Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
545) Erkən əməliyyatdan sonrakı dövrdə ağciyər çatışmazlığının ən çox rast
gəlinən səbəbi hansıdır?
A) Atelektaz
B)
Pnevmotoraks
C) Aspirasiya
D) Pulmonar ödem
E) Bronxospazm
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия.
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,150.
546) Bek triadası hansıdır?
A)
Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının kəskin
dərəcədə zəifləməsi
B) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının
kəskin dərəcədə zəifləməsi
C) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin enməsi
D) Arterial təzyiqin düşməsi, mərkəzi venoz
təzyiqin enməsi, ürək tonlarının kəskin
dərəcədə zəifləməsi
E) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, pnevmotoraks
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 662 .
547) Ürək tamponadası zamanı təcili olaraq nə etmək lazımdır?
A) Xəstəyə yüksək dozada
antibiotiklər təyin etmək
B) Venadan qan almaq
C) Perikardın punksiyası
D) Sidikqovucular təyin etmək
E) Antikoaqulyantlar təyin etmək
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 681.
Dostları ilə paylaş: