Üç aylıq ədəbiyyat dərgisi №3(15)



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   24   25   26   27   28   29   30   31   32

 
VIII Fəsil 
 
      Mən  də  bu  yaydan  iĢləməyə  baĢladım. 
Müharibədə 
Ģikəst 
olanlar 
tək-tək 
qayıdırdılar.  Mənim  iĢ  yoldaĢlarım,  tay-
tuĢlarım,  əsgər  ailələri,  qoca  kiĢilər 
müharibədən  qayıdanlardı.  Xırmanda  hər 
kəsin  öz  iĢi  vardı.  Mənim  ―vəzifəm‖  vəl 
sürmək idi. Mənə iki at, iki xamut,bir cilov, 
bir vəl tapĢırılmıĢdı. Atları sevdiyimdən bu 
iĢə  həvəslə  giriĢmiĢdim.  əvvəllər  xamutu 
atların  boynuna  keçirməyi,  atları  vələ 
qoĢmağı  bacarmırdım.  YaĢlı  iĢ  yoldaĢlarım 
bunu  mənə  öyretdilər.  Boyum  çatmadığına 
görə  axurun  üstünə  çıxıb  xamutu  atların 
boyunlarına keçirib, sinəbəndini bağlayaraq 
yan  qayıĢlarını  bellərinə  atıb  xırmana 
gətirərdim. Atları vələ qoĢub həĢənin üstünə 
çıxarardım. 
Nə 
qədər 
ki, 
həĢən 
yaprıxmamıĢdı  vəlin  üstünə  çıxmazdım. 
Çünki  vəl  təzə  həĢəni  döĢünə  toplaya 
bilərdi.  Cilovu  əlimizdə  tutaraq  boĢ  vəli 
sünbüllərin  üstündə  dövrə  vurdurardım. 
HəĢən bir qədər yatandan sonra vəlin üstünə 
çıxıb  atları  yorta-yorta  sürərdim.  Hünü 
mənə  də,  atlara  da  çox  əziyyət  verirdi. 
Əziyyətdən 
qurtarmaq 
üçün 
baĢıma 
cunadan  tikilmiĢ  torba  keçirərdim,  ya  da 
cuna  parçasını  neftlə  isladıb  üzümə, 
qulaqlarıma  sürtərdim.  Atları  qurtarmaq 
üçün  çarə  tapa  bilmirdim.  Bir-iki  dəfə 
baĢım  fırlandığına  görə  vəlin  üstündən 
yıxılmıĢdım.  Ayağımın  üstündən  keçən  vəl 
dərisini qoparmıĢdı. 
       Günortalar  dincəlmək  üçün  kiĢilər  baĢ 
anbarın  bir  gözünə,  qadınlar  isə  digər 
gözünə  yığıĢırdılar.  Mən  atlara  su  və  yem 
verdikdən  sonra  iĢçilər  dincələn  yerə 
gələrdim. Atlar yemlərini yeyənə qədər mən 
də  dincələ  bilərdim.  Çünki  istidə  sünbüllər 
tez  döyülürdü.  AxĢamçağı,  külək  qalxana 
qədər  mən  həĢəni  döyüb  xırmançılara 
verməliydim. Xırmançılar arada gəlibhəĢəni 
o biri üzünə çevirirdilər. Əgər həĢən olubsa 
mənə 
vəli 
xırmandan 
çıxarmağı 
tapĢırırdılar.  Onlar  dənli  samanı  Ģana  ilə 
yuxarı  atır,  buğdanı  samandan  ayırırdılar. 
Daha  sonra  onlar  kürəklə  köçəlli  buğdanı 
bir yerə toplayıb sovururdular. Bir qadın isə 
çalğı  süpürgə  ilə  ənbezin  üzündən  köçəli 
kənara  süpürürdü  ki,  ənbez  köçəldən 
ayrılsın.  Bundan  sonra  isə  kiĢilər  və 
qadınlar durulanmıĢ taxılı kisələrə yığıb bir 

184
№ 3 (15) Payız 2015 
 
tərəfinin 
banı 
götürülmüĢ 
arabaya 
yükləyərək  anbara  aparırdılar.  Burada 
briqadirin iĢtirakı ilə kisələri qapanın üstünə 
yığıb  çəkərək  anbar  müdirinə  təhvil 
verirdilər. 
 
IX Fəsil 
 
    Mən  artıq  ―kolxozçu‖  olmuĢdum.  Heç 
bilmirdim,  mənə  əmək  günü  yazırdılarmı? 
Əmək  gününə  bir  Ģey  verirdilərmi?  Bütün 
bunlara  baxmayaraq  hamı  kimi  mən  də 
iĢləyirdim. Bir yaĢlı kolxoz sədrimiz vardı. 
Onun  qəĢəng  sifəti,  yaĢıl  gözləri,  qalın-
qonur qaĢları vardı. Burnunun ucuna, sanki, 
qoz 
yapıĢdırmıĢdılar. 
ƏsəbiləĢəndə 
qaĢlarının  tükü  nənəmin  yun  darağının 
diĢləri  kimi  biz-biz  durardı.  Doğrusu,  onu 
görəndə  xoflanırdım.  Onu  uzun  dimdikli 
Ģapkada,  qara  kəhər  atın  belində  görəndə 
qadınlar  da,  davadan  qayıdanlar  da,  yaĢlı, 
qoca kiĢilər də özlərini yığıĢdırırdılar. 
      Payız  gəlmiĢdi.  Adamlar  öz  aralarında 
danıĢırdılar  ki,  Allaha  Ģükür,  bu  il 
məhsulumuz  boldur.  Hər  əmək  gününə 
yarım kilo buğda, 100 qr. lərgə bölsəydilər, 
bəlkə  bir  təhər  keçinəydik.  Amma  hələ 
məhsul bölünmürdü ki, bölünmürdü. 
     Bir gün kolxozun ümumi iclası çağırıldı. 
Ġclası  keçirmək  üçün  MTS-in  direktoru 
gəlmiĢdi. DanıĢırdılar ki. O ermənidir. Ġclas 
baĢlayandan  sonra  birinci  olaraq  sədrə  söz 
verildi. 
Beləliklə, 
bir-birinin 
ardınca 
briqadirlərə  ferma  müdirinə  söz  verdilər. 
Kolxozçulara da söz verildi. Bir neçə əsgər 
ailəsi  sədrində  iĢləməməsini  tənqid  edərək 
onu sıxıb suyunu çıxardırdılar. Yekun sözü 
direktora 
verdilər. 
Bölgü 
haqqında 
kolxozçuların  sorğusuna  cavab  olaraq 
direktor  bildirdi  ki,  dövlətin  planını 
göndərəndən  sonra  qalan  taxıldan  əmək 
gününə 
bölməyə 
icazə 
veriləcək. 
Direktorun  dediyi  bu  söz  kolxozçuları 
məyus  etdi.  Kolxoz  sədrini  çıxarmadılar. 
Direktorun təklifi ilə onu yerində saxladılar.    
       Vaxt gəlib çatmıĢdı. Əkin-səpin iĢlərinə 
hazırlıq 
gedirdi. 
Artıq 
müharibə 
qurtarmıĢdı. 
Bizim 
kənddən 
də 
müharibədən  qaıdanlar  vardı.  Adamlar 
arasında hər gün yeni-yeni söhbətlər gəzirdi 
ki,  ―filan  kənddən  filankəs  davadan 
qayıdıb‖.  Bəzi  əlli-ayaqlı  kiĢilər  öz 
yaxınlarından bir xəbər-ətər öyrənmək üçün 
həmin adamların görüĢünə gedirdilər. ―Qara 
kağız‖  olmayanların  gözləri  yolda  idi. 
Əzizlərinin  bir  gün  qayıdacağını  güman 
edirdilər.  Elə  mən  də,  anam  da  atamın 
yolunu  səbrsizliklər  gözləyirdik.  Atamdan 
gələn  kağız  onun  döyüĢ  zamanı  itgin 
düĢdüyünü  bildirirdi.  Qonum-qonĢu  anama 
toxtaqlıq verib deyirdilər ki, ağlayıb uĢağın 
ürəyinə xal salma, bir də görəcəksən budur 
girdi  qapıdan.  Dayımdan  isə  hələ  atamdan 
qabaq ―qara kağız‖ gəlmiĢdi.  Onun hansısa 
qardaĢlıq 
məzarlığında 
uyuduğunu 
yazmıĢdılar.    Bu  ―qara  kağız‖  özü  ilə 
babamın  qara  günlərini  də  gətirmiĢdi.  Qısa 
bir  müddət  ərzində  beli  bükülmüĢdü.  Ən 
ağır  günlərdə  belə  Ģuxluğunu,  vüqarını 
itirməyən kiĢi tamamilə dəyiĢmiĢdi. HəmiĢə 
məni  yanına  çağırıb  baĢımı    sığallayan, 
mənimlə  əylənən  babamın,  sanki,  yadından 
çıxmıĢdım. 
Babam 
hazırcavab, 
müharibədən əvvəl çox hazırcavab bir adam 
imiĢ.  Sonralar  onun  haqqında  danıĢırdılar 
ki,  kənddə  kolxoz  qurulanda    babam 
kolxoza  girməyərək  fərdi  təsərrüfatçı  kimi 
qalır. Ona nə qədər təkid edirlərsə də babam 
heç  kimin  dediyinə  qulaq  asmır.  Hətta 
köçərək kəndin aĢağı tərəfində özünə ayrıca 
ev tikib yurd salır, orada yaĢamağa baĢlayır. 
Bir-iki 
ildən 
sonra 
kalxoz 
daha 
möhkəmlənir,  dövlət  heç  kimi  kolxozdan 
kənarda  saxlamaq  istəmir.  Kalxozun  məsul 
iĢçilərindən biri rayon mərkəzindən gələrək 
iclas çağırır. Babamı da iclasa dəvət edirlər. 
Nümayəndə babamı kolxoza girməyə dəvət 
edir.    Babam  kolxoza  girməkdən  boyun 
qaçırır. Buna görə də nümayəndə təklif edir 
ki, onu iki il səsdən məhrum etsinlər. Bunu 
eĢidən kiĢi söz alıb ayağa durur.  
     -YaxĢı ha, indi siz mənim səsimi aldınız. 
Mən görsəm ki,  zəmimə kiminsə malı girib 

                            Üç aylıq ədəbiyyat dərgisi 
185 
çağıra  bilməyəcəm,  ayə,  malı  zəmidən 
çıxart?! 
       KiĢilər  söhbət  edirdilər  ki,  hökumət 
gəlməmiĢdən  əvvəl    Nəcəfqulu  öz  quldur 
dəstəsi ilə gəlib kəndin kənarındakı təpənin 
üstünə  top  çıxarıb  xalqı  təĢviĢ  içərisində 
saxlayır.  Kəndin  ağsaqqalları  yığıĢaraq 
məsləhət  edirlər  ki,  babamı  onun  yanına 
göndərib 
Nəcəfqulunun 
məqsədini 
öyrənsin. Babam Nəcəfqulu xanın hüzuruna 
gedir.  Xanın  nəyəsə  görə  babamdan  xoĢu 
gəlməyərək deyir: 
      -Ayə,  bir  adam  yox  idi  mənim  yanıma 
göndərələr? Səni göndəriblər? 
    Babam heç fikirləĢmədən deyib: 
     -Xan  sağ  olsun,  adamı  adam  yanına, 
məni də sənin yanına göndərdilər. 
    Xan  əmr  edir  ki,  onun  qulağın  kəsib 
ovcuna  qoysunlar.  O  gündən  babam  təkcə 
Məhəmməd yox, Kərə Məhəmməd adlanır.  
     Nənəmin  çəkdiklərin  yazmağa  hiss  
edirəm ki, əsəblərim tab gətirməyəcək. Ona 
görə də bu barədə danıĢmıram.  
      Haşıyə: 
    Anam  da  mən  də  uzun  müddət  atamın 
yolunu  gözlədik.    Şəxsən  mən  atamın 
yaşıdlarının  axrıncısının  həyatdan  getdiyi 
günə  qədər  intizarla,  həsrətlə,  böyük  arzu 
ilə onun yolunu gözləmişəm. Onun gələcəyi 
günü,  onu  necə  qarşılayacağımı  xəyalımda 
canlandırır,  özümdən  asılı  olmayaraq, 
sevinir, gümrahlaşır, bəzən uşaq kimi atılıb 
düşürdüm.  Axır  ki,  taleyimə  atasızlıq 
yazıldığını  qəbul  etdim.  Tək  yaşadım, 
qohum-əqrabasız 
yaşadım. 
Tənha 
yaşamağın nə olduğunu mən bilirəm bir də 
tək yaşayanlar bilir.  
  O  dəhşətli  günlərdə  təkcə  anam  mənə 
həyan  olub.  Mənə  bu  qadın  həm  ata,  həm 
ana olub.  
 
X Fəsil 
 
     Kolxozda  əkinə  hazırlıq  qurtarmıĢdı. 
Arabaların Ģinləri salınır, laĢlar bərkidilmiĢ, 
banlar  möhkəmləndirilmiĢdi.  Əvəndəsi 
olmayanlara  ya  göndən,  ya  da  zəncirdən 
əvəndə  düzəldilmidi.  Kötüyü  qırılmıĢ 
xıĢların  kötüyü  təzələnir,  burunlarına 
gavahın  salınmıĢdı.  Cütcülər,  xıĢ  qabağına 
düĢənlər, toxumçular bəlli olmuĢdu.Mən cüt 
qabağına  düĢəcəkdim.  Cüt  əkə  bilmirdim, 
hələ  kötüyü  o  tərəf,  bu  tərəfə  dartmağa 
gücüm  çatmırdı.  Mənim  cütcüm  SərxoĢ 
dayı  idi.  O  çox  məzlum,  fağır,  bir  söz 
soruĢmayınca danıĢan deyildi. Müharibədən 
təzə  qayıtmıĢdı.  Sağ  əlinə  nəsə  olmuĢdu. 
BaĢ  barmağının  yanındakı  iki  barmağı 
qatlanıb  ovcunun  içində  qalırdı.  Barmaqlar 
bir qədər də nazikləĢmiĢdi. Haçansa papiros 
çəkmək  istəyəndə  öküzləri  saxlayıb  xıĢın 
dəstəyinə  söykənər,    əvvəlcə  tənbəki 
kisəsini, sonra da qəzet çıxarıb cırar, arasına 
tənbəki  töküb  eĢərdi.  O  birinci  cibindən  
çaxmaq qov götürüb, birinci qovu sonra da 
yanan  qovla  papirosu  odlayırdı.  YanaĢı  iki 
barmağı  iĢləmədiyindən  çaxmağı  daĢa 
vuranda çətinlik çəkirdi.  
       Mən  səhər  tezdən  iĢə  gedəndə  anam 
heybəmə  xəmirinə  Ģor  qatılmıĢ  çörək 
qoydu.  Cibimə  də  qaynadılmıĢ  lərgə  töküb 
iĢə  getdim.  Belə  çörək  ancaq  mənə 
biĢirilərdi.  Özləri  isə  arpa  unu  ilə  kəpəkli 
buğda ununun qarıĢığından biĢirilmiĢ çörəyi 
bir  öynə  yeyərdilər.  Qalan  vaxtlarda  isə 
göyərti ilə hazırlanmıĢ bir Ģey yeyərdilər.  
      Sahəyə - SərxoĢ dayının yanına gəldim. 
SərxoĢ  dayı  əlindəki  ipin  bir  ucunu 
öküzlərdən  birinin,  digər  ucunu  digər 
öküzün  buynuzuna  bağlayıb,ipin  ortasını 
mənə uzadıb: 
      -DüĢ qabağa, - dedi. 
      Mən ipi çəkə-çəkə qabağa düĢdüm, yeri 
küzlədik.  Toxumçu  gələrək  küzün  içərisini 
toxumlayıb  o  biri  cütcülərin  küzlərinə 
toxum  səpməyə  getdi.  BaĢladıq,  mən  ip 
əlimdə  cütün  qabağı  ilə  gedir,  SərxoĢ  dayı 
da  xıĢın  dəstəsindən  yapıĢıb  yavaĢ-yavaĢ 
əkirdi. Lazım olanda bu və ya digər öküzün 
ipini  çəkdim.  Bu  vaxta  qədər  həmiĢə 
ayaqyalın  gəzmiĢəm,  ayaqlarımın  altı  elə 
bərkimiĢdi  ki,  tikan  batmırdı.  Batanda  da 
ağrımırdı.  Haçansa  batan  tikanın  yeri 
çirkləyəndə  ya  xalam,  ya  da  özüm  onu 

186
№ 3 (15) Payız 2015 
 
deĢir,  tikanı  çıxarırdıq.  Ayaqlarımın  baĢ 
barmaqları  daĢa-kəsəyə  dəyməkdən  daima 
əzilmiĢ  olardı.  Onların  dırnaqlarının  neçə 
dəfə  düĢməsini  deyə  bilməyəcəm.  Biz 
küzlədiyimiz yeri əkdik. Cütcülərdən yuxarı 
çıxıb  yenə  də  əkmək  üçün  yer  küzlədik. 
Toxumçunu  çağırdıq  ki,  küzlədiyimiz  yerə 
toxum  səpsin.  Toxumçu  gəldi,  yekə 
torbasını  boynuna  keçirərək  səpməyə 
baĢladı. Toxumçular nisbətən ―çörəyi‖ olan 
qoca kiĢilərə ayrılırdı. Bu mənada ki, onlar 
toxuma  tamah  salmasınlar.  Bəzən  onlar 
iĢdən evə gedəndə onların torbaları , cibləri 
axtarılırdı.  Günorta  idi,  hamı  xıĢı  givədən 
ayırıb, öküzlərə yem qoyub dincəlirdi.  
        SərxoĢ  dayının  günorta  yeməyə  bir 
Ģeyi yox idi. O toxumsəpənə yaxınlaĢaraq: 
        - Mənim yeməyə heç nəyim yoxdu, bir 
az buğda ver, qovurub yeyək –dedi. 
       Toxumsəpən  kiĢi  qaĢqabağını  tökərək 
heç  bir  söz  demədi.  FikirləĢdi  və  o  yan-bu 
yana  baxıb  SərxoĢ  dayının  papağına  bir 
ovuc buğda tökdü. SərxoĢ dayı papağı mənə 
verib  kəndə  tərəf  qaçdı.  Qayıdanda  əlində 
bir  köhnə  vedrə  dəmiri  gətmirmiĢdi.  O 
köhnə  dəmiri  əyərək  bir  hala  saldı  ki, 
üstündə  buğda  dayana  bilsin.  SərxoĢ  dayı 
xıĢı  təmizləyən  qazovucla  nəmli  torpaqda 
çökək    bir  yer  qazdı,  kənarlarını  dikəldib 
dəmiri  üstünə  qoydu.    Ətrafdan  küləĢ 
toplayıb,  ―sacın‖  altını  yandırıb  buğdanı 
qovurdu.  Qovurğadan  mənə  də  verdi. 
SərxoĢ  dayıya  təklif  etsəm  də  ,  mənim 
çörəyimdən yemirdi.  
     Ġkinci  küzdən  bir  neçə  baĢ  əkmiĢdik  ki, 
ayağım  bir  qanlıot  kökünün  üstünə  düĢdü. 
Onun  yanaraq  kökün  üstündə  qalan  bir 
qəlpəsi  ayağıma  bataraq  möhkəm  incditdi.  
Ancaq  qələm  ayağımda  qalmamıĢdı.  Bir 
neçə  gün  idi  ki,  iĢləyirdim.  ĠĢin  sonuna 
yaxın yaman yorulurdum. Çünki öküzlər iĢə 
vərdiĢ  eləməmiĢdilər.  SərxoĢ  dayı  deyirdi 
ki, bir neçə gündən sonra heç sənə ehtiyyac 
qalmayacaq.  Öküzlər  özüləri    sıra  ilə  düz 
gedib-gələcək.  Ancaq  bu  mənə  qismət 
olmadı.  Ġki  gündən  sonra  günprtaya  az 
qalmıĢ,  cibimdəki  lərgədən  tək-tək  ağzıma 
ataraq öküzlərin qabağı ilə getdiyim zaman 
yuxarıdakı  ala  öküz  sinəsi  ilə  itələyib 
mənim ayağımı taptaladı. Durub gördüm ki 
topuğumu  yaralayıb.  Qan  dayanmırdı. 
SərxoĢ  dayı  dedi  ki,  torpağı  murdarla  bas 
yaraya.  Bir  az  kənara  çəkilərək  nəmli 
torpağı  bir  az  da  isladıb  yaralanmıĢ 
topuğuma basdım. Xeyli göynəsə də bir az 
keçəndən  sonra  qan  daha  axmadı.  Daha 
xıĢın  qabağı  ilə  yeriyə  bilmirdim.  Axsaya-
axsaya  evimizə  gəldim.    Bununla  da  mən 
daha cüt əkməyə getmədim. 
 
 
 
X I Fəsil 
 
          Yay  gəlmiĢdi.  Anam  məni  iĢləməyə 
qoymurdu.  Arada  qonĢuların  bağçalarına 
girib qoyunumu alakal meyvələrlə doldurub 
otlağa-  Murtuzgilin  yanına  qaçardım. 
AxĢama  qədər  onlarla  aĢıq-aĢıq  oynayar, 
evimizə 
qayıdardım. 
Beləliklə 
vaxt 
keçirdi.Kəndimizdə  məktə  açıldı.  Xalam 
mənə 
özünün  tumanlıqlarından  kəsib 
köynək  tikdi.  Sabaha  qurusun  deyə  axĢam 
Ģalvarımı  yudu.  Lakin  bunun  o  qədər  də 
xeyiri  olmadı.  Sabunun  lələləri  Ģalvardan 
getməmiĢdi.  Elə  bil  Ģalvarın  üstünə  xəritə 
çəkilmiĢdi. 
Xalam 
gözümün 
üstünə 
tökülmüĢ saçlarımı qayçı ilə kəsib qaydaya 
saldı. 
TeĢti 
eyvana 
gətirib 
məni 
yuyundurdu.  Bir  neçə  gündən  sonra  anam 
məni məktəbə apardı. Kolxoz idarəsinin bir 
otağını  məktəb  etmiĢdilər.  Bir  otaqlı  sinif 
idi.  Onun  eyvanına  taxta  döĢənməməiĢdi. 
Sinfin uzunluğu yeddi-səkkiz, eni isə  dörd 
metr  olardı.    Parta  yox  idi.  Parta  əvəzinə 
kobud  taxtalar  düzülüĢdü.  Taxtaların  altına 
çiy  kərpic  qoymuĢdular.  Masanı  əvəz  edən 
taxtalar hündür, oturacaq taxtalar alçaq idi. 
Taxtalar  arasında  boĢ  yer  qalammıĢdı. 
QarĢıda müəllim üçün  kiçik bir stol və kətil 
qoyulmuĢdu. QarĢı tərəfə divara yazı taxtası 
mıxlanmıĢdı.  Sağ  tərəfdəki  divardan 
Stalinin Ģəkli asılmıĢdı. Yazı taxtası vurulan 
divarın  aĢağı  tərəfində  yerə  içərisində  su 

                            Üç aylıq ədəbiyyat dərgisi 
187 
olan  vedrə  qoyulmuĢdu.  Vedrə  yağlı 
olduğundan  suyun  üzünü  iskənə  tutmuĢdu. 
Bunlardan baĢqa sinifdə gözə dəyən bir Ģey 
yox idi.  
       Məktəbin  həyətində  mənimlə  birlikdə 
xırmanda,  əkin-biçin  iĢlərində  iĢləyən 
yoldaĢlarımı  gördüm.  Burada  məndən  həm 
böyük, 
həm 
kiçik 
uĢaqlar 
vardı. 
Kəndimizdə məktəb olmadığından, mən də, 
yoldaĢlarım  da  oxuya  bilməmiĢdik.Ona 
görə  də  böyük  uĢaqlar  da  məktəbə  birinci 
sinfə  gəlmiĢdilər.  Məktəbin  qarĢısında  bir 
dirəkdən  xıĢ  gavahini  asılmıĢdı.Müəllim 
gavahini  taqqıldatdı  və  sinfə  girməyi  əmr 
etdi. Hamımız sinfə keçdik.Təqribən  sinifə 
25-30  uĢaq  vardı.    Müəllim  keçib 
qarĢımızda  dayandı.  Boyca  kiçik  olan 
Ģagirdləri  çağırıb  ön  taxtada  əyləĢdirdi. 
Beləliklə,  Ģagirdlər  boylarına  görə  qabaqda 
kiçik  boylular,  arxada  isə  uca  boylular 
yerləĢdirildi.  Mənim  yerim  orta  cərgənin 
birinə  düĢdü.  Mən  müəllimə  indi  diqqətlə 
baxmağa  baĢladım.  Səliqə  ilə  geyinmiĢ 
nəcib  bir  oğlan  idi.  O  bizə  məktəb 
əĢyalarını  tanıdır,  onların  adlarını  deyir, 
Məktəb  qaydaları,  təmizkarlıq    və  ədəb 
qaydaları  haqqında  söhbət  edirdi.  Bir  neçə 
gündən  sonra  əsas  dərsi  keçməyə  baĢladıq. 
Ancaq nə kitab dəftər, nə də karandaĢ vardı. 
Sonralar isə müəllim hardasa 4-5 əlifba  və 
hesab  kitabı,  dəftər,  karandaĢ  gətirmiĢdi. 
Ġlin  sonuna  yaxın  hamı  mənim  əlaçı 
olduğumu  bilirdi.  Bir  Ģeyi  də  deyim  ki, 
onda  bütün  kənd  əhalisi,  uĢağı  oxuyan  da 
oxumayan da məktəblə maraqlanırdı. Onlar 
yaxĢı  oxuyanları  hə  yerdə  tərifləyirdilər. 
Haqqımda deyilən tərifləri eĢidəndə anamın 
uçmağa  qanadı  olmurdu.  Ġkinci  sinfə 
gələndə  artıq  böyük  uĢaqları  görmədim. 
Onlar  kiçik  yaĢlılarla  oxumaqdan  utanaraq 
gedib  baĢqa  məktəbin  yuxarı  sinifi  ilə 
oxuyurdular. 
 
XII Fəsil 
 
       Bir  dəfə  müəllim  tapĢırıdı  ki,  sabah 
məktəbə  gələndə  kitabsız-dəftərsiz  gəlin. 
Özünüzlə günorta yeməyə çörək götürməyi 
yadınızdan 
çıxarmayın, 
―Tənəzzöh‖ə 
gedəcəyik.  ―Tənəzzöh‖  sözünün  nə  demək 
olduğunu  bilmirdim.  Necə  olsa  müəllimin 
tapĢırığını  yerinə  yetirməli  idim.  Səhər 
cibimə  bir  parça  çörək  qoyub  məktəbə 
yollandım.  Müəllim  məktəbin  həyətində 
dayanıb  Ģagirdləri  gözləyirdi.  Tez  gəlmiĢ 
uĢaqlar onun ətrafında toplanmıĢdılar. Hamı 
gələndən  sonra  müllim  daĢlı  dağı  göstərib 
dedi  ki,  ora  qalxacağıq.  Hamını  sıraya 
düzdü,  özü  isə  qabaqda  cığır  ilə  gedirdi. 
―can  gülüm  can-can!‖  Ģərqisini  oxuya-
oxuya gedirdik. Kəndi çıxandan sonra cərgə 
pozuldu.  UĢaqlar  çox  Ģad  görünürdülər. 
Onlar  gah  geridə  qalır,  gah  da  qaçıb 
müəlliməyə  çatırdılar.  Yazın  ortaları  idi. 
Hələot  biçini  baĢlamamıĢdı.  Yolumuz  dar 
cığır  olduğundan  o  üz-bu  üzdən  qalxan  
otların 
Ģehi 
uĢaqların 
ayaqlarını, 
Ģalvarlarının  qıçlarını  islatmıĢdı.  Sağ 
tərəfimizdəki  zəminin  içindən  görünən 
qırmızı lalələrin yanağına elə bil ki qara xal 
qoyulmuĢdu. 
Solumuzdakı 
vərətəlikdə  
bitən 
sarıçiçəyin  üstünə  qonub  öz 
nəğməsini  oxuyan  sarıköynək  açmamıĢ 
sarıçiçəyin  çiçəyinə  oxĢayırdı.  UĢaqların 
bəziləri qaçaraq fərəhindən müəllimdən önə 
keçirdilər.  Yolun  qırağında  otun  dibindən 
uçaq  bildirçinlərin  qanadlarının  səsi  onları 
diksindirib 
qorxudanda 
qalan  uĢaqlar 
gülüĢürdülər.  Dağın  ətəyinə  çatanda 
müəllim  dayanıb  bizi  ətrafına  toplayıb,  öz 
tapĢırığını verdi: 
 -UĢaqlar,  daĢların  altında  ilan  ola  bilər. 
Ehtiyyatlı  olun,  sıradan  çıxmayın,  mənim 
ardımca  gəlin.  On-on  beĢ  metr  müəllim 
deyən  kimi  yerdik.  Sonra  Sıramız  yenə 
pozuldu.  Biz  yemlik,  təkəsaqqalı,  qanqal 
dərib  yeyə-yeyə  gedirdik.  Qəribə  mənzərə 
qarĢısında  qalmıĢdıq.  Yuxarı  qalxdıqcaq 
otların,  çiçəklərin  boyu qısalsa  da,  çiçəklər 
qalınlaĢırdı.  Müxtəlif  rəngli  çiçəklər  dağın 
sinəsinə  naxıĢ  vurmuĢdu.  Dağın  zirvəsinə 
az  qalmıĢ  sıra  ilə  düzülmüĢ  daĢlar  kəmər 
kimi  dağın  belinə  dolanmıĢdı.  DaĢların 
üstündə  topa-topa  kəklik  otu  bitmiĢdi. 

188
№ 3 (15) Payız 2015 
 
Zirvəyə  qalxdıq.  Müəllim  münasib  bir  daĢ 
tapıb  üstündə  oturdu.  Bizi  yanına  çağırdı. 
Biz  də  onun  ətrafına  toplaĢdıq.  O,  əlinə 
topladığı  müxtəlif  bitkiləri  bir-bir  bizə 
göstərir,  adlarını  deyir,  yadda  saxlamağı 
tapĢırırdı.  Bu  iĢləri  qurtardıqdan  sonra 
müəllim  zirvənin  ən  uca  yerinə  qalxıb 
Ģimala-kəndlərinə  tərəf  xeyli  baxdı.  Mən 
xeyli  vaxt  sonra  öyrəndim  ki,  o  vaxt 
müəllim kəndlərində bir qız ilə niĢanlı imiĢ.  
       Məktəbə 
qayıdanda 
müəllim 
yolumuzun  üstündə  əvəliyə  oxĢar  bir 
bitkinin  yanında  dayandı.  Hamımız  bu 
bitkini  tanıyırdıq.  Zəhərli  olduğuna  görə 
onu  ilanəvəliyi  adlandırırdılar.  Bunun  nə 
yaĢıl  kütləsini,    nə  də  qurusunu  mal-qara 
yemirdi.  Müəllim  onun  koldan  yuxarı 
qalxmıĢ,  hələ  açmamıĢ  üstü  mərmər  kimi 
tiftiklə 
örtülmüĢ 
uzunsov 
qönçəni 
göstərərək: 
     -Bu  bitki  çiçək  açanda  40-50  dərəcə 
istilik  verir  və  tozlanır.  Bundan  sonra  isə 
çiçək məhv olur, –dedi.  
 
                       XIII Fəsil 
 
      Ġllər  kiminsə  xahiĢinə  məhəl  qoymadan 
öz  surəti  ilə  axıb  gedirdi.  Xalalarım  artıq 
ərə  getmiĢdilər.  Ġndi  babamın,  anamın  və 
nənəmin əhatəsində qalmıĢdım. Son vaxtlar 
özlüyümdə  düĢünürdüm  ki,  anam  məndən 
yavaĢ-yavaĢ  soyuyur.  O,  indi  məni  az-az 
öpür,  az-az  əzizləyirdi.  Dərslərimlə  çox  az 
maraqlanır,  hərdən  müəllimimin  yanına 
gəlib 
gedərdi. 
Hər 
dəfə 
müəllimlə 
görüĢdükdən  sonra  onun  sevinci  üzündən 
bilinərdi.  Anamın  əksinə  olaraq,  daha  çox 
babam 
məni 
əzizləyərdi.  Onun  hər 
tapĢırığını 
yerinə 
yetirəndə 
babam 
fərəhlənərdi.  Hər  dəfə  rayon  mərkəzinə 
gedib  gələndə  mənə  ayrıca  olaraq  bir  Ģey 
alıb  gətirərdi.  Keçən  dəfə  gələndə  mənə 
―Siyopa dayı‖ adlı kitab almıĢdı. Mən onu o 
qədər  oxudum  ki,  axırda  hamısını  əzbər 
bilirdim.  Bu,  ilk  oxuduğum  kitab  idi. 
AxĢam  oldu,  anam  gəlmədi.  Nənəmdən 
anamı  soruĢdum.  Nənəm  onun  rayona 
getdiyini  dedi.  Anam  üç  gündən  sonra 
qayıtdı.  Gələndə  mənə  ayaqqabı  və  paltar 
almıĢdı. Sonralar mənə aydın oldu ki, anam 
rayona  mənə  veiləcək  pensiyanı  (atamın 
qan 
pulunu) 
almaq 
üçün  gedibmiĢ. 
Utandığından 
və 
tanımadığına 
görə 
―jenaddelin‖  yanına  gedir.  Həmin  qadın 
zəng edərək  müxtəlif  idarələr  ilə  danıĢır  və 
pensiya  məsələsini  yoluna  qoyur.  Anama 
məsləhət  görür  kənd  sovet  sədri  iĢləsin. 
Beləliklə, 
anamı  əvvəl  ―spalkom‖un 
sədrinin  ardınca  katibin  yanına  apararaq 
namizədliyini 
irəli 
sürür  və  onların 
razılığını  alır.  Ġki  gündən  sonra  rayondan 
bir  məmur  gəlib  anamı  katibin  tapĢırığı  ilə 
kənd  sovetinin  sədri  seçir.  KeçmiĢ  Qova 
kənd  sovetindən  möhürü  alaraq  anama 
verir. 
      Müharibənin qurtarmasından bir neçə il 
keçirdi.  Adamların  yaĢayıĢı  yaxĢılaĢmağa 
doğru  gediridi.  Evlərdə  sac  asılır,  çörək 
biĢirilirdi. 
Pal-paltarım 
yaxĢılaĢmıĢdı. 
Yayda ayaqqabı qıĢda isə qaloĢ geyinirdim.  
Yaya 
tətillərində 
briqadir  köməkçisi 
iĢləyirdim.  Briqadirin  yazı-pozu  iĢlərinə 
kömək  edir,  biçində  iĢləyənlərin  iĢlərinə 
nəzarət edir və uçotunu aparırdım. Hər gün 
dərz bağlayanları, gəmə yığanları ayırırdım. 
Mən  ibtidai  məktəbi  bitirmiĢdim.  QonĢu 
kənddəki  yeddiillik  məktəbdə  oxuyurdum. 
Bu  məktəbdə  ixtisaslı  rus  dili,  ədəbiyyat, 
coğrafiya  müəllimi  var  idi.  Ədəbiyyat 
müəllimimiz  çox  savadlı  və  tələbkar  idi. 
Məndə 
ədəbiyyata 
böyük 
həvəs 
yaratmıĢdı.Bədii ədəbiyyat tapmaq çətin idi. 
Məktəbdə də, kənddə də kitabxana yox idi. 
Bir  gün  ədəbiyyat  müəllimiz  məndən 
soruĢdu: 
       -Bizim  kənddə  gedib  kitab  gətirə 
bilərsənmi? 
      Mən heç fikirləĢmədən: 
      -Bəli – cavabı verdim. 
      Müəllim  qardaĢına  bir  məktub  yazıb 
mənə verdi. Burada mənə veriləsi kitabların 
siyahısı  var  idi.  Onların  kəndi  bizim 
kənddən  on-on  beĢ  kilometr  aralı  idi.  Mən 
vəziyyəti  anama  söyləyib  onun  atını 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin