Üç aylıq ədəbiyyat dərgisi
113
qadının tək qaldığını aydınca eĢitmiĢdi.
Birdən ağlına gəldi ki, bəlkə qadın
hansısa bir rəfiqəsinin, ya qohumunun
uĢağını bir günlük saxlayır? Ötən gecəni
yadına saldı. Bir daha əmin oldu ki, ötən
gecə də bu hənirtini eĢidib. Çünki bu, nə
iləsə səhv salına biləcək bir hənirti
deyildi. Bu, çox zəif, sanki xəstələnmiĢ
bir körpənin qarmaqarıĢıq ağlaması, ani,
tez-tez kəsilən iniltinin müĢayiəti altında
davam edən yanıqlı zarıltısı idi. Yəqin ki,
bir neçə aylıq idi. Çünki təzə doğulmuĢ
bəbə kimi təngnəfəs olmur, qəfil
hıqqılamır
və
qulaqbatıran
səslə
ağlamırdı. Petrone zəif və xəstə, arıq üzlü
və az hərəkətli bir oğlan uĢağını – niyə
məhz oğlan uĢağı olmasını özü də
bilmirdi – təsəvvürünə gətirdi. Və o körpə
oğlan gecənin bir aləmində utana-utana
ağlayır və diqqət çəkmədən Ģikayət
edirdi. Əgər mıxlanmıĢ qapı orda
olmasaydı,
bu
hənirti
divarları
keçməyəcək, kimsə də orada bir uĢağın
ağlamağını bilməyəcəkdi.
Ertəsi gün səhər yeməyi yeyəndə də,
siqaret çəkəndə də Petrone bunu
düĢünürdü. Gecəni pis yatmaq onun
gündüz iĢlərinə də mane olurdu. Gecənin
yarısında iki dəfə oyanmıĢdı və hər ikisi
də həmin hənirtiyə görə. Sonuncu dəfə
daha narahat Ģəkildə oyanmıĢdı: hənirti
ilə yanaĢı körpəni sakitləĢdirməyə çalıĢan
qadının səsi də eĢidilirdi. Səs ucadan
olmasa da, o qədər süni təəssürat
bağıĢlayan kədərli bir pıçıltı idi ki, sanki
qapı tərəfdə qıĢqıra-qıĢqıra danıĢırdılar.
Körpə layla zamanı arada bir hənirtisini
kəsir, sonra yüngül titrək səs, ovunmaz
töyĢümə
ilə
yenidən
zarıldamağa
baĢlayırdı. Və yenə də qadın anlaĢılmaz
sözlər pıçıldayır, ürəyindən və ya bədənin
hansısa
xəstəliyindən
Ģikayətlənən,
yaĢamaq və ya ölüm qorxusundan əziyyət
çəkən balacanı sakitləĢdirmək üçün elə
bil
ana
kimi
ovsunlayırdı.
«Hər Ģey yaxĢıdır, amma inzibatçı
mənə yalan deyib» - Petrone otağından
çıxarkən düĢündü. Yalanı qəbul etmirdi
və bunu gizlətmədi də. Ġnzibatçının gözü
bərələ qalmıĢdı.
-UĢaq?! Siz nəyisə səhv salırsınız. O
mərtəbədə balaca uĢaq yoxdur. Sizin
nömrənizin yanında tənha bir qadın qalır
və məncə, mən bunu sizə artıq demiĢəm.
Petrone
nəsə deməyə tərəddüd
etməyə baĢladı. Ya inzibatçı onu axmaq
yerinə qoyurdu, ya da otelin akustikası
onunla xoĢagəlməz zarafat edirdi. Bir
tərəfdən də həmsöhbətinin çəp-çəp
baxması onu hiddətləndirirdi. ―Yəqin,
məni otağı dəyiĢmək üçün bəhanə
axtaracaq qədər qorxaq hesab edir‖ –
Petrone düĢündü. Hamı sənə qarĢı olanda
bir Ģeyin üstündə təkid etmək çətin və
mücərrəd görünür. Petrone çiyinlərini
çəkib gündəlik qəzet xahiĢ etdi:
-Yəqin, yuxuda görmüĢəm, – dedi. Bunu
demək məcburiyyətində qalması və
ümumiyyətlə, izahat verməsi özünə heç
xoĢ gəlmədi.
Kabare** son dərəcə darıxdırıcı idi.
Onunla
yeyib-içməyə
gəlmiĢ
iki
yoldaĢının isə o qədər də həvəsli
olmadığını görən Petrone yorğunluğunu
bəhanə gətirərək otelə getdi. Növbəti gün
üçün iki müqavilə bağlanacaq və bununla
da iĢlər, demək olar ki, yekunlaĢacaqdı.
Otelin vestibülündə elə bir sakitlik
hökm sürürdü ki, Petrone bir də baxdı ki,
barmaqlarının ucunda hərəkət edir. Onun
üçün yatağın yanına gündəlik qəzet və
Buenos
Ayresdən
bir
məktub
qoymuĢdular. Həyat yoldaĢının xəttini
tanıdı.
Yerinə uzanmazdan əvvəl Ģkafa və
gizlənmiĢ qapının görünən hissəsinə
baxdı. Əgər o hissəyə iki çemodanını
qoysa qapını tamamilə tutar və beləcə səs
daha zəif eĢidilərdi. HəmiĢəki kimi bu
saatlarda heç bir səs gəlmirdi. Otel
yatmıĢ, əĢyalar və insanlar da yuxuya
114
№ 3 (15) Payız 2015
getmiĢdi. Onsuz da kefsiz olan Petrone
isə bunun əksini fikirləĢirdi: hər kəs
nəfəsini
saxlayıb,
səssizliyin
tam
ortasında nəyisə gözləyir. Hamını bir növ
gizli təqib edirmiĢ kimi Petronenin
içindəki sözlə ifadə olunmayan bu təlaĢ
sanki bütün otelə, oranın sakinlərinə
sirayət edirdi. Sarsaqlığa bir bax.
Gecə saat üçdə körpə zırıltısını
eĢidəndə Petrone demək olar ki,
təəccüblənmədi.
Yatağında
oturaraq
düĢündü ki, bəlkə gecə nəzarətçisini
çağırsın, bu otaqda yatmağın mümkün
olmadığını təsdiqləyən Ģahidi olsun.
Körpə o qədər zəif səslə ağlayırdı ki,
bəzən onu eĢitmək olmurdu. Ancaq
Petrone hiss edirdi ki, zarıltı davam edir
və az sonra səs yenidən eĢidiləcək. Daha
on və ya iyirmi ağır saniyə keçdi. Sonra
əsl zarıltıya çevrilənə qədər demək olar
ki, hiss olunmayan və uzun-uzadı hıçqırıq
səsləri
gəlməyə
baĢladı.
Bir siqaret yandırdı. DüĢündü ki, divarı
ehtiyatla döyəcləsə, bəlkə qadın uĢağı
sakitləĢdirər. Məhz bayaq, ikisi – qadın
və uĢaq haqda fikirləĢərkən anladı ki, nə
onlara inanır, nə də ona yalan deyən
inzibatçıya. Ġndi isə ehtiyatla, təmkinlə,
eyni zamanda qeyzlə körpənin zarıltısını
kəsən qadının səsi gəldi. Qadın uĢağa
layla çaldıqca, onu sakitləĢdirdikcə
Petrone qadının yatağın ayaq tərəfində
oturmasını, körpəni qucağında və ya
beĢikdə necə yırğaladığını təsəvvür
edirdi. Ancaq nə qədər istədisə də,
körpəni təsəvvür edə bilmirdi, elə bil,
inzibatçının mülahizəsi indi yaĢadığı
gerçəklikdən daha güclü idi. YavaĢ-
yavaĢ, vaxt ötdükcə güclə eĢidilən zarıltı
səsləri qadının təsəlli pıçıltıları ilə bir-
birini əvəz etdikcə və yüksəldikcə
Petrone bunun izaholunmaz gülməli və
qorxunc oyun, məzhəkə olduğundan
Ģübhələnməyə baĢladı. Hamıdan xəlvət
oyuncaqlara kultlar*** təĢkil edən sonsuz
qadınlar haqqında nağıllar ağlına gəldi.
Bu xəlvəti, uydurma analıq itləri, piĢikləri
yaxud da bacı-qardaĢlarının övladlarını
əzizləməkdən min dəfə pis idi.
Qadın xəstə oğlunun ağlamağını
yamsılayaraq, əlləri arasında kimsə
varmıĢ kimi ovundurmağa çalıĢırdı, ola
bilsin, göz yaĢları üzünü islatmıĢdı, çünki
oxĢatmaq istədiyi bu zarıltı bəzən həqiqi
ağlamağın, bir otel otağında laqeydlik və
dan yerinin soyuğu ilə əhatə olunmuĢ
tənhalığın əzablı ifadəsi idi. Daha yata
bilməyən Petrone Ģamdanı yandırdı. Öz-
özünə soruĢdu: axı nə etməli? Onsuz da
korlanmıĢ əhvalı qəzəbə çevrilmiĢdi.
Birdən canına hopmuĢ bu abu-hava ona
hiyləgər, saxta və boĢ oyun kimi
görünməyə baĢladı: sakitlik, zarıltı, layla
- gecə və gündüz arasındakı bu saatın
yeganə gerçəkləri onu dözülməz yalan ilə
aldadırdı. Qapını döysünmü – yetərli
deyildi. Yatması mümkün olmasa da belə,
tam ayılmamıĢdı da. Heç özü də hiss
etmədən bir də gördü ki, tozlu qapının
qabağını kəsmiĢ Ģkafı yavaĢ-yavaĢ
tərpədir. Pijamada və ayaqyalın halda
sanki qırxayaq kimi üzünü qapıya
yapıĢdırdı.
Ağzını
Ģam
ağacından
hazırlanmıĢ
qapının
bu
tayına
yaxınlaĢdırıb zəif eĢidilən zil kiĢi səsi ilə
o
biri
tərəfdən
gələn
zarıltını
yamsılamağa baĢladı. Getdikcə səsin
tonunu qaldıraraq zar-zar, hönkürtü ilə
ağladı. Qapının o tərəfində yaranmıĢ
səssizlik bütün gecə davam edəcək kimi
görününrdü. Ancaq birdən Petrone
qadının gecə baĢmaqları ilə otaqda
gəziĢdiyini, ani və boğuq qıĢqırtısını
eĢitdi; bu çığırtı gərilmiĢ kəndirin
qırılması kimi qəfil kəsildi.
Qeydiyyat
masasının
yanından
keçəndə saat 10-u keçmiĢdi. Saat
səkkizdən sonra yarıyuxulu Ģəkildə otel
iĢçisinin və qadının səsini eĢitmiĢdi.
Kimsə yan otaqda əĢyalarını daĢıyırdı.
Liftin yanında bir sandıq və iki iri
Üç aylıq ədəbiyyat dərgisi
115
çemodan gördü. Petroneyə elə gəldi ki,
inzibatçının halı pəriĢandır.
-Gecəni yaxĢı yata bilmisinizmi? –
etinasızlığını büruzə verməməyə çalıĢaraq
peĢəkar tonda soruĢdu.
Petrone çiyinlərini atdı. Oteli tərk etməyə
bir gündən də az qalırdı deyə nəsə
deməyə cəhd etmədi.
-Hər halda indidən belə daha da sakitlik
olacaq, – inzibatçı çemodanları göstərdi –
xanım günorta oteli tərk edəcək.
Ġnzibatçı bir rəy gözləyirdi, amma
Petrone ona gözləri ilə cavab verdi.
-Burda çoxdan qalırdı və budur, qəfildən
çıxıb gedir. Qadınları anlamaq mümkün
deyil.
-Elədi,r – Petrone dedi, – mümkün deyil.
Küçədə hiss elədi ki, baĢı gicəllənir.
Ancaq bu fiziki bir narahatlıq deyildi.
Tünd qəhvədən bir qurtum alıb, iĢlərini
yaddan çıxarıb Ģəfəq saçan günəĢə biganə
qalaraq
dünənki
məsələ
haqda
fikirləĢməyə
baĢladı.
Qorxudan,
utancdan, qəzəbdən dəli olmuĢ qadının
oteli tərk etməsində günahkar bilirdi
özünü. Axı qadın burada çoxdan qalırdı.
Xəstə də olsa, ziyansız idi. Qadın deyil,
məhz o getməli idi Servantesdən. Qadınla
danıĢmalı, üzr istəməli və daha bu barədə
susacağına dair and içməklə ondan
qalmasını xahiĢ etməli idi. Bir neçə
addım atıb yolun yarısında dayandı.
Axmaqlıq etməkdən, qadının gözləmədiyi
tərzdə reaksiya verməsindən ehtiyat
edirdi. Artıq iki həmkarı ilə görüĢmək
vaxtı idi və onları gözlətmək istəmirdi.
Nəysə, qoy axmaq yerinə özünü qoysun,
onsuz da Ģüvənin biridir, baĢqa otel tapıb
xəyali körpəsinin qayğısına qalar.
Ancaq gecə yenə özünü pis hiss
edirdi, otağın səssizliyi indi ona daha ağır
gəlirdi. Otelə girəndə özündən asılı
olmayaraq açarlar asılan lövhəyə baxmıĢ
və qonĢu otağın açarının orada olmadığını
görmüĢdü. Əsnəyə-əsnəyə iĢdən getmək
vaxtını gözləyən qeydiyyat iĢçisi ilə bir
az söhbət edəndən sonra az da olsa, yata
bilmək ümidi ilə otağa girmiĢdi. Otağında
gündəlik qəzetlər və bir detektiv roman
vardı. Çemodanlarını yığıĢdırmaq, kağız
sənədləri qaydaya salmaqla məĢğul oldu.
Ġsit idi, pəncərəni taybatay açdı. Yataq
səliqəli yığılsa da, ona narahat gəldi.
Nəhayət, dərin və bərk yuxuya dalmaq
üçün lazımi səssizlik yaranmıĢdı, amma
yata
bilmədi.
Yerində
qurcalanır,
hiyləgərliklə qazandığı bu səssizliyin
altında sıxılırdı. Sanki bu səssizliyi ona
bütöv və kinli formada qaytarırdılar.
Ġstehzalı Ģəkildə düĢündü ki, körpənin
zarıltısı üçün darıxır, bu mükəmməl
sakitlik yatmaq və oyanmaq üçün ona
kifayət etmir. Sanki körpənin ağlamasının
xiffətini edirdi. Gecədən xeyli keçmiĢ,
sanki məhkum olunmuĢ qapıdan çox zəif,
ancaq özünəməxsus o səsi eĢitdi –
qorxuya və gecənin bir yarısında qaçmaq
istəyinə baxmayaraq – bildi ki, hər Ģey
qaydasındadır və qadın həqiqəti söyləmiĢ,
onlar yata bilsinlər deyə uĢağın
sakitləĢməsini
istəyərək
ona
layla
deməkdə yalan danıĢmamıĢdı.
İspancadan çevirdi Kamil İlqar
Zeynalov
-----------
Pyedestal* - heykəlin oturacağı
Kabare** - estradası olan restoran,
kafe
Kult*** - ayin, ibadət, sitayiş, dini
ayinlər
116
№ 3 (15) Payız 2015
Mixail Yevqrafoviç
Saltıkov-ġedrin
(“Böyüklər
üçün
nağıllar”
kitabından seçilmiĢ hekayələr)
Kənddə yanğın
Sofonixe kəndini yandırıb külə döndərən
güclü yanğın günortaya yaxın baĢlamıĢdı.
Bu, iyun ayında, əkin iĢlərinin ən qızğın
çağında olmuĢdu. Kəndin kiĢili-qadınlı
bütün adamları tarlada, iĢ üstündə idilər.
Sonradan bəlli olduğuna görə, yoldan keçən
bir əsgər kəndin qırağındakı evlərdən
birinin divarboyu salınmıĢ torpaq kürsüsü
üzərində oturmuĢ, çubuğunu doldurub tütün
çəkimiĢdi. O gedəndən biraz sonra isə, bu
yanğın baĢlamıĢdı.
Kənddəki
evlərinin
hamısı
ucdantutma yanıb kül olmuĢdu. Ancaq
evlərdən biraz aralıda yerləĢən taxıl
anbarlarının bir-ikisi salamat qalmıĢdı. Bir
neçə saatın içində kəndlilər, əllərində olan
nə vardısa hamısını itirib, dilənçi kökünə
düĢmüĢdülər. Praskovya nənə, bir də
Tatyananın oğlu Petka yanaraq ölmüĢdülər.
Tarla kənddən çox uzaq idi, orada iĢləyən
kiĢilər və qadınlar, kənddən çıxan qatı
tüstüsünü görüb, atları və kotanları baĢlı-
baĢına qoyaraq, baĢılovlu qaçıb gəlmiĢdilər.
Ancaq
onlar
gəlib
çatanadək artıq
yanğından qurtarası bir Ģey qalmamıĢdı. Nə
yaxĢı, malqara örüĢdə idi və biraz öncə
peyini
kənddən
tarlaya
daĢıyıb
aparmıĢdılar, yoxsa, bütünlüklə acından
ölməli olacaqdılar. Yanğın baĢlayanda
küçədə
oynayan
azyaĢlı
uĢaqlar
yaxınlıqdakı kiçik çaya qaçıb canlarını
qurtarmıĢdılar.
Yeniyetmə
qızlar
qucaqlarında tutduqları körpə uĢaqlarla
çayın qırağında dayanıb, qorxu içində,
yanıb kömürə dönmüĢ evlərə, evlərdən
niĢanə kimi qalmıĢ kərpic sobaların
qalıqlarına baxırdılar.
Dul arvad Tatyana təpərli və gənc bir qadın
idi. Əri altı il qabaq ölsə də, ancaq o, öz
təsərrüfatını qoruyub saxlaya bilmiĢdi.
Topladığı məhsulun yarısı vergiyə getsə də,
əlini iĢdən soyutmur, tarlanı özü Ģumlayır,
əkib-biçir, taxılı da özü döyürdü. Onun
Petkadan baĢqa övladı yox idi, uĢağın artıq
səkkiz yaĢı vardı və Tatyana, yenidən ərə
getməyi ağlına belə gətirmədən, oğlunu
təkbaĢına böyüdür, onu artıq gələcəyin
kiĢisi, evinin yiyəsi kimi təsəvvür eləyirdi.
Petka da özünü artıq evin gələcək yiyəsi
sayır, anasına deyirdi:
–Ana, mən böyüyüb kiĢi olacağam,
evimizin yiyəsi olacağam...
Bütün kənd bu balaca oğlanı sevirdi. Petka
diribaĢ, suyuĢirin bir uĢaq idi və artıq
məktəbə gedirdi. Bir də görürdün Petka,
kəndin içi ilə, yaĢlı kəndlilərin yanından
ötüb keçir. Qocalar onu saxlayıb soruĢurlar:
–Hə, kiĢi qırığı, anana kömək eləyirsənmi?
–Hə, bacardığımı eləyirəm–deyə Petka
dillənirdi.
Birazdan kəndin ortasından keçən küçə ev
avadanlıqlarının qalıqları ilə doldu; kəndli
üçün hər Ģey dəyərli və gərəklidir. Ev
yiyələri, ailə üzvləri ilə birlikdə, hərəsi öz
yanmıĢ evinin küllüyündə eĢələnir, əllərinə
keçən, gözə dəyən nə vardısa daĢıyıb bir
qırağa yığırdılar: köhnə ayaqqabı altlığı,
paslı mismar, at qoĢqusu üçün olan qayıĢ
qırığı, kotan ağzının sınığı və baĢqa bu kimi
tör-töküntülər küçə boyu qalaqlanmıĢdı. Bir
neçə kəndlinin evin altındakı yeraltı
Üç aylıq ədəbiyyat dərgisi
117
anbarları yanğından sağ çıxmıĢdı; ancaq
indi ərzağın tükəndiyi bu vaxtda onlarda da
diĢədəyər bir Ģey tapmaq çətin idi. On ildən
artıqdır dilənçilik eləyən birisi, dilənməyə
götürdüyü mis camını axtararaq qıĢqırırdı:
–Mənim camım hanı? hanı o? kim
oğurlayıb onu? Deyin görüm, kimdədir
mənim camım?
Avdotya nənə kəndin içində obaĢ-bubaĢa
gəzib qarĢısına çıxanların hamısına iki
yarıyanmıĢ, uduĢlu istiqraz vərəqəsini
göstərirdi. Ġstiqrazların qıraqları yanmıĢ,
ortasındakı rəqəmlər salamat qalmıĢdı.
–Məncə, bunların dəyərini ödəyərlər!–
kəndxuda
Mixey
onu
ovundururdu.–
Nömrələr oxunur; uzaqbaĢı, xanıma
deyərsən, Piterə yazıb iĢi yoluna qoyar.
Kəndin baĢbilənləri bir yerə toplaĢıb iĢləri
necə yoluna qoymağı götür-qoy eləyirdilər.
Onların hamısının üz-gözündən bərk
sarsıldıqları duyulurdu; bir neçəsinin
gözləri yaĢlı idi. Onlar çox götürqoydan
sonra belə kəsdirdilər: ağsaqqallar qonĢu
kəndin kəndxudasının yanına gedib kömək
istəsinlər: barı indilikdə, qonĢu kənddə,
evsiz-eĢiksiz qalmıĢ adamlara müvəqqəti
sığınacaq
versinlər.
Sonra
isə,
upravaya(rayonu
idarə
eləyən
dövlət
idarəsi) gedib yardım və sığorta iĢlərini
yoluna qoymaq üçün kəndxudanı atlandırıb
Ģəhərə yola saldılar.
Kənd keĢiĢi də adamların arasında gəzib
onları ovundurmağa çalıĢırdı:
–Kim vermiĢdi? Allah! Kim alıb apardı?
Yenə də Allah! Yoxsa demək istəyirsiniz
onun bu iĢlərdən xəbəri yoxdur?
Kəndlilər ona təzim eləyib susurdular.
KeĢiĢ sözünə davam eləyirdi:
–Yetər, özünüzü üzməyin, qarğıĢ da
eləməyin. Allaha asimi olacaqsınız? Nə
üçün? Necə? Kim sizə belə bir ixtiyar
verib? Malqaranız sağ-salamat qalıb, əkin
alətləriniz əlinizdə, peyini kənddən çıxarıb
tarlaya daĢımısınız, əkinçiyə bundan artıq
nə gərəkdir? Çox keçməz uprava ev tikmək
üçün sizə pul ayırar; mülkədar xanım ac
qalmayasınız deyə taxıl verər; mən də
əlimdən gələni eləyərəm... yoxsa, mənim
sizin üçün dua elədiyimi bilmirsiniz?
Düzdür, mən təkcə elə sizin deyil, hamının
qayğısına qalıram. Yer üzündə nə qədər
pravoslav xristian varsa hamısı üçün dua
eləyirəm.
Kəndlilər yenə dinməzcə keĢiĢə təzim
elədilər, o isə yaman qızıĢmıĢdı, dil boğaza
qoymadan üyüdüb tökürdü:
–Hə, indi ağlınız baĢınıza gələr, daha Allah
qorxusu ürəyinizdən çıxmaz, kilsəyə də
vaxtı-vaxtında gələrsiniz, ibadət eləyib
Allahdan qarĢılığını alarsınız. Allah bu il
sizə bol taxıl verib. QıĢda da ot-ələf yaxĢı
olacaq; yazacan keçinərsiniz, sonra yavaĢ-
yavaĢ iĢləri yoluna qoyarsınız. Mülkədar
xanımdan yer götürüb yarılığına əkərsiniz,
malqaranın yemini çıxararsınız. Yemin
artığını satarsınız, pul qabınızda pulunuz
olar; qıĢ vaxtı bazara biraz taxıl çıxarıb
satarsınız, yenə əlinizə pul gələr, yulaf biçib
toplayarsınız bu da pula gedən Ģeydir.
Gələn il bir də görəcəksiniz bu od-alovun
kül elədiyi evlərinizin yerində ondan da
gözəl, ondan da böyük evləriniz ucaldı, bax
onda, hər biriniz öz ev-eĢiyində, ağac
kölgəsində sevinc içində yaĢayıb verdiyi bu
nemətlərə
görə Allaha ürəkdən dua
edəcəksiniz. Görərsiniz, Allahın köməyi ilə,
mən necə deyirəmsə elə də olacaqdır.
Dul qadın Tatyana isə, köməksiz və üzgün
bir durumda, yanıb külə dönmüĢ evinin
qarĢısında dayanıb, evin kösövə dönmüĢ
Ģalmanlarını
oyan-buyana
çevirib
inildəyirdi:
–Petka, ay Petka, haradasan əzizim? Səsimə
səs versənə!
Dərddən baĢını itirmiĢ qadın qocalıb əldən
düĢmüĢ qonĢusu Kalistratiçin dediyi bu
sözləri eĢidəcək halda deyildi:
–Sən bir bax, bəlkə o meĢəyə qaçıb? Mən
onu görmüĢdüm. Burada anbarın yanındakı
artırmada oturmuĢdum, birdən alov sizin
evə
gəlib
çatdı.
Baxıram,
Petka
mətbəxdədir, köynəyi od tutmuĢdu deyəsən.
Mən ona qıĢqırıram: əzizim, qapını itələ aç,
qaç bayıra. O isə oyan-buyana qaçırdı,
118
№ 3 (15) Payız 2015
sonra daha alov gücləndi, bir Ģey görə
bilmədim. Yəqin, uĢaq qorxudan meĢəyə
qaçmıĢ olar.
Ancaq Tatyana yanyörədə nə baĢ verdiyini
anlayacaq durumda deyildi, onun duyduğu
tək Ģey parçalanan ürəyinin ağrısı idi.
–Petya, a Petya! hardasan, mənim əzizim?
Səs versənə bir!–qadının hönkürtülü səsi
tez-tez eĢidilib kənd adamlarının uğultulu
danıĢıqlarına qarıĢırdı.
Birazdan iki nəfər kəndli dul qadının halına
acıyıb onun köməyinə gəldilər. Evin
çökmüĢ tavanının Ģalmanlarını qaldırıb,
hələ də tüstülənən taxtaların altından,
uĢağın ölüsünü tapıb çıxardılar. Petyanın
yanmıĢ cəsədi yanı üstə düĢüb qalmıĢdı,
üzünün və bədənin yuxarıya qalan hissəsi
yanıb kömürə dönmüĢ, tanınmaz hala
düĢmüĢdü; bədəninin döĢəməyə yapıĢan
tərəfi necə varsa eləcə, olduğu kimi
qalmıĢdı.
Tatyana oğlunun ölüsünü görəndə
yerində səntirlədi, gözlərinə qaranlıq çökdü
və onun köksündən qopan fəryadı bütün
kənd eĢitdi:
–Ġlahi! sən bunları görürsənmi?
Bu fəryadı eĢidən keĢiĢ öz ruhanilik
borcunu yerinə yetirib, qadını ovundurmaq
üçün ona yaxınlaĢdı.
–QarğıĢ eləyirsən?–deyə keĢiĢ yumĢaq bir
səslə qadına üz tutdu.–Ġyovanı(Əyyubu)
xatırlayırsanmı? Yox? Mən indi sənin
yadına salaram. O olduqca varlı və çox adlı-
sanlı birisi idi, çoxlu uĢaqları, sayıbilinməz
sürüləri və böyük xəzinəsi vardı, birdən
Allahın buyuruğu ilə onun nəyi var əlindən
çıxdı: uĢaqları da, sürüləri də, var-dövləti
də, dostları da yoxluğa gömüldülər, özü isə
cüzam xəstəliyinə tutuldu, onu Ģəhərdən də
çıxarıb qovdular, Ģəhər qapısının ağzında
yara basmıĢ bədəni ilə uzanıb qaldı. Elə bir
günə qalmıĢdı, itlər gəlib onun yarasını
yalayırdılar... itlər! Ancaq bütün bunlar baĢ
verəndən sonra da, o nə qarğıĢ elədi, nə də
bir küfr danıĢdı, onu yaradan Allahı biraz
da artıq sevməyə baĢladı. Allah Ġyovanın
belə bir sədaqətli bəndə olduğunu görüb,
ona acıdı. Çox keçmədən, Ġyova sağaldı,
varlandı, öncə olduğundan da qat-qat adlı-
sanlı oldu. Sürüləri artdı, çoxlu yeni
uĢaqları doğuldu, bir sözlə, hər Ģeyi
artıqlaması ilə oldu...
Ancaq
keĢiĢin
öyüdləri
Tatyanaya
qarmaqarıĢıq və anlaĢılmaz bir mızıltı kimi
gəlib çatırdı. O gözlərini Petkanın üzünün
kömürləĢmiĢ və sağ qalmıĢ hissələrini
ayıran xəttə dikib pıçıldayırdı:
–Ġlahi! sən bunları görürsənmi?
Ağa malikanəsində, bu vaxt, xeyirxah
mülkədar
xanım
Anna
Andreyevna
KopeyĢikova ad gününü bayram eləyirdi.
Çox az, yalnız ən yaxın dostlar yığıĢmıĢdı,
qonaqlığa: yerli dvoryan icmasının baĢçısı
KipyaĢev öz arvadı ilə, mahalın polis rəisi
ġipyaĢev qardaĢı qızı ilə, bir də hamının
çəkindiyi, arxada: ―onun yanında yaxĢısı
dilini diĢlərinin arasında saxlamaqdır‖
dedikləri, mülki Ģəxs sayılan Ġvan Ġvanoviç
Qlaz qatılmıĢdılar. Bir sözlə, özlüyündə,
burada olan adamların hamısının yanında
öz ürək sözünü demək qorxulu idi və ən
yaxĢısı dilini dinc saxlamaqdı(deyilənə görə
Anna Andreyevna özü də, bir dəfə,
haradasa ―qulluq‖ elədiyini ağzından
qaçırıbmıĢ), ona görə də, Ġvan Ġvanıç bu
məclisə yaraĢan birisi idi. Yaxın dostlardan
baĢqa burada keĢiĢ də, öz arvadı ilə qonaq
idi.
Anna Andreyevna dul qalmıĢ general arvadı
idi, yaĢı qırxdan biraz çox olsa da, hələ də
çox gözəl görünürdü, ən çox da yaraĢıqlı və
iri döĢləri ilə seçilirdi, yerli aristokratların
keçirdikləri bütün ballarda və gecə
yığıncaqlarında, kimliyindən və yaĢından
asılı olmyaraq, hamının gözləri onun iri
döĢlərinə dikilib qalardı. Ancaq o özünə
həmiĢəlik : ―Ni-ni–cest fini‖(fransızcada:
―bundan o yanası yoxdur‖ deməkdir) deyib,
bütün qalan ömrünü uĢaqlarına həsr
eləməyi kəsdirmiĢdi. Buna görə də,
tanıyanlar onun haqqında deyirdilər: ―Cest
une sainte‖(fransızca: ―O müqəddəs
adamdır‖
deməkdir),
habelə
onun
|