Üç aylıq ədəbiyyat dərgisi
149
Ġçimdə qövr edər,
əəəəədə balam, yaram
heyyyy....
UĢaq gülsə də, gözlərindən yaĢ
bıldır-bıldır
tökülürdü.
Müəllim
də
qoĢulmuĢdu
uĢağa,
qarmonçalan
da
qarmonu sinəsinə basıb çala-çala göz yaĢını
hərdən pencəyinin qolu ilə silirdi...
Klubun
divarları,
daĢları,
döĢəməsi,
pəncərələri,
pəncərələrdəki
ĢüĢələr, bu ĢüĢələrdən sallanan hörümçək
torları, o torların içindəki hörümçəklər də
səs-səsə verib ağlaĢa-ağlaĢa oxuyurdular:
Ġçimdə qövr edər, əəəəədə balam, yaram
heyyyy...
***
Qara tut dəyib. Gilasa da dən
düĢüb. Kəndin ayağındakı sulu yerdə (bura
su, su mühərrikləri ilə kanaldan vurulur)
ucu-bucağı görünməyən çiyələk sahəsində
qız və qadınlar çiyələk yığırlar. Dünən gecə
yığılan sahələrə xüsusi dərmanlar səpilib,
səhərisi kal giləmeyvələr sürətlə yetiĢib
qıpqırmızı qızarıblar. Sahəyə o qədər azot
və digər dərman və gübrələr verilib ki,
çiyələyi ağıza aparmaq belə olmur. Ġki qız
yan-yana çiyələk yığır və hərdən də özlərini
saxlaya bilməyərək ağızlarına da atırlar.
-NarıĢ, Yasəmənnən nə xəbər?
NarıĢ dediyi qız ah çəkdi:
-Yoxdu, xəbər. Bir daĢ bir gölə
düĢdü... Yaqin öldürdülər gədələr...
-Allah, sən saxla! Uzaq olsun...
Yox, ay NarıĢ, dünən gədələri genə kol-
kosda o yan-bu yana çovuyan görüblər?..
-Nə bilim, ay Sara, allah eləsin
tapa bilməsinnər... Bəs bu qız necoldu?
Ġynə deyil ki itə, tapammayax... Mən ƏĢrəfi
anda verdim. O da and içdi ki, neçə gündür,
gəzmədiyi
yer
yoxdur,
tapa
bilmir
Yasəməni. Hələ dedi ki, qorxuram özünə
bir Ģey eləyər...
-Vay!.. Nənə vay! Mən, mən
sancılandım... Ay qarnım!...
-Sara, Sara!.. Qorxma... Bəs...
Mənim də qarnım burur... Ana... Bizə
noldu?!
-DemiĢdilər
ki,
yemiyin
bi
zəhrimarı... Dərmannıdı... Öldüm!...
Qızlar çiyələk ləklərinin arasına
yıxılıb balıq kimi partlayırlar. Bu vaxt
ġərifin köməkçisi briqadir Rza onlara
yanaĢıb qıĢqırır:
-Ay
hayasızlar,
deyilməyib
yeməyin bu zəhrimarı?! Ġndi ölün elə!
Qızlar daha bərkdən qıĢqırırlar. O
biri cərgələrdəki qız-gəlin tökülüĢüb gəlir
və zəhərlənmiĢ qızlara yardım etməyə
çalıĢırlar. Bu vaxt Rza cib telefonuyla
kiminləsə danıĢır. On dəqiqə sonra bir
maĢın gəlir və artıq qıĢqırmağa belə taqəti
olmayan qızları maĢına qoyub kəndin
ambulatoriyasına aparırlar.
***
DĠġĠ TISBAĞANIN
GÖRDÜKLƏRĠ:
Kəndin aralığı. AğlaĢma səsləri.
Çiyələkdən zəhərlənən qızlardan birini –
Nargiləni xilas etmək mümkün olmayıb.
KiĢilər meyit namazına durublar. Namaz
qısa müddətdə bitir. (İşin qaynayan
vaxtıdır. Ona görə hamı özü işini bilir; hər
şeyin qısasını edirlər. Hətta molla belə
namazı da, oxuyacağı Yasini də qısaltmağa
məcburdur.) Gənc qızı dəfn etməyə
aparırlar. AğlaĢan qız-gəlin kiĢilərin
çiynində
dəfn
edilməyə
aparılan
rəfiqələrinin arxasıncan baxıb quzu anası
üçün mələyən kimi mələĢirlər. (Burda
qızlar-qadınlar dəfnə gedə bilməzlər)
Qızlardan biri əllərini qabağa uzadaraq
diliylə deyil, əliylə ağı deyir:‖NarıĢ
heyyyyyy...‖ Bu, bizim tanıdığımız Saradır.
Hüznlü
dəstə
yola
düzəlir.
Qabaqda cənazəni çiyinləri üzərində
aparanlar, ardınca molla, onun yanında
Mayıl Əmənov, oğlanları ġərif və ƏĢrəf,
150
№ 3 (15) Payız 2015
məktəb direktoru və bir-birinin ardınca
düzülmüĢ əlliyəcən adam...
KiĢilərin ləpirlərinin üstüylə hüzn
dolu bir qadın səsi də irəliləyir qəbiristana
tərəf:
―NarıĢ heyyyy!!!‖
Dörd-beĢ yaĢlarında bir qızcığaz
anasının qıçlarına qısılıb bu olub bitənlərə
təĢviĢlə baxır. Alt dodağı dik Ģaqqalanıb,
qan çənəsi aĢağı süzülür.
...Tısbağa olanda nə olar?! Dözə
bilmirəm insanların bu amansızlığına. Axı,
necə olsa mən də qadın sayılıram... Tənimin
baĢı gizildəyir... Erkək Tısbağayla bu Urmu
dərəsində neçə illik ayrılıqdan sonrakı
görüĢümüzün dadını çıxartmaqda ikən gah
bizi tüstüdə boğdular, gah da belə Ģaxsey-
vaxseylə qanımızı qaraltdılar. Tısbağa
olanda nə olar...
***
BOZ QIRĞININ YUXARIDAN
GÖRDÜKLƏRĠ:
Mən qırğıyam. Tanıdığınız Erkək
Tısbağanı göydən yerə salan Boz Qırğı.
Vallah insafsız deyiləm. Bu insanlara
baxanda bizə Ģükür. Erkək Tısbağanı,
istəsəydim daĢa çaxardım. Amma DiĢi
Tısbağanı yuxarıdan gözüm aldı, onun
vəziyyətini görüb atdım otun üstünə.
Nəysə... Ġndi buradan – bu yüksəklilkdən nə
görürəm, necə görürəm, onları sizə
anladacam.
Yəni,
anladacam
dedim...
Amma əslində mən də Ģəklini cızacam,
təsvir etməyə çalıĢacam. BaĢ çıxartmaq
sizlikdir...
Bir gün sonra ġərif elə idman
paltarındaca bir diplomat pulla düĢdü
kəndin küçələrinə. Qiymətindən də beĢ-on
manat yuxarı kənddə nə qədər mal, qoyun,
at, eĢĢək vardı, hamısını baĢladı qiymətləĢib
almağa. Ailə baĢçılarının, ağsaqqalların qəti
etirazlarına baxmayaraq cavanlar hətta yanı
balalı süd verən inəkləri belə ġərifə həvəslə
satırdılar. Təxminən on günə kəndin bütün
tövlələri boĢaldı – Əmənovlar iki min
baĢacan mal, on min baĢacan da qoyun-
keçiyə sahib oldular.
Bir gün ġərif heyrətlə atasına
baxıb dedi:
-ƏĢĢi, bizi iĢə salmısan e!
Qabaxdan çiskinli-dumanlı payız, qarlı-
çovğunlu qıĢ gəlir, bəs bu boyda mal-
heyvanı harda saxlayacayıq biz? Ġki
tövləmiz var, ikisi də öz mallarımıza ancaq
çatar...
Mayıl kiĢi bic-bic gülüb dedi:
-Malları bu it uĢağının özlərinə
otardacağıq, özlərinə sağıb-sığatdıracağıq,
öz tövlələrində də saxlayacağıq. BoĢ tövlə
nələrinə
gərəkdir?
Səhərdən
tövlələri
kiralamağa baĢla, amma bu dəfə lap aĢağı
qiymətə! Kiralayan kimi də təmirə baĢla.
Doğrudan da, adamlar tövlələrini
çox ucuz qiymətə Əmənovlara kirayəyə
verdilər.
Ġndi kənddə bircə dabbaqçıların
mal-heyvanı vardı. Onları da sındırmağın
yolunu Mayıl Əmənov tapmıĢdı, sadəcə
hələ risk edə bilmirdi.
...Bu ġərif ki var, kəndin arvadları
demiĢkən, çox afirist gədə idi. YaraĢıqlı,
boy-buxunlu olması öz yerində, həm də
atası kimi siyasətcil idi. Hər gün aynanın
qabağında birdəfəlik almazla təraĢ elədiyi
üzünə krem çəkə-çəkə düĢünürdü:‖Bu
kəndin söz sahibi kiĢilər olsa da, onların
hamısının gözü arvadlarının ağzındadır.
Onları döysələr də, söysələr də, hərəsinə 6-
7 uĢaq doğuzdursalar da, axırda arvadlar
deyən olur. Ona görə kiĢilərlə dava-dalaĢ
bizə xeyir gətirməz. Lazımdır ki, qadınları
ələ alaq. Bunun bir yolu mənim kimi
yaraĢıqlı olmaqdan keçirsə, o biri yolu pula
bağlıdır. Atamı gözləməyə dəyməz məncə.
Axı burda kim atasını eĢidir ki?! Cavanlar
ata-analarının yalvarıĢlarına baxmayıb mal-
qaranı mənə satmadılarmı? Hörmətli
Əmənov! Ġcazə ver, mən özüm bildiyim
kimi edim...‖
...Hə, mən Boz Qırğıyam. Min
illərdir
ki,
nəslim-nəcabətim
burada
yaĢayıb, ömür sürüb. Nəcabət demiĢkən, biz
Üç aylıq ədəbiyyat dərgisi
151
həqiqətən nəcabətli nəsilik. Kəkliyi, ilanı,
bu daĢa oxĢar tısbağaları, həyət-bacalardakı
toyuq-cücələri allah bizə yem buyurub. Bir
kəkliklə, bir ilanla bir gün doyuruq.
Artığında gözümüz olmaz. Heç kimin
çörəyinə bais olmadıq. Özümüzdən zəifləri
alçaltmadıq. Ən yüksək dağ baĢında yuva
qurduq, ikidən artıq bala saxlamadıq. Bir
diĢi qırğıyla bir ömür yaĢadıq. BaĢqasında
gözümüz olmadı. Bəli, biz quĢuq. Amma...
Çox pərt olmuĢam. Biləndə ki, bu
insanlar bizim adımızı batırırlar, az qalıram
gözlərini oyam. Baxın, bu Əmənov Mayıla
Qırğı Mayıl deyirlər. Niyə axı məhz Qırğı?
Neyniyəsən, hara Ģikayət edəsən? Bu
insanların nə məhkəməsi məhkəmədi, nə
qanunu
qanundur.
Özləri
yazdıqları
qanunları, özləri də tapdalayırlar. Vallah, on
qırğı
ili
yaĢamıĢam,
belə
məxluq
görməmiĢəm. Neçə ildən birsə seçkiləri
olur.
YığıĢıb
bilirsiniz
neynirlər?
Əvvəlcədən
hazırlanmıĢ
siyahıdakı
adamların adına bülleten düzəldirlər, sonra
məktəblərdə seçkilər keçirdirlər və həmin
məktəblərin müəllimləri o bülletenləri qom-
qom qutulara doldururlar – guya ki, xalq
gəldi, səs verdi, deputat seçildilər. Xalq heç
seçkiyə gəlmir ki! Ac xalqı seçki
maraqlandırmır.
Gündəlik
çörəyə
möhtacdırlar onlar... Ehhh, vallah... Bircə
Ģeydən qorxuram: bu ac-yalavac kənd
sakinləri belə getsə bizim yemimizə əl
uzadacaqlar.
Ġlanları,
qurbağaları,
tısbağaları yeyib qurtaracaqlar... Özləri
demiĢkən: ac qılıca çapar...
***
BĠRLƏġDĠLƏR...
―OfĢar-broyler‖lə kəndin arasındakı
qobuda iki kiçik otaq tikdilər. Bir də uzun
bir anbar. Cənub zonasından ( İdrisin
adamları hələ cənuba dadanmamışdılar)
bir manat artığına alıb gətirdikləri gön-
dəriləri
o
kiçik
otaqlarda
aĢılayıb
dərmanladılar, sonra elə o dərədəki kol-
kosun üstünə sərib sərgilədilər. Bakıdan
gətirdikləri dəri üzrə mütəxəssislər həm
dəriləri,
həm
də
bağırsaqları xüsusi
aparatlarla,
lazimi
dərmanlarla
elə
aĢıladılar ki, iki ayacan belə saxlasan, nə
xarab olar, nə də Ġdrisin dabbaqxanasındakı
kimi baĢ çatladan qoxu verərdi. (Düzdür,
bunlarınkı də iy buraxırdı, amma daha
qonşularınınki kimi deyildi.)
Bir neçə gün sonra Bakıdan gələn
ilk tır Əmənovların dabbaqxanasından
yüklərini tutub yola çıxdı. Elə həmin axĢam
Ġdrisgilə xəbər çatdı: bəs Əmənovlar gön-
dəri iĢinə də əl uzatdılar.
Ġsris dəhrəni qapıb yolağayacan
yüyürdü, nə fikirləĢdisə, bir də yolağadan
evinəcən geri qaçdı. Bir də qayıdıb
yolağayacan yüyürdü, elə əlini atıb çalğu
kolundan düzəldilmiĢ yolağanı açmaq
istəyirdi ki, içəridən - həyətin qulğuna kimi
dərinliyindən zəhmli bir səs gəldi:
-Qqqqqayıt bbbbir də, iki də
yyyyyüyür!..
Palıd taxtasından düzəldilmiĢ
taxtda ağ tuman-köynəkdə mütəkkəyə
söykəklənib eĢmə cığara çəkən atası
Zöhrabın səsiydi. Bu kənd-paranın ən yaĢlı
sakinlərindən olan Zöhrab kiĢi sakit,
dinməz-söyləməz adamdı. Uzun boylu, enli
kürəkli, saqqalı ətəyinə tökülən bu kiĢi indi
ömrünün son çağlarını yaĢasa da hələ canı
suluydu. DanıĢanda kəkələdiyindən kənddə
ona Bıbbı Zöhrab deyirdilər. Elə normal
danıĢa bilmədiyinə görə yüz sözün birin
deyər, ya deməz. Əgər Bıbbı Zöhrab
danıĢmağa baĢladısa, ya dava düĢəsidi, ya
kimsə döyülməlidi, ya da ağlagəlməz bir iĢ
baĢ verməliydi. Əvvəllər belə az danıĢan
olduğundan onun da Ģahsevən olduğunu
güman eləmiĢdilər. Hətta adının yanına bir
Ģahsevən sözün də qoĢmuĢdular: ―ġahsevən
Zöhrab‖. O da bunu eĢidib böyürə-böyürə
( doğrudan mal kimi böyürürdü) demiĢdi:
-Mmmmən
qqqqaraĢalvar
Zzzzzöhrabam, arrrrrvadıızın bbbıppısı
haqqqqı!
Oğlunun əlində dəhrə hələ də
yolağada dayandığını görüb bir də böyürdü:
-Yyyyüyür dddddedim!
152
№ 3 (15) Payız 2015
Ġdris dəhrəni həyətdəki Ģəftəli
ağacına çaldı, ağac Ģaqqıltıyla yerə yıxıldı.
―Ooooooh!‖ kimi qeyri-insani bir səs
çıxardıb bir neçə dəfə həyətdə o baĢ-bu
baĢa yüyürdü, it kimi ləhləyə-ləhləyə gəlib
atasının qabağında dayandı:
-Niyə qoymadın gedip çapım
onları bu dəhrəylə?! Yazıq Ģəftəli ara yerdə
güdaza getdi?!
-Ggggetmə. Ddddağa ddddedilər
kkkkimnən
qqqqqorxursan?
Ddddedi
pppulludan... Özü dddə ssssəsini qqqıs...
Bbbbbböyürmə...
Ggggget,
Əmmmmmənovlarla iĢĢĢĢĢĢ qqqqur...
Onnnnara əllll uzzzzat... ġĢĢĢĢĢərik ol...
Bu vaxt həyətdən bir az aralıda
maĢın siqnalı eĢidildi. Ġdris dönüb baxanda
gözündə eynək ġərifi görüb Ģəftəlini bıçaq
pendiri kəsən kimi kəsib yerə salmıĢ
dəhrəyə baxdı. Atasının gücənə-gücənə
dediyi sözləri yadına salıb yenə bir
―ooooooh‖ elədi, amma bu dəfə içində
böyürdü və bir də dönüb ġərifə baxdı. ġərif
də hörmət əlaməti olaraq gözlüyünü
çıxardıb:
-Salam əleyküm, Ġdris əmi, - dedi.
– Atam xahiĢ elədi ki, bir biz tərəfə
gələsiniz...
AxĢam ĢüĢəli mülkün həyətindəki
alma ağacının kölgəsində oturub qısa bir
söhbət etdilər. Salam-kalamdan sonra
Əmənov qalxdı. Əslində, bu o anlama
gəlirdi ki, qoca Ġdrislə qabaq-qabağa
oturmağı özünə sığıĢdırmamıĢdı. Bir kəlmə:
―Mənim
əvəzimnən
söhbəti
ġərtif
aparacaq‖ deyib yuxarı – mülkün 4-cü
mərtəbəsindəki istirahət otağına yollandı.
ġəriflə Ġdrisin söhbəti uzun çəkmədi.
Və bu qısa söhbət hər ikisinin də razılığı ilə
belə sonuclandı: Ġdrisin dabbaqxanası köçür
dərənin qobusundakı təzə dabbaqxanaya,
burada isə birləĢirlər. (Əslində, bu, İdrisin
dabbaqxanasının ləğvi demək idi. Nədən ki,
onun dabbaqxanası kustar üsulla işləyirdi.
Əmənovlarınkı
isə
müasir
texnoloji
qurğularla təmin edilmiş, Şərifin diliylə
desək, “yevro dabbaqxana” idi.) Yeni,
birləĢmiĢ dabbaqxananın rəisi ġərif olmaqla
direktoru Ġdris təyin edilir. Xalis gəlirdən
hərəsi otuz beĢ faiz götürür, yerdə qalan
iyirmi faizsə dabbaqxananın sərfiyyatına
yönəldiləcək. Qaldı on faizə, bunun sahibi
Bakıda oturan Adam idi. Hər ayın sonunda
adamı gəlib nağddan hesabını aparacaqdı...
Əvvəlcədən hazırlanmıĢ sənədi
qollayıb artıq qapıda müntəzir olan
hüquqĢünasa verdilər.
Beləcə, Əmənovların gənc oğlu
ailənin rastlaĢdığı bir müĢkülü də asanlıqla
həll edə bildi.
***
Kəndin ən yaĢlı adamlarından olan
doxsan yaĢlı Narıngül arvad əlində ağac el
yoluna çıxıb. Gələn-gedəni çağırır, qıĢqırır,
nəsə soruĢur.
-Ay uĢaq, ay bala... O qaraltı nəydi
gör? Belə keçəni deyirəm, e... Bəlkə mənim
inəyimdi? Bu axĢam evə gəlmədi axı? Qalar
çöldə, qurda-quĢa yem olar e...
Səsinə heç kimin səs vermədiyini
görüb qonĢuları Zülfünazın yolağasına
yönəlir:
-Ay Zülfünaz... Zülfünaz heyyyy...
Səksən beĢ yaĢlı Zülfünaz arvad
içəridən hay verir:
-A batmıĢ, nədi? Noolub?
-Ağız, mənim Xumar inəyim
gəlmədi axı? Buzovu qalıb məliyə-məliyə...
Zülfünaz içəridən ağlamsınır:
-Yazıq arvad... Bəs axı sənin o
nəvən Xumarı Əmənovlara satmadı? Ağlın
qaçıpdımı? Yeri get ayna, bizi dost-düĢman
yanında xəcil eləmə... aaallah...
-Nə təər yanı? Əmənovlar mənim
inəyiməmi qalmıĢdılar? Bı nə deyir aaz?
Sonra qarı inəyi horaylayır, malın
anlayacağı dildə ( mallar itəndə həmişə belə
edərdilər) çağırmağa baĢlayır:
-Bijjje...
Bijjje...
Düüüü,
hoooooo... Bijjje. Bijjjjje....
Üç aylıq ədəbiyyat dərgisi
153
***
GÜLZAR
Narıngül qarı kol-kosa iliĢə-iliĢə,
yıxıla-dura gəlib kəndin Nobatalı örüĢü
deyilən yerə çıxdı. Burda bəlkə iki min, üç
min inək otlayırdı. Elə ağzını açıb bijje
eləmək istəyirdi ki, gördü kolun dalından
bir kölgə keçib aĢağı sinidi. Qarı inəyini
unudub özünü yığıĢdırdı, beynində dolaĢan
ələĢən-kələĢən görüntüləri çözməyə çalıĢdı.
―Bı nəydi? Niyə mənnən qaçdı? Yasəmən
evdən çıxıb? Yooox bı Yasəmən dəyil,
onun ayrı Ģiklidi... Dayan, dayan... ―
-Ağız, a bala, mənnən niyə qaçırsan,
tanıdım
səni, dədənnən, qardaĢınnan,
əminnən qaçmısan, bilirəm... Gəl, gəl bəri
görüm...
Doğrudan da, böyürtkən kolunun
içindən saçı pırtlaĢmıĢ, əyin-baĢı didik-
didik olmuĢ bir qız çıxdı, qarıya tərəf qaçıb
onun ayağına qapandı.
-Nənə, saa qurban olum! Məni
axtarıllar... Tapsalar öldürəcəhlər... Gizlət
məni...
Qarı onsuz da hər Ģeyi görürdü,
ona görə heç nə soruĢmadı. Özü qabağa
düĢüb, ―dalımca gəl‖ dedi. AxĢam Ģəviniyi
çalanda artıq onlar kəndin içindəydilər.
Qarı geri dönüb pıçıldadı:
-Sən bu ağacın daldasında gizlən,
amma gözünü mənnən çəkmə. Bax, o
qıraqdakı daxma mənimdi, mən içəri girən
kimi sən də burdan tərpənib özüu atarsan
evə. Qorxma, heĢ kim görmüyəcəy səni...
Qapını açıq qoyacam...
...-Atamla
anam
fermada
iĢləyirdilər. Çox vaxt məni də özdəriynən
aparardılar. Bir axĢam aparmadılar. Evdə
on birdə oxuyan qardaĢımla mən qaldım.
(Məktəbimizdə yuxarı sinif oğlanlarının
çoxu kimi qardaşım da nəşə çəkirdi.
Çəkəndə özündə olmurdu. Elə hala düşürdü
ki, qorxurdum ondan. İndi yenə o halda
idi.) O da baĢladı maa söz atmağa.
―QəĢəhləĢmisən, Gülzar... Məmələrin nə
yaman çıxıb‖ kimi gic-gic sözlər deyir maa.
Mən də onnan iki yaĢ böyüyəm axı... Üzünə
bir sillə tutuzdurdum ki, kiri! Qayıdıb
mənim qolumu burdu, yıxdı kravata, çıxdı
üstümə.... Ha elədim, əlinnən çıxa
bilmədim... Ağzınnan da bir iy gəlir, baĢım
çatlayır. Onda gördüm iĢdanımı çıxardır...
Əlinnən çıxıb qaçmax istiyəndə baĢımnan
nəyləsə vurdu, huĢumu itirdim... Oyananda
gördüm al qanın içindəyəm... Qara qanı
ağzınnan gəlmiĢ üzümü açmıĢdı...
Qız hönkürüb ağlayır, danıĢa
bilmirdi. Qarnı gün-gündən böyüyən
Yasəmən də qoĢulmuĢdu ona. Qarı qızları
sakitləĢdirmək üçün dedi:
-DanıĢ,
qız...
DanıĢ
ki,
yüngülləĢəsən... Ağlama, day ağlamaxdan
keçib səninki...
-Mənim
qara günüm baĢladı
bunnan sonra. QardaĢım iki günnən bir, siz
də bağıĢlayın, Ģeyini əlinə alıb üstümə
gəlirdi. Dedim atama deyəcəm, qayıtdı ki,
səni doğrayaram. Belə-belə düz bir il
mənnən ər-arvad kimi gizlində yaĢadı.
Sonra gün gəldi, bu ölmüĢ əsgər getdi. Mən
dərdimi açıb anama danıĢdım. Arvad
dərdimə Ģərik olmaq əvəzinə saçımnan
tutub evin içində sürüdü, üz-gözümü didib
dağıtdı. ―Harda sihdimisən, qızdığıı kimə
vermisən, düzün de, mənim gədəmi niyə
biavza eliyirsən, a səni biavza olasan!‖
deyib qiyyə çəkdi. Səsə Rusiyadan təzə
gəlmiĢ əmim gəldi. O da maa müĢtəri
gözüynən baxdı, elə anamın yanındaca bir
sillə vurub çıxıb getdi. AxĢam anamla atam
fermaya gedəndə əmim bizə gəldi və
qollarımı qanırıb məni soyundurdu. Bu
oğraĢ da qardaĢım eliyənnən elədi. Özü də
əmimə baxanda qardaĢım insaflıymıĢ! Ġt
oğlu həm daldan yaĢadı mənnən, həm
qabaqdan. Bunnan da kifayətlənmədi, Ģeyin
çıxardıb ağzıma da soxdu...
Qızı ağlamaq tutdu. Çiyinləri
atdandı, eĢqırdı, eĢqırdı və özündən getdi.
Yasəmən ayağa durub su gətirdi, qızın
üzünü yudu, yaĢ əllərini onun boyun-
boğazına, sinəsinə, döĢlərinə çəkdi. Bunları
154
№ 3 (15) Payız 2015
edə-edə düĢündü ki, mənnən də bədbəxti
varmıĢ ki...
Qız ayılıb bir müddət səssiz qaldı.
Yasəmənin süzdüyü isti çaydan bir qurtum
aldı. Narıngül qarı təzə doğulmuĢ piĢik
balası kimi köməksiz olan bu zavallını
süzə-süzə ―hı‖ eləyib dedi:
-Sohra da binamus atan baĢladı...
Qız dik atıldı. Qarını qanlı-qanlı
süzdü və birdən nəsə yadına düĢüb üzünün
ifadəsi dəyiĢdi, acı-acı gülümsədi:
-Mən gecə yatmıĢdım. Bir ağ
saqqallı kiĢi yuxuma gəlib əlini baĢıma
çəkdi. Sohra dedi ki, qızım, Gülzar,
qorxma, gedərsən OfĢara, orda bir qarı özü
gəlib səni tapacax... O sənsən eləmi? – Qız
Narıngül qarıya baxdı.
-Bəs sizin kənd haradı? – Yasəmən
dərdli-dərdli soruĢdu.
-Biz rayon mərkəzində olurux...
Hə, nənə düz deyir... Bir gecə özümü
həyətimizdəki quyuya atmaq istəyirdim. Elə
quyunun qapağını təzəcə qaldırmıĢdım ki,
bir qüvvətli əl qolumnan tutdu. Atam idi.
Sevindim. Dedim kiĢi dərdimə Ģərik olmağa
gəlib. O məni çəkib odun yığdığımız
otaqçaya apardı. Ağzımı yumub dedi ki,
anan danıĢıb, hər Ģeyi bilirəm. Elə ordaca
ayaq üstə mənimlə yaĢadı. Sonra da
hədələdi ki, mənnən baĢqa bir kimsəyə
versən, səni baltayla doğrayaram!..
Qarının gözləri çevrildi. BaĢı əsə-
əsə ağzı köpükləndi. Bircə bunları deyə
bildi:
-Heç sənin kərəminə Ģükür
olmasın...
Dostları ilə paylaş: |