589) 20-30 yaş arası qadınlarda süd vəzinin ən çox rast gəlinən şişi hansıdır?
A) Tubular adenoma
B) Leomioma
C) Papilloma
D) Lipoma
E) Fibroadenoma
Ədəbiyyat: A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.
590) Maliqnizasiya riski ən yüksək olan mədə polipi hansıdır?
A) Heterotopik
B) Hamartamatoz
C) Yuvenil polip
D) Adenomatoz
E) Villoz
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 579.
591) Aşağıdakılardan hansında süd vəzi xərçənginin yaranma riski ən yüksəkdir?
A) Gec klimaks başlayan qadında
B) Doğmamış qadında
C) Uşaq əmizdirməyən qadında
D) Evlənməmiş qadında
E) Anasında və bacısında süd vəzi xərçəngi olan qadında
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 56.
Dostları ilə paylaş: |