qalanı mənlik deyil, Niyaz
müəllimlikdir, problemlərini ona de.
Niyaz
avtoritetlərlə
münasibətinin
soyuqlaĢmasına, dilinə gətirməsə də ürəyində
peĢman olmuĢdu. O, Məhyəddinin iĢ yerinin
belə tez dəyiĢiləcəyini gözləmirdi. Müvəqqəti
adı ilə rəis olmasına sevinsə də, məsuliyyətinin
birə-beĢ artmasına, həmiĢə arxayın olduğu
qüvvənin – Məhyəddinin daha yanında
olmamasına heyifsilənirdi. Rəis təsdiq olunacağı
halda müavin yerinə həvəsiyən Bəkirə nədənsə
ürək qızdıra bilmirdi. Ona ar gəldiyindən
avtoritetlərlə əvvəlki münasibətlərə heç nə əldə
etmədən qayıtmağı da özünə sığıĢdırmırdı.
―Sürprüzlər‖ isə davam edirdi. Növbəti
həftənin ortalarında müəssisənin həyətindəki
meydanda onlarla məhkumun gözü qarĢısında
məhkumlardan biri onu təhqir edən əməliyyatçı
zabitə əl qaldırmıĢ, az qala əlbəyaxa olmuĢdular.
Yaxınlıqdakı nəzarətçilər dərhal araya girib
onları ayırmıĢ, tutaĢmanın davaya çevrilməsinin
qarĢısını almıĢlar. Zərbənin təsirindən zabitin
burnu qanamıĢ, sifətində ĢiĢ əmələ gəlmiĢdi.
Niyaz əgər sorağı yayılarsa böyük
biabırçılıq sayılacaq bu hadisəni necə var ört-
basdır etməyə çalıĢdı. Məhkuma on beĢ günlük
cərimə təcridxanası cəzası verdi. Zabitə hava
qaralanadək öz otağında oturub kimsənin gözünə
görünməməyi, sonra da üzünün ĢiĢinin
çəkilənədək iĢə gəlməməyi, evdə oturub heç
yana çıxmamağı tapĢırdı. O, günahı öz iĢçisində
görürdü:
–Axı, mən dəfələrlə demiĢəm adam
arasında danıĢığınıza fikir verin. SöyüĢlə,
təhqirlə danıĢmayın. Nə vaxtsa məni görmüsüz
məhkum iĢərisində kimisə təhqir edəm?
Kabinetin var, çağır otağına təklikdə təhqir elə.
Qəti olmaz. Kütlə olan yerdə təhqirə biri dözər,
Üç aylıq ədəbiyyat dərgisi
33
ikisi dözər, günün birində bir baĢqası dözməz
qayıdar səni təhqir edər. Gərəkdirmi bu?..
Lakin, Niyazın səylərinin nəticəsi olmadı.
Zabitlə məhkum arasında baĢ vermiĢ əlbəyaxa
haqqındakı xəbər üç gün keçməmiĢ Ġslah
Ġdarəsinə yetiĢdi. Yəqin ki, məlumat bu dəfə
mühafizə bölüyündəki əsgərlər tərəfindən
ötürülməmiĢdi, çünki hadisə ani olduğundan
ətraflı xəbərləri yox idi. ―Bəs görən kim
çatdırmıĢdı?‖ – Niyaz Ġdarə ilə münasibəti olan
əməkdaĢları bir-bir ürəyində çıxdaĢ etmiĢdi.
Kimi isə günahkar çıxarmaq üçün tam qərara
gələ bilməmiĢdi.
Birdən nəyisə xatırlayıb Bəkiri yanına
çağırdı:
–Sən avtoritetlərə bir mobil telefon
vermiĢdin. Həmin telefon onlardadır, yoxsa
almısan?
Bəkir Niyazın əsəbiləĢəcəyini bildirib
özünü itirdi:
–Yox, almamıĢam, onlardadı...
–Sənin ağlın var? Bəlkə elə Ġdarəyə
xəbəri ötür-ötür onlar çatdırıblar? Zibilə dönsün
verdikləri pul. Təcili telefonu geri al. EĢitdin?
–BaĢ üstə, – deyib Bəkir susdu.
Axır günlərdə Niyazın qulağına məxfi
məlumat deyilmiĢdi ki, avtoritetlər zonda qiyam
hazırlamaq istəyirlər. Kim bilir, ola bilsin baĢ
verənlər oğru aləmi tərəfindən həmin o telefonla
idarə edilir? Münasibətlərin gərginləĢdiyi vaxtda
onlara mobil rabitə əlaqəsi Ģəraiti yaratmaq tam
ağılsızlıq idi. ―Görünür, həmiĢəki kimi Bəkirin
nəfsi ağlını baĢından alıb‖, – Niyaz düĢünürdü.
Son hadisəyə görə Ġdarəyə çağırılıb
danlanılan Niyaza axırıncı xəbərdarlıq edildi:
―Bir də belə hallar baĢ verərsə və müəssisədəki
hadisələri yenə gizlətməyə cəhd edərsənsə təkcə
iĢindən yox, xidmətdən azad olunacaqsan!‖
...Sonradan olayın iĢtirakçıları: ―naruĢitel‖
məhkumu cəzasının ardını çəkmək üçün ayrı
müəssisəyə, zabiti də iĢləməyə baĢqa yerə
göndərdilər.
* * *
Bir həftə keçmiĢdi, yenə aləm bir-birinə
dəydi: tanınmıĢ müxalifət qəzetlərindən birində
məhkumlar adından dərc edilmiĢ Ģikayət
məktubu
səhər
tezdən
Ġslah
Ġdarəsini
qəzəbləndirmiĢdi. Təcili olaraq məktubda adları
çəkilən məhkumlardan izahat alınması və onun
qəzetə
hansı
yolla,
kimin
vasitəsilə
çatdırılmasının araĢdırılması tapĢırılmıĢdı.
Məktubda müəssisədə rəhbərlik tərəfindən
narkotikanın satılmasından Ģikayət olunur,
görüĢdə, tibb hissəsində, telefon xidməti, saç
qırxımı, azadlıq üçün məhkəməyə təqdim
olunma və sair iĢlərdə alınan rüĢvətlərin dəqiq
siyahısı və qiymətləri sadalanırdı. Dəftər-kitabda
qeydə alınmayan məlum həqiqətlər təsadüfən
qəzet səhifəsində iĢıqlandırılmıĢdı.
Niyaz kabinetinə girən kimi məktubda
adları çəkilən üç məhkumu çağırıb sorğu-sual
etmiĢdi:
–Qəzetə məktubu nə vaxt yazmısız?
–Nə məktub, nə qəzet? – Məhkumlar
təəccüb-ləndilər.
–Özünüzü tülkülüyə qoymayın. Baxın
bu qəzetə, – Niyaz əlində tutduğu qəzeti
üstlərinə tulladı, – baxın qəhrəmanlığınıza...
Qəzetə Ģikayət etməklə nəyi dəyiĢəcəyinizə ümid
edirsiniz? Gününüzü qara edərəm bundan sonra,
bilərsiz Ģikayət etmək nədir...
–Rəis, – aralarındakı yaĢlısı dilləndi, –
vallah bu məktubdan xəbərimiz yoxdu. Düzdür,
bu iĢlərə dair narazılığımız var və öz aramızda
söhbətlərdə ĢikayətlənmiĢik. Amma durub
əlimizə qələm alıb yazmaq, qəzetə göndərmək
bizlik deyil.
–Bu
qədər
zabitin,
nəzarətçinin
gözündən yayınıb belə gizlin iĢ görməkmi olar, –
digər məhkum əlavə etdi, – bəlkə elə bu
zabitlərdən birinin iĢidir?
–Hərgah uzağı iki-üç günə biz
biləcəyik, kim yazıb, kim qəzetə çatdırıb. Heç nə
gizlin qalan deyil. Əli olan hər kəs də öz cəzasını
alacaq, bunu bilin. Əgər həqiqətən sizlik deyilsə,
dediyinizi təsdiq edin. Yubanmadan tez gedin
Bəkirin otağına. Üçünüzün adından məktub
yazırsız ki, qəzetdə yazılanlar hamısı yalandır və
heç bir Ģikayətimiz yoxdur...
Çox keçmədi, əməliyyatçıların hazırladığı
təkzib məktubu məhkumlara qol Ģəkdirilib faksla
Ġslah Ġdarəsinə göndərildi. Ġdarənin mətbuat
katibi təkzib məktubuna əlavə Ģərh verərək dərc
olunan yazını cəfəngiyyat adlandırıb qəzeti
34
№ 3 (15) Payız 2015
məsuliyyətsiz məlumatların dərcinə görə qınadı.
Nəticə gözlənilən idi. BaĢqa cür ola da
bilməzdi. Çünki, haqqında danıĢılan pullardan
idarənin xəbəri vardı. Çoxdan buna göz
yumduqlarına görə faktların ictimailəĢməsi
onlara sərf etmirdi. Bu nöqteyi nəzərdən inkar
etməkdən savayı yolları yox idi.
Qəzetdəki yazıdan xəbər tutandan bəri
xidmət əməkdaĢlarını narahat edən məsələ
müəssisədəki pulyığma yox, məktubun hansı
yolla, kim tərəfindən qəzetə ötürülməsi idi.
ġikayət məqaləsindəki pul yığmada adları
hallanan iĢçilər, imza edən məhkumlar, verilən
pulyığma siyahısı – hər Ģey, əslində həqiqət idi.
Edilən
cəhdlərə
baxmayaraq
qəzet
məktubun surətindən qeyri, əlavə məlumat
verməkdən imtina etdi. Məktubun sonunda
çəkilən qollar eynən olmasa da, məhkumların
imzalarına oxĢayırdı. Məhkumlar isə bu iĢin
onların yox, paqonlular tərəfindən təĢkil
edildiyinin iddiasındaydılar.
―Məhkumların sözündə həqiqət var, –
Niyaz fikirləĢirdi, – hər kimdisə iĢin içində olan
adamdır‖. O, Ģübhələndiyi bütün iĢçiləri
gözünün qabağına gətirib çıxdaĢ elədi. Ġndi
kimin boynuna qoymaq olardı ki, bunu sən
etmisən, – düĢündü...
Niyaz Bəkirlə qəzetdəki yazı barədə
ölçüb-biçdiklərini müzakirə elədikdən sonra belə
güman etdilər ki, bu olsa-olsa bir ay əvvəl iĢdən
azad olunub əmək pensiyasına çıxan gizir
Familin iĢi ola bilərdi. Ona illərdir can atdığı baĢ
gizir
rütbəsini
ala
bilməsinə
imkan
verilmədiyindən iĢdən narazı çıxmıĢdı. Onun
yaxın qohumu isə jurnalist idi, digər müxalifət
qəzetində iĢləyirdi.
Yazıda adları keçən məhkumlar heç
vəchlə yaxalarını ələ vermək istəməsələr də,
cəzasız qalmadılar. ġəxsi iĢlərinə töhmət
yazılmaqla bir müddət sonra hər üçü ayrı-ayrı
cəza evlərinə yatab edildilər.
* * *
Rəis əvəzi olandan sonra Niyaz özünü
necə aparırdısa, rejim rəisi ədliyyə mayoru ġamil
də ona tabe nəzarətçilərlə münasibətini həmin
qaydada qururdu. Üstəlik əsəbiləĢəndə onlara
ağzına gələni deyir, söyür, bəzən də sillələyirdi.
Nəzarətçilərin çoxusu iĢinin xatirinə onun
söyüĢlərinə fikir verməsələr də, aralarında
dözməyənlər də tapılırdı. Dözməyənlərdən biri –
Elxan adlı nəzarətçi ġamilin növbəti söyüĢünə
cavab qaytarmıĢdı. Hikkəsindən partlayan ġamil
vurduğu
sillə
ilə
nəzarətçinin
qulağını
qanatmıĢdı.
Nəzarətçi o gün iĢləməkdən imtina edərək
Niyazın
qəbuluna
gedib
ġamildən
ĢikayətlənmiĢdi:
–Rəis (əvəz iĢləyəndən hamı Niyaza belə
müraciət edirdi), özünüz baxın, qiymət verin. Siz
özbaĢınalığın qarĢısının alınması üçün tədbir
görməsəniz Ģəhərdəki Ġdarəyə gedəcəyəm.
–Mən onu tənbeh edəcəyəm. Ancaq sən
də düz etmirsən, lazımdır ki, onu baĢa düĢəsən.
Bütün günü narahatlıq, əsəb ağlını xarab edib.
Sənin rəisindi, güzəĢtə get, səbrli ol, əhəmiyyət
vermə söyməyinə. Gərək səni vurmayaydı. Ġndi
vurub, nə olsun, dünya dağılmalıdı? Bundan ötrü
Ġdarəyə getməzlər. Hesab elə ki, böyük qardaĢın
vurub.
–Rəis, mənim böyük qardaĢım elə
qabiliyyətsiz deyil, özü günahkar ola-ola məni
vura...
Niyaz onu sakitləĢdirməyə çalıĢsa da,
nəzarətçi Elxan inadından dönmədi.O, ġamilə
qarĢı heç bir tənbeh görülmədiyindən iĢdən
sonra Ġslah Ġdarəsinə Ģikayətə gedir. Ġdarədən isə
Niyaza rejim rəisinə xəbərdarlıq edilməsi
göstəriĢi verilir.
Buna
bənzər
hadisə
yaxınlıqdakı
cəzaçəkmə
müəssisəsində
baĢ
vermiĢdi.
Müəssisənin rəisi giriĢ qapısının çöl tərəfində,
görüĢə gələn vətəndaĢların gözü qarĢısında
məsul növbədən çıxıb evinə gedən dəstə rəisini
təhqir edir. Dəstə rəisi də onun təhqirinə təhqirlə
cavab verir. Üz-üzə gəlib əlbəyaxa olurlar.
Vəziyyətin gərginləĢdiyini görən rəisin ətrafdakı
qulbeçələri davaya qarıĢıb dəstə rəisini yerə
yıxaraq döyürlər. Dəstə rəisi qulbeçələrin
zərbələrindən ―qırmayın bir-birinizi‖, – deyən
vətəndaĢların köməyi ilə canını qurtarır. Rəis
dəstə rəisinə cinayət iĢi açılması üçün sənədlər
hazırladır. Ağlına gəlmir ki, dəstə rəisini
təpikləyib döymələri çöl qapısının üstündəki
videokameranın yaddaĢına köçüb. Hadisə
Üç aylıq ədəbiyyat dərgisi
35
yerindən birbaĢa mərkəzə Ģikayətə gedən dəstə
rəisi daha fəhmli olduğundan həqiqəti görmək
üçün kameranın çəkdiyi təsvirlərə baxılmasını
rəhbərlikdən xahiĢ edir. Video görüntülərə
baxılır, bütün iĢtirakçılara töhmət verilir, əsas
günahkarların: müəssisə və dəstə rəislərinin isə
iĢ yerləri dəyiĢdirilir...
Elxanın Ģikayət etdiyi günün səhəri Niyaz
dəstə rəisi Zəfəri otağına çağırdı:
–Mənə çatan məlumata görə dünən
axĢam nəzarətçi Elxanı Ġdarəyə sən aparmısan.
–Bəli. Daha doğrusu mənim maĢınımda
gedib.
–Sənin nə marağın vardı ki, onu
aparasan?
–Mən evimə gedirdim. SoruĢdu, olar
mən də oturum maĢına? Nə deyim? Deyim
olmaz, sən nəzarətçisən... ĠĢ yoldaĢıdır, axı.
Dedim, otur. Sabah təqaüdə çıxanda hamımız
eyni olacayıq: zabit, qeyri-zabit fərqimiz
olmayacaq, insanlığımız qalacaq. Dedi, Ġdarənin
qarĢısından sürərsən? Etiraz etmədim...
–Sən onu ən azından fikrindən daĢındıra
bilərdin.
–Rəis, nə üçün onun iradəsinə əks
çıxmalıydım, qoymamalıydım? O, düz edib
Ģikayətə gedirdi. Məgər bizə qarĢı elə hərəkət
etsələr, biz bağıĢlayarıqmı? Mən bağıĢlamaram...
Niyaz deyilən suala dinmədi. Zəfər onun
susmasından yararlanıb davam etdi:
–Rəis, bir misal çəkim. Biz hər gün
həyətdə gəzərkən natəmizliyə görə sanitarları
qınayırıq. Amma zibilin olmamasının tək bir
asan yolu var: zibili yerə tökməmək...
Niyaz Zəfərin kifayət qədər savadlı
olduğunu və nəyə iĢarə etdiyini bilirdi.
Telefonuna gələn qəfil zəng onu dəstə rəisinin
məntiqi qarĢısında aciz qalmağa imkan vermədi.
Zəng edənin nömrəsini görəcək Niyaz təlaĢlandı.
Zəfərin otaqdan tez çıxması üçün: ―YaxĢı, sən
get‖, – dedi. Deyəsən zəng edən ―yuxarıdan‖ idi.
Rəis əvəzi sayılandan Niyaz telefonuna zəng
gələndə otağında heç kəsi saxlamırdı.
* * *
Niyazın tənəli göstəriĢindən sonra Bəkirin
avtoritetlərdən cib telefonunu geri alması onların
rəhbərliyə münasibətini bir qədər də acılaĢdırdı:
–Bəlkə telefonun pulunu artıraq? –
Bəkirdən soruĢdular.
–Artıran idiz, vaxtında sizdən istənilən
əlavəni artırardınız da...
– Olduqca çox istədiniz, həm də bizə
icazə verilmədi hansısa razılığa gələk.
–Ġndi mənə də icazə vermirlər telefon
sizdə qalsın.
–Bəkir müəllim, düz eləmirsiz, sıxırsız
bizi. Bir gün bu sıxılmaya dözməyəcəyik,
baĢınız ağrıyacaq, – gileylənən avtoritetlər
səbrlərinin daraldığını bildirdilər, – onu da baĢa
düĢürük ki, bunu sizə Niyaz məcbur edir. Yəqin
özünü dövlət içində kiçik ―dövlətin‖ padĢahı
hesab edir. Eybi yox, qulluğunda qalsın...
Çox keçmədi, günlərin birində nahara az
qalmıĢ Bəkir özünü Niyazın kabinetinə saldı:
–Niyaz müəllim, bayaqdan yüzədək
məhkum yığıĢıb meydana, xoĢluqla da dağıda
bilmirik. Oturublar yerə durmurlar, guya
etirazlarını bildirmək üçün aksiya keçirirlər.
–Məqsədləri nədir? Nə istəyirlər?
–Sizin iĢdən çıxmanızı, istefanızı...
–Mənim istefamı? – Niyaz heyrətləndi?
Bir neçə saniyə donub düĢündü. – Elə təkcə
mənimmi istefamı istəyirlər?
–Bəli, – Bəkir səsini qısıb susdu.
Niyaz
əsəbindən
balaca
otağında
(müvəqqəti rəis olduğundan hələ otağını
dəyiĢməmiĢdi) o baĢ-bu baĢa var-gəl etdi. Sonra
nə düĢündüsə dayanıb diqqətlə Bəkirə baxdı:
–Düzünü de, iĢdən çıxmamı səndəmi
istəyirsən?
Gözlənilməz sualdan Bəkirin üzünə qızartı
yayıldı. Döğrudur Niyazın acgözlüyü heç
ürəyindən deyildi, amma, iĢdən çıxarılsaydı
onun yerinə gələn necə olacaqdı, Allah bilirdi?..
–Nə danıĢırsız, Niyaz müəllim, siz
fikirləĢirsiz ki, mən də onlarla həmrəyəm? Siz
olmasanız onlar mənə əhəmiyyət verməzlər.
Sizdən çəkindikləri üçün mənimlə hesablaĢırlar.
Ancaq, siz də gərək narazılığı dərinləĢdirib bu
yerədək gətirməyəydiniz...
–Mən də Məhyəddinə güvəndim. Daha
keçib, geriyə yol yoxdur. Məcburam ki, onların
dərsini verim. Bu dəqiqə Ġdarəyə zəng vurub
kömək istəyəcəyəm. Qoy xüsusi təyinatlıları
|