Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

TARĠXDƏ  QAN 
          Ġnsan  övladını  doğmalıq,  ailə  bağı  o 
biri canlılardan fərqləndirib həmiĢə. Qəddar 
qonĢudan  qorunmaq  üçün  ailə  üzvləri  bir 
yumruq 
kimi 
birləĢib, 
canlarını, 
əmlaklarını,  torpaqlarını  qoruyublar.  Ġlk 
növbədə  ailənin  baĢçıları  –  ata,  ana  ailəyə 
özlərini  sipər  ediblər.  Daha  sonra  güclü 
qardaĢlar 
vuruĢub, 
nəsil-nəcabəti 
qoruyublar... Amma indi?.. Ata, əmi, qardaĢ 
düĢmənin eləmədiyini ediblər. Bəs neynəsin 
Gülzar?  Bundan  sonra  yaĢamağa  dəyərmi? 
Bir  də  onu  yaĢamağa  qoyacaqlarmı  ki? 
Yəqin  atası  da,  əmisi  də,  hələ  əsgərlikdən 
gələsi 
qardaĢı  da  onu  axtaracaqlar. 
Öldürsələr,  ondan  yaxĢıdır.  Qızın  baĢına 
açdıqları    oyun  öldürməkdən  daha 
betərdir... 
Niyə 
bu 
insanlar 
belə 
vəhĢiləĢdilər? 
KeçmiĢdə...  Nə  keçmiĢ 
canım?!  Elə  hər  Ģeyin  səbəbi  o  keçmiĢ 
deyilmi?! 
 
Narıngül  qarının  əlməĢik-çəlməĢik 
fikirlərinin  içindən  qədim  insan  səsləri 
eĢidildi, qılınc səsi, at kiĢnərtisi... Məktəbdə 
3-cü sinifəcən oxumuĢ bu qarıya gördükləri 
güc  gəlir,  onun  ağlını,  zehnini  zorlayırdı. 
Amma  qarı  görürdü:  onun  ulu  babası 
Murquzu  doğma  Urmiyədən gətirib bu boz 
çöllərə  atan    Nadir  ġah  ƏfĢarı  və  onun 
cəngini... (Bu çöllərdə bir dərə də vardı ki, 
camaat  ora  Urmu  dərəsi  deyirdi.  Rəvayətə 
görə  Murquz  ildə  bir  dəfə  -  bu  təqribən  
dekabrın  sonlarına  təsadüf  edərdi  –  bu 
dərəyə  gələr,  üzünü  göylərə  tutub  ibadət 
edər,  üç  dəfə  xaç  çevirib  ağlayar,  özü  ilə 
gətirdiyi 
boyalı 
yumurtalarla 
kiçik 
küpündəki  çaxırını  içər,  qayıdıb  səssizcə 
evinə 
dönərdi. 
Kəndin 
ağsaqqalları 
tapşırmışdı 
ki, 
ona 
toxunmasınlar. 
Müsəlmanlığı  qəbul  eləsə  də,  Murquz  ildə 
bir  dəfə  İsanın  doğulduğu  günü  qeyd  edər, 
öz  əski  dininin  tələb  etdiyi  ayini  yerinə 
yetirərdi. Ailə qurandan sonra o bu adətini 
yavaş-yavaş  tərgitsə  də,  deyilənə  görə, 
ölənə  macal  balalarından  xahiş  etmişdi  ki, 
onu  o  dərəyə  aparsınlar.  Və  elə  ora  çatar-
çatmaz kişi övladlarının qolları üstə canını 
tapşırmışdı. Ondan sonra camaat o dərənin 
adını  dəyişib  Murğuzölən  eləmişdi.  Həəə, 
kimi bura Urmu dərəsi, kimi də Murğuzölən 
deyirdi) 
 
...Tarixçi  yazır  ki,  adi  kəndli  oğlu 
olan  Nadir  2-ci  Təhmasibin  zamanında 
bacarığı  və  fərasəti  sayəsində  Səfəvi 
dövlətinin  ordu  baĢçısınacan  yüksəldi. 
Amma  zəif  iradəli    Ģah  2-ci  Təhmasib 
ruslarla, 
osmanlılarla 
byabırçı 
sülh 
imzaladıqdan  sonra  Nadir  dözmədi,  onu 
taxtdan  salıb  altı  aylıq  oğlu  3-cü  ġah 
Abbası  Ģah  elan  etdi,  özü  isə  onun  naibi 
oldu.  Əslində  bu,  onun  rəsmən  Ģahlığı  ələ 
keçirməsinin  baĢlanğıcı  idi.  Qalanını 
yuxarıda  demiĢik  –  Muğanda  100  minlik 
nümayəndə  tərəfindən  Ģah  seçildi  və 
Təhmasibin  dövründə  itirilmiĢ  torpaqların 
geri  qaytarılmasına  baĢladı.  Osmanlıları 
Qərbi  Azərbaycandan  çıxartdı,  Dağıstanı, 
Bakını,  ġirvanı  ruslardan  azad  etdi.  Orta 
Asiyanı  əfqanlardan  təmizləyib  paytaxtı 
MəĢhədə  köçürdü.  Osmanlı  sultanlarına 
tabe  olan  Bağdadı  da  azad  edib 

160
№ 3 (15) Payız 2015 
 
imperiyasının  tərkibinə 
qatdı.  Sonra 
Hindistanın qərbini  fəth etdi.  
              Tarixçi yazır ki, Nadir ġah ƏfĢarın 
imperiyasının  ərazisi  6    milyon  kvadrat 
kilometrdən  artıq  idi.  Amma...  Ġstər  kəndli 
ol,  istər  xaqan,  ailə  və  övlad  hər  kəsin  ən 
zəif  yeridir.  Bu  sakral  dəyər    zədələnəndə  
hakimiyyət  də  zəifləyir  və  süquta  uğrayır. 
ġahların,  sultanların  gücü  çatmadığı  Nadir 
ġahı övladı ilə imtahana çəkdilər və məğlub 
etdilər...  1743-cü  ildə  böyük  imperatora 
qarĢı  sui-qəsd  təĢkil  edilir.  Amma  guya 
qəsdin  təĢkilatçısı  tapılır    -    bunu  Nadirin 
oğlunun  üstünə  atırlar.  Yaxın  adamları,  o 
cümlədən qardaĢı oğlu Ģahı inandıra bilir ki, 
qəsdin  təĢkilatçısı  onun  oğludur.  Əyanların 
xahiĢlərinə  baxmayaraq,  Ģah  oğlunun 
gözlərini  çıxartdırır.  (Bunu  salnaməçi  belə 
yazır.  Amma  Narıngül  qarı  belə  şərh  edir 
bu  kədərli  hadisəni:  Nadir  şah  da  əslində 
oğlunu  zorladı  –  onu  dünya  işığından 
məhrum  elədi.  Elə  bu  da  zorlamaydı 
əslində.  Oğulu  atanın  əliylə  məhvə 
yetirmişik  həmişə.  Mən  qayınatamın  əliylə 
məhv 
edilmədimmi?!) 
Bundan 
sonra 
Nadirin çarxı dönür. O uzun müddət özünə 
gələ  bilmir.  1747-ci  ildə  isə  qardaĢı  oğlu 
Əliqulu  xan  ikinci  dəfə  sui-qəsd  törədir  və 
bu  zaman  artıq  Nadir    özü  öldürülür... 
Beləcə, böyük bir imperiya süquta uğrayır...  
 
Müqəddəs,  toxunulmaz  yerlər  var 
ki,  onlar  həm  də  dünyanın  məhvərindən 
çıxmasına  mane  olur.  O  qudsal  nəsnələrin 
baĢında ailə gəlir. Əgər ailə özü öz içindən 
dağılırsa,  onda  ölkə  dağılacaq,  sonra 
dünya... 
 
*** 
          AĞ  TUTUN  QARALMASI 
          ―Mən  ağacam.  Ġri,  hündü    tut  ağacı. 
Əslində  tut  ağacları  o  qədər  də  hündür 
olmaz. 
Amma 
mənim 
Ģumallarımı 
qırmayıblar deyən, yoğunayıb, gərləmiĢəm. 
Hər  il  qara-qara  tut  gətirirəm.  Bütün  kənd 
uĢaqları  bu  vaxtlar  baĢıma  dırmaĢır. 
Bilirsiniz 
nə 
arzum  var?  DanıĢmaq 
istəyirəm!  O  qədər  Ģeylərin  Ģahidiyəm  ki! 
YaĢım  yüzü  çoxdan  keçib.  Köklərim  lap 
dərinə  iĢləyib.  ġirin  su  çox  uzaqdadı  axı. 
Gərək 
axtarıb 
tapam 
onu. 
Yoxsa 
quruyaram.  
 
QuĢlar  məndə  gecələyər.  Qabağı 
qaranlığa  düĢənlər  çıxar  budaqlarımın 
arasında  yatar.  Bir  də  atasından,  anasından 
qaçan  qızlar  gecə  düĢüncə  gizləndiyi  kol-
kosdan  çıxıb  mənə  doğru  gələr,  qalxıb 
budaqlarımın  arasında  gizlənər,  rahatca 
yuxuya 
gedərlər. 
YaxĢı 
yadımdadır; 
Brejnyev  Bakıya  gəlmiĢdi  və  hər  yan 
Ģəkillə,  qırmızı  parçalara  yazılmıĢ  Ģüarla 
bəzədilmiĢdi. Camaatın baĢı belə çal-çağıra 
qarıĢan vaxt, Xumar adlı bir qız evlərindən 
qaçıb  gecəynən  yanıma  gəldi.  Mən  axı 
hərdən  danıĢa  bilirəm.  Elə  bu  kəndin 
adamları  kimi  sakit,  alçaq  səslə  danıĢdıq 
qızla. Əvvəl mən soruĢdum: 
 
-Nə olub, niyə qaçmısan? 
 
-Məni  sevdiyim  oğlandan  ayırıb, 
əntərin  birinə  verirlər.  On  yaĢ  mənnən 
böyükdü. Həm də çirkindir. 
 
-Nə  təhər  yanı  çirkindir?  Dünən 
Bakıdan    özünün  ağ  maĢınıyla  gələn  o 
hündürboy  oğlanı  demirsən?  O  ki  çirkin 
deyildi? Hələ maĢını da vardı... 
 
-Sən  ağacsan,  incimə,    bilməzsən 
adamın  gözəli,  çirkini  necə  olur...  Mənim 
sevdiyim  oğlan  iki  ildir  mənimlə  arı  gülə  
ehtiyatla qonan kimi davranır. Bu eĢĢək isə 
bizə  gələn  kimi  məni  basmarlayıb  öpdü, 
hələ  məmələrimi  tutub  elə  sıxdı  ki,  canım 
ağrıdı... Üzü gözəl ola bilər. Amma onun içi 
çirkindi, ay ağac... 
 
-Bəs sevdiyin kimdi? 
 
-O  dəmir  yolunda  iĢləyir...  Hər 
Ģənbə günü gəlib hasarımızın dibində durub 
məni  fitlə  çağırır...  Sonra  da  bir  mahnısı 
var, onu oxuyur mənimçün... 
 
                         Tut ağacı boyunca 
 
             Tut yemədim doyunca 
                         Yarı xəlvətdə gördüm
                         DanıĢmadım doyunca... 
 
 

                            Üç aylıq ədəbiyyat dərgisi 
161 
 
-Oyyyy...  bu  həm  də  mənim 
mahnımdı ki?.. 
 
-Hə, doğrudan e... Sən də varsan o 
mahnıda... 
 
Bu  vaxt  bir  Ģey  ―Ģarak‖  elədi. 
Baxdım  ki,  qızın  oturduğu  budağı  altından 
çəkiblər,  budaq  Ģaqqıltıyla  sınıb,  qız  da 
düĢüb  yerə.  Onda  gördüm  ki,  bədbəxti 
sürüyə-sürüyə çəkib apardılar... 
 
...Səhər  toy  baĢladı.  Bizdə  üç  gün, 
üç  gecə  toy  olardı  axı,  amma  səhəri  daha 
toy  çalınmadı.  Bir  də  gördüm  ki,  qızgil 
tərəfdən  ağlaĢma  sədaları  gəlir.  Heç  bir  az 
keçməmiĢ gördüm, bir dəstə kiĢi qəbiristana 
tərəf gedir. Bağrım çatlayırdı axı. Yerimdən 
də tərpənə bilmirəm! Ağac olmaq da bir Ģey 
deyilmiĢ...  Nəhayət...  Bir  qarğa  uçub 
budağıma  qondu  və  qara-qara  oxudu: 
―Qarrrrr...  qarrrr...  qarrrr...  Bu  gecə    toyu 
olan  qız özünü  toy mağarının yanındakı tut 
ağacından    asıb.  Ġndi  onu  basırmağa 
aparırlar...‖ 
 
Belə...  O  bədbəxtin      özünü  asdığı 
ağacın  zoğunu  mənim  budağımdan  aparıb 
peyvənd  vurmuĢdular.    Elə  bil  mənim 
balamın  budağından  asmıĢdı  özünü... 
Mənim  meyvələrim  əvvəllər  qara  deyildi, 
ağ idi... Sonra bu axmaq adamların dərdini 
çəkməkdən üzüm qaraldı...‖ 
 
 
*** 
 
ƏMƏNOVUN  YUXUSU 
 
―...demək  görürəm  ki,  hamı  maa 
baxıb gülür. Az qalıram hirsimdən bağıram 
ki, nolub, ə, haram açılıb, nəyə gülürsünüz? 
Bir  də  baxıram  ki,  o  çil-çil  tursikim  var  e, 
bax 

əynimdə 
Kənd 
Mincivanın 
küçələrində  sağa-sola  Ģütüyürəm.  Elə 
ƏrĢadın  tükanının  yanından  dik  ağzıyuxarı 
qalxdım  ki,  özümü  vurum  o  təpəliyin 
arasıynan  gedən  kənd  cığırlarına,  məni 
həylə  çox  görən  olmasın.  Kənd  məktəbi 
vardı  e,  Əli  müəllim,  Süleymanov  Əli  bir 
vaxtlar  direktor  olmuĢdu  ha,  bax  o 
məktəbin  yanıynan  qalxıram,  gördüm  yox 
e,  bura  əməlli    təpəlikdir,  buraynan  gedə 
bilmiyəcəm.  Qayıdıb  klubun  yanından  
qalxıram  o  tərəfə.  Fərəcov  Ġzzət  müdir 
iĢlədiyi kənd poĢtunun yanından buruluram, 
hə  də  hansısa  bəyin  əvi  olmuĢdu,  ordan 
diklənirəm  yuxarı  ki,  qalxım  DSR  yolunun 
altıyla  gedəm  Mincivana  tərəf.  Ordan 
keçirəm,  düĢürəm  ġuragilin,  Gülüstangilin 
evinin  üstüylə  ötüb  keçirəm  və  Bolunun, 
çöpədərəli Azadın evinin yanınnan  enirəm 
və  bu  vaxt  yerdən  çıxıbmıĢ  kimi  sarı  bir 
taksi,  yox,  yox,  indiki  o  taksi  Ģoferlərinə 
ikiqat  qiymətə  satılan  o  xarici  taksidən 
deyildi,  rayonda  vardı  e,  QAZ-24  sarı 
taksilər,  bax  onlardan  biri  çıxdı  qabağıma 
və  özümü  atdım  içinə.  Deyirəm  ki, 
bacardıqca  bərk  sür!  Bu  da  qayıdasan  ki, 
hara  sürüm,  səni  bu  kökdə  hara  aparım? 
Deyirəm,  sür  Cəhənnəmə!  Nə  bilim  hara?! 
Hara  gəldi  ora  sür!..  Təki  bu  quĢ-quĢu 
mincivannılar məni  bu  tursikdə  görməsin... 
Bir  də  gördüm  Ģofir  də  soyunur...  Deyirəm 
ə,  nə  qayırırsan?!  Deyir  bir  halda 
Cəhənnəmə  gedirik,  gərək  ikimiz  də  bir 
Ģikildə  olaq...  ġikil  deyir  ha,  Ģəkil  demir, 
eləcə  Ģikil  deyir...  Onda  gördüm,  taksini 
saxladı,  baĢı  bizim  taksi  boyda  olan  bir 
əcinnə  çıxdı  qabağımıza.  Qucağında  bir 
xeyli  odun  ĢarthaĢart  yanan  ocağın  altına 
odun  ata-ata  ―haaaaahahaaaa‖  eliyib  gülür, 
əlini  əlinə  vurub  min  ilin  tanıĢları  kimi 
deyir:  ―Mayıl  Əmənov!  Cəhənnəmə  xoĢ 
gəlmisən!‖  Sohra  da  qanadımnan  tutub  atır 
pıqqhapıqq yanan ev boyda qazanın içinə... 
Ġstidən gözüm tutuldu, sonra baĢım baĢladı 
əsməyə,  sənin  adını  çağırıb  qıĢqırdım,  bir 
də  gördüm  qazanın  o  biri  baĢından  baĢıı 
qaldırdın ki, ―nə var ə, burda da məni rahat 
buraxmırsan‖  deyib  baĢ  vurdun  qazanın 
dibinə.  Mən  də  ayağımı  sənin,  yox  e 
ordakılardan birinin baĢına qoyub tullandım 
ki,  qazandan  çıxam,  bir  it  oğlu  qıçımdan 
yapıĢıb  məni  aĢağı  çəkdi...  Allah-allah! 
Burda kimlər yoxuydu? Həyatda gördüyüm 
adamların çoxusu burdaydı... Bir də gördüm 
biri  iri  bir  kəfkiri  qazana  salıb  qarıĢdırır, 
sonra ―duzsuzdur‖ deyib bir çimdik duz atır 
qazana  və  o  bir  çimdik  duz  gəlib  düz 

162
№ 3 (15) Payız 2015 
 
mənim gözümə tökülür. Bir bağırtı çıxır ki, 
mənnən, 
səsə 
qazandakılar 
heyrətlə 
baĢlarını  qaldırıb  üzümə  baxır  və  hərəsi 
təpəmə bir qapaz salır ki, qoymazsan burda 
Cəhənnəmin dadını çıxardaq? O bir çimdik 
duzu  atan  kim  idi,  tap  görüm  tapa 
bilərsən?‖ 
 
Humay  xanım  təəccüblə  baĢını 
silkələdi. 
KiĢi 
əllərini 
bir-birinə 
yaxınlaĢdırdı,  barmaqlarını  uc-uca  qoyub 
acı-acı güldü: 
 
-LyoĢa  vardı  e,  müstəntiq  LyoĢa, 
evimizə  hücum  eləmiĢdi  əlisilahlı?!  Bax 
LyoĢa  idi  gözümə  duz  atan.  Cəhənnəmdə 
yaxĢı  sənəti  var,  Qır  qazanına  duz  atan 
iĢləyir... 
 
Humay  xanımın  Ģəkəri  yavaĢ-
yavaĢ qalxırdı. Özünü nə qədər tox tutsa da, 
o  qorxulu gecəni  bir də xatırlamalı oldu  və 
elə  bil  qadını,  doğrudan  da,  qır  qazanına 
saldılar.  Arvadının  nə  hallara  düĢdüyünü   
hiss  etməyən  kiĢi  isə  acı-acı  gülürdü. 
Amma  daha  yuxunun  ardını  danıĢmağa 
taqəti  qalmamıĢdı.  LyoĢa  məsələsi  onun  da 
kefinə soğan doğramıĢdı.  
 
*** 
VOVA
 
            Bir  axĢam  üstü  Humay  xanım 
qayıtdı ki, əyə, a Mayıl, sən nə fikirləĢirsən, 
yaĢın səksənə gedir  axı. Səksən-doxsan, bir 
gün  yoxsan...  Bakıya  havaxt  gedəssən?  O 
müĢkülü  yoluna  havaxt  qoyassan?  Ġl  ildən 
pis gəlir axı? 
 
Bu  söhbət  Əmənovun  yaralı 
yeriydi.  1993-cü  ilin  iyun  ayında  Surət 
Gəncədə 
qiyam  qaldıranda  prezident 
Əbülfəz  Elçibəy  müəmmalı  Ģəkildə  ölkəni 
tərk  elədi.  Bir  neçə  gün  xaos  olsa  da, 
müxalifətin özünün də yaxından dəstəyi ilə 
Heydər  Əliyev  Bakıya  gəlib  əvvəl  Ali 
Sovetin  sədri,  sonra  da  prezident  oldu. 
Surəti də baĢ nazir qoysa da, kəmsavad, bir 
az da çörək itirən olduğunu görüb dalından 
dəydi.  Bax,  həmin  qarmaqarıĢıq  günlərin 
birində  hələ  bu  kəndparada  yenicə  özünə 
yer  eləməyə  çalıĢan  Əmənov    maĢına 
oturub  getdi  Bakıya.  Elə  prezident  oturan 
binanın  qabağına  çatan  kimi  qəbul  otağına 
gedib dedi ki, cənab prezidentə deyin Qırğı 
Mayıl gəlib, vacib sözü var. Əlbəttə,  onu  o 
saat    Əliyevin  yanına  aparmadılar. 
Təxminən  5-6  saat  gözləyəndən  sonra  düĢə 
bildi    Heydər  Əliyevin  qəbuluna.  KiĢi 
gümrah  halda  onu  qarĢıladı,  yanındakılara 
da  göz-qaĢla  baĢa  saldı  ki,  bizi  tək  qoyun. 
Əmənov  oğul  atanın  boyuna  sevinən  kimi 
Heydər Əliyevi təpədən dırnağa süzüb dedi: 
 
-Cənab  prezident,  əziz  Heydər 
Əliyeviç,  allah  sizə  dəyməsin...  Nə  yaxĢı 
gəldiniz, 
biz 
tamam 
umudumuzu 
kəsmiĢdik... 
 
Və  qəhərləndi.  Onda  Əliyev    də 
Əmənovu məmnun halda süzüb dedi: 
 
-Sənə  səhv  eləmirəmsə  Qırqı 
Mayıl  deyirdilər?  Qırqılar  iti  gözlü  olurlar. 
Həm də cəsur! 
 
-Bəli,  cənab  prezident!-  deyib 
Əmənov ayağa qalxdı.  
 
-Otur,  otur...  Xəbərim  var,  bir 
rayonun  torpaqlarını  ələ  keçirmisən,  böyük 
təsərrüfat  qurmusan...  Bəs,  bu  ağır  vaxtda 
sənə 
çörək 
verən 
adamları 
itirib-
axtarmamısan  heç?  Axı  sən  bizim  adam 
olmusan?! 
 
-Cənab  prezident!  Mənim  malım 
da,  canım  da  sizə  qurbandır!  Elə  ona  görə 
gəlmiĢəm  ki...  –  Heydər  Əliyevin  yaĢıl  və 
sirayətedici gözləri, adamın ürəyinə iĢləyən 
baxıĢları  ona sözünün ardını deməyə imkan 
vermədi. 
 
-YaxĢı, 
yaxĢı...  Gedərsən  bu 
nömrəyə  zəng  edərsən,  orda  bir  Vova  var, 
kimdir,  nəçidir,  sənə  aidiyyəti  yoxdur,  nə 
sözün  olsa,  nə  haqq-hesabın  olsa,  onunla 
kəsərsən... – Sonra əlini kürəyinə vurub onu 
yola saldı: - Get, baĢını sal aĢağı iĢlə, amma 
adamları incitmə, orada səs-küy çıxmasın... 
Bir də unutma, sən bizim adamsan!.. 
 
Vova  telefonda  baĢa  saldı  hara 
gəlməli 
olacağını.  Amma  daha  onu 
görmədi.  Dediyi  ünvanda  bir  qadın  onu 
qarĢıladı.  Sonra  bir  cavan  oğlan  gəlib 
vəziyyəti  izah  elədi:  ―Rayondan,  yaxud 

                            Üç aylıq ədəbiyyat dərgisi 
163 
Bakıdan  kimsə  gəlib  sizi  orada  narahat 
eləsə,  deyərsən  KiĢinin  adamıyam.  Gördün 
əl  çəkmirlər,  bu  nömrəyə  zəng  vur, 
Volodyanı istə. Ya mən, ya bu xanım, ya da 
elə Volodya özü cavab verəcək... Qalanıyla 
iĢin yoxdur... Hər ayın sonunda bizim adam 
ora  gələcək.  Sənin  sənədli,  sənədsiz  nə 
gəlirin  varsa,  onun  on  beĢ  faizini  o  adama 
verəcəksən.  Ġstəyirəm  bir  Ģeyi  biləsən:  biz 
ölkədə  baĢ  verənlərin  hamısını  görürük  və 
bilirik. Bizə bir manat atmaq fikrinə düĢsən, 
səni  daha  Heydər  Əliyev  özü  də  xilas  edə 
bilməz...  Toyes,  xilas  etməz...  Sualınız 
var?‖ 
 
Sualı  çox  idi.  Amma  boğazı 
qurumuĢdu deyin, tək birini verə bildi: 
 
-Birdən  mənim  baĢıma  bir  iĢ 
gəlsə...  Yəni  bu  telefonu  kiməsə  verə 
bilərəm? 
 
-Humay  xanıma  verin.  Hələlik  o 
bilsə bəsdir. 
 
―Allah!  Allah!  Humay  xanımı  da 
tanıyırlar ki!..‖ – deyib oradan uzaqlaĢdı. 
 
―...2003-cü  ilin  dekabr  ayının  15-
də  getdim  Bakıya.  Prezident  iqamətgahının 
qarĢısındakı  o  gül-çiçəyin,  o  əklillərin 
arasında  oturub  əziz  Heydər  Əliyeviçin 
Ģəklinə  baxa-baxa  doyunca  ağladım.  Atası 
ölmüĢ,  əllərdə  qalmıĢ  yetim  kimi  ağladım. 
Bir  də  gördüm  bir  nəfər  girdi  qoluma. 
Baxdım  ki,  bizim  Hadıyevdir.  Onun  da 
gözləri ağlamaqdan qıpqırmızı olmuĢdu.  
 
Gəlib  bir  kafedə  əyləĢdik.  Adama 
bir stəkan isti çay içəndən sonra soruĢdum: 
 
-Sən  Bakıdasan,  məlumatlısan... 
Nə olacaq axırımız? 
 
Hadıyev gülümsündü: 
 
-Bax,  -  dedi,  -  həyat  davam  edir. 
Hamı  deyib-gülür,  çayçı  çayını  dəmləyir, 
aĢpaz  xörəyini  biĢirir,  müəllim  dərsini 
deyir...  Olan  bizə  olub.  Dərd  bizimkidir. 
Bizim iĢimiz rəhbərsiz, Əliyevsiz çətindir... 
–  Qəhərlənsə  də,  davam  etdi.  –  Amma 
Ģükür, yerində varisi var. Zəng vurmuĢdum 
lazımi  yerə,  dedilər  hər  Ģey  köhnə 
qaydaynan 
davam 
edəcək. 
Heç  nə 
dəyiĢmir... 
 
-Vo...?  –  Az  qala  səhv  edəcəkdi 
Əmənov.  ―Vovaya  zəng  vurmuĢdun?‖ 
deyəcəkdi,    o  sözü  yarımçıq  saxlayıb 
ayrısını  dedi.  –  Hə,  mən  də  zəng 
vurmuĢdum, heylə dedilər... Çox Ģükür!.. 
 
Amma 
zəng 
vurmamıĢdı. 
Hadiyevdən  ayrılandan  sonra  ürəklənib 
zəng  vurdu.  Qadın  səsi  gəldi  o  baĢdan: 
―Ġndi Vova sizinlə danıĢa bilmir. Amma hər 
Ģey  köhnə  qaydayla  davam  edir.  Gedin 
iĢinizlə məĢğul olun.‖ 
 
Ġndi Humay bunu demək  istəyirdi. 
Yəni  arvadın  Ģəkəri  hərdən  elə  qalxırdı  ki, 
vəziyyət  ümidsiz  olurdu.  Elə  kiĢinin  də 
təzəlikcə baĢı qəfil əsməyə baĢlamıĢdı. Ona 
görə  istəyirdilər  ki,  uĢaqlardan  birini 
dövrəyə qoĢalar. Amma kimi?  
 
-Əlbəttə, 
ƏĢrəfə 
deyəcəksən. 
ġərifə  etibar  eləmək  olmaz...  –  Humay 
xanım bunu deyib zəndlə ərinə baxdı. 
 
-Orası heylədi, amma... 
 
-Nə amma? 
 
-ġərifdə  olan  ütüklük,  diribaĢlıq 
ƏĢrəfdə  yoxdur.  ġərif  həm  də  qurucudur. 
Ode,  Dabbağ  Ġdrisi  necə  cilovladı?  Hələ  o 
mal-qara məsələsi... 
 
-Amma ġərəf dəqiqdir. Kontrolsuz 
iĢ görməz. ƏĢrəfə verəcəksən nömrəni. 
 
-Mən gərək bu günlərdə bir Bakıya 
gedim,  zəng  vurum  o  nömrəyə,  icazəni 
alım, sonrasına baxarıq... 
 
Arvad 
kiĢinin 
hərdən 
yoxa 
çıxmasından  onsuz  da  yanıqlıydı.  Rayon 
mərkəzindəki müəllimədən də xəbərdar idi. 
Ona görə də hökmlə dedi: 
 
-Ġkimiz də gedəcəyik Bakıya. Mən 
də həkimimi görməliyəm. 
 
Və bu söhbət burda kəsildi. 
 
 
 
 
*** 
MARKET
 
          Tezliklə  kənddə  tikdirdikləri  iri 
marketin  bir  gözündə    ―Süd  və  süd 
məhsulları‖  Ģöbəsi  açıldı.  Burada  hər  səhər 

164
№ 3 (15) Payız 2015 
 
təzə sağılmıĢ çiy süd, biĢmiĢ süd, çiyə, yağ, 
pendir,  qatıq,  xama,  duzsuz  Ģor,  ayran 
satılırdı.  Qiymətlər  də  münasib  idi.  Amma 
iĢ ondaydı ki, adamların maaĢı az, qocaların 
təqaüdü  ondan  da  az  olduğundan  bu 
məhsulları hər vaxt ala bilmirdilər. Hər ayın 
15-20-si  arası  əllərindəki  pullar  qurtarırdı, 
aldıqlarını  nisyə  dəftərinə  yazdırırdılar.  O 
qədər  nisyə  alırdılar  ki,  növbəti  ayın 
pulunun  çox  hissəsini  elə  borca  verirdilər. 
Ona görə çox adamın, xüsusən də qocaların  
borcu  çoxaldığından,  gələn  ayın  pulunu 
alan  kimi  ancaq  borca  verəcəkdilər.  Bunu 
biləndə  ġərif  hirslənmiĢ  və  satıcılara  qəti 
tapĢırıq vermiĢdi: 
 
-Belələrini  daha  nisyə  verməyin! 
Ayaq  üstdə  dura  bilmirlər,  sabah  yıxılıb 
öldülər, 
kim 
verəcək 
borclarını?! 
Pensiyasını  alsın,  borcu  qapatsın,  sonra 
baxarıq... 
 
Neçə gündür havalı-havalı ―bijjjje-
bijjjje‖  deyə-deyə  guya  itmiĢ  inəyini 
axtaran  Narıngül  arvad  indi  yorulub 
taqətdən  düĢmüĢ  halda  gəlib  dayanıb 
marketin ―Süd və süd məhsulları‖ Ģöbəsinin 
satıcısının  qabağında.  Buğlana-buğlana 
bidonlara tökülən  südə baxa-baxa pıçıltıyla 
deyir: 
 
-Ağız,  a  bala,  səni  yarıyannardan 
olasan,  dil-dodağım  quruyub,  ağzım  acı 
dadır, o ayrannan birin ver maa, pensiyəmi 
alanda verrəm... 
 
Qız  baĢını  qaldırmadan  alçaqdan 
donquldanır: 
 
-O    qədər  nisyə  mal  alıbsız  ki, 
borcuuz  yüz  manatı  keçib...  Müdür  də 
tafĢırıb  ki,  borcu  çox  olannara  nisyə 
vermə... 
 
-A bala, allaha da xoĢ gedər, bircə 
ayran  nəmənədi  ki?  Ġnəyim  itməseydi,  heĢ 
sizdən  ayranmı  istiyərdim?  Bircəciyin 
istiyirəm...  qəpeyiı  pensiyədə  verrəm...  yaz 
dəftərə... 
 
Qız  saldı  tərs  yerinə.  Arvad 
qurumuĢ 
dil-dodağını 
yaladı, 
Ģirəli 
taxtalardan  düzəldilən  dolablara  düzülmüĢ 
süd-qatığa, 
qaymağa, 
Ģor-pendirə, 
paketlənmiĢ  növbənöv  ayranlara    həsrətlə 
baxıb  umsundu.  Alt  dodağı  iki  səyridi. 
Quruyub  qaxsımıĢ  döĢünün  giləsi  sancdı. 
Yana-yana  qapıdan  çıxan  qarı  bu  dəfə  özü 
də bilmədən bərkdən qıĢqırdı: 
 
-Qarabaxt,  qarataleh  olasan  qız! 
HeĢ  gör  sözdü:  müdürüm  tafĢırıb... 
Müdürüun  evi  baĢına  uĢsun!  DaĢ  yağacax, 
vallah daĢ yağacax! 
 
Marketin  bir  gözündə  açılmıĢ 
parfümeriya Ģöbəsindən çıxan qırmızıdodaq 
qızlara  baxıb  arvad  höyüllənir.  Aldıqları 
pamadanı 
elə 
dükandaca 
yoxlayıb 
dodaqlarını qızartmıĢ qızlar  qarının gözünə 
cin-Ģayətin  kimi  görünür,  daha  bərkdən 
qıĢqırır: 
 
-DaĢ 
yağacax! 
DaĢ, 
daĢ... 
yağacax!... 
 
Arvad  marketdən  vaysına-vaysına 
çıxırdı  ki,  bir  qız  ley  kimi  aldı  arvadın 
üstünü: 
 
-Nənəcan, bir dayan!.. 
 
Parfümeriya  Ģöbəsindən  aldığı 
zoğalı  pomadanı  arvadın  dodaqlarıa  sürtüb 
Ģaqqa çəkib güldü: 
 
-Lap  qoca  matıĢkalara  oxĢadın  ki, 
ay arvad! 
 
Qarı  əlinin  arxası  ilə  dodaqlarını 
silib qıza çəmkirdi: 
 
-Lotu! Get aĢığıı o tərəfdə atdır!.. 
 
Və  qarı  qıza  baxıb  üĢəndi:  onu 
kimlərsə daĢ-qalaq edirdilər... 
 
Qarı    bir  marketin  təzə  açılmıĢ 
parfümeriya Ģöbəsində qarpıĢan qızlara, bir 
də  onun  dodaqlarını  zoğalı  pomadayla 
boyayan  qıza  baxıb  mağazadan  tülyan 
çıxdı.  ―Nə  yaxĢı  o  vaxt  məni  daĢ-qalağ 
eləmədilər?!  Ölüm  allah  əmridi,  bu  heç, 
hamımız  bir  qarıĢ  yerə  qoyulacayığ... 
Amma  qaĢ-qalağla  ölmək  gorbagor  olmaq 
deməkdi axı...‖  
        (Hə,  bunu  yazmağı  unutmuşam:  neçə 
müddətdi    burada  parfümeriya  şöbəsi  də 
açmışdılar.  Dünyanın  hər  yerində,  xüsusən 
Fransada 
istehsal 
olunan 
ətirlərin, 
dezedorantların, 
digər 
kosmetika 
məhsullarının  geydirməsi  olan  Çin  malları 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin