Üç aylıq ədəbiyyat dərgisi
125
Günlərin bir günü o, yaxın
yoldaĢlarının biri ilə küçədə gəziĢirdi, yenə
də öyrəncəsi üzrə öz ideallarından üyüdüb-
tökür, özünün biliyi ilə ĢeĢələnirdi. Birdən
elə bil yanağına su sıçrantısı toxunduğunu
duydu. Haradandır bu? nə suyudur belə?
Liberal göyə baxdı: yoxsa, yağıĢ yağmaq
istəyir? Ancaq göy üzündə bir dənə də
olsun bulud yox idi, günəĢ də dəli kimi
göyün ən uca qatına dırmaĢıb, oradan yerə
od ələyib özü üçün əylənirdi. Düzdür, külək
əsir, ancaq onun pəncərələrdən atılan kirli
suları götürüb belə uzağa aparacaq gücü
yoxdur. Onda liberal üzünü yoldaĢına tutub
soruĢdu:
–Bu nə görkəzmədir! YağıĢ yox,
pəncərədən kirli su atan görünmür, ancaq
mənim üzümə nəsə su sıçrayır!
–Ora bax, o qabaqdakı evin tinində
kimsə gizlənib,–yoldaĢı dilləndi,–bu onun
iĢidir! O sənin bu liberallığına tüpürmək
istəyir, ancaq bunu sənin gözünün önündə
eləməyə ürəyi gəlmir. Bax o da, ―alçağın əli
çatan‖ yola əl atıb, tində gizlənib tüpürür,
külək də, onun tüpürcəyini gətirib sənin
üzünə sıçradır.
Vicdanın itkin düĢməyi
Vicdan itkin düĢmüĢdü. Ancaq,
adamlar yenə də, heç nə olmayıbmıĢ kimi,
küçələrdə, teatrlarda qaynaĢırdılar; biri-
biriylə öcəĢir, biri-birini ötüb keçməyə
çalıĢrdılar; yenə də, ora-bura vurnuxur,
əllərinə
nə
keçirdisə
göydə
qapıb
götürürdülər, ancaq onlardan heç kim,
birdən-birə nəyinsə çatıĢmadığını, yaĢam
orkestrində hansısa tütəyin çalmaqdan
qaldığını duymurdu. Bir çoxlarının isə elə
bil
əli-qolu
açılmıĢ,
bir
az
da
zirəkləĢmiĢdilər. Adamların iĢləri çox
yüngülləĢmiĢdi: indi daha baĢqasına
badalaq gəlmək çox asan idi, yaltaqlanmaq,
sürünmək,
aldatmaq,
qulağagirənlik,
fırıldaqçılıq eləmək su içmək kimi qolay bir
iĢ olmuĢdu. Adamların bütün ağrı-acıları da
silinib getmiĢdi; onlar elə bil özləri
yerimirdilər,
kimsə
onları sürütləyib
aparırdı; nə baĢ verir-versin, kimsənin nə
qanı qaralır, nə də bunun niyəsini
düĢünürdü; sanasan, keçmiĢ də, bu gün də,
gələcək də, hamısı onların öz əlində idi, elə
biləsən, vicdanın itkin düĢməyi onların
hamısını bir andaca ağ günə çıxarmıĢdı.
Vicdan eləcə birdən... bir göz
qırpımındaca yoxa çıxmıĢdı! Dünənəcən
adamları bir an da olsa belə gözdən
qoymayan, onların bütün düĢüncələrinə
burnunu soxub, qatıb-qarıĢdıran bu qanıacı
keĢikçi buralardaydı, indi birdən... harasa
yoxa çıxmıĢdı! Onunla birgə, insanları ara
vermədən
izləyən
qanqaraldıcı
qarabasmalar
da
yoxa
çıxmıĢdı,
qarabasmalar yoxa çıxan kimi, bu vicdan
deyilən nəsnənin hər addımbaĢı adamların
bütün gizlin iĢdəklərini açıb tökməsindən
yaranan
mənəvi
sarsıntılar də ötüb
keçmiĢdi.
Adamlara
ancaq
Tanrının
yaratdığı bu gözəl dünyaya baxıb sevinmək
qalmıĢdı:
dünyanın
bilgin
adamları,
indiyədək onların irəliyə doğru yürüĢünü
yavaĢıdan sonuncu boyunduruqdan da
qurtulduqlarını baĢa düĢmüĢdülər və
qazandıqları bu özgürlükdən yararlanmağa
tələsirdilər. Adamlar elə bil baĢlarını
itirmiĢdilər; dörd bir yanı quldurluq,
soyğunçuluq baĢına almıĢdı, hər Ģey uçulub
dağılmağa baĢlamıĢdı.
Yazıq vicdan isə, yolun ortasında,
didilib parçalanmıĢ, əzilib üzülmüĢ, ayaq
altında tapdalanmıĢ, yaman günə düĢüb
qalmıĢdı. Kimin qarĢısına çıxırdısa, onu
ayağa dolaĢan bir cındır sayağı təpikləyib
qırağa atırdılar; hələ bir çoxları, ―belə bir
tör-töküntü Ģəhərin görməli yerinə necə
gəlib çıxıb?‖ deyə donquldanırdılar da.
Birdən, hansısa qaragünlü bir içki düĢkünü,
özünün dumanlanmıĢ baxıĢları ilə, yüz
qram da içə bilmək üçün köhnə-kürüĢ
126
№ 3 (15) Payız 2015
axtarıĢına çıxmasaydı, təkcə Tanrı bilir,
vicdan hələ nə qədər belə ayaqlar altında
atılıb qalacaqdı.
Vicdanı tapan anda, içki düĢkünün
bütün bədəni gizildədi, sanasan, onu
elektrik vurmuĢdu. Tor görən gözləri ilə
yan-yörəsinə baxan içki düĢkünü, yavaĢ-
yavaĢ baĢından içki dumanının dağıldığını
sezməyə baĢladı, birdən o, ömrünün çoxunu
bu yolda qoyub, var gücü ilə özündən
uzaqlaĢdıra bildiyi: acı gercəkliyi anlamaq
bacarığının da özünə qayıtdığını duymağa
baĢladı. Öncə üĢəndi, bu, insanın ürəyinə
daman, az sonra düĢə biləcəyi hansısa
qorxunc bir durumdan soraq verən, küt bir
qorxu duyğusu idi; yaddaĢı oyanıb
çalxalandı, susqun xəyalları dil açıb
danıĢmağa baĢladılar. YaddaĢı, ağına-
bozuna baxmadan, keçmiĢin utancverici
qaranlığından, onun zaman-zaman törətdiyi:
bütün zorakılığı, dönüklüyü, daĢürəkliyi,
əyriliyi bir-bir çıxarıb üzünə çırpmağa
baĢladı; xəyalları ömründə bütün olub
keçən nə varsa, hamısını canlandırıb, onun
gözləri önünə gətirməyə baĢladı. Bunun
ardınca isə, içində özünə qarĢı bir məhkəmə
baĢladı, nə baĢladı...
Yazıq içki düĢkününə, özünün
bütün keçmiĢi iyrənc bir cinayət kimi
görünməyə baĢlamıĢdı. O, yerində quruyub
qalmıĢdı,
nə
düĢünüb-daĢına,
nə
baĢqasından soruĢa, nə də özü anlaya
bilirdi: gözü qarĢısında canlanan, özünün bu
mənəvi düĢkünlüyündən bərk sarsılmıĢdı,
könüllü
olaraq
baĢladığı
bu
özünümühakimə, onu elə ağrıdır, elə üzüb
əldən salırdı, bunu heç ən ağır dövlət
məhkəməsi də bacarmazdı. O indi düĢdüyü
bu çaĢqınlıq içində büsbütün baĢını
itirdiyindən, söyüb yamanladığı keçmiĢinin
çox hissəsinin onun özündən asılı
olmadığını da unutmuĢdu, axı dərindən
baxanda bu keçmiĢi o özü yaratmamıĢdı,
bütün bunları onun baĢına gətirən,
anlaĢılmaz, qorxunc bir güc idi: çöllükdə
çör-çöpü qanadına alıb uçuran qasırğa
sayağı bir güc idi bütün bunları törədən...
elə bu güc də onu, yazıq içki düĢkününü, o
çör-çöp sayağı alıb, özü hara istəsəydi, ora
da süpürləyib aparmırdımı? Onun keçmiĢi
niyə belədir? o öz keçmiĢini nədən baĢqa
cür yox, ancaq belə yaĢamıĢdı? o özü
kimdir axı?–bütün bu sorğulara o indiyəcən,
ancaq çiynini çəkməklə, gözünü döyməklə,
bir sözlə, özünü anlamazlığa vurmaqla
―cavab‖ tapmıĢdı. Onun bütün yaĢamı
boyunduruq altında keçmiĢdi; boyunduruq
altında doğulmuĢdu, boyunduruqla da gor
evinə gedəcəkdi. Ġndi buyur, haradansa bu
anlaq gəlib çıxıb, deyir mən də varam,–axı
anlaqlı olmaq onun nəyinə gərək idi? yoxsa,
onu ağır sorğularla küncə qısnayıb, sonra da
susaraq, onun düĢdüyü bu gülünc duruma
baxmağa görəmi gəlib bu anlaq? öləzimiĢ
yaĢam axınını coĢdurub, sonra da onu, gur
axınına qarĢı duruĢ gətirə bilməyəcəyi bir
ömür selinə itələyib salmaq üçünmü gəlib
çıxıb?
Yazıqlar olsun! oyanmıĢ anlağı
onu nə ovuda bilir, nə də gələcəyə bir inam
yaradırdı, üstəlik, anlağı ilə birgə ayılan
vicdanı da, ancaq bir çıxıĢ yolu bilirdi: ara
vermədən,
heç
nəyə
yaramayan
özünüqınamaqla onun baĢ-beynini aparırdı!
Bundan qabaq da onun ömrü, sanasan, bir
duman içində keçirdi, elə indi də bu duman
çəkilməmiĢdi, üstəlik, indi hara baxırdısa,
ürəyini üzən qarabasmalar görürdü; o bütün
ömrü boyu, əlini-qolunu bağlayan bir zəncir
gəzdirmiĢ, ancaq bunun nə olduğunu
bilməmiĢdi, indi bunun nə olduğunu bilən
kimi, bu zəncirin çəkisi ikiqat artmıĢdı. Ġçki
düĢkünü belə ağır düĢüncələrə dalaraq,
gözündən sel kimi yaĢ axıdırdı, onun bu
durumunu görən yaxĢı adamlar ayaq
saxlayır, sonra da bu ağlayıb-sıtqamağın
çaxırın təsirindən olduğunu düĢünərək, ötüb
keçirdilər.
–Hardasan, ay ata! daha gücüm
çatmır...
dözə
bilmirəm!–yazıq
içki
düĢkünü qıĢqırıb bağırır, adamlar isə baxıb
gülür, onu ələ salırdılar. Onlar bu anda içki
düĢkününün büsbütün ayıq olduğunu baĢa
düĢmürdülər, bu yazıq içki düĢkününün
Üç aylıq ədəbiyyat dərgisi
127
durduğu yerdəcə iĢə düĢüyünü, uğursuz bir
tapıntısının onun ürəyini didib-tökdüyünü
haradan biləydilər? O özü arayıb-axtarıb
bunu
tapsaydı,
düĢünüb-daĢınardı,
götürqoylu olardı, axı o, bu dünyadakı
ağrıların
hamısından
acısının,
gözlənilmədən
tapılan
vicdandan
doğulduğunu bilməmiĢ deyildi. Belə
gözlənilməz tapıntıdan baĢını itirməsəydi,
onda o, özünü eĢĢək yerinə qoymuĢ, əxlaqı
korlanmıĢ bir içki düĢkününü görən
kütlənin də, elə ondan geri qlmadığını,
özünü,
ruhca
yaramaz,
davranıĢca
uzunqulaq kimi apardığını da unutmazdı.
―Yox, gərək bundan yaxamı
qurtaram! yoxsa bu məni yaman günə
qoyacaq‖–içki düĢkünü belə düĢünüb, öz
tapıntısını yola tullamaq istədi, ancaq elə o
andaca yaxında dayanmıĢ polis onu saxladı.
–Sən ay qardaĢ, deyəsən burada
düz iĢə baxmırsan a, yoxsa dövlətə qarĢı
həcv yazıb gizlincə yaymaq istəyirsən?–
polis
ona
barmaq
silkələyib
dedi,–
qardaĢımsan, sənə deyim, bu iĢə görə səni
iliĢdirərəm, əlli-ayaqlı gedərsən!
Ġçki düĢkünü tələsik öz tapıntısını
cibində gizlədib, oradan uzaqlaĢdı. Yan-
yörəsinə boylanaraq, əyilə-əyilə, gizlincə,
köhnə tanıĢı Proxorıçın iĢlədiyi meyxanaya
gəlib çıxdı. Öncə, gizlincə pəncərədən
boylanıb baxdı, içəridə heç kimin
olmadığını, Proxorıçın isə piĢtaxtanın
arxasında mürgülədiyini görüncə, bir göz
qırpımında özünü içəri saldı, Proxorıç ayılıb
özünə gələnə kimi, tapıntısını onun əlinə
dürtüĢdürüb aradan çıxdı.
Proxorıç gözlərini bərəldərək,
yerində donub qaldı; bir az keçmiĢ onu qan-
tər süpürüb basdı. Nədənsə, birdən ona elə
gəldi, sanasan, burada patenti olmadan
alver eləyir; ancaq vitrinə göz gəzdirəndə
bütün patentlərin: göyü, yaĢılı, sarısı
qarıĢıq, hamısının öz yerində olduğunu
görüb ürəyi toxdadı. Ġçki düĢkünün onun
əlinə soxuĢdurduğu bu cındır, nədənsə ona
çox tanıĢ gəlirdi.
―Aha!–yadına düĢdü–hə də, bu
mənim patent almazdan qabaq güclə
baĢımdam elədiyim həmən cındırdır! Odur,
özüdür!‖
Ġçki düĢkünün gətirdiyi cındırı
tanıyandan sonra o, birdən nəyə görəsə, indi
daha əlində olan bütün var-yoxunu dağıdıb
yoxsulluq
içində
yaĢamalı
olacağını
düĢünməyə baĢladı.
–ĠĢə bax da, baĢını aĢağı salıb iĢini
görürsən, yamanlıqlar isə elə bil sıraya
düzülüb
yaxandan
qopmurlar,
biri
qurtarmamıĢ o birisi baĢlayır–denən daha
mən batdım da! daha bundan sonra mənim
iĢləməyim alınmaz!–o bütün bunları bir
andaca düĢünüb daĢındı, sonra birdən onu
bir titrətmə tutdu, üzü ağappaq ağardı, elə
bil, gözünə buçağacan heç kimin görmədiyi
hansısa qorxunc bir varlıq görünmüĢdü.
–Yoxsa, sən elə bilirsən, bu yazıq
xalqı içkiyə öyrətmək yaxĢı iĢdir!–oyanmıĢ
vicdanı pıçıldadı.
–Arvad!
Arina
Ġvanovna!–
qorxudan özünü itirmiĢ meyxanaçı dəli
kimi qıĢqırmağa baĢladı.
Arina Ġvanovna baĢı lovlu qaçıb
gəldi, ancaq Proxorıçın yeni tapıntısını
görən kimi, qadından öz səsinə oxĢamayan
bir qıĢqırtı qopdu: ―Gözətçi! vay dədə!
Kömək eləyin! Bizi soyurlar!‖
―Ġndi mən bu alçağa görə, gərək
bir anın içində varımdan yoxumdan
çıxam?‖–bu sözləri Proxorıç, bu cındırı
haradansa tapıb ona soxuĢduran içki
düĢkünü üçün deyirdi. Yerində quruyub
qalmıĢ meyxanaçının alnını iri tər damlaları
bürümüĢdü.
Bu arada meyxana yavaĢ-yavaĢ
adamla dolmağa baĢlamıĢdı, ancaq baĢqa
vaxt alıcılarının qabağına qaçan Proxorıç,
onların matını-qutunu qurutmuĢdu, o,
alıcılarına
çaxır
satmaqdan
boyun
qaçırmağı bir yana qalsın, hələ durub onlara
çaxır içməyin korluqlarından, onun yoxsul
adamın evini yıxmağından üyüdüb tökməyə
baĢlamıĢdı.
128
№ 3 (15) Payız 2015
–Sən bir bardaq çaxır içməklə
yetinsən, buna sözüm yox, hələ desən
canına da yarayar!–o, göz yaĢları içində
danıĢırdı,–axı sən aza dayanmırsan, gərək
çaxırın küpünə girəsən! Bundan nə çıxar?
Boğazdan
yuxarını
çaxırla
uyutdun,
boğazdan aĢağındakı da köynəyin altında,
köksündə uyusun, sən hələ sonra ayılıb
baĢına nə oyun açdıqlarını biləcəksən, onda
da gec olacaq! Mənə bax, ay dəyərli adam,
sən bu gün əlləĢib vuruĢub, yüz qəpik
donluq alırsan, indi bir anlığına düĢün,
birincisi, bu puldan ötəri iĢləməyə dəyərmi,
ikincisi, sən indi hansı ağılnan qan-tər
töküb qazandığın o pulu mənə vermək
istəyirsən?!
–Sənə nə gəlib, Proxorıç, elə bil
ağlını itirmisən!–çaĢıb qalmıĢ alıcılar
deyirdilər.
–Mənim
düĢdüyüm
lova
düĢsəydin, sən də elə ağlını itirərdin!–
Proxorıç dilləndi,–sən bax gör hələ mən bu
gün özümə necə bir patent düzəltmiĢəm!
Bunu deyib, onun üçün tapıb
gətirdikləri vicdanı alıcılara göstərdi, sonra
bunun
kiməsə
gərək
olub-olmadığını
onlardan soruĢdu. Alıcılar bunun nə
olduğunu bilincə, vicdanı götürmək bir
yana qalsın, hamısı qorxusundan, qapıya
sarı geri çəkildilər.
–Bax, mən indi bu patentlə
iĢləyirəm!–Proxorıç vicdanı göstərib acıqla
çımxırdı.
–YaxĢı, indi sən nə eləmək
istəyirsən?–alıcılar soruĢdular.
–Mənə elə gəlir, indi yalnız bir
yolum qalıb–yıxılıb ölmək! Ġndi mən daha
kimsəni aldada bilmirəm; bu yazıq xalqa
çaxır içirib yaman günə qoymağa da vicdan
yol vermir; siz bilən mənim ölməkdən
baĢqa bir yolum qalırmı?
–Yox, sən doğrudan da iliĢmisən!–
alıcılar gülüĢməyə baĢladılar.
–Mən də elə düĢünürəm,–Proxorıç
sözünü ardını gətirdi,–mənə qalsa, gərək
indi bu qab-qacağın hamısını sındıram,
çaxırın da hamısını o su arxına tökəm
getsin! Yoxsa, mənim kimi vicdanlı adam
spirtin iyini aldımı, ürəyi ağzından gəlir!
–Sən belə əliuzunmu çıxmısan?!–
bayaqdan dayanıb baĢ verənlərə səssizcə
baxan Arina Ġvanovna ərinin üstünə
kükrədi, deyəsən ərinin oyanan vicdanından
ona pay düĢməmiĢdi,–axtarıb özünə vicdan
tapana bir bax!
Ancaq Proxorıç da yola gələnə
oxĢamırdı. O, acı göz yaĢlarını tökür, elə
hey danıĢır, danıĢırdı.
–Belədir də, bu bədbəxtlik kimin
baĢına gəldisə, yaxasını buraxan deyil.
Kiçik alverçi ol, ya böyük tacir, iliĢdinsə
iĢin bitdi. Bu, gəlib canına daraĢdısa, səni
dəli eləyib baĢdan çıxaracaq. Bunu tapan
adamın baĢında ancaq bir düĢüncə olur:
―Mən bu dünyanın ən yazıq adamıyam–
alnıma bu yazılıb, qurtardı getdi‖.
Beləliklə
də,
Proxorıç bütün
gününü belə fəlsəfi çalıĢmalarla keçirdi,
düzdür, Arina Ġvanovna onu saxlayıb, qab-
qaĢığı sındırmağa, çaxırı arxa tökməyə
qoymasa da, ancaq onlar o günü bir damcı
da olsun çaxır satmadılar. AxĢam isə,
Proxorıçın kefi lap kökəlmiĢdi, o, yatağa
uzananda gözünün yaĢını tökən Arina
Ġvanovnaya baxıb dedi:
–Ay
mənim
ruhum,
sevgili
arvadım! düzdür, bu gün biz heç nə
qazanmadıq, ancaq bilirsənmi adam özünün
vicdanlı olduğunu biləndə necə yüngülləĢir!
Doğrudan da o, baĢını yasdığa atan
kimi yuxuya getdi. Yuxuda da, nə yerində
qurdalandı, nə də xoruldadı, ancaq bundan
qabaq vicdanı olmayıb çoxlu pul qazanan
çağlarında o, bütün gecəni yatağında
qıvrılardı.
Ancaq Arina Ġvanovna bu iĢlərə bir
az baĢqa sayaq baxırdı. O, meyxanaçılıqla
vicdanlı olmağın bir yerdə tutmadığını
yaxĢı bilirdi, ona görə də, nə olursa olsun,
bu vicdan deyilən çağrılmamıĢ qonaqdan
yaxa qurtarmağı kəsdirmiĢdi. Ürəyi sıxıla-
sıxıla gecəni bir təhər baĢa vuran qadın,
meyxananın tozlu ĢüĢələrinə gün iĢığı düĢən
Üç aylıq ədəbiyyat dərgisi
129
kimi, yatmıĢ ərindən vicdanı oğurlayıb,
baĢılovlu küçəyə qaçdı.
ĠĢ elə gətirmiĢdi, bu gün bazar
günü idi: qonĢu kəndlərdən adamlar araba
ilə bazara sarı getməkdə idilər. Məhəllənin
polis gözətçisi Qırğı da onların ardınca
düĢüb, bazarda qayda-qanun yaratmağa
gedirdi. Yeyin addımlarla bazara sarı gedən
Qırğını
görəndə
Arina
Ġvanovnanın
gözlərinə iĢıq gəldi, o indi artıq nə
edəcəyini bilirdi. Qadın var gücü ilə
Qırğının ardınca qaçmağa baĢladı, ona
çatan kimi, bir göz qırpımındaca, əlindəki
vicdanı onun paltosunun cibinə soxdu.
Qırğı kiçik görəvli adam olsa da,
bunda utanmalı bir Ģey görmürdü, o özünü
sındırmağı
sevən
adam
deyildi,
əliuzunluğuna da söz ola bilməzdi. Bir
çoxları onun davranıĢca sırtıq olduğunu
deyirdilər, ancaq ona gözəgirən adam
demək daha düzgün olardı. Ona əli əyri
demək olmazdı, ancaq qarĢısına çıxan
qəniməti də əldən buraxmazdı. Bir sözlə, bu
adam çox abırlı bir rüĢvətxor idi.
Ġndi birdən bu adamın içində
özünün də baĢ açmadığı bir fırtına qopmağa
baĢlamıĢdı.
Bazar meydanına gəlib arabaların,
sandıqların, taxta piĢtaxtaların üstünə
qoyulmuĢ satlıq mallara baxanda birdən ona
elə gəldi, bunların heç biri onunku deyil,
hamısı özgə adamlarındır. Bundan qabaq
onun ağlına heç vaxt belə düĢüncələr
gəlməzdi. O özünün utanmazlıq yağan
gözlərini silib düĢünməyə baĢladı: ―Mənim
baĢım pozulub nədir, yoxsa bütün bunları
yuxuda görürəm?‖ O, üstünə satlıq mallar
düzülmüĢ bir arabaya yaxınlaĢdı, əlini
uzadıb özü üçün nəsə götürmək istədi,
ancaq ha çalıĢdısa əlini qaldıra bilmədi;
baĢqa bir arabaya yaxınlaĢıb, öyrəncəsi
üzrə, satıcının saqqalından tutub çəkmək
istədi–bu nə iĢdir, əlini uzada bilmir!
Qırğı bərk qorxmuĢdu. ―Bu nə
iĢdir mən düĢdüm?–O, düĢünürdü,–belə
getsə mən bütün iĢlərimi korlayıb quru
yurdda qalaram! Yoxsa, ağlım baĢıma
gələnə kimi, çıxıb evə gedim?‖
Biraz
götürqoy
eləyib
evə
getməkdən daĢındı, düĢündü, bu nədirsə
indi keçib gedər. Bazarda gəzib dolaĢmağa
baĢladı; gözü önündə ev quĢları, paltar-
parça, baĢqa satlıq Ģeylərin sırası uzanıb
gedirdi, ancaq o nədənsə, alıĢdığı kimi, əlini
uzadıb onlardan özünə gərək olanları götürə
bilmirdi, elə bil, bunların hamısı dilə gəlib
deyirdilər: ―Əlini uzatsan bizə çatar, ancaq
bacarmazsan!‖
Alverçilər çox keçmədən Qırğının
bu yeni durumundan duyuq düĢdülər:
baĢının pozulduğunu, öz qazancından əl
çəkib onlardan heç nə tutub almadığını
görüncə, onu ələ salmağa baĢladılar, əlüstü
onun üçün yeni bir ad da düĢünüb tapdılar,
dünənəcən
çəkindikləri
Qırğını,
saymazyana,
elə
üzünəcə:
Fofan
Fofanıç(Uyuğ Uyuğoviç) deyə çağırmağa
baĢladılar.
–Yox, mən deyəsən doğrudan
xəsətələnmiĢəm!–Qırğı
belə
düĢünüb,
əliboĢ, evə sarı yollandı.
O evə qayıtmaqda olsun, arvadı–
ana Qırğı evdə onu gözləyərək düĢünürdü:
―Görəsən mənim istəkli ərim bu gün evə
neçə torba ayın-oyun gətirəcək?‖ Bunları
düĢündüyü yerdə, birdən qapı açıldı, kiĢisi
əliboĢ
evə
girdi.
Gördüyü
bu
anlaĢılmazlıqdan
ana
Qırğının
ürəyi
yerindən necə atlanmıĢdısa, o da eləcə
ərinin üstünə atıldı.
–Torbalar hanı?–ərindən soruĢdu.
–Bu gün adamların əlindən nəsə
tutub almağa vicdanım yol vermədi...–Qırğı
sözə baĢladı.
–Mən səndən soruĢuram, hanı
ayın-oyun yığdığın torbalar?
–Bu gün vicdanım yol vermədi,
adamların əlindən nəsə tutub alam...–Qırğı
yenə təkrarladı.
–Nə olar, lap yaxĢı, onda gələn
bazar gününə kimi öz vicdanını yeyib
dolanarsan, məndən yemək gözləmə!–ana
Qırğı onun üstünə çımxırdı.
130
№ 3 (15) Payız 2015
Qırğı baĢını aĢağı salıb dinmədi,
ana Qırğının sözündə bərk adam olduğunu
yaxĢı bilirdi. Paltosunu soyunub asılqandan
asdı, birdən(!), elə bil, hər Ģey dəyiĢib
qabaqkı kimi oldu! Vicdanını paltosu ilə
birgə divardan asıb ondan uzaqlaĢınca,
özündə bir yüngüllük duydu, yenə də
öncələrdə olduğu kimi düĢünməyə baĢladı:
bu dünyada baĢqalarına çatası heç nə
yoxdur, nə varsa hamısı onun özünündür.
O,
alıĢdığı,
adamları
çapıb-talamaq
istəyinin də özünə qayıtdığını sezdi.
–Hə, arxadaĢlar, indi görüm necə
yaxanızı qırağa çəkəcəksiniz!–Qırğı belə
deyib əlini əlinə sürtdü, sonra paltosunu
geyinib, qaçaraq, bazara sarı yönəldi.
Bu nə möcüzədir! paltonu əyninə
geyməyi ilə yenidən əzginləĢdi. Elə bil, o
özündə iki adamı yaĢadırdı: biri paltosuz–
utanmazın, soyğunçunun, əliuzunun biri; o
birisi isə, paltolu–utancaq, çəkingən birisi.
Evdən çıxmağı ilə içində yenidən hər Ģeyin
dəyiĢdiyini anlasa da, ancaq yenə bazara
getməkdən daĢınmadı. ―Ola bilsin, özümü
toplayıb bazar adamından nəsə qopara
bildim‖ deyə düĢündü.
Ancaq bazara yaxınlaĢdıqca, onun
ürəyi get-gedə daha bərkdən döyünməyə,
acgözlüyü isə yavaĢ-yavaĢ azalıb yoxa
çıxmağa baĢladı, o, bazarda gün uzunu
yağıĢın-qarın altında dayanıb, çamurun
içində eĢələnən, bütün bu dözülməz əməyin
qarĢılığında
qəpik-quruĢ
qazanan
adamlardan heç nə ala bilməyəcəyini baĢa
düĢdü. Axı, nəyinə gərəkdi, onun-bunun
boxçasına burnunu soxub baxsın, hələ bir
istədiyini də götürsün; birdən, cibindəki
pulqabının ağırlığını duymağa baĢladı, elə
bil haradansa, pulqabındakı pulların özünün
yox, baĢqalarının pulu olduğu ürəyinə
dammıĢdı. O, bazardakı satıcılardan birinə
yaxınlaĢıb dedi:
–Al görüm, arxadaĢ, bu on beĢ
qəpik sənə çatacaq!
–Bu nə puldur, Fofan Fofanıç?
–Mən indiyəcən sənin ürəyinə çox
toxunmuĢam, arxadaĢ! Səni and verirəm
Tanrıya, məni bağıĢla!
–Tanrı bağıĢlasın!
Beləliklə də o, bütün bazarı gəzib
dolaĢaraq, üstündəki pulun hamısını
adamlara paylayıb qurtardı. Bu iĢi görüb
qurtarandan sonra ürəyində çox böyük bir
yüngüllük duysa da, ancaq baĢında dolanan
qara-qura düĢüncələr də bir ucdan ona
dinclik vermirdi.
–Yox, mənə nəsə olub, deyəsən
çox pis bir xəstəliyə yoluxmuĢam,–deyə öz-
özünə mızıldandı,–yaxĢısı mən çıxım gedim
evə, hə, elə yolüstü qarĢıma çıxan ac-
yalavacları da yığıb apararam evə, Tanrı
yetirəndən nə var, qarınlarını doyurarlar!
Dediyi kimi də elədi: yolboyu
qarĢılaĢdığı bütün ac-yalavacları baĢına
toplayıb evə gəldi. Ana Qırğı onun bu
dəliliyini görüb, qıĢqırmağa, əlini-qolunu
ölçməyə baĢladı. O isə, yavaĢca siviĢib evə
keçdi, sevgi dolu baxıĢları ilə arvadını
süzərək dedi:
–Fedosya can, budur bax, sənin
dediyini
eləmiĢəm,
çöldə ac-yalavac
dolaĢan kimi görmüĢəmsə yığıb gətirmiĢəm
evə, Tanrının adı üçün, bunların qarnını
doyur!
Ancaq paltosunu divara çalınmıĢ
mıxdan asan kimi, birdən yenə də özündə
bir yüngüllük duydu. Sonra pəncərəyə
yaxınlaĢıb, evinin qapısı ağzında Ģəhərin
bütün ac-yalavaclarının toplandığını gördü!
Baxdı-baxdı, heç nə anlaya bilmədi:
―Bunlar burada nə gəzirlər? Yoxsa,
istəyirlər
bunları qamçılayıb buradan
qovalayım?‖
–Bunlar burda nə gəzirlər?–o
qaçaraq həyətə çıxıb, acıqla arvadından
soruĢdu.
–Necə yəni nə gəzirlər? Bu ac-
yalavacları sən yığıb gətirmisən, özün də
hamısının qarnını doyurmağı buyurmusan!–
Ana Qırğı mırıldandı.
–Hamısını
qov
getsinlər!
Boyunlarının ardından tutub at bayıra
|