***
ĠKĠ ÜZLÜ ADAM
Qızlar bir-birinə qısılıb səssiz
ağlayırlar.
Sınıx-salxaq stolun üstündə süfrə
əvəzinə
qəzet
parası
var.
BaĢda
―Mədəniyyət xəbərləri‖ yazılıb. Ondan
aĢağıda bir neçə xəbər var. Amma qızların
ikisinin
də
gözü ―Ġki üzlü adam‖
məqaləsinə sataĢır və acgözlüklə oxumağa
baĢlayırlar:
― Edvard Mordrake 19-cu əsrdə
yaşamış krallıq ailəsindən olan bir şəxsmiş.
O, nadir rastlaşılan genetik pozğunluq
səbəbindən iki üzə sahib olub. Edvardın
ikinci sifəti yemək və danışmaq gücünə
malik olmayıb. Amma bir çox hallarda
qəmli, ya şad ola bilib. Ən qəribəsi isə
budur ki, Edvardın başının arxasında bu
ikinci
sifət
Edvardın əsil sifətindən
təsirlənməyib. Belə ki, Edvardın güldüyü
bəzi zamanlarda onun ikinci sifəti qəmli
olub. Bir çox həkimlər Edvardı müayinə
etsə də, kimsə onu ikinci sifətindən
qurtarmağa cürət etməyib. Edvard özü
ikinci sifətini “şeytani sifət” adlandırırdı və
həkimlərə
onu bu şeytani sifətdən
qurtarmaq
üçün
yalvarırdı.
Edvardın hansısa xəstəliyi olmayıb,
zehni cəhətdən də normal insan kimi olub.
Edvard iddia edib ki, gecə yatanda ikinci
sifəti onun qulağına pıçıldayaraq, ondan
bəzi dəhşətli işlər görməsini istəyir.
Xatırladaq ki, Edvard 23 yaşında
intihar edərək, həyatına son qoyub.
İnsanlar Edvardı gördüyü zaman qəribə
reaksiyalar verdiyindən, Edvard çox az
cəmiyyət
arasında
görünüb.
2006-cı ildə Edvardın nəvələrindən alınmış
DNT testindən sonra həkimlər bildirib ki,
çox güman ki, keçmişdə İngiltərədə
hakimlərin hakimiyyətin digər şəxslərin
əlinə keçməməsi üçün öz bacıları ilə
evlənməsi bu qəribə hadisəyə səbəb olub.
Belə ki, öz bacıları ilə evlənmiş şəxslərin
övladlarında genetik pozğunluğun yaranma
ehtimalı
olduqca
yüksəkdir.
Qeyd edək ki, hazırda da dünyada bir
neçə şəxsin başında iki üzü var. Amma
Edvardın tam başının arxasında, özü də
qəmli və şad olmaq istedadına sahib ikinci
sifətə
malik
olması
onu
hamıdan
fərqləndirib.”
Qızlar yazını oxuyandan sonra
titrətməli adam kimi əsim-əsim əsməyə
baĢladılar.
Üç aylıq ədəbiyyat dərgisi
155
***
Qarı yatmıĢdı. Ya da yatmamıĢdı,
elə gözüyumulu mürgü döyürdü.
Yatmazdan
qabaq
ora-buranı
eĢələdi, ikicə yumurta tapdı. Çöldən dərdiyi
mərəvçələri lobya kimi əli ilə sındırdı, atdı
saplıcaya. Sonra üstünə bir qaĢıq duru yağ
töküb qoydu elektrik pilətəsinin üstünə.
Mərəvçə orada biĢincən yumurtaları tək-tək
sındırıb ayrı-ayrı qablara saldı. Əlinə bir
qaĢıq alıb yumurtaların sarısıyla ağının
arasında özünə yer eləmiĢ ağımtıl nöqtəni
çətinliklə ayırdı. Buna xeyli vaxtı getdi. O
ağ nöqtə - xoruzun mayası heç cür
yumurtadan ayrılmaq istəmir, ağla sarının
baĢına-ayağına fırlanır, qarının əlindən diri
canlı kimi qurtulmaq istəyirdi. Axır ki, qarı
istəyinə nail oldu: erkəyin mayalarını
yumurtadan təmizlədi, elə həmin qaĢıqla
yumurtaları çaldı, sonra əyib saplıcada
qızaran mərəvçənin üstünə tökdü. Bir-iki
dəfə o üz-bu üzə qarıĢdırandan sonra tez
sobanın üstündən götürüb qızların qabağına
qoydu
və
dedi: ―AxĢam yumurtanı
düĢməninə ver deyiblər, amma day bizim
düĢmənnik bir Ģeyimiz qalmayıb, küllü
aləm bizə düĢməndi. Yeyin, gedin, yatın.
Amma
elə
eliyin, çölə-bayıra çıxıb
özünüzü ələ vermiyin... Yoxsa mənim day
sizi saxlamağa gücüm çatmaz... ―
...Qızlar
xısın-xısın
dərdləĢir,
ağlaĢırdılar. Göz yaĢları qarının biĢirdiyi
yeməyin içinə tökülür, onsuz da zəhər
dadan ağızlarının dadını bir az da qaçırırdı.
Yasəmənin mədəsi qaĢınırdı. Acından ürəyi
tamam üzülmüĢdü. Ona görə də qarının
suladığı lavaĢların arasına biĢmiĢdən
doldurur, dürməkləyib diĢləyirdi. O biri
qızın iĢtahı yoxuydu. Amma bir sutkaydı
dilinin altından bir Ģey keçmədiyindən o da
əlini sürüyə-sürüyə yeyirdi.
-Bəs sənin nə dərdin var?
Yasəmən gözləri ilə paltarının
altından ĢiĢib çölə çıxmıĢ qarnına iĢarə etdi:
-UĢağa qalmıĢam... BaĢıma bəla
açmıĢam...
Orta
məktəbdə
oxuyan
qardaĢlarım dəhrə-balta götürüb düĢüblər
dalımcan...
-Bəs atası kimdir?
-Əmənovlar barədə eĢitmisən?
-Hə... Olimpiya kompleksini onlar
tikib... Rayonda satılan ―OfĢar Broyler‖
toyuqları da onların olmalıdır məncə?..
-Hə... Əmənovun oğlunnan uĢağa
qalmıĢam... ġərifdən... Kiçik oğlunnan...
Gülzar öz dərdini unudan kimi
olmuĢdu:
-Bəs oğlan hardadır? Boynunnan
atır?
Yasəmən diksinən kimi oldu.
-Yoox, niyə ki?.. Atıb eləmir...
boynunnan... Amma...
-?..
Mən onu sevirəm...
-Bəs o?
Yasəmən
həmiĢə
bu
sualdan
qorxmuĢdu. Amma həqiqəti söyləməyi daha
üstün tutdu:
-O da məni istəyir... Hələ dedi ki,
gəl, çıxaq gedək Bakıya... Amma mən razı
olmadım... Atam yoxdu axı burda...
Xabarovska... Vladivastoka gedib əmimlə...
Mən ailəmizi necə qoyum gedim? Sən de,
necə? Sən gedərdin?
Gülzar əzab çəkirdi. Ona min bir
əzab vermiĢ ailəsinə nifrət edirdi. Bu boylu
qızcığaz isə ondan soruĢur ki, sən də mənim
kimi edərdin – ailəni qoyub getməzdin?
-Mmmmən...mənnnn... – Gülzar
ün çəkib ağladı və ağlaya-ağlaya dedi: -
Mənim ailəm yoxdur... Mən onlara nifrət
edirəm...
Yasəmən bilmədən qızın həssas
nöqtəsinə toxunmuĢdu. Ona görə onu
qucaqladı:
-Mən də sən dərddəyəm. Bax,
yatağında uyuyan o qarı da bizim gündədir.
Onu da qayınatası ĢərləmiĢdi... Mən bir
kitab oxumuĢdum. ―Yusif və Züleyxa‖
adlanırdı. Yusif o qədər gözəl idi ki,
ağasının arvadı ( o qadın əslində onun
analığıkimi idi) ona vurulur. Amma Yusif
bunnan imtina edəndə qadın oğlanın
156
№ 3 (15) Payız 2015
ətəyinnən dartır, Yusif qaçmaq istəyəndə
onun ətəyi cırılıb əlində qalır. Qadın
cırılmıĢ ətəyi ərinə göstərir və deyir ki,
Yusif onu zorlamaq istəyəndə ətəyini
dartıb cırmıĢam. Burası uzundu əslində,
amma axırda Yusifi zindana salırlar.
Görürsən, bütün zamanlarda olub belə
Ģeylər...
Gülzar göz yaĢlarından boğula-
boğula:
-Hə. Mən də oxumuĢdum belə bir
Ģey... ―Qız qalası‖... Qızına vurulan xan... –
Qız hönkürüb ağladı. Yasəmən də ona
qoĢuldu. Alçaqdan ağlaĢırdılar ki, onları
himayə edən qarı oyanmasın.
Yasəmən göz yaĢlarını qoluyla
sildi:
-Hə, sənin sualına cavab vermədim
axı... o da məni istəyir... amma onun sevgi
barədə fikirləri bizimki kimi deyil... O
hesab edir ki, sevgi köhnə fikirlilərin
uydurmasıdır. Bir var aliə,bir də var seks...
Bu ikisinin arasındakı elə sevgidir. Yəni,
sevgi mücərrəd Ģeydir... Real olan isə
ailədir və seksdir...
Gülzar təəccüblə ona baxdı:
-Sən də bunlara inanırdın? Daha
mənim baĢıma gələnlərin səninkiylə nə
fərqi oldu ki? Sevgisiz seks bilirsən nədir?
Mən bu barədə oxumuĢdum... Adı nəydi?
Hə, hə, ehtiras... Bax, heyvanlarda da seks
var axı... Mənimlə qardaĢımınki də seksdir
də elə! Sevgi ayrı Ģeydir, bacı! Məncə,
sənin oğlanın səni baĢınnan eləmək üçün
bunları uydurub... Görərsən, o deyəcək ki,
uĢağı abort elə...
Qız son sözlərdən diksindi,
oturduğu yerdə çırpındı, halsız düĢüb qaldı.
Gülzar ona su gətirdi. Bir qurtum içib elə
içdiyi qaba da qaytardı.
-Aman allah! Bu ki Ģor sudur...
Qarı su gətirməyib bu gün... Bəs biz
susuzmu qalacağıq?
Bu vaxt qapı döyüldü. Qızlar qaçıb
sınıq-salxaq
çarpayıda
yatan
qarıya
sığındılar. Qarı səsə gözlərini açdı.
Çətinliklə
yerindən
qalxıb
yavaĢca
―qorxmayın‖ deyərək qapıya yönəldi.
***
SU
Su ilə imtahana çəkilənlər çox
olub. Bunun ən böyüyü Kərbəla çölündə
Ġmam Hüseynin əhli-beytinə Yezidin
susuzluq ilə divan tutması olub.
(Bu barədə bir çox alimlər, şairlər
əsərlər yazıblar. Ən kamil əsər isə
Məhəmməd Füzulinin türk dilində qələmə
aldığı “Hədiqətüssəda” əsəri olub. Füzuli
yazır ki, imamın əsgərlərindən biri özünü
Yezidin ordusuna vurub çoxlu düşmən
öldürdükdən sonra susuzdan yana-yana
deyir:”Əl-ətəş, əl-ətəş!” Yəni susuzdan
yandım, yandım! Yəqin dilimizdə indi
işlənən alataş sözü burdan qalıb. Təbərinin
“Tarixi-Təbəri” kitabında və başqa islam
alimlərinin əsərlərində məşhur Kərbəla
döyüşü və burada su ilə əhli-beytin
imtahana çəkilməsi qeyd olunub. Bəs bu
SU DÖYÜŞÜNƏ səsbəb nə idi? Bu
müharibə niyə baş vermişdi? Həmin tarixi
hadisənin qısa xülasəsi belədir:
“Kərbəla
680-cı
il. Peyğəmbərin
dizlərinin üstündə böyüyən nəvəsi Hüseyn
ailəsi və yaxın silahdaşlarından ibarət 72
nəfərlik dəstə ilə Kufə yaxınlığındakı
Kərbəla çölündə düşərgə qurmuşdu.
Hüseynin Kufəyə yollanmasından
qorxuya düşən xəlifə Yezid onun ardınca
Ubeydillah bin Zeydin başçılığı ilə qoşun
göndərir. Qoşun Kərbəla yaxınlığında
imam Hüseynin düşərgəsini mühasirəyə
alır. Hüseyn danışıqlara gedərək İraqı tərk
etmək istədikdə Ubeydullah əvvəlcə onunla
razılaşır. Lakin Yezidin hakimiyyətində
xüsusi nüfuza sahib olan Şimir bin Zil-
Cevşan bunun Əməvi xanədanı üçün
təhlükə olduğunu düşünərək təklifi rədd
edir. Əvəzində isə Ömər bin Sədə
mühasirəni daha da daraltmaq əmr
olunur. Çadırlara-xeymələrə gedən su
yolları bağlanır.
Üç aylıq ədəbiyyat dərgisi
157
Bir neçə gün sonra düşərgədəki su
ehtiyatı tamamilə tükənir. Düşərgədə
kimlər var idi: İmam Hüseynin arvadı
Leyla və başqa arvadları, bacısı Zeynəb,
qardaşı Abbas Ələmdar, növcavan oğlu
Əli
Əkbər,
xəstə
yatağında
olan
Zeynalabidin (imamın soyunu məhz o
davam etdirəcəkdi), 6 aylıq körpə oğlu Əli
Əsgər, qızına adaxlı olan qardaşı oğlu
Qasım, Abdullah və başqa qardaşı
uşaqları, körpə qızı Səkinə, Ruqiyyə...
Xüsusən qadınlar və uşaqlar susuzluqdan
əziyyət çəkirdilər.
Məhərrəm ayının doqquzuncu günü
Hüseynə iki yol təklif olunur: ya qeyd-
şərtsiz təslim olmaq, ya da 30 minlik ordu
ilə müharibə etmək. İmam bir gün artıq bu
fani dünyada yaşamaq üçün yox, ibadət
edib, Quran oxumaq üçün onlardan
möhlət istəyir.
Onsuz
Hüseyn Kərbəla çölündə
şəhadətə çatacağını bilirdi. Şiə alimlərinin
dediklərinə görə bu barədə hətta
peyğəmbərdən də hədislər vardı. Axşam
düşəndən sonra imam uzun bir xütbə
oxudu. Tərəfdarlarına sabahkı qanlı döyüş
barədə
xəbərdarlıq
edib
getmək
istəyənlərin azad olduqlarını dedi. Amma
heç kəs yerindən tərpənmədi, susuzluqdan
qurumuş dodaqları ilə bir ağızdan imama
sadiq olduqlarını bəyan elədilər.
Susuzluqdan bağı qana dönən
uşaqların, körpələrin çığırtısı bütün
düşərgəni
başına
götürmüşdü.
Bu
nalələri, fəqanları eşidib də çarəsizcə
dayanmaq mümkün deyildi. O ki qaldı
Abbas kimi qəzəbli insan ola. Zirehini
geyinib qardaşının çadırına yollanır. Daha
bu nalələrə tab edə bilmədiyini deyir.
Abbas mühasirəni yarıb Fərat çayından su
gətirmək üçün icazə istəyir. Amma imam
müharibəyə birinci başlamayacaqlarını
bildirib döyüşə icazə vermir, ancaq su
gətirməyə razılaşır.
Dodaqları susuzluqdan qurumuş
Abbas döyüşçülərin arasından ildırım
sürəti ilə sıyrılıb Fəratın sahilinə çatır.
Suyun parıltısı ürəyini sərinlədir. Əyilib
bir qurtum içmək istəyəndə suda beşikdə
ayaqlarını döyəcləyən Əli Əsğərin əksini
görür. Tez tuluğu su ilə doldurub
düşərgəyə yollanmaq istəyir ki, əsgərlər
qabağını kəsirlər. Kimsə qüvvətli zərbə ilə
Abbasın qələm qolunu üzür, onda o su
qabını o biri əlinə alır. Qüvvətli qılınc
zərbəsi o biri qolunu da üzəndə Abbas
dişləri ilə yapışır tuluqdan. Amma bunca
zəhmətin faydası yoxdu. Abbasın qəzəbli
gözlərini nişan alan namərd bir oxçu
naşılıq edib tuluğu dələcək. Fəratın suyu
körpə Əli Əsgərin qurumuş dodaqlarını
yox, min ilin çölünü sərinlədəcək.
Düşərgədəki bütün kişilər bu qeyri-
bərabər döyüşdə şəhid oldu. Düşərgədə
Hüseyndən, xəstə oğlu Zeynalabidindən
və körpə Əli Əsgərdən başqa kişi
qalmamışdı.
Susuzluqdan əziyyət çəkən körpənin
ağlaması yas tutan qadınların fəğanından
betər olmuşdu. İmam Hüseyn körpəsini
əlləri arasına alıb qoşunun qabağına çıxır,
heç olmasa yer üzünün sonuncu
peyğəmbərinin
nəticəsi
üçün
bircə
qurtum su istəyir. Bu səhnədən daş da
yumşalardı, amma Ömər bin Səidin daş
qəlbi yumşalmır. O Hurmala bin Kahil
adlı oxçusuna əmr edir ki, uşağı nişan
alsın. Ox Əli Əsgərin boğazını dəlib keçir.
Hüseyn körpəsini dəfn etdikdən sonra
yenidən ordunun qarşısına çıxdı, onları
allahdan qorxmağa səslədi. Onda Şümür
imama hücum əmri verdi. Qoşun hər
tərəfdən nizə və oxlarla ona hücum etdi.
Bir anda onlarla ox və nizə bir zamanlar
peyğəmbərin əlinin dolaşdığı bədənə
sancıldı. İmamın cansız bədəni yerdə
sərəli qalmışdı.)
Kəndin baĢındakı kəhrizdə uzun bir
növbə var. Kanalın suyunu Əmənovun
fermalarına və əkin sahələrinə motorlarla
vurduqlarından camaatın suyu kəsilib.
Qazılan artezian quyuları Ģor çıxır. Yeganə
içməli su bu kəhrizdir. Kəndin bütün
158
№ 3 (15) Payız 2015
adamları bura toplaĢıb. Hətta it-piĢik də,
toyuq-cücələr də kəhrizin baĢına yığıĢıb.
Adamların
susuzdan
dodaqları
partlayıb. Elə buradaca yüzlərcə toyuq-cücə
susuzdan ölür. Ġtlər ulaĢır. PiĢiklər
miyoldayır. UĢaqlar ağlaĢır. Hamı su deyib
göylərə baxır. Amma yazın bu son ayında
istilər elə artıb ki, adamların nəfəsindən
buxar qalxır...
Əlacsızlıqdan Ģor su içənlər isə bir
az sonra daha çox susayır və yerlərində
çabalayırlar...
Yer-göy hamısı su deyir. Füzuli
demiĢ: ―Əl-ətəĢ, əl-ətəĢ!‖
Narıngül arvad nə qədər cəhd eləsə
də onu su doldurmaq üçün yaxına
buraxmırlar. Hətta itələyib növbədən
çıxardırlar. Evdə isə iki ağzıbağlı dustaq
ondan su gözləyir. Hələ o biri – Yasəmən
ikicanlıdır axı!.. Qarı onu növbədən
itələyib çıxardan gəlinə hirslə baxıb qeyzlə
deyir: ―Əlin qurusun!‖ Gəlini durduğu
yerdəcə əsməcə tutur. Özünü itirib qarının
qabını alıb özündən qabaq doldurur. Ona
uzadıb yalvarır:‖Get, mənə qarğama...
Günahımnan keç‖
Qarı qabı ağzına aparıb doyunca
içir. Sonra qıvraq addımlarla evə dönür...
...Bir it də onun dalına düĢüb
həyətəcən gəlir. Qarı bir itə, bir əlindəki 10
litrlik qaba baxır. Sonra üzünü göyə tutub
azaylanır:‖A kərəminə Ģükür! Mən payımı
bu itə verim, bəs içəridəki bədbaxtlar
noolsun?!‖ Sonra bir qaba su töküb itin
qabağına qoyur və içəri keçir...
***
YASƏMƏN
―Nə edim? Kitablarda oxuduğum
―mübariz qadın‖, ―qəhrəman qadın‖ sözləri
məni hərdən mübariz olmağa, təslim
olmamağa səsləsə də, bu bir anlıq olurdu.
Burada,
əldən-ayaqdan
uzaq
OfĢar
çöllərində necə mübariz olmaq olar? Ata
yox kimidir, qardaĢlarım avara, bircə gün
Əmənovların çiyələk tarlasında, yaxud
fermalarında iĢə getməsən, acından
öləcəksən. Yavan çörəyə möhtac olan qadın
mübariz ola bilər?
Bir dəfə bir qəhrəman qadın
haqqında yazı oxumuĢdum: Tahirə
Qürrətüleyn.
1817-ci
ildə
Cənubi
Azərbaycanda
doğulub.
Ġndi
adını
unutduğum hansısa hərəkata qoĢulur. ġaha
qarĢı çıxıĢlar edir. O Ġranda baĢıaçıq gəzən
ilk qadın imiĢ. Gəzəl Ģairə olan Tahirə
xanımı 33 yaĢında qətlə yetirir və quyuya
ataraq üstünü torpaqlayırlar...
Gözlərimi qaldıra bilsəm,
QarĢında dayanıb üzünə baxsam,
Sənə dərdimi söyləyərdim
Nöqtəbənöqtə, sözbəsöz.....
Onun Ģeirlərindəndir. Bir dəfə bu
misraları ġərifçün oxudum. Məni ələ saldı.
―Gözlərimi qaldıra bilsəm‖ deyib hırıldadı.
―Ay qız o Tahirə dediyin piyanskaymıĢ,
alkaĢ, ya da çəkənmiĢ... Necə yəni
gözlərimi qaldıra bilsəm... Ha-ha-ha...‖
Hə, bu ucqar kənddə bir nəfər
iĢıqlı adam yoxdur. Müəllimlərimiz ancaq
pulu olan uĢağı ali məktəbə hazırlaĢdırır,
sinifdə dərs-zad keçilmir. Direktorumuz
Əmənovun
qabağına
yüyürür,
klub
müdirimiz elə, kənd həkimi ondan betər...
Yox, düz demədim. Var bu kənddə iĢıqlı
adam: Narıngül qarı! Hə. Təkcə odur iĢıqlı
adam. Onun da gücü ancaq bizi bu daxmada
gizlətməyə çatır... Allaha and olsun ki, bu
qadın yüz savadlıdan biliklidir. Hərdən elə
sözlər danıĢır ki, adam dəli olur. Mənə
demiĢdi ki, özünü gözlə, mənim günümə
düĢəssən... Ġnanın ki, onda heç ġərif mənə
əlini də vurmamıĢdı... Amma bu qadın
demiĢdi mənə. GörmüĢdü bu günümü...
Hələ Gülzara dediyi?! ―Sonra da atan
baĢladı!‖ Allah haqqı belə dedi... Yazıq qız
ölüb yerə girdi. Ġndi neynəsin bu yetim?
Atası, əmisi, ölmüĢ qardaĢı əli odlu-közlü
axtarırlar yazığı. Tapsalar, öldürəcəklər...
Ġndi gəl, mübarizə apar, görüm necə
aparırsan!?. Elə mənim qardaĢlarım...
Üç aylıq ədəbiyyat dərgisi
159
Deyən gərək, götverənlər, öldürənsiniz
gedin ġərifi öldürün də, mənim nə günahım
var axı?!. Amma yox, var mənim
günahım... Mən ġərifi niyə özümə bu qədər
yaxına buraxırdım ki? Niyə onun maĢınına
minirdim ki? Niyə onunla kafeyə gedirdim
ki? Niyə onun hədiyyələrini, çantama
qoyduğu pulları götürürdüm ki?..
Mən ölümə layiqəm... Amma asan
ölümə. Məsələn, zəhər olsaydı, içərdim.
Rahat uzanıb ölərdim. Özünü yandırmaq,
asmaq, dağdan atmaq mənlik deyil. Ən çox
qorxduğum isə daĢ-qalaqdır!.. Allah
göstərməsin... Uyyyyyyy! Allah sən saxla!‖
Yasəmənin qəfildən yerin içində
titrətmə tutmasını duyan Gülzar qalxıb iĢığı
yandırdı. Qızı qan tərin içində görüb dedi:
-Nolub sənə, ay qız? Suyun
içindəsən ki?
Yasəmən nazik yorğana bürünüb
hıçqırdı.
***
Dostları ilə paylaş: |