Üç aylıq ədəbiyyat dərgisi
165
ilə doludu bu şöbə. Əlbəttə, ayda-ildə bir
dəfə ətir, pudra görən kənd qadınları bu
malların əsli ilə geydirməsini fəhm edəcək
halda deyildilər. Bu malların bir əsas
üstünlüyü vardı ki, ucuzdular. Yəni, kəndin
qız-gəlininin onları almağa gücü çatırdı. )
***
ġƏRĠFLƏ YASƏMƏN
Atasının,
anasının
təkidlərinə
baxmayaraq, ġərif evlənmək fikrində
deyildi. Ġyirmi doqquz yaĢı olan bu Ģüvərək
oğlanın bilmədiyi Ģey yox idi. Atasının
məsləhətlərinə qulaq assa da, çox vaxt ―hə‖
deyib, öz bildiyi kimi edərdi. Amma bu
vaxt çalıĢardı ki, elədiyinin üstü açılmasın.
Məclis qurmağı, yeyib-içməyi, qəĢəng qız-
qadınlarla əylənməyi sevirdi. Bakıdan gələn
tələbə yoldaĢları ilə öz kafesində bəzən
səhərəcən
yeyib-iĢər,
qumar
oynayar,
nəĢələnərdilər. Yox. Bu söz elə-belə kef
çəkmək mənasında deyildi: doğrudan ġərif
anaĢanın əsirinə çevrilmiĢdi. Vaxtı gəldimi,
heç cür dayana bilmirdi. Özü də əvvəllər
onu Ģəhərdən gətirirdilər, amma son
vaxtlarda müəyyən etmiĢdi ki, elə bu çöl-
biyabandaca bu zəhrimar yabanı halda
bitirmiĢ. Ona görə atasından gizlicə bir
dəstə adam saxlayırdı ki, onlar ancaq bu
bitkinin – çətənənin güllərini toplamaqla
məĢqul olurdular. Hətta bir az sonra onu
Əmənovlara məxsus binalardan birində
mədəni surətdə istehsal etməyə baĢladılar.
Beləcə, indi burdan Bakıya maĢınlarda gizli
yolla hazır ―mal‖ daĢımağa baĢladılar.
Əmənovun on beĢ ildə qazandığını oğlu
bircə ildə qazana bilmiĢdi. Hətta o dərəcədə
həvəsə gəlmiĢdi ki, məsələni atasına açıb
danıĢmaq qərarına gəlmiĢdi. Amma son
anda çəkinmiĢdi.
***
Söz gəzirdi ki, kənddə gecələr
kimlərsə məhəllələri dolaĢır, qabağına çıxan
qız-gəlinə sataĢır, kənddə əmin-amanlığı
pozur. Əlbəttə, əlli evdən ibarət bu kiçicik
kənddə qabaqlar belə Ģey qəti olmazdı. Nə
oldusa, Əmənovlar bura köçəndən sonra, bu
fermanı, bu təsərrüfatı burada qurandan
sonra oldu. Onların mal fermasında, süd
sexində,
broyler
fabrikində,
çiyələk
sahələrində, buğda zəmilərində iĢləyən qız-
gəlin axĢamlar evlərinə çox yorğun-arğın
getsələr də, bəziləri yollarını düz getmir,
bağ-bağatın içinə, kol-kosun qalın yerinə
vururdular özlərini. SoruĢan olanda da gah
deyirdilər pencər yığırıq, gah deyirdilər
mərəĢöyüd dəririk, gah da deyirdilər
ağzımıza böyürtkən atırıq – iĢ-gücdən
ağzımız acıyıb, boğazımız quruyub.
(Qız-gəlin get-gedə kəndçilikdən
çıxır, özlərilə güzgü, daraq, dodaq boyası,
dırnaq lakı gəzdirir, əyin-başlarına da fikir
verirdilər. Şərifin bu kəndə gətirdiyi
yenilikləri qız-gəlin ürəkdən qəbul edirdilər
-
sanki
buna
özlərini
çoxdan
hazırlayırmışlar. Hətta tarlada, gün
altındakı ağır iş şəraiti onları bu yeniliyə
qucaq açmaqdan çəkindirə bilmirdi. Şərifin
sayəsində onlar qadın olduqlarını yenidən
kəşf etmişdilər elə bil.)
Bunlar belə desələr də, ayrı söz-sov
gəzirdi kənddə. Deyirdilər ki, Mayıl kiĢinin
oğlanları, (amma insafən Əşrəfi bu işlərə
qatmalı deyildi – bu ağır təbiətli gəncin
hələ əyri yolla getdiyini gördüm deyən
olmamışdı)
bacısı
oğlanları,
qardaĢı
uĢaqları, hansı ki, bu nəhəng təsərrüfata
onlar baĢçılıq edirdilər, kənddəki qız-gəlinə
ayrı gözlə baxırdılar. Bu qəĢəng geyimli,
altı maĢınlı, qızıl diĢli oğlanlar kəndin qız-
gəlininin ağlını baĢından almıĢdılar. Əvvəl
kəndin bağ-bağatında, sonra isə kəndin
ayağındakı ġərifin iĢlətdirdiyi kafedə bu
qızların bəziləri ilə o oğlanlar höfkələĢir,
yat-dur eləyirdilər. Və bir gün kənddə o
dabbaqxanadan qalxan qoxudan da pis
qoxuyan bir xəbər yayıldı: kənddəki
qızlardan biri hamiləymiĢ! Özü də necə
olubsa, vaxtını ötürüb, indi abort eləmək də
mümkün
deyil.
Qızdan
tay-tuĢları
166
№ 3 (15) Payız 2015
soruĢanda Əmənovların kiçik oğlu ġərifin
adını çəkmiĢdi.
***
ġərif gecə gözü dabbaqçılar tərəfə
gedəndə yolda Yasəməni yadına salıb
həyəcanlandı. Nə iĢdisə, çox quru və sərt
adam olsa da, bu qız yadına düĢəndə özünü
ələ ala bilmirdi. Bəlkə də qızın bu neçə
gündə yoxa çıxması, üstəlik qardaĢlarının
kəndi dörd dolanıb onu axtarması oğlanı
belə həyəcanlandırırdı. Amma tək bu
deyildi. Yasəmənin uĢağa qalması ġərifə
daha çox təsir etmiĢdi. Axı o, Yasəməni çox
istəyirdi. Boynuna almasa da, bəlkə də
sevirdi...
MaĢını meyvələri dəymiĢ qara
tutun yanında saxlayıb siqaret yandırdı.
Sinəsinin göynəməsindən anladı ki, istədiyi
ayrı Ģeydir, siqaret kömək etmirdi. Amma
yox, indi olmaz. Buna bir az sonra kafedə
baxar. Ġndi isə yaxĢısı budur, getsin
Narıngül arvadın yanına. Bir dəfə anası
danıĢanda eĢidib: bu arvadın görücülüyü
varmıĢ. Qoy getsin, ondan soruĢsun, bəlkə
Yasəməni tapmaqda ona kömək edər. Axı
bu qız hələ uĢaqdır. Cəmi 19 yaĢı var.
Özünə bir Ģey edər, tutarlar onu.
Elə bu istəklə də qarının qapısını
döymüĢdü. Qarının isə daxması cəmi bir
göz olduğundan qızları gizlədə bilməmiĢdi.
Əslində gizlətməyə ehtiyac qalmamıĢdı –
Yasəmən ġərifi görən kimi özünü qapıya
atmıĢdı...
ġərif onların xahiĢiylə qarının boĢ
su qablarını aparıb kəhrizdən doldurub
gətirmiĢ, sonra da Yasəməni də götürüb
qarının daxmasından çıxmıĢdılar.
-Evdən
qaçmıĢam.
QardaĢlarım
baĢımı kəsmək istəyirdilər. Anam kömək
elədi, bir təhər aradan çıxdım. Bir gün kol-
kosda gizləndim, sonra gecə qorxdum,
qaçıb Narıngül qarının yanına gəldim... –
Qız ağlayıb maĢındaca ġərifin boynuna
sarıldı. – Mən nə edim, ġərif? UĢaq gün-
günnən böyüyür... Mən biyabır oldum...
Tərpənir e...
-Deyirəm
gedək
burdan,
getmirsən... – Oğlan könülsüz dilləndi.
-Necə
gedək?
Evlənəcəyiksə,
gedək. Lap sonra qayıdıb gələrik də...
Amma belə...
Oğlanın ən zəhləsi gedən sözdü
―evlənmək‖. Ona görə üz-gözünü turĢutdu:
-Bilirsən ki, ən acığım gələn Ģeydir
evlənmək... Yəni... Mən hələ buna hazır
deyiləm... Mənnən ata olar? Ata gərək
uĢağının qədrini bilsin... Mən heç öz
canımın qədrini bilmirəm... Bir yol qalır:
uĢağı aldırmalıyıq... Bu yaĢda bizə uĢaq
gərək deyil onsuz da...
Qızın içində nəsə qırıldı elə bil.
Bədənindən soyuq bir cərəyan keçdi.
ÜĢüyən təhər oldu. Sağ əlini uzadıb qarnını
qucaqladı. Gülzarın neqativ fonda Ģəkli
gözünə göründü və elə o neqativ fonun
içindəcə daha neqativ bir söz iĢlətdi:
―Görərsən, o deyəcək ki, uĢağı abort elə...‖
ġərif maĢının pərdələrini endirib
sürəti artırdı. Kafenin qabağında düĢdülər.
Əslində qız düĢmək istəmirdi, ġərif israr
elədi:
-Ac hara gedək? Bir tikə çörək
yeyək, sonra görək baĢımıza nə iĢ gəlir.
ġərifin burada özünün ayrıca otağı
vardı. Qızla orada oturdular. Yemək yeyə-
yeyə ġərif qızın saçını tumarlayıb dedi:
-Bəlkə bunu saldırmağın yolunu
bilən var? Həkimə gedə bilmərik e, aləmi
dolduracaqlar...
Zəhləm
bu ağxalatlı
Ģpionlardan gedir...
-Var, əslində. Amma qorxuram... –
Qız ağlamsındı.
-Nədən? UĢaq düĢəndən sonra söz
çıxardarıq ki, böhtan atıblar, vəssalam.
Ġstəsən lap Ģəhərə gedərik bir günlüyə,
pulunu
verərəm,
tikdirərsən,
olarsan
anadangəlmə qız... QardaĢlarınla da mən
danıĢaram... Mənim iĢçilərim deyillər? Bir
az da maaĢlarını artıraram, vsyo...
Fermadan da çıxarsan, gedərsən qardaĢımın
broylerinə. Ora düzəldərik səni. Kənddən
Üç aylıq ədəbiyyat dərgisi
167
çox aralıda, bizim taxıl zəmisinin o biri
baĢında
yerləĢir.
Yanında
iĢçilərçün
birmərtəbəli evlər də var. Birini verərik
sənə, elə orada da yaĢayarsan...
-QonĢu kənddə bir qadın var, adı
Osandıq. Hansısa ot-ələfdən qayırdığı
dərmanı içirdir, iki saatdan sonra uĢaq gəlib
düĢür... Amma anam deyir qorxuludur,
qadın da ölə bilər!.. – Qız əsə-əsə dedi.
ġərif onun əlinə iki yüzlük soxdu
və inamla dedi:
-Ġndi səni ora aparacam... Qorxma,
sənin
canın
möhkəmdir...
Amma
getməmiĢdən qabaq soyun, səninlə bir az
kef çəkək!
Qız o halda olmasa da, ġərifə olan
istəyini boğa bilmədi.
Bir azdan onların ah-ufu kafeni
baĢına götürdü. Amma böyük zalda oxuyan
aĢığın səsi onların səsini batırırdı:
Azərbaycan, Azərbaycan,
YaĢa-yaĢa, Azərbaycan...
***
ARA HƏKĠMĠ
Qapqara sifəti, çevrilmiĢ gözləri,
külrəngi saçları və kirli üst-baĢı olan bir
qadın qapını açdı. Qız onu görəndə qorxdu.
Amma özünü cəmləyib dedi:
-Osandıq xala, bizi sənin yanına
göndəriblər... Mənim uĢağım var... Köməy
elə... Sənə yaxĢı pul verəcəyik... Bax, bu
oğlanı görürsən, nə istəsən, verəcək...
ġərif baĢı ilə təsdiq etdi. Qadın
içəri gəlin deyib o yan-bu yana baxdı
görsün, onları ayrı adam görmür ki. ġərif
içəri girmək istəyən qadını səslədi:
-Sən xərcini de, mən verim, sonra
gəlib qızı apararam... Ġndi iĢim var.
Getməliyəm...
Arvad dili liə dodağını yalayıb
Yasəmənin irəli süsmüĢ qarnına baxdı:
-Bu iĢin qıymatı əlli manıtdı...
Əmbə...
-Nə əmbə, sözünü de,- oğlan sərt
səslə dedi. – Sən qiymətini de... Ya da mən
yüz verirəm... Az deyil ki?
Qadın sevincək:
-Yox, yox, bəsdi... – deyib pulu
göydə qapdı və yenə dodağını yaladı. –
UĢaq dirilib, irahat beĢ aylıxdı... yoxsa...
ġərif maĢını sürüb uzaqlaĢdı.
***
Osandıq arvad iri vannaya üç
vedrə qaynar su tökdü, onun da içinə atdığı
ot-ələfi qarıĢdıra-qarıĢdıra Yasəmənə sarı
döndü:
-Qıçıın
birini
vannanın
bu
tərəfinnən, birini o tərəfinnən qoy...
bacardıqca ayaqlarını arala ki, isti buğ içıa
dolsun... Sancı tutanda maa xəbər
verərsən... Bunu deyib onun belinə bir təpik
vurdu, sonra ikincini, üçüncünü...
...Yasəmən bir azdan qıĢqırmağa
baĢladı və baĢı elə gicəlləndi ki, Osandıq
tutmasaydı qaynar vannaya yıxılacaqdı.
Onda arvad ortası oyulmuĢ köhnə stulu
vannaya qoyub Yasəməni onun üstünə
oturtdu. Özü də yenə Yasəmənin belini
təpikləməyə baĢladı. Qızın qarnına dolan
qəfil sancı onu bar-bar bağırdır. Doğan
arvadlar kimi qıĢqırdırdı...
Bir azdan Yasəmənin qıçının
arasından ĢırhaĢırla qan açıldı...
Osandıq arvad onu güclə stuldan
qaldırıb döĢəyə yıxdı. Qan isə kəsilmək
bilmirdi...
***
URMĠYALI ƏSGƏR. HAKĠMĠN
ZĠYĠLĠNƏ ĠġƏYƏN MURTUZ.
CUNA
Narıngül arvad kəndin arasındakı
küçələrdə ora-bura çovuyur, gözünə
görünən, amma ayırd edə bilmədiyi
hadisəni qabaqlamağa çalıĢırdı. O görürdü...
görürdü ki, Yasəməni qaynar qazana salıb
biĢirirlər, ya yuyurlar, ya nə isə əcaib bir
Ģey edirlər. Qan da qızı aparırdı... Görürdü
168
№ 3 (15) Payız 2015
ki, qız bağırır, çığırır, amma Yasəmənin
çığırtısını eĢidən yoxdur. Ya da hamı
eĢidirdi. Amma özlərini eĢitməməzliyə
vururdu. Narıngül arvadın baĢına bir dəfə
də belə bir Ģey gəlmiĢdi. Əri onu evdən
qovandan bir neçə il sonra qəfildən gözünə
qəribə bir minik maĢını və maĢında olan bir
qadın görünmüĢdü. Qadın onu anlamadığı
dildə çağırır, (onun adını çağırırdı) nələrisə
izah etməyə çalıĢırdı. Amma maĢının
qabağını kəsmiĢ adamlar (onların içərisində
qaynatası da vardı) qadına etiraz edir, onun
dediyinə qarĢı çıxırdılar. Narıngül qadının
ona çox oxĢadığını açıqca görürdü və
yadına atasının danıĢdığı anlamsız sözlər
düĢürdü...
...Atası Murtuz qəribə Ģeylər
söyləyirmiĢ. DeyərmiĢ ki, bizm əslimiz
Ġranın Urmiyə Ģəhərindəndir. Babamız
Murquz Nadir Ģahın qoĢunuyla gəlib
buralara çıxıbmıĢ. Yolda zəhərli ilan
ayağının baĢ barmağından sancır. Həkimlər
öləcəyindən ehtiyatlanıb həmin ayağını
pəncənin ortasından kəsirlər. Beləcə,
orduya yararsız əsgər kimi onu burda atıb
gediblər. Murquz (deyilənə görə xaçpərəst
assor – assuriyalı - olsa da orduya
çağırılanda müsəlmanlığı qəbul edibmiş)
burada evlənir, oğul-uĢaq sahibi olur. Yerli
adamlar adını da dəyiĢib Murtuz eləyir...
Murtuz
bir
də
deyirmiĢ ki,
Urmiyadakı qohumlarının bir çoxunda
hikmət varmıĢ. Evləri, ailələri ocaqmıĢ.
Ağır xəstələr gəlib Ģəfa tapıb gedərmiĢlər.
Elə Murğuzda da ilahi hikmətdən nəsə
varmıĢ.
Doğmayan
qadınların
belin
çəkərmiĢ
uĢağa
qalarmıĢlar,
göbəyi
düĢənlərin göbəyinə abbası ( ġah Abbasın
adına kəsilmiĢ 20 qəpik boyda pul vahidi)
qoyub bağlayar, göbəkləri yerinə düĢərmiĢ,
sınıqları fəhmlə bağlarmıĢ, gözü, boğazı
ağrıyana çarə edərmiĢ... Daha nələr...
Elə Narıngülün atası Murtuz da
azacıq aĢın duzu deyilmiĢ. Ziyilləri
tökərmiĢ, yara-xoraları tüpürcəyi ilə
sağaldarmıĢ, açıq yaraya öz iĢəməyindən
məlhəm düzəldib yaxar, sağaldarmıĢ... KiĢi
elə bu iĢəmək söhbətinin də qurbanı olur.
Rayonun baĢ həkimi onu məhkəməyə verir
ki, adamları yoldan çıxarıb iĢəməklə
müalicə edir...
Məhkəmədə məzəli hadisə olur.
Hakim deyir:
-Murtuz, sən adamların yarasına
iĢəmisən?
-Bəli, yoldaĢ hakim.
-Niyə?
-Bunu özləri istəyiblər. YoldaĢ
hakim, sizin əlinizdə ziyil var... Ġstəyirsiniz,
ayıb olmasın, peĢab eləyim sağalsın?
Hakim fasilə elan edir. Deyilənə
görə, fasilədə Murtuzu hakim kabinetinə
Ģağırır və xahiĢ edir ki, əlindəki ziyilin
üstünə iĢəsin...
Hakimin əli sağalır. Amma Murtuz
kiĢiyə üç il Ģərti iĢ verməli olur...
...Narıngül
arvada
sonralar
rayonun baĢ həkimi (bu, atasını məhkəməyə
verən baş həkim deyildi, bunu biz artıq
tanıyırıq – Sultan həkimdir) danıĢmıĢdı ki,
rayona gələn və onu axtaran xanım
Brejnyevi müalicə edən Cuna imiĢ. ( 1982-
ci il idi. Brejnyev Azərbaycana gəlmişdi.
Cunanı da Bakıya gətirmişdilər ki,
danışanda 6-5 vuran, çənəsi oynayan
rəhbərə yardımçı olsun. O da bu səfərdən
istifadə edib qohumlarını axtarmağa
gəlmişdi - atası Yuvaşanın söhbətlərindən
eşitmişdi ki, neçə yüz il əvvəl onların
nəslindən olan Murquz adlı bir oğlan
Şimali Azərbaycanın Ofşar kəndində kök
salıb.) O Cuna ki, əsl adı Yevgeniya
DavitaĢvili olan bu xanım – bu DavitaĢvili
onun gürcü ərinə məxsusmuĢ - Ġranlı
miqrant YuvaĢa Sardisin qızı idi. 1949-cu
ildə
Kubanda
Urmiya
(!)
kəndində
milliyyətcə assur olan ailədə doğulmuĢdu...
Cunanın da, Narıngülün də qanında qədim
assurlar kahinlərinin qanı axırdı...
Kənddə hamı ona Narıngül desə də,
atası evdə qızını Nura çağırarmıĢ və
deyərmiĢ ki, Nura sənin ulu nənənin adıydı.
Bütün Urmiya əhli qapımızda kül-torpaq
olardı – nənənin əlindəki ilahi hikmət
Üç aylıq ədəbiyyat dərgisi
169
xəstələrə Ģəfa verər, insanları dərdin, azarın
əlindən alardı. Bir də Nura arvadda bir sima
varmıĢ ki, bəzi xəstələr elə bu gözəl qadının
üzünə baxmaqdan Ģəfa taparmıĢlar. Murquz
kiĢi deyərmiĢ ki, Nura nənənin simasında
sevgi dolu gözəllik varmıĢ. Əski assurların,
skiflərin, Ģumerlərin kökündən axıb gələn
bu simadan sirr yağarmıĢ... Murquz kiĢi
deyərmiĢ ki, Narıngül də ulu nənəsinə
çəkib. Cavanlıqda aĢırı gözəlliyə sahib olan
Narıngül, elə bu gözəlliyin də qurbanı olur
– qaynatası ondan kəsirmiĢ ki, bu əcaib
hadisəni artıq bilirik...
...Narıngül arvad kəndin küçələri
ilə qaçır, öz-özünə Yasəmənin qarasıncan
danıĢırdı:
―Ay
namərdin
qızı!
Mənə
deyəydin, sənə kömək edəydim dayna...
Niyə özünü o qəssabların əlinə saldın...
HuĢum-baĢım bulaĢıb. Tapa bilmirəm hansı
evdəsən... Öldürəcəklər səni... Ay zalımın
balası... ―
***
POMADA HEYKƏLĠ
ġərif bir dəfə Yasəmənə Bakıdan
gələndə
rəngbərəng
pomadalar
alıb
gətirmiĢdi. Qız sevindiyindən oğlanın
boynuna sarılmıĢ, onu öpüĢlərə qərq edə-
edə demiĢdi:
-Bilirsən, mən həmiĢə fikirləĢirdim
ki, qadın deyəndə ilk yada düĢən Ģey
pamadadır. Bir müəlliməmiz vardı –
Sumaya müəllimə. Bizə ingilis dili keçərdi.
Hərdən
dərsdə
pamadasını
çıxardıb
dodaqlarını boyayardı. Onda ölürdüm mən.
Ürəyim gedirdi o pamadaya əlimlə
toxunmaq üçün. Bir dəfə necə oldusa
Sumaya
müəllimə
güzgü-darağını,
pamadasını stolda qoyub koridora çıxdı.
Mən tez yüyürüb onun zoğalı pamadasını
götürdüm, dodaqlarıma yaxınlaĢdırdım...
Necə tələsmiĢdimsə, təkcə dodaqlarımı
deyil, üzümü də pamadalamıĢdım... Bu vaxt
geri qayıdan Sumaya müəllimə məni
uĢaqların
gözü
qabağında
döyməyə
baĢladı... Gör o vaxtdan neçə il keçib?..
Altıda oxuyurdum... Altı ildir o pamadanın
iyi, qoxusu, rəngi yadımdan çıxmayıb.
Sumaya müəllimə bizim məktəbdən çoxdan
gedib, amma onun məni döyməsindən çox,
ilk dəfə pamadasından icazəsiz də olsa
istfadə etdiyim an yadımda qalıb. Hə, o an
mən ilk dəfə qadın olduğumu hiss etdim.
Ġnanmazsan, düz on gün sonra ilk dəfə
aybaĢı oldum... Düzdür, sonralar pamadam
oldu,
amma
bu
qədərini
heç vaxt
görməmiĢdim. Ġndi yenə o ilk dəfəki hissi
yaĢadım. Mən səni görəndə qadın
olduğumu anlayıram...
ġərif də qızı bağrına basıb öpmüĢ,
Ģövqlə demiĢdi:
-Tezliklə kənddəki marketimizin
bir gözündə parfümeriya Ģöbəsi açacam.
Amma bu da hamısı deyil: sənin xətrinə
kənddə bir pamada heykəli qoyduracam...
Qoy bu kəndin zavallı qadınları hər dəfə
ona
baxanda
qadın
olduqlarını
düĢünsünlər...
Qız qəhqəhə çəkib gülmüĢ, sonra
da bir qədər çəkinən təhər olmuĢ və
demiĢdi:
-Ay ġərif, sən heç fikirləĢmisən ki,
bu kənd camaatı onu nəyə oxĢadacaq? Belə
Ģey eləmə... Vallah ayrı Ģeyə oxĢadacaqlar...
Sonra da hər ikisi qəhqəhə ilə
gülmüĢ, yenidən bir-birinə sarılmıĢdılar.
Ġndi maĢında gedə-gedə bu olub-
bitənləri bir-bir göz önüdən keçirir,
Yasəmənin pomada haqda dediklərini,
özünün pomada heykəli ideyasını yadına
salıb gülümsünür, necə baĢa düĢülməsindən
asılı
olmayaraq
pomada
heykəlini
qoyduracağını qət edirdi.
***
ġƏRĠF
―Mən
də
sevgi
haqqında
düĢünərmiĢəm. Pamadaya heykəl qoymaq
elə sevgi tələsinə düĢmək kimi bir Ģeydir.
170
№ 3 (15) Payız 2015
Ġndi yəqin məni alçaq bir adam hesab
edirsiniz, eləmi? Hə də, sizdə nə günah
var? Kim olsa belə düĢünər. Narkomanam.
Əmənov kimi bir əsli-nəsli bilinməyənin
oğluyam. Hə, hə. Bu belədir. Bir dəfə
hirslənib üzünə demiĢəm. Həm içmiĢdim,
həm də maldan dartmıĢdım, hallı idim.
Dedim, ay Qırğı Mayıl, sən indi özünü nə
sayırsan, hə? Ġki oğlun var, biri orduda
olmayıb. Özünün milyonların var, amma bu
millətin
bir
dəfə
yaralı barmağına
iĢəməmisən. Pripiska üzrə elmlər namizədi,
keçmiĢ
deputat,
əməkdar
hüquq
fırıldaqçısı...
Dalısını deməyə qoymadı. Nə
təhər ağzımın üstündən vurdusa, ağzımı qan
bürüdü. Əl atıb belindən tapançanı çəkdi,
ayağımın altını verdi gülləyə. Dalbadal dörd
patron
atdı.
XoĢbəxtlikdən
hamısı
döĢəmənən taxtasına girdi. Bizə gəlsəniz,
ikinci mərtəbənin qonaq otağındakı giriĢdə
o güllələrin izini görə bilərsiniz. Düzdür,
üstündən rəng çəkiblər, amma izlər yenə
qalır...
Mən də, qardaĢım da sevgidən
doğulmamıĢıq. Bizdən qabaq bir bacımız,
bir də bir qardaĢımız körpə ikən vəfat edib.
Anam yazıq indi də var ağlaya-ağlaya deyir
ki, balalarım Mayılın eĢĢəkliyinin qurbanı
oldu. Deyir, bəsdi deyincən pulumuz vardı
– dedim, ə, gəl çəkil bu yoldan, daha
DaĢkənd – Bərdə arası get-gəldən yığıĢ,
öldürəcəklər səni! – kimə deyirsən, ayı kimi
nərildəyirdi üstümə ki, mən bu sahədə
yeganə
mütəxəssisəm
respublikada...
Anasını da, məni də, zavallı körpələrimi də
öz fırıldaqlarına alət elədi. Axırda balalarım
əlimdən getdi – hər ikisi stresslə
doğulmuĢdu, çox yaĢaya bilmədilər. Mən
də Ģəkər oldum. Anası da qəfildən insult
keçirdi – dili tutuldu. Axırı bir gün
dözməyib özünə qəsd elədi – bir ovuc
dərman içib öldü...
Yazıq anam. Əriylə bəlkə bircə
dəfə də ürəkdən seviĢməyib. Çünki bilir
qıraqda sevgilisi var. Hələ ondan baĢqa:
bunların
evliliyi
fədakarlıq
üstdə
qurulmuĢdu – ―Bu axĢam məni həbs edə
bilərlər, gərək anam da, sən də ayıq-sayıq
olasınız, çamadandakıları elə gizlədin ki,
ələ keçməsin. Mənə tapĢırıblar ki, nə
edirsən et, özündən sonra iz buraxma, çalıĢ
səndə bir Ģey tapa bilməsinlər... Qalanı
bizlikdir. Sənə nə qədər pul lazımdır,
alacaqsan. Daha doğrusu, pul sənin
əlindədir, ye, dağıt, amma ələ keçmə...‖ –
Bu atamın oyunları idi və o oyunlara
ailəsini də alət eləmiĢdi. Vallah halal olsun
anama, nənəmə! Kim onların yerinə
olsaydı, bezərdi, çəkilərdi geri – elə nənəm
dözə bilməmiĢdi, amma anam kiĢi qızı kimi
sonacan atamın arxasında dayanmıĢdı...
Axırı da Ģəkər oldu. Əmənov da onun bu
fədakarlığını
saxladığı
qəhbələri
ilə
mükafatlandırdı.
Bir dəfə bilirsiniz nə baĢ verdi?
Bakıya getməliydim – hələ institutda qiyabi
oxuduğum vaxtlar idi. Anam üstündə adres
olan bir zərf verdi. Dedi get bu adresə, gir
içəri, qarĢına bir ağbəniz qadın çıxacaq, bu
zərfi verərsən ona. Həmin vaxt atam da
təsadüfən Bakıdaydı. Nəysə, getdim Ģəhərə.
ĠĢlərimi görəndən sonra anam deyən adresə
yollandım. Qapının zəngini basdım, qapı
açıldı, anam deyən ağbəniz qadın gecə
köynəyində qapını açdı, elə zərfi uzadırdım
qadına, bir də gördüm ―ay qız kimdir
gələn?‖ deyib atam tursik-maykada çıxdı
dəhlizə. Daha ordan necə gəldim, rayona nə
təhər qayıtdım, maĢını necə sürdüm, bunu
bir allah bilir. Düz bir ay ata-anamla
süfrədə əyləĢmədim. Atamı bağıĢlamadım,
bu heç. Amma anamı da bağıĢlamadım ki,
mən axı gəncəm, beynim qandır. Orada bir
xəta törədərdim, məni niyə zibillərinizə
bulayırsınız?!
Atam isə düz bir həftə sonra məni
tutub nə desə yaxĢıdır? Hələ uĢaqsan, ağlın
kəsmir. KiĢilik həddinə çatanda biləssən ki,
biz kiĢilər, özü də imkanlılar bir arvadla
kifayətlənə bilmirik. Bizim tayfanın kiĢiləri
həĢəri olur. Qadın görəndə gözümüz qızır.
Bizim
ürəyimiz
qıçımızın
arasında
döyünür... Özün qadınlarla yatıb-duranda
|