Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Eksudativ qeyri –infeksion plevrit hansı xəstəliyin ağırlaşması kimi əmələ



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə249/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   245   246   247   248   249   250   251   252   ...   292
2020-02-19 14-56-56

1196) Eksudativ qeyri –infeksion plevrit hansı xəstəliyin ağırlaşması kimi əmələ 
gəlir? 
A) Xroniki bronxit 
B) Diafraqmaltı abses və pankreatit 
C) Exinokokkoz 
D) Bronxoektatik xəstəlik 
E) Vərəm 
Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва, səh. 177. 
1197) Qida borusunun dərin yanığına sadalananlardan hansı səbəb ola bilər? 
A) İsti su 
B) Fosfor preparatı 
C) Qələvi məhlulu 
D) Spirt 
E) Aseton 
Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва, səh. 195 
1198) Traxeyanın intubasiyası zamanı intubasion boru sağ baş bronxa 
girmişdir. Bu zaman nə baş verəcəkdir ? 
A) Sol ağciyərin havalaması zəifləyəcək 
B) Ağciyərlərin kollapsı 
C) Sağ ağciyərin havalaması güclənəcək 
D) Sağ ağciyərin havalaması zəifləyəcək 
E) Sol ağciyərin havalaması güclənəcək 
Ədəbiyyat: Ç.Cəfərov. Ümumi Cərrahlıq. Bakı 2006. səh. 89 
1199) Traxeomalyasiya hansı patologiya ilə birgə rast gəlinir? 
A) Toksiki ur 
B) Qida borusu divertikulu 
C) Qida borusu atreziyası 
D) Qida borusu ageneziyası 
E) Qida borusu hipoplaziyası 
Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва, səh 127. 


1200) Döş qəfəsinin paradoksal tənəfüsü əsasən hansı xəstəliklərdə müşahidə 
edilir? 
A) Pnevmoniya 
B) Astma 
C) Pnevmatoraks 
D) Ağ ciyərin fibrozu 
E) Ağ ciyər xərçəngi 
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 
səh. 84 
1201) Baş bronxun traxeyadan qopması zamanı aşağıdakılardan biri icra 
edilməlidir? 
A) Lobektomiya 
B) Traxeya-bronx anastamozu 
C) Traxeya-ezofaqeal anastamoz 
D) Laminektomiya 
E) Traxeya-traxeya anastamozu 
Ədəbiyyat: Ç.Cəfərov. Ümumi Cərrahlıq. Bakı 2006. səh. 242 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin