Uçot haqqinda bəZİ anlayişlar



Yüklə 41,17 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü41,17 Kb.
#44848
1   2   3   4   5
Dərs 1

MÜHASİBAT UÇOTU

Mühasibat uçotu özünün məzmununa və əhəmiyyətinə görə təsərrüfat fəaliyyətinə nəzarətin əsas forması hesab olunur. Mühasibat uçotu fasiləsiz olaraq aparılan ciddi sənədləşdirilmiş uçotdur.

Hazırda ölkəmizdəki müəssisələrdə istifadə olunan mühasibat uçotuna aid sənəd, normativ və təlimatlar 29 iyun 2004-cü il tarixdə qəbul edilən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimlənir.

Müvafiq Qanuna görə ölkəmizdə fəaliyyət göstərən bütün növ müəssisələr, sahibkarlar (hüquqi və fiziki şəxs) gəlirli və ya gəlirsiz işləməyindən asılı olmayaraq mühasibat uçotu aparmağa borcludurlar.

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin, ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətini natural göstəricilər, eyni zamanda pul ifadəsində fasiləsiz, başdan-başa sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarını, hesablar planında ikili yazılış üsulu ilə qaydaya salınma sistemini özündə əks etdirir.

Biznes plan – müəssisənin rəhbərliyi üçün konkret layihənin işlədilməsi imkanlarının qiymətləndirilməsi və onun həyata keçirilməsi üçün əsas götürülür. İdeyanın həyata keçirilməsi üçün müəssisə layihəyə investisiya qoyuluşunu və yaxud onun maliyyələşdirilməsi üçün kreditlərin alınmasını iqtisadi cəhətdən əsaslandırılmalıdır. Biznes-plan 3 suala cavab verməlidir:


  1. Müəssisənin cari vəziyyəti

  2. Müəssisənin inkişaf istiqamətləri

  3. Məqsədlərə nail olunması yolları

Biznes-plan bu bölmələrdən ibarətdir:

  • Planın qısa izahı və onun potensial investorlar üçün cazibəliliyi

  • Keçmiş illər ərzində biznesin inkişaf tarixi ilə müqavilə haqqında qısa məlumatlar

  • Məhsulun və ya xidmətin qısa xarakteristikası

  • Marketinq – müəssisənin yeri, təchizatçıları, istehsalın xüsusiyyətləri və tələb olunan avadanlıqlar haqqında məlumatlar

  • Maliyyə planlaşdırılması

  • Müəssisənin inkişafının prespektivləri haqqında məlumat

Sənəd dövriyyəsi – Uçot siyasətinin düzgün aparılması sənəd dövriyyəsinin təşkili prosesindən çox asılıdır. Əsasən ilkin sənədlərin tərtibi zamanı zəruri olan rekvizitlərin dəqiq qeyd edilməsinə fikir verilməlidir. Bunlara sənədin adı, nömrəsi, kodu, tərtibedilmə yeri və tarixi, sənəd tərtib edən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məzmunu, natural və dəyər ifadəsində ölçüləri, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları və digər əlamətləri aiddir. Sənəd dövriyyəsi planı iri müəssisələrdə baş mühasib və müəssisə rəhbərliyi tərəfindən təsdiq edilməklə hazırlanır.

Müvafiq hallarda əsas məsələlərdən biri sənədlərin saxlanma müddətidir. İlkin uçot sənədlərinin saxlanılma müddətləri qanunvericiliyin tələblərinə əməl etmək şərtilə müəssisənin özü tərəfindən müəyyənləşdirilir. Nəzərə almaq lazımdır ki, sənədlərin saxlanılma müddətləri həmin sənədlər üçün AR-nın Milli Arxiv İdarəsinin 24 noyabr 2004-cü ildə təsdiq etdiyi “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı”nda müəyyən edilmiş saxlanılma müddətindən az ola bilməz. Bu siyahıda sənədlərin əksəriyyəti üçün 3, yaxud 5 il saxlanılma müddəti müəyyən edilmişdir. Lakin bəzi sənədlər üçün (məsələn, işçilərin əmək haqqı həcmini təsdiq edən sənədlər və s.) daha uzun müddət kapital qoyuluşları, statistik hesabatlar və s. üçün daimi saxlamaq nəzərdə tutulub.



Maliyyə - mühasibat hesabatları – Ölkəmizdə mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin maliyyə-mühasibat hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:

  • Müəssisə balansı;

  • Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə);

  • Mənfəət və zərər haqqında hesabat (xərclərin xüsusiyyəti üzrə);

  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

Təsərrüfat vəsaitlərinin tərkibi – Müəssisələr təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəyyən vəsaitə malik olmalıdır. Vəsaitin miqdarı, tərkibi, istifadə xarakteri müəssisənin növündən və fəaliyyət sahəsindən asılı olaraq müəyyən olunur. Təsərrüfat vəsaitləri tərkibi və yerləşməsinə görə iki yerə bölünür:


Yüklə 41,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin