1029) Sidik kisəsi arteriyaları hansı damarın şaxələridir? A) iliaca externa
B) epigastrica inferior
C) rectalis inferior
D) iliaca interna
E) obturatoria
Ədəbiyyat: А.Сапин. Анатомия человека. «Медицина», Москва, 2000.
1030) Hansı əlamət nefrolitiaz üçün səciyyəvi deyildir? A) bel nahiyəsində küt ağrı
B) böyrək sancısı
C) qasıqüstü nahiyədə küt ağrı
D) makrohematuriya
E) piuriya
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва,
2000.
1031) Xəstə aralıq nahiyəsində olan ağrılardan şikayətlənir. Temperaturu 39°C- dir . Sidik ifrazı çətinləşib, ağrılıdır. Daha çox ehtimal olunan diaqnoz aşağıdakılardan hansı ola bilər? A) kəskin pielonefrti
B) prostat vəzin xərçəngi
C) kəskin prostatit
D) kəskin sistit
E) prostat vəzin adenoması
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва,
2000.
1032) Trixomoniaz zamanı seçim preparatı nədir? A) sefotaksim
B) metronidazol
C) norfloksasin
D) ofloksasin
E) flükinazol
Ədəbiyyat: И.Мартин. Секреты урологии. «Бионом», Москва, 1998.
1033) Aşağıdakılardan hansı patologiya üçün terminal hematuriya səciyyəvi deyildir? A) vərəm mənşəli sistit
B) kəskin sistit
C) sidik kisəsi daşı
D) nefrolitiaz
E) sidik kisəsi şişi
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва,
2000.
1034) Prostat adenomasının yaranmasına aşağıdakı hansı amil təsir göstərir? A) yaşla əlaqədar orqanizmdə olan hormonal dəyişikliklər
B) cinsi fəaliyyətin pozulması
C) virus xəstəlikləri
D) irsi faktorlar
E) prostat vəzin xroniki iltihabı
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва,
2000.