Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   2   3   4   5   6   7   8   9   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
11 
Generalla 
hələ 
aralarında 
toqquĢma 
olmamıĢ, Prudun bir yalanı çıxmıĢdı ortaya. 
Buna  deyərlər  ―xoruz‖.  Barto  da,  Prut  da 
yəhudi  idilər.  Bunu  onların  xalis  rus    olan 
Voroninə  yanaĢmağından  anlamıĢdım.  Hər 
ikisi  boy-buxunlu,  görkəmli  adamdılar. 
YaxĢı,  Ģıq  geyinirdilər.  Geyinməklərinə 
yəhudilərin mən mat qalmıĢdım. Çox sonra, 
baĢqa  bir  səfərdə  bir  yəhudi  oğlan  vardı. 
Özü  deyirdi  :  ―Mən  yəhudiyəm.  Milisdə 
iĢləmək  istəyirdim,  biləndən  sonra  ki, 
yəhudiyəm,  uzaqlaĢdırdılar.Vacib  dövlət 
iĢlərinə  götürmürlər  bizləri‖.  Amma  indi 
belə  deyil,  bu  saat  Rusiya  Federasiyasının 
baĢında  duranların  99    faizi  yəhudidir. 
Turist səfərinə çıxan oğlan baxırdım elə ki, 
bir  ölkəyə  gəlib  çatdıq,  üstdən  bir  saat 
keçməmiĢ  görürdüm  təmiz,  təzə  ütülü 
kostyumda  çıxdı  ortaya.  Ona  dedim  bir 
kərə,  axı  indicə  çatmıĢıq,  sən  necə 
çatdırıbsan,  ütülü  kostyumda  çıxırsan 
dərhal. Təəccüblə söylədi : ―Mən çamadana 
elə  qoyuram  kostyumu  ütüsü  pozulmur‖. 
Yadıma  Çarli  Çaplinin  filmindən  bir 
əhvalat  düĢürdü.  Çarli  Çaplin  hansı 
ölkəyəsə  səfər,  qastrola  hazırlaĢır.  ġeyləri, 
paltarlarını  yığır  bir  iri  çamadana,  güclə 
yerləĢdirir, çətinliklə bu iri çamadanı basıb, 
ağzını bağlayır. Görür paltarların xeylisinin 
uc-bucağı  çamadanın  qapaq  yerindən, 
aradan  çıxıb.  Bərk  tələsir,  çamadanı  bir  də 
açıb  bağlamağın  müĢkül  olacağını  anlayıb, 
qayçını  götürür,  çamadanın  arasından 
çıxmıĢ,  eĢikdə  qalmıĢ  geyim  parçalarını 
qayçı ilə  kəsir. Eləcə  də bu  oğlan, hər dəfə 
bir  ölkəyə  çatdıqmı,  dərhal  ütülü,  gözəl 
kostyumda  çıxırdı  otelin  xoluna.  Özləri  də 
elə  davranır,  dərhal  elə  isniĢirlər,  alıĢırlar, 
deyirsən 
bunlar 
eləcə 
bu 
ölkənin 
vətəndaĢıdırlar.  Hər  yer,  hər    hansı  ölkə 
bunlara  məhrəm,  doğmadır.  Onlar  bütün 
dünyanın vətəndaĢlarıdırlar. 
Burada  –  PolĢada  da  elə  idi.  Sonrakı  dəfə 
mən  baĢqa  bir  dəstə  ilə,  özümüzünkülərlə 
bu  ölkəyə  gələndə,  Yalçın  Əfəndiyev  – 
rejissor, 
Tofiq 
Sultanov 
operator 
– 
eĢitmiĢəm  rəhmətə  gedib,  yasına  da  gedə 
bilmədim,  gec  eĢitdim,  mən  ssenarist, 
Cəmil  haqqında  sənədli  film  çəkməyə 
gedəndə,  onda  bizim  bir  bələdçimiz  vardı, 
arığaz,  dinc  kiĢi  idi.  O,  bələdçilik  edir, 
gəzdirirdi bizi. Bir kərə mən polyak sürücü 
ilə  ikilikdə  qalmıĢdıq.  O,  mənə  çatdırdı  ki, 
bələdçimiz  yəhudidir.  SoruĢdum  ondan,  nə 
bilirsən?  Dedi:  Görmürsən?!  Məlumatlı, 
iĢgüzardır. 
Mən 
həmin 
sürücüdən 
soruĢdum:  «Yəhudilər  sizdə  haradandır?» 
Dedi:  «Sizdən!  Rusiyada  sıxıĢdırırsınız, 
qaçırlar buraya». PolĢada iki əsir düĢərgəsi 
vardı.  Osvensim,  bir  də  NitĢa  idi  –  nə  idi, 
dürüst  bilmirəm.  Ġndi  də  bunlar.  Barto  da, 
Prut  da  yaxĢı  geyinir,  hər  hansı  ölkədə  öz 
vətəni  təki  asudə  davranırdılar.  Onların  bir 
iĢi  də  olmuĢdu.  Balıqdan  xoĢları  gəlirdi, 
yəhudilərin 
kitablarında, 
Musa 
peyğəmbərin  möcüzələrində  də  balıq 
rəvayəti  var.  Bir  kərə  mənə  dedilər  : 
―Gedək  balıq  yeməyə‖.  Mən  də  qoĢulub 
onlara  getdim.  Sarı  rənglənmiĢ  bir  balaca 
restorandı.  Qapısına  yaxınlaĢanda  qoxu 
məni  vurdu.  Bildim  ki,  buradakı  ət,  xörək 
iylənib.  Ġçəri  girib  əyləĢdik.  Gətirdilər  hər 
birimizə  bir  çəki  balığı.  Mən  çəngəli  vuran 
təki  balıq  parçalandı  və  üfunətdən  az  qaldı 
ödüm ağzıma gəlsin. Onlar Oqnya xanım və 
Prut  bu  iylənmiĢ,  milçək  ,  mığmığa 
daraĢmamıĢ,  balığa  elə  giriĢdilər,  elə 
ləzzətlə  yedilər,  mat  qaldım.  ġəkləndim: 
deyəsən,  bu  restoranda  balığı  qəsdən 
iylədib,  biĢirirlər.  Belə  dadlı  olur,  nədir? 
Onlar  bu  restoranın  sorağını  bəlkə  hələ 
Moskvada alıb, buraya gəlmiĢdilər. O balığı 
kimsə yeməzdi, bunlarsa ən ləziz xörək təki 
ötürdülər içəri. 
VarĢavada  ziyalıların  məclisində  isə 
ayaqüstü  yeyilirdi.  Kolbasa,  pendir,  donuz 
əti  vardı,  yeyir,  söhbət  eləyir,  yaradıcılıq 
iĢləri  barədə  söyləyirdilər.  Prut  danıĢırdı. 
Müharibədən söz salmıĢdı. O, deyirdi: 
-  Biz  VarĢavanı  azad  etdik.  Mən  bu  Ģəhərə 
ilk  dəfə  əlimdə  avtomat  girmiĢəm.  Onda 
VarĢava  büsbütün  dağılmıĢdı,  Ģəhər  bütün 
yanmıĢ,  kül  içində  idi.  Səhəri  gün  -  bunu 
rusca  belə  söylədi  :  ―…Utrom  tramvayçiki 

12
№ 3 (15) Payız 2015 
 
xodili‖,  Mariya  Zaqurskaya  ehmalca 
dilləndi  :  ―Tramvayçiki  po  pozje‖.  Yəni  o 
tezlikdə,  VarĢavanın  alındığı  günün  səhəri 
tramvaylar iĢə düĢə bilməzdi, dağılmıĢ, alt-
üst olmuĢ Ģəhərdə. Dağılmağına dağılıbmıĢ, 
büsbütün  uçulubmuĢ  Ģəhər.  Təkcə  kral 
sarayının  bir  divarı  qalıbmıĢ.  Onu  indi  də 
yadigar təki o kökdə saxlayırlar. Hətta belə 
fikir  olub,  paytaxtı  yenə  Krakova 
köçürsünlər.  Krakov  PolĢanın  VarĢavadan 
qabaqkı    paytaxtıdır.  Sonra  vaxtilə 
VarĢavada  olmuĢ  bir  italyalı  rəssamın 
iĢlərini tapırlar. Orada o, VarĢavanın Ģəklini 
çəkibmiĢ.  Həmin  Ģəklə  baxıb,  Ģəhəri 
yenidən tikiblər. 
Sovet  əsgərlərinin  məzarına  onlar  da 
mənimlə gəldi. Birinci gün hələ əlimdə heç 
bir  sənəd  olmadan  buraya  gəlmiĢdik. 
Məzarıstanın  giriĢində  iki  abidə  var,  iki 
yandan.  Hər  biri  bir  əsgərdir,  avtomatlı, 
yaralı döyüĢ yoldaĢının baĢını dizi üstə alıb. 
Ġçəridə  sağ  və  sol  yandan  qranit-  baĢ 
daĢları, sinə daĢlar, üç cərgə, amfiteatr təki 
sıralanır.  Bunlar  qəhrəmanlardır.  Onlardan 
arxada  ümumi,  qardaĢ  məzarlarıdır,  iyirmi, 
otuz  nəfəri  basdırıblar.  Üstlərində  adları 
yoxdur.  Amma  Qırmızı  xaç  cəmiyyətinin 
sənədindən  bilirlər,  hansı  məzarda  neçə 
nəfər  yatır.  ġəhidlərin  ad-  familyaları 
kağızda,  məzarın  nömrəsinə  uyğun  olaraq 
yazılmıĢdır.  Bu  məzarıstanda  Cəmildən 
baĢqa,  müsəlman,  bizim  milli  soy  adına 
oxĢayanları 
vardı, 
üç-dörd 
döyüĢçü. 
VarĢavaya çatdığımız birinci gün mən soraq 
alıb,  buraya  gəlmiĢdim.  Qalın  qar 
düĢmüĢdü. 
Qəbristanı 
büsbütün 
qar 
basmıĢdı, elə qalındı, qəbir daĢlarının yalnız 
baĢı 
görünür, 
qar-sırsıra 
büsbütün 
örtmüĢdü.  Mən  birinci  cərgədən  baĢlayıb 
aradım.  Üstü  latınca  yazılmıĢdı  qəbirlərın. 
Bir  neçəsinə  baxdım.  Qarı,  buzu  əlimlə 
silir,  qoparır, oxuyurdum.  Gördüm  yox, bu 
yolla  bu  qədər  qəbrin  üstünü  oxuya 
bilmərəm. 
Onun  məzar-ünvanını,  o  dünya  ünvanını 
yalnız Qırmızı xaç cəmiyyətinin sənədində, 
ölkəni  gəzib  dolanıb  qayıtdıqdan  sonra, 
səfirliyin  deyil,  polyakların  köməyilə  tapa 
bildim.  Ertəsi  Bartogil,  Mariya  Zaqurskaya 
da  mənə  qoĢuldu.  Gəldik.  Üçüncü  cərgəni, 
axıra  gedəndə  son    məzardı.  Dörd  nəfər 
yanaĢı basdırılmıĢdı. Üçüncü o idi. Bunları 
mən ―Dünyanın arĢını‖nda yazmıĢam. 
Beləliklə,  iyirmi yaĢında PolĢada dünyasını 
dəyiĢmiĢ Ģəhidin cəsədi dəfn edildiyi döyüĢ 
meydanından buraya, qardaĢlıq qəbristanına 
köçürülmüĢdü.  
Hər  məktubunda  bir  intizar,  həsrət  vardı. 
Evimizə,  doğmaların  yanına  qayıtmaq 
istəyirdi. 
YaxĢı 
qayıdacaqdı, 
sinəsi 
qabarmıĢ, 
baĢı 
uca, 
Sovet 
Ġttifaqı 
Qəhrəmanı  kimi  yüksək  adla.  Cəbrayılda, 
qonĢu  rayonlarda  belə  yüksək  ada  layiq 
görülmüĢ bircə o idi. Evə can atırdı, bunun 
üçün  də  getdikcə  uzaqlaĢırdı.  Evə 
qayıtmaqdan  ötrü,  getdiyi  yolu  sonacan, 
qələbəyədək  getməli,  uzaqlaĢmalıydı.  Daha 
vuruĢmağın,  döyüĢməyin  təhrini  bilirdi, 
təkcə özü yox, tabeliyində olan döyüĢçüləri 
də 
oddan-alovdan 
keçirir, 
ölümdən 
qoruyurdu.  Evə  qayıtmaqdan  ötrü  ya  gərək 
yaralana  idi,  ya  da  axıracan  salamat 
getməli, 
Almaniyaya 
girməli, 
Berlinə 
çatmalıydı.  BaĢqa  cür  qayıtmaq  olmazdı. 
Nə  yaralandı,  nə  Berlinə  çatdı,  qayıtmadı. 
Uzaq  ölkədə,  PolĢada  Kupyatiçi  adlı  bir 
kənddə  yaralandı  və  üstlərinə  düĢən  qəfil 
bir  mərmidən  gözünü  əbədi  yumdu.  Son 
anlarda,  salacada  döyüĢçüləri  dostları  onu 
vuruĢ 
meydanından 
çıxararkən 
düĢünürmüĢ: ― Daha evə qayıdacam‖. 
 Berlinəcən gedə bilməsə də, qarĢıdan gələn 
qələbədə  onun  böyük    payı  vardı,  can 
qoymuĢdu, fədakarcasına döyüĢmüĢdü.  
Qırx  altıncı  ildə  mən  universitetə  girdim. 
Onda atam Ģayxanada, yeməkxanada, tikinti 
idarəsində  iĢlədi...  Nəhayət, qocaldı.  Öz  əli 
ilə tikdiyi yeni mülkdə, tut ağacının altında 
çarpayıda  yatırdı.  Xərçəng  idi,  iki  dəfə 
Bakıya  gətirdik,  Vaqif  də  Cəbrayılda 
katibdi,  əlac  olmadı.  KiĢi  arxayınca 
vəsiyyətini  eləyib,  getdi  o  dünyaya. 
Ölməzdən  çağırdı  Lal  Mehdini,  daha 
kimləri, qəbirqazan, yuyucuyacan.Onu necə 

                            Üç aylıq ədəbiyyat dərgisi 
13 
götürəcəkləri,  xeyrat  aĢı  biĢirənə  təziyə 
barədə  tapĢırıq  verib,  ayrıldı.  Vəsiyyətində 
bircə  ricası  vardı;  ona  əməl  etmək  olmadı. 
KiĢinin  atası,  dayıları,  anası  da  Ağoğlan 
döĢündə basdırılmıĢdı. Orada bunların  əkin 
yeri  varmıĢ.  Amma  onu  orada  basdırmaq 
olmadı.  Oralar  hamısı  indi  kələsərlikdi, 
daha  o  qəbirlər,  köhnə  məzarlar  itmiĢdi. 
Ağoğlandakı 
qəbristanlıq 
sovulmuĢdu. 
KiĢini 
 
―Qalalı‖ 
qəbirstanlığımızda 
basdırdıq.  69-cu  ildə  rəhmətə  getdi. 
―Dünyanın  arĢını‖  yenicə  çap  olunmuĢdu, 
―Azərbaycan‖  jurnalında.  Bilmirəm  ondan 
kiĢinin xəbəri vardı, oxudu, ya yox? 
Anamla  kiĢi  yola  getmirdi.  Çox  halda 
küsülü  olur,  anam  acıq  eləyir  və  bizim 
bayram  qazanımız  –  plov,  eləcə  dəmə 
qoyulduğu  ocağın  üstəcə  qalırdı.  Neçə 
müddət 
küsülü 
qalırdılar. 
Hərdən 
barıĢırdılar. Onda bizimçün də  xoĢ olurdu. 
Ürəyimizdə  sevinir,  anamla,  atamı  elə  bil 
biz  uĢaqlar  təzədən  evləndirirdik.  Atam 
əliaçıq, səxavətli idi. Yetim-yesirə, qohum-
əqrabalarına  əl  tutar,  onların  təəssübünü 
çəkərdi.  Lal  Mehdi,  kar  Məhəmməd, 
Səhliyallar, 
dayısı 
oğlunun 
arvadı 
Vəsmicahan,  hamısına  iĢ  tapırdı.  Qapı-
qonĢu  çətin  yaĢayırdı,  çörək  qıtdı,  un 
yoxdu. Bir də görürdün qonĢu Füruzə xala, 
nəvələrindən birini göndərib, un istəyirdilər, 
özü  də  bəzən  borc.  Borcların  heç  vaxt 
qayıtmayacağını bildiyi halda, anam, onları 
əliboĢ  yola  salmırdı.  Anamla  atamın  bir 
səbəbi  də  vardı.  KiĢinin  aĢnası  olurdu.  Biri 
yuxarılarda, o  biri  aĢağı, dəyirman  üstündə 
idi.  
Anam  da  xəstələndi.  Zobu vardı.  Gətirdilər 
Bakıya.  Onu  SemaĢko  adına  xəstəxanada 
operatsiya  elədilər,    Vaqifin  tapĢırığı  ilə 
həkimin  otağına  girdim.  Zərfin  içində 
cərraha  min  manat  pul  verdim.  Əməliyyat 
təzəcə  qurtaranda  həkim-cərrah  Tavadın 
boğazından  çıxardığı-buxağından  kəsdiyi 
tənzif  içində  iki  yumrunu  qanlı-qanlı  mənə 
göstərdi,  lapca  toğlu  xayasına  oxĢayırdı. 
Tavadı  operatsiya  otağından  xərək-arabada 
çıxarıb, 
apardılar 
otağa, 
narkozdan 
ayılmıĢdı. Əlinin birini qovzayıb, məni bərk 
hədələdi. 
Görünür, 
operatsiya 
ağır 
keçmiĢdi.  DemiĢdilər  onun  hirslənməyi, 
qılıqsızlığı,  acı  dinib  danıĢmağı,  hamısı 
boğazındakı  ―zob‖dandır.  Onu  cərrahiyyə 
ilə  həmin  zobdan  qurtardıqdan  sonra  əri də 
güman  edirdi,  arvad  yumĢalar.  Amma 
xəstəxanadan  rayona  qayıdıb,  daha  iĢə- 
gücə  qoĢulmağa  baĢladıqdan    sonra  kiĢi 
dilləndi : ―Bu elə həmin, həmindir. Heç bir 
dəyiĢiklik  olmayıb‖.  Anamızın  ataya  qarĢı 
davranıĢı    dəyiĢməmiĢdi,  yenə  öcəĢir, 
deyiĢirdilər.  
Anam  da  xərçəngdən  getdi.  Yemək 
borusunda idi. Onu atamla yanaĢı basdırdıq. 
Hər ikisinin qəbri eyni qaydada, ağ çil daĢla 
götürülüb,  üstündə,  baĢ  daĢında  Ģəkilləri. 
Ġkisi  biri-birinə  yox, qabağa baxırlar,  sanki 
o dünyada da küsülüdülər. 
Atam, 
anam, 
babam, 
babalarım, 
nənələrimlə 
tanıĢ 
olduq. 
Əmilərimi 
tanıtdım.  Böyük  qardaĢı  mənə  qədər  də 
tanıyırdınız. 
Ġndi  keçirəm  o  biri  qardaĢıma.  Onun 
barəsində  baĢlamazdan  əvvəl  istəyərdim, 
unudulmaz  Ģairimiz  Əli  Kərimin  ―  Heykəl 
və  heykəlin  qardaĢı‖  adlı  poemanı  oxumuĢ 
olasınız.  Özümüzə  görə  demirəm,  bu  çox 
dəyərli poetik əsərdir. Bir neçə kəlmə onun 
necə yazıldığı barədə söyləmək istərdim. 
Əli  Kərim  rayonlara  ezamiyyətə  gedibmiĢ. 
Gedir çıxır Füzuliyə. Orada mehmanxanada 
qalır.  TanıĢ-biliĢ  yoxmuĢ,  mehmanxanada 
nə  isə  xoĢagəlməz  iĢ  baĢ  verir.  Əli  burada 
qalmaq  istəmir.  Cəbrayıla,  Vaqifə  zəng 
çalır.  Onda  Vaqif  Cəbrayılda  birinci 
katibdi.  Əli  telefonda  necə  deyir,  necə 
gileylənirsə,  Vaqif  maĢin  göndərir  və  Əlini 
Füzulidən  Cəbrayıla  gətirirlər.  Onun 
görünür,  Vaqifə  ərki  ötür,  mənə  görə.  Əli 
ilə  yaxındıq,  Ģairliyini  də,  xatirini  də 
istəyirdim.  Bir  ara  hər  ikimiz  ədəbi 
tənqiddən zərbə almıĢdıq. 58-ci ildə mənim 
―Azərbaycan‖  jurnalında  bir  iri  hekayəm 
çap  olunmuĢdu,  ―QoĢa  bulaq‖  .  Bu 
hekayəni  mən  Bazarçaya  yaylağa  -    dağ 
müəllimi 
iĢləməyə 
gedərkən 
orada 

14
№ 3 (15) Payız 2015 
 
gördüklərimidən  yazmıĢdım.  Konyuktur 
ədəbiyyatın  nümunəsi  idi,  əsil  sosrealizm 
idi, 
quraĢdırma. 
Halbuki 
yaylaqdan, 
yazdığım  hadisədən  daha  yaxĢı  bir  Ģey 
çıxarmaq olardı. Əgər yaza bilsə idim. Yaza 
bilməmiĢdim,  ―bədii  düĢüncə  yoxdu‖  – 
Altay  Məmmədov  demiĢkən.  O  illər 
ədəbiyyatda  konfliktsizliyə  qarĢı  mübarizə 
baĢlamıĢdı.  Bütün  SSRĠ-də  bu  bir  həĢir, 
qalmaqaldı,  hər  yerdə,  hər  respublikada, 
konfliktsiz  əsərlər  tapır,  tənqid  aman 
vermirdi.  Bu  da  partiyanın  siyasəti  idi, 
tərifə,  ziddiyyətləri,  nöqsanları  ört-basdır 
etməyə qarĢı çıxmıĢdı. Partiyanın özü ədəbi 
tənqidi 
qızıĢdırmıĢdı. 
Azərbaycanda 
konfliktsizliyə 
örnək 
olan 
əsərlər 
tapmıĢdılar.  ―Ədəbiyyat  qəzeti‖nin  hər 
sayında, baĢqa qəzetlərdə, çıxıĢlarda ən çox 
iki  əsərin  adı  çəkilir,  tənqid  olunurdu  : 
―QoĢa bulaq‖ – Sabir Əhmədov, bir də Əli 
Kərim  ―Dəllək‖.  Elə  hey  döĢəyirdilər. 
Görünür, 
adlı-sanlılara 
toxunmaqdan 
qorxur,  çəkinirdilər.  Mən  və  Əli  təzəcə 
adağlayırdıq, arxamız, söykəyimiz yoxdu.  
Əli Cəbrayılda bizdə qalmıĢdı, bir-neçə gün 
qonaq olmuĢdu, anamı dindirmiĢdi. Əli, hər 
kəsin  gördüyünü  büsbütün  baĢqa  ağılla 
görür, hamının görə bilmədiyini də görür və 
onun  yaradıcılığı  belə  tapıntılarla  gedirdi. 
Eləcə  də  heykələ  və  onun  qardaĢına  həsr 
etdiyi  dastan  da  adından  göründüyü  təki 
büsbütün  Əliyə  xas  bir  yeni  görüĢdü. 
―Heykəlin 
qardaĢı‖. 
Adətən, 
Əlinin 
tapıntısından,  ixtirasından  sonra  o  növ 
əsərlər  çıxırdı  ortaya.  Onun  «Ġki  sevgi» 
Ģerindən mən deyərdim bütöv bir ədəbiyyat 
yarandı. Eləcə də «Qaytar ana borcunu» və 
sair  təki  olduqca  dəyərli,  mənalı  Ģeirlər… 
Cəbrayıl səfərindən sonra Əli həmin dastanı 
yazdı. Doğrudur, ona qədər bir neçə il əvvəl 
mən  də  yazmıĢdım  Cəmil  barədə  -  «O 
qayıtdı».  VuruĢmalarda  Ģəhid  olan  oğlanın 
Vətənə  bir  heykəlin  varlığında  qayıtdığını 
göstərmək  istəmiĢdim.  Mən  Cəmil  barədə 
yazmağa  hünər  eləmirdim,  qıymırdım. 
Ġstəmirdim mənim ondakı səviyyəmlə onun 
surətini  qələmə  alım.  Amma  bir  kərə 
«Kommunist»  qəzetindən  Bəkir  Nəbiyev 
mənə  zəng  çaldı,  Bakıya  iĢləməyə  təzəcə 
gəlmiĢdim rayondan. Dedi Cəmil haqda bir 
yazı  yaz.  Bilmirəm,  qələbənin  neçənci 
ildönümü idi. O elə rica etdi ki, razılaĢdım. 
On  səhifəlik  bir  oçerk  yazdım.  Bəkir  sonra 
mənə  söylədi:  ―Makinaçılar  o  yazını 
yazanda ağlayıblar‖.  
Əlinin  dastanı  dəyərli  idi,  onun  Ģerində 
görükən  tapıntı  poemada  bütünlükdə  bütöv 
bir  qayə  ,  bədii  məzmun  təki  ortaya 
çıxmıĢdı.  Vaqif  haqqında  da  bu  əsərdə 
yazılmıĢ  və  Əli  Kərim  raykom  katibinin 
maraqlı  obrazını  yarada  bilmiĢdi.  Katibin, 
dinc  dövrün  partiya  iĢçisinin  müharibədə 
Ģəhid  olmuĢ  qardaĢla  qarĢılaĢması,  onların 
dindirilməsi, 
ruhla 
canlının, 
gerçəyin 
görüĢləri  əks etdirilmiĢdi 
Vaqifin  uĢaqlığı  mənim  lap  yaxĢıca 
yadımdadır. Doğrudur, mən baĢqa adla onu 
―Dünyanın  arĢını‖nda  göstərmiĢəm.  Ġndi 
yeri  gəlib.  Bir  halda  ki,  mən  bütün  nəsil-
nəcabətim,  eləcə  də  ailəmizin  hər  bir  üzvü 
barədə  yazmaq  həvəsinə  düĢmüĢəm,  onda 
Vaqifi öz adı ilə yenidən yada salmalıyam. 
Aramızda  iki-üç  yaĢ  fərq  olardı,  o  məndən 
böyük,  Cəmildən  xırda,  evin  ikinci  övladı, 
ortancıl  qardaĢdı.  Bizim  təvəllüd  tariximiz 
böyükdən,  baĢdan  sonra,  axıra  doğru  yox, 
balacadan  böyüyə  sayılmalıdır,  axırıncı 
uĢağın  Ziba  bacımın  təvəllüdü,  eləcə  də 
mənimki daha dəqiqdir. Ziba otuz ikidəndir, 
biz  iki  ildən  bir  doğulmuĢuq.  Bu  sayla 
Vaqifin təvəllüdü eləyir iyirmi səkkiz. Tay- 
tuĢları  bu  illə  gedirlər.  Amma  Vaqifinki 
keçmiĢdi  iyirmi  yeddiyə,  sonra  da 
qaldırdılar iyirmi beĢə. Boyu tez qalxmıĢdı, 
yaĢı  olduğuna  görə  deyil,  boya  görə 
ölçürdülər.  ―Boyuna  bax,  yekə  oğlandır‖. 
Arvadlar  deyirdilər,  müharibə  vaxtı  elə  bil 
uĢaqları çəkib uzadırlar.  
                                                          
(davamı olacaq) 
  
 
 
 

                            Üç aylıq ədəbiyyat dərgisi 
15 
Ġ
Ġ
ġ Ġ
 
 
GƏMĠ
 
Dənizin аltındа səssizcə durur  
bаlıqlаr üzüĢür göyərtəsində  
dirsəklənib хəyаlа dаlmıĢ kimi  
bir аz yаnа əyili  
bаtmıĢ dеsəniz  
gülümsünüb köks ötürəcək  
bul-bul hаvа köpükləri burахаrаq,  
sаdəcə sеvgilimlə iç-içə оldum dеyəcək. 
 
KĠTАB 
Nеçə illərdir  
Ģifоnеrin аltınа pərsəng qоyulmuĢ  
bu kitаbçаnı dəyiĢmək  
hеç kimin аğlınа gəlmədi  
gənc müəllifin ilk kitаbı  
sеriyаsındаn  
bir Ģеir kitаbçаsı. 
 
KÜLQАBI 
Bu səfər  
içinə kül tökmədim  
tum qаbığı аtmаdım  
bu səfər  
qırılmıĢ muncuq dənələrini  
tоplаyıb  
qоydum külqаbınа  
qаrаnlıqdа  
iĢıl-iĢıl muncuqlаr 
 
GÖZLÜK 
Pələng dərisi üzərində unudulub gözlük  
ĢüĢə аrхаsındаkı  
sınmıĢ zоlаqlаr  
pələng dünyаsının  
bizə bəlli оlmаyаn gizli pеrspеktivlərini  
аçıb göstərir 
 
CОRАB 
Zivədəki sаrımtıl uĢаq cоrаblаrı  
mıĢıl-mıĢıl uyuyаn sаhibinin  
özüdür ki vаr  
dinclik nə оlduğunu bilməz  
küçədən kеçənlərə əl еdər... 
 
ZƏRLƏR 
Sаnkt-Pеturburqdа  
Avrоrа оtеlinin fоyеsində  
ĢüĢə mаsаnın üstündə  
bir tək zər vаr idi,  
əlimə аlıb bахdım  
hеç bir Ģеy аnlаmаyıb  
yеrinə də burахdım  
4 il sоnrа  
Ankаrаdа  
Qızıl Ay mеtrоsunun pilləkənlərində  
yеnə bir tək zər çıхdı qаrĢımа  
bir аn аyаq sахlаyıb  
gözlərimlə ikinci tаyını аrаdım…  
Amаn  
gör nеçə ildir mənimlə оynаyаn  
bu аzmаn  
kim оlа 
 
SƏRÇƏLƏR 
Yаnındа ürkək bir cаnlı оlmаsа  
yаĢаyа bilməz insаn  
indiki sırtıq sərçələr  
ürkəkliyin nə оlduğunu bilməzlər  
bəlkə bunа görə  
bu qədər mənаsız görünür hər Ģеy  
 
ġОKОLАD  
Kənd yоlundа  
günəĢlə dоlu bir səhər.  
Yоlun kənаrlаrı  
yаm-yаĢıl оtlаrlа örtülü,  
hаvаdа göbələk qохusunа bənzər  
qохu vаr,  

16
№ 3 (15) Payız 2015 
 
cibimdə Ģоkоlаd 
QАġIQ 
Qumlаrа bаtıb qаlıb  
nikеlli qаĢıq  
köpüklü dаlğаlаrdаn bir pаrçаsı  
bеləcə dəmirləĢib 
 
YАTАQ 
Kim dеyr ki  
yаddаĢı yохdur əĢyаlаrın  
bахın  
köç mаĢınındа gеdən bu yаtаq dəsti  
kədərin çохluğundаn büzüĢərək  
yumаğа dönüb 
 
DАġ  
Yоlçulаr  
düzənlikdəki ən böyük dаĢа yеtiĢib  
bir аn аyаq sахlаdılаr  
bir аz kеçəcək  
dəstərхаnlаrını dа еlə burаdа аçаcаqlаr  
dаĢ  
öz böyüklüyünün  
fərqində bеlə dеyil 
 
QRАFĠN 
Hər gün bаğırаn  
аğzındаn оd tökülən bu аdаmın  
mаsаsının üstündəki qrаfin  
аrtıq çохdаn unudub  
bir qаdının  
yumĢаq bаrmаqlаrı аrаsındа  
оlduğu günləri  
indi düĢüncəsində  
təkcə bir Ģеy vаr  
çilik-çilik оlmаq 
 
KÖRPÜ 
Bu körpünü  
pаrtlаtmаq fikrinə düĢsəm  
о sааt  
filаn filаn filаnıncı ildə  
оnun üzərindən kеçərkən  
bir qızlа filаn  
qоl-bоyun оlduğum günləri  
yаdа sаlаcаq 
CАMIġ 
Bаlıq оvu  
təkcə bаlıq оvu dеyil ki  
bunlаr bəhаnədir  
əsаs məsələ  
bеnzin qохusu  
mоtоsiklеt tırıltısı  
küləkli hаvа  
bir də  
kəndin girəcəyində yоlu kəsmiĢ  
cаmıĢlаrdır 
 
VĠġNƏ 
YаğıĢ dаmlаlаrı döyəcləyir  
viĢnə yаrpаqlаrını  
biz gəldik  
biz gəldik  
biz gəldik dеyirlər  
sеvinclə dоludur  
islаq viĢnələr 
 
BIÇАQ
 
Səsimi içimə qısıb  
əlimi kəsmiĢ bıçаğа  
mаt-mаt bахırаm  
insаn оlsаydı  
sözünü gеri götürdərdim  
bаĢınа dа bir qаpаz iliĢdirərdim  
аncаq о  
hеç bir yаnlıĢı bаğıĢlаmаyаn  
sоyuq pаrıltısıylа  
büdrəsən yеnə kəsəcəm  
dеyir sаnki,  
gülümsəyir 
 
PUL  
Хırdа dəmir pulu  
bаrmаqlаrımın аrаsındа tutub  
hər  gün  yеrаltı  kеçidin  pillələrində 
dilənən  
qаdınа vеrmək üçün hаzırlаyırаm  
sеvincək hаlı vаr bu хırdаcа pulun  
gаh bаrmаqlаrımın аrаsındа dоlаĢır  
gаh sıçrаyıb yеrə düĢür  
аncаq qаdın  
bu gün yеrində dеyil  

                            Üç aylıq ədəbiyyat dərgisi 
17 
görünür nəsə ciddi səbəb vаr  
yохsа еlə hər gün  
еlə həmən bu zibil qutusunun yаnındаn  
əksik оlmаzdı  
dеyəsən dəmir pulun kеfi pоzulub  
оvcumun içəndə səssizcə dоnub qаlıb  
yаlnız indi fərqinə vаrdım  
оnun bu qədər sоyuq оlduğunun  
 
Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin