residivlərə nəzarət üçün hansı marker ən çox istifadə edilir? A) Alfa fetoprotein
B) A 15-3
C) Ca 125
D) CEA
E) Ca 19-9
Ədəbiyyat: B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007
11. Uşaq cərrahiyyəsi 698) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən göbək yırtığı zamanı əməliyyatı nə vaxt aparmaq məsləhət görülür? A) Diaqnoz qoyularkən
B) 2 yaşa qədər
C) 10 yaşdan sonra
D) 1 yaşa qədər
E) 2 yaşdan yuxarı
Ədəbiyyat: Çingiz Quliyev"Uşaq cərrahlığı"-Bakı-2008,səh-383
699) Uşaqlarda göbək yırtığının meydana çıxmasının ən çox ehtimal olunan səbəbinə hansı aiddir? A) Göbək damarlarının iltihabı
B) Göbək həlqəsi aponevrozunun bitişməməsi
C) Portal hipertenziya
D) Göbək ciyəsi damarlarının inkişaf qüsurları
E) Doğuş travması
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
700) Yanıqlarda 5 gündən sonra müşahidə edilən ölümün ən çox rast gəlinən səbəbi aşağıdakılardan hansıdır? A) Stres xorası
B) Tromboflebit
C) Ağciyər fəsadlaşmaları
D) Hipovolemik şok
E) Sepsis
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия.
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 378.
12. Travmatologiya və ortopediya 701) Anal çat necə diaqnostika olunur? A) Rektoromanoskopiya
B) İrriqoskopiya
C) Düz bağırsağın barmaqla müayinəsi
D) Kolonoskopiya
E) Perianal sahəyə baxış
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998,
715 с.
702) Düz bağırsaq fistulasında hansı əlamət mütləq olmalıdır? A) Aralıq nahiyyəsində və ya anal kanalda fistula dəliyinin olması
B) Defekasiya aktı zamanı qanaxma
C) Aralıq nahiyyəsində qaşınma
D) Aralıq nahiyyəsində çapıqların olması
E) Düz bağırsaqda pulsasiyaedici ağrı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией
профессора В. И. Подолужного, “Феникс”, 2007 г