599) Lauren təsnifatına görə mədə xərçənginin hansı tipləri var?
A) Metaplaziya və displaziya
B) Adenokarsinoma və leomioma
C) Limfoma və adenokarsinoma
D) Diffuz və intestinal tip
E) Diffuz tip
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 581.
600) Penkost şişi hansı orqan üçün xarakterikdir?
A) Qaraciyər
B) Ağciyər
C) Hipofiz
D) Mədəaltı vəzi
E) Timus
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 98.
601) Klatskin şişi hansı nahiyə üçün xarakterikdir?
A) Appendikulyar nahiyə
B) Hepatik bifurkasiya nahiyəsi
C) Aorta
D) Qapı venası nahiyəsi
E) Periampulyar nahiyə
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 540.
Dostları ilə paylaş: |