V
əfa Mürsəlqızı
QuĢ ölüsünə ağlayan uĢaq
Ay quĢ ölüsünə ağlayan uĢaq,
Silməklə göz yaĢın kiriyən deyil,
Ağlama ay bala, dur gedək evə,
Üç aylıq ədəbiyyat dərgisi
105
Ağlamaqla ölü dirilən deyil.
Dünya baĢdan-baĢa ölüm qoxuyur,
Adam düĢündükcə yorulur, bala!
Öldürmə özünü, hardasa orda,
Adamlar quĢ kimi qırılır, bala!
Nə əcəb bu boyda biganəliklə,
Ağac olmamıĢıq, daĢ olmamıĢıq,
YaxĢı ki, Allahın yazığı gəlib,
Adam doğulmuĢuq, quĢ olmamıĢıq.
Kimsə bəhanədir, kimsə səbəbdir,
Kiminsə boynuna günahı düĢür,
Gör fələk nə yaman aciz imiĢ ki,
Bir barmaq canlıya tamahı düĢür.
Ay quĢ ölümünə ağlayan uĢaq,
Ağlama, gözünün yaĢını saxla,
Bizi də sapandla güdür əzrayil,
ÇalıĢ bu dünyada baĢını saxla.
Fırlanır bu dünya yaranan gündən,
Fırlanar bir sabah devrilənəcən,
Adamlar ağlayır quĢ ölümünə,
Ümid qatilinə çevrilənəcən.
Adamlar gedəndə üzr istəyir
Qalmayıbdır daha səbrimiz bizim,
Tükənib iradə, tükənib dözüm,
Getməyə yerim yox, qalmağa üzüm,
Sən məni bağıĢla gəldiyim üçün.
Annan nə qoparım, günə nə verim,
Ömrümü ömrünə gününə verim?
Mən nə yaĢadım ki, sənə nə verim?
Sən məni bağıĢla gəldiyim üçün.
Yanan ürəyinə qar olammadım,
Ümidin gül açdı, bar olammadım,
Sənə hər Ģey oldum, yar olammadım,
Sən məni bağıĢla gəldiyim üçün.
Dərdi qarıĢ-qarıĢ gəzir, istəyir,
Ölümün Allahdan nəzir istəyir,
Adamlar gedəndə üzür istəyir,
Sən məni bağıĢla gəldiyim üçün.
***
Məni bənd-bənd öldürürsən.
Əza-əza basdırırsan,
Taleyimi, qismətimi,
Yaza-yaza basdırırsan.
Güya hərdən əfv eləyib,
Sonra bir də səhv eyləyib,
Bir sözünlə məhv eyləyib,
Büküb sözə basdırırsan.
Qul oldum sözün önündə,
Yol azdım izin önündə,
Ölürəm gözün önündə,
Dözə-dözə basdırırsan.
VarmıĢ
Duyğuların ən gözəlin ,
Ġçində boğmaq da varmıĢ,
Ən böyük səadətinə,
Uzaqdan baxmaq da varmıĢ.
Dərdə düĢmək yar yasından,
Ölmək sevgi yarasından,
Dolub ürək parasından,
Gözündən yağmaq da varmıĢ.
DoğmalaĢmaq qıĢda, qarda,
Ayrı düĢmək bir baharda,
Sevdiyini yuxularda,
Köksünə sıxmaq da varmıĢ,
Can vermək yolunda belə,
Sağ olmaq solunda belə,
Onunla olanda belə,
Onsuz darıxmaq da varmıĢ,
Yu yağan yağıĢla məni,
Gözümdəki yaĢla məni,
Allahım, bağıĢla məni,
Sözündən çıxmaq da varmıĢ.
106
№ 3 (15) Payız 2015
QAILB B
ƏHRAM
Ayaqqabı
Kəndimizə əvvəlcə müharibənin xəbəri
gəldi,
sonra özü.
Əvvəl yaĢamaq ümidini itirdi insanlar,
sonra baĢlarını.
Həyatlarını itirənlər də oldu
Biz baĢlarını qoruyub,
həyatlarını itirənlərdən olduq.
Öz həyatımızı arxada qoyub,
Köçüb gəldik ölkənin lap bu baĢına -
BaĢqalarının həyatını yaĢamaq üçün
Atam bazarda bir dükan götürdü
Ayaqqabı satdıq.
PiĢtaxtanın arxasında gah anam durdu,
gah atam,
məktəbdən sonra da mən.
Bacım hələ çox balacaydı onda
Bir gün mağazamıza qoltuğu ağaclı bir
kiĢi gəldi
Ayağının biri yox idi
Ayağını soruĢanda "ölüb" dedi, gülə-gülə
Atam ona bir cüt ayaqqabı satdı.
Mən etiraz elədim
"Ona sağ tayı sataq" dedim
Atam barmağını dodaqlarına aparıb "sus"
dedi
"Böyüyün iĢinə qarıĢma".
KiĢi ayaqqabının sağ tayını ayağına
geyindi,
Sol tayını qoltuqağacıyla yan-yana
qoltuğuna vurdu,
Çıxıb getdi.
O gün atamı bağıĢlamadım...
Ġndi böyümüĢəm,
Ġllər keçib o gündən
Hələ də fikirləĢirəm ki, o ayaqqabının sol
tayı necə oldu?
Atamı hələ də bağıĢlamamıĢam.
Həsrət
Əvvəlcə
barmaqlarımda sıxdığım
siqaretin külü düĢəcək döĢəməyə,
sonra özü
Lap sonra
qıvrım saçlı bir qız uĢağı
boylanacaq
otağın qapısından içəri.
Çağıracaq məni,
Səs gəlməyəcək,
UĢaq qorxacaq, təntiyəcək
Sonra qaçacaq qapını açıq qoyub
Bir azdan yanında bir qadınla qayıdacaq
geri,
Və bu andan baĢlayacaq
iki insanın ən həsrətli günləri
Qan
Dünya qana boyanacaq bir gecə,
BaĢ daĢları qan içindən boylanacaq,
Qan iyindən qəbirlərdə yatanlar da
oyanacaq,
Ağ kəfənlər qırmızıya boyanacaq.
Qan yağacaq yağıĢların yerinə,
Arvadlar qan tökəcək qarğıĢların yerinə,
Ġnsanlar diĢləriylə bir-birini didəcək,
Bu dünyamız qana qurban gedəcək.
Qan gələcək anaların döĢündən
Balalara qan verəcək analar,
Süd yerinə qan içəcək balalar.
Elə onda, Tanrı göydən enəcək,
Anaları, balaları qucaqlayacaq,
Tanrı da onlara qoĢulub qan ağlayacaq.
Qan quruyub qalacaq Tanrının üz
gözündə,
Üst-baĢı da batacaq insanların qanına.
Nə qədər çalıĢsa da, o qan silinməyəcək
Tanrı üst-baĢında qan, göylərə
dönməyəcək.
Üç aylıq ədəbiyyat dərgisi
107
GÜNEY SOVQATI
Rza Talibi
biz Təbərizin
qırılmıĢ təsbehinin danələriyik
yerdən tuplamağa çalıĢır
….. Arxa məhəllənin dilsiz uĢaqları
təsbihin mullası
nə sıxır vətənin əlini!
V.
Ġlqar
Və qəbristan
Yerə sərilmiĢ bir divar
MaĢaəllah nə çox qapisi var!
Hamisi da iki üzlü
alta gəlmək
üstə getmək
Baxma bizə
Qapilarin gözəlliyi
iki üzlülükdədir
Kiyan Xiyav
Tablo
Gozümü tikmiĢəm
Xəyalimda
Itik bir qağayi
Üzun üldurur
Səid Muğanlı
Buranı burax
burda yaĢaya bilmədim
baĢqa bir vətən axtarıram
ölmək üçün!
*
səni yaza bilmədim
bağıĢla dilim
məni bağıĢla
baĢqa bir dil öyrənirəm
yaza bilmək üçün!
*
dağılıram bu Ģəhərdə
sevirəm, sevilə bilmirəm
xırdaca mahna gəzirm getmək üçün!
*
bağıĢla anam
səni sevə bilmədim
baĢqa bir qadın axtarıram sevmək üçün!..
108
№ 3 (15) Payız 2015
M
əhəmməd Səfəri
Yerdə
QurumuĢ qanın üstünə
YağıĢ yağırdı...
QardaĢım
Qanın yerdə qalmayacaq!
***
VurulmuĢ bir quĢ
Qanadını həyətinizə sərib
Uçmaq xiyallarını
Qanıyla yazır qarlara
Gəl oxu
Qar
...Qar üstünə yağmadan
***
Kəpənək
Özün
Evimizdəki ıĢıqdan ötür
Cama çırpıb
Yerə düĢdü
Bizim evdə eĢq yasaqdır
***
Gözlərini
axıtma gözlərimdən
qoy bu dəniz
.......uzaqlara calansın
M
əhəmmədrza Ləvai
Divar
baĢını qaldırıb uçmadı
həvsimdə alma yanmaz artıq
küsmə döyüĢümüz bitəmədən
öncə
inadını sümüyümə yatır
sonra üsyanını boĢamağa macal ver
burax bu əsgi metodu
açılan qapı qadın deyil həmiĢə
divar kıĢı deyil həmiĢə
yeriĢin yar bizə qonaq gələcəkdir bu an
o səbəbdən
karvan yolun yetənəyidir
gözlərin mənim
RUQ
ĠYYƏ SƏFƏRĠ
Dəlixana
hekayə
Otağın qapısı açılır, hamı gözlərini
zilləyib bizə baxır. Doqquzu da maraqla
bizi izləyirlər. Ürəyim qırt-vırt gedir. Neçə
dönə vərdiĢ etmiĢdim yenə də çaĢıb özümü
bəlli etməkdən diksinirdim. Mən körpə uĢaq
kimi sakit və zərərsiz biriyəm. YavaĢ-yavaĢ
yeriyirəm. YavaĢ danıĢıram, heç gülmürəm
və qəm-kədər gözlərimdən yağır. Hərdən
Üç aylıq ədəbiyyat dərgisi
109
dostum Səidi görürəm. Gülümsəyərək mənə
yaxın gəlir.
– Səid axı sən burda neynisən?- deyirəm.
Səid ancaq gülümsəyib bir məsafədə
dayanır, sonra dönüb gedir. Səsləyirəm.
Kədərli səslə səsləyirəm. Gedib gözümdən
itəndən sonra hönkür-hönkür ağlamağa
baĢlayıram.
Hadisə axĢam üstü baĢ verdi. Mən
maĢını götürüb, dostum Səidi qapılarından
mindirib gəzmək üçün Ģəhərə sarı aparıram.
Məktəbi təzə bitirmiĢdik. Nə universitetə
girməyi, nədə ki, əsgərliyə getməyi heç
istəmirdik. Ġkimiz də qız sevib elçi
göndərmiĢdik. Mənə əsgərliyi bitirməyimi
Ģərt qoyurlar. Səidin atası zəngindi. Qız
atasının gözü onu tutub, elə ənqəribdi*
evlənsinlər.
MaĢın yel kimi gedir və bizim
gözümüzdə qorxu deyə bir Ģey yoxdur. Səid
hərdən baĢını pəncərədən çıxarıb həyatda
ən böyük bildiyi uğuru üçün, istədiyi qədər
sevinclə bağırır. Məndə onunla səs-səsə
verib
içimdəki
kədərimi,
öfkəmi,
qısqanclığımı bağırıram.
Uzun və düz yol qıvrılır. Mən hələ də
sürətimi azaltmaq istəmirəm. Önümü kimsə
kəsə bilməz, nə maĢınlar, nə yoldan
keçənlər, nə əyri-buruq yollar, nədə ki,
Məryəmin atası! Bəzən bir balaca nədənlə
böyük ümidlər heçə gedir, bəzən də elə
həmin balaca nədən - yolun bir balaca
burulması - ümidsizlikdən qurtara bilər. Yol
burulur maĢının sürətini almaq istəmirəm.
Birdən önümüzə böyük yük maĢını çıxır.
Mən maĢını parka sarı verirəm. MaĢın
parkın qırağında çevrilir. Bir uzun tormoz
çığırtısı, bir qorxunc gurultu və izdihamın
hay-küyü, diri qaldığımı mənə sübut edir.
Heç ağrım yoxdur. Qapını kəsib məni eĢiyə
çıxardırlar.
Yolun ortası tilit* qan içindədir. Mənim
qanım ola bilməzdi. Mən maĢının
içindəydim. Ancaq baĢımı yavaĢca çevirə
bilirəm. Səidin baĢsız və parçalanmıĢ
meyidini görürəm və daha qaranlıqdan
baĢqa heç nə görmürəm. Gözlərimi bir də
xəstəxanada açıram.
Əsgərliyə getməmək üçün tək çarəm var
idi. Özümü dəli yerinə vurub qırmızı kağızı
ala bilmək! Atamla dəlixanaya, həkimin
yanına getdik. Mən uĢaq kimi yavaĢ-yavaĢ
yeriyirdim. Nigaran və kədərli baxıĢlarla
baxırdım. Həkim deyir:
- Nə vaxtdan belə olub?
-Qəza keçirib yaralanıb bir aydan çox
xəstəxanada yatıb. Ġndi də deyir bəs
rəhmətlik dostu Səidi görür.
Həkim dəli olduğumu dəqiqləĢdirmək
üçün iyirmi dörd saat dəlixanada qalmağımı
istəyir. Atamın razılığını alandan sonra dəli
paltarlarımı geyirəm. Atamın əlini buraxıb
həkimin köynəyinin ətəyindən yapıĢıram.
Həkim çox ehtiyatla məni otağıma sarı
aparır. Doqquz nəfərlik bir otaq. Otaqda
taxtlar sıra ilə düzülüb və hərəsi birin özünə
çıxıb. BoĢ qalan bir taxtın üstündə
oturdandan sonra dəlilərlə zarafatlaĢaraq
otaqdan
çıxır.
Tutduğum
ifadəni
dəyiĢməməliyəm. Kamera ilə izləndiyimi
bilirəm.
Bunun üçün yatmaq doğru
olacaqdı. Taxtımda uzanan kimi dəlilərin
biri mənə sarı gəlir. Ağzının ətrafı
tüpürcəklidi. Məni yerimdən itələyir:
- Dur ayağa bura mənimdi- deyir.
Qorxumdan etiraz etmədən ayağa qalxıb
baĢqa bir taxtın üstünə keçirəm. Dəlilər
etiraz edirlər. Taxtların hamısının onların
olduğunu deyirlər. Bir qədər ayaq üstə
durub, gözlərimi duvara zilləyirəm. Səidlə
danıĢıram, səsləyirəm və hönkürmə vurub
ağlayıram. Bu iĢi neçə saatdan bir
təkrarlayıram. O qədər vərdiĢ etmiĢəm ki,
inanmıram biri Ģübhələnsin.
Ayaq üstə durmaqdan yoruluram.
Gecədən bir qədər keçib və dəlilərin bir
neçəsi yuxudadılar. Duvarın dibində yerə
uzanıb gözlərimi yuman kimi böyrümə ağır
bır zərbənin dəyməsi ilə dik yerimdən
*ənqərib – tezliklə
*tilit – tamamilə
110
№ 3 (15) Payız 2015
qalxıram. Məni taxtımdan qovan dəlini
görürəm.
-Burda yatma, bura mənimdi, – deyir.
Gözləri qan çanağına dönüb. Bir balaca
etirazla boğazımdan yapıĢıb boğacağı
mümkünsüz deyildi. Sakitcə ayaq üstə
dururam. Vaxtı bilmək üçün otağa göz
dolandırıram. BaĢa düĢürəm ki, burda saatın
anlamı yoxdu. Dəlilər üçün gecə-gündüz
birdir. Zamanı danmıĢ kimi olurlar. Bütün
gecəni
səhərə
kimi
adi
həyatlarını
yaĢayırlar.
Birisi
ancaq
maĢın
sürür.
Siqnallarının, arada bir tormozlarının səsi
eĢidilir. Tualetə gedəndə də maĢınını sürür.
Qapıya çatan kimi ucadan bir neçə dönə
siqnal verir. Qapını açırlar. Arxa dəndəyə
verib ehtiyatla maĢınını otağa salır. Deyir
həyətə salıram. MaĢından çıxıb dincəlmək
üçün taxtına sarı gedəndə də, iki əlini önünə
tutub fərmandan yapıĢır kimi bir əda ilə
gedir. Birisi də qaĢığının ucuna ip bağlayıb
boynundan aslayıbdır. Bir-bir dəliləri
müayinə edir. Dəlixananın öz həkimlərini
də müayinə edir. QaĢığı ürəyimin baĢına
qoyur.
– Sən dəli deyilsən yalan demə, – deyir.
Qorxu ürəyimi bürüyür. Bir dəli hardan dəli
olmadığımı bilir - düĢünürəm.
Bəlkə elə bu dəli deyil və bizləri
nəzarətdə saxlamaq üçün burda qalır. Bəlkə
də dəlidir və dəli olduğu üçün özünə tayları
tanıyır. Dəlilərin birisi gəlir, sol əlini irəli
gətirib sağ əlinin iĢarə barmağı ilə ovcunda
nəsə yazaraq:
-Sənin pərvanən* varmı belə mərizə
baxırsan? – soruĢur. Həkim dəli, məni
buraxıb onunla dalaĢmağa baĢlayır. Səs
qalxır, qapı açılır. Dəlixana iĢçilərindən biri
içəri girir. Hamısının üstünə çığırmağa
baĢlayır. Həkim dəli, qabağına qaçır.
Barmağı ilə məni göstərərək – bu dəli deyil
bu dəli deyil- deyə bağırır. ĠĢçi bir balaca
sakitlik yaradıb qapını bağlayıb çıxır.
Dəlilər
məni
heç
istəmirlər.
Yuxusuzluqdan,
yorqunluqdan
və
hamısından da pisi qorxudan yarıcan
olmuĢdum. Hər an birisinin içəri girib məni
özü ilə bu dəli oğlu dəlilərin yanından
çıxarmasını gözləyirdim.
Qapı açılır, iĢçilərdən biri içəri girir.
Mənə sarı gəlib biləyimdən tutub dünənki
həkimin otağına aparır. Atam da oradadır.
Onu
görcək
uĢaq
kimi
ağlamağa
baĢlayıram. Atam boynumu qucaqlayıb
toxdaqlıq verir. Həkim bir az məni
danıĢdırır və sonra nəticəni atama deyir.
Qırmızı kağızı ala bilmədiyim üçün
baĢqa yolları sınamalıyam. Bəlkə mollalar
məktəbinə girib molla olsam, bəlkə də... .
AxĢam çağı Məryəmdən bir mesaj gəlir.
Heç gözləmədiyim bir mesaj. Atası baĢqa
birisinə ərə verir. Məndən, onu öldü
bilməmi
istəyir.
Ġnanmadım.
Məni
qorxutmaq üçün ya da, hərəkətə gətirmək
üçün bu yalanı uydurmuĢ ola bilərdi.
Mesajının cavabını göndərdim. Mesaj geri
qayıtdıqda telefonuna zəng açdım. Nömrəsi
bağlanmıĢdı. Min cür fikirlə gecəni səhərə
çatdırıb qapılarına getdim. Bir-iki saat
gözlədikdən sonra anası evdən çıxır. BaĢqa
çarəm yox idi.
*pərvanə - lisenziya
Elə anasının qarĢısına çıxıb nələr olduğunu
soruĢdum. Məryəm adaxlanmıĢdı belə ...!
Otağın qapısı açılır. ĠĢçilərdən biri məni
içəri aparır. Hamısı gözlərini zilləyib bizə
baxırlar... .
Hər gün kərdidən həkim qıza bir gül
dərirəm. Rəisə məktub yazmıĢam kərdidə
ancaq Məryəm gülü əksinlər. Deyib
kərdidəki güllərin hamısı Məryəm gülüdür.
Həkim qız nədənsə ―qızılgül‖ deyir onlara.
Adı da Məryəmdi. Yazıq Mehdi dəlidi da,
deyir bəs Zəhradı adı. Dərdiyim gülü
iyləyib
köksümün
üstünə
qoyub
yuxlayıram. Hər zaman Məryəm gəlib
götürəndə ayılaram.
*pərvanə - lisenziya
Üç aylıq ədəbiyyat dərgisi
111
ÇEVİRMƏ
XULĠO KORTASAR
MıxlanmıĢ qapı
hekayə
―Servantes‖ mehmanxanası yarıqaranlıq,
sakit və demək olar ki, boĢ olması ilə
baĢqalarının
xoĢuna
gəlməsə
də,
Petronenin
ürəyincə
idi.
Həmin
mehmanxananı paroxodla çayı keçərkən
təsadüfi bir yol yoldaĢı məsləhət görmüĢ,
Montevideonun mərkəzində yerləĢdiyini
demiĢdi. Petrone ikinci mərtəbədə, vanna
otağına malik, birbaĢa dəhlizə çıxıĢı olan
bir otaq götürdü. Açar asılan lövhəyə
nəzər salanda anladı ki, mehmanxanada
qonaq çox deyil; mehmanxana rəhbərliyi
açarlara otağın nömrəsi yazılmıĢ ağır
bürünc disklər bərkitmiĢdi ki, müĢtərilər
çıxarkən ciblərinə qoymasınlar.
Lift, üzərində gündəlik jurnallar qoyulan
kiçik masa və telefon köĢkü olan dəhlizə
açılırdı. Onun otağı liftin iki metrliyində
idi. Otağın qonĢuluqdakı kinoteatrın
damına baxan kiçik pəncərəsindən ara-
sıra bir göyərçinin gəziĢdiyini görmək
olardı. Hamamın nisbətən daha iri və
divara dirənən pəncərəsinin üst hissəsi isə
demək olar ki, heç nəyə yaramırdı. Mebel
dəsti yaxĢı idi, çoxsaylı siyirmələri,
rəfləri, bir də az hallarda rast gəlinən
asılqanları var idi.
Mehmanxana müdiri hündürboy, arıq
və tamamilə keçəl bir adam idi. Gözünə
qızılı
çərçivədən
eynək
taxar,
uruqvaylılar kimi sonor və uca səslə
danıĢardı. Ġkinci mərtəbənin çox sakit
olduğunu da Petroneyə o demiĢdi.
Yeganə otaq idi ki, ona bitiĢik digər
nömrədə hardasa bir yerdə iĢləyən və
ancaq gecə düĢəndə gələn bir xanım
qalırdı. Petrone həmin xanımla növbəti
gün liftdə qarĢılaĢdı. O, bunu qadının
əlindəki sanki qızıl onluğu xatırladan
açarın nömrəsini görəndə baĢa düĢdü.
Qapıçı onlardan nömrələrin açarlarını
təhvil alıb, divardakı lövhədən asdıqdan
sonra qadınla hansısa məktublardan
danıĢmağa baĢladı. Petrone onun cavan
amma elə də gözəl olmadığına və burdakı
digər qadınlar kimi zövqsüz geyiminə
fikir verməyə də macal tapmıĢdı.
Mozaika istehsalçıları ilə müqavilə
hardasa bir həftəyə qədər uzanacaqdı.
AxĢam Petrone paltarlarını dolabdan asdı,
masanın üstündəki kağızları qaydaya
saldı. DuĢ qəbul edəndən sonra isə
kontora getmək vaxtı çatana qədər
Ģəhərin mərkəzində gəziĢdi. ―Positos‖
kafesində kokteyl və kontorun əsas
binasındakı Ģam yeməyi istisna olmaqla
bütün günü danıĢıqlarda keçdi. Onu otelə
gətirəndə gecə saat biri keçmiĢdi. Elə
yorulmuĢdu ki, yerinə uzanan kimi
yuxuya getdi. Oyananda səhər saat
doqquza az qalmıĢdı. Elə ilk dəqiqələrdə
nədənsə fikirləĢdi ki, yuxuda olarkən
qulağına körpə hənirtisi gəlir və onu
narahat
edirdi.
Oteldən çıxmazdan qabaq biraz
qeydiyyat
iĢçisi
ilə
söhbətləĢdi.
Qeydiyyatçının danıĢığında alman aksenti
hiss olunurdu. Avtobus və küçələrin
adları haqda məlumat alarkən dalğın
halda özünün və qonĢu tənha qadının
112
№ 3 (15) Payız 2015
qaldığı otaqların açıldığı böyük dəhlizə
nəzər saldı. Ġki qapının arasında - aralıq
divarın qarĢısındakı pyedestalda* Miloslu
Venera
heykəlinin
uğursuz
surəti
qoyulmuĢdu. Yan tərəfdəki digər qapı da
hər yerdə olduğu kimi kürsülər və
jurnallar qoyulmuĢ dəhlizə açılırdı. Elə
bir sakitlik vardı ki, onlar söhbətə ara
verdikdə o səssizlik sanki kül kimi
mebellərin və daĢ piltələrin üzərinə
çökürdü. Liftin səsi demək olar ki,
dözülməz idi, elə bil hardasa qəzet
xıĢıldayır və ya kibrit çırtıldayırdı.
Bu günün müĢavirələri gecə düĢənə
qədər davam elədi. Petrone Ģam yeməyi
üçün
Ġstiqlaliyyət
meydanındakı
yeməkxanalardan birinə girməzdən qabaq
18 Ġyul küçəsində biraz gəziĢdi. ĠĢlər
qaydasında gedirdi və Buenos Ayresə
düĢündüyündən daha tez qayıda bilərdi.
KöĢkdən bir argentina qəzeti, bir blok
qara siqaret qutusu alıb aram-aram otelə
doğru addımladı. Yandakı kinoteatrda iki
film nümayiĢ olunurdu, hər ikisinə də
artıq baxmıĢdı. Əslində harasa getməyə
heç həvəsi də yox idi. Ġnzibatçı onu
salamladı və hətta daha bir yataq ağı
lazım olub-olmadığını da soruĢdu.
Papiros çəkə-çəkə biraz söhbətləĢib
ayrıldılar.
Yerinə girməzdən qabaq Petrone gün
ərzində istifadə olunmuĢ sənəd-sünədi
qaydaya saldı və qəzeti götürüb həvəssiz
də olsa, oxumağa baĢladı. Oteldə hökm
sürən qulaqbatırıcı sakitliyə hərdənbir
Soriano küçəsindən keçən tramvayın səsi
ara versə də, bu fasilədən sonra səssizlik
sanki daha da dərinləĢirdi. Səbirsizlənib
qəzeti bir kənara tulladı, dolabın
güzgüsünə baxa-baxa əynini soyunmağa
baĢladı. Artıq çoxdan köhnəlmiĢ dolabı
qonĢu otağa açılan qapıya dayamıĢdılar.
Bu tapıntı Petroneni təəccübləndirdi,
çünki otağa ilk dəfə baxıĢ keçirəndə qapı
sanki ondan ―gizlənmiĢdi‖. Əvvəl belə
güman elədi ki, bina otel məqsədilə
tikilib, ancaq indi baĢa düĢdü ki, digər
sadə otellər kimi bu da yazıçılar və ya
onların ailələrinin qədim evlərindən
düzəldilmiĢ mehmanxanadır. Yadına
düĢdü ki, bugünə qədər qaldığı və tanıdığı
çoxsaylı mehmanxanaların demək olar ki,
hamısında bu cür mıxlanmıĢ qapı var;
bəzi yerlərdə o lap gözə dəyəcək qədər
aĢkardadır, bəzilərində isə bu oteldə
olduğu kimi ya paltar Ģkafı, ya stol, ya da
asılqanla gizlədilən qapılar sinəsini və ya
qarnını əli ilə örtməyə çalıĢan utancaq
qadın kimi qeyri-müəyyənlik yaradırdı.
Hər halda cidanı çuvalda gizlətmək
mümkün olmadığı kimi qapı da Ģkafın
arxasından görünürdü. Vaxtilə yəqin ki,
adamlar
bu
qapıdan
girib-çıxmıĢ,
taqqıldatmıĢ,
örtmüĢ
və
bununla
ətrafındakı divarlardan fərqli olaraq o
taxta parçasına sanki hələ də davam edən
bir həyat bəxĢ etmiĢdilər. Petrone qapının
o üzündə də paltar Ģkafı olduğunu və
ordakı qadının da bu qapı haqqında eyni
Ģeyləri düĢündüyünü təsəvvürünə gətirdi.
Yorğun olmasa da, yaxĢıca yatdı. Üç-
dörd saat yatmıĢdı ki, sanki qıcıqlanırıcı
bir hadisə baĢ vermiĢ kimi narahatlıq
hissi onu yuxudan oyatdı. ĠĢığı yandırdı,
saata baxdı. Saat üçün yarısı olduğunu
görüb iĢığı söndürdü. Elə bu an yan
otaqdan bir körpə inilitisinin gəldiyini
eĢitdi.
Əvvəlcə heç nə baĢa düĢə bilmədi,
hətta heyrətləndi də. Deməli, ötən gün
onu narahat edən də elə həmin səs idi.
―Artıq hər Ģey aydın oldu, daha rahat
yatmaq olar‖ deyə yenidən gözlərini
yumdu. Ancaq yata bilmədi. Ġndi də
ağlına baĢqa Ģey gəldi. ĠĢığı yandırmadan
və diqqətlə qulaq kəsilərək dikəlib
yatağında oturdu. Səhv eləmirdi, hənirti
həqiqətən də yan otaqdan, mıxlanmıĢ
qapının arxasından, çarpayının ayaqlarına
yaxın sahədən eĢidilirdi. Ancaq həmin
yan otaqda körpə ola bilməzdi. Axı
inzibatçıdan bütün günü iĢdə olan qonĢu
|