449) Aşağıdakılardan hansı ikincili peritonitə səbəb olmur?
A) Appendiks perforasiyası
B) Peptik xora perforasiyası
C) İnvaginasya
D) Bağırsaq burulması
E) Nefrotik sindrom
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 230
450) İnvaginasiya bağırsaq keçməməzliyinin hansı növünə aid edilir?
A) Stranqulyasion
B) Qarışıq
C) Obturasion
D) Paralitik
E) Dinamik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 80.
451) Erkən dempinq sindroma hansı aid deyil?
A) İshal
B) Qarında tutmaşəkilli və kəsici ağrılar
C) Qanda şəkərin normadan aşağı düşməsi
D) Ürək nahiyəsində ağrı və taxikardiya
E) Qida qəbulundan sonra halsızlıq və zəiflik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 445.
452) Exinokok kistası qaraciyərin I,II və III seqmentlərində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) 7-8-ci qabırğaarası sahədən torakotomiya
B) 5-6-cı qabırğaarası sahədən torakotomiya
C) Koxer kəsiyi
D) 6-7-ci qabırğaarası sahədən torakotomiya
E) Yuxarı orta laparotomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
453) Exinokok kistası qaraciyərin IV,V və VI seqmentində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) Koxer kəsiyi
B) 5- 6 - cı qabırğaarası sahədən torakotomiya
C) 6 -7- ci qabırğaarası sahədən torakotomiya
D) Yuxarı orta laparotomiya
E) 7 - 8 - ci qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
454) Exinokok kistası qaraciyərin VII və VIIII seqmentində yerləşərsə hansı kəsik aparılmalıdır?
A) Yuxarı orta laparotomiya
B) 7-8- ci qabırğaarası sahədən torakotomiya
C) 6–7-ci qabırğaarası sahədən torakotomiya
D) Koxer kəsiyi
E) 5–6-cı qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: B A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 370.
455) Ağır formalı dempinq-sindrom zamanı icra olunan rekonstruktiv əməliyyatlardan ən effektlisi hansıdır?
A) Sonpault və Buccaili üsulu ilə qastroyeyunoduodenoplastika
B) Henley üsulu ilə trunkulyar vaqotomiya
C) Şumaxer üsulu ilə qastroyeyunoduodenoplastika
D) Moroney üsulu ilə qastrokoloduodenoplastika
E) Henley üsulu ilə trunkulyar vaqotomiya+ qastroyeyunoduodenoplastika
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 466 .
Dostları ilə paylaş: |