731) Divertikullar daha çox harda rast gəlinir?
A) Mədədə
B) Çənbər bağırsaqda
C) Nazik bağırsaqda
D) Onikibarmaq bağırsaqda
E) Qida borusunda
Ədəbiyyat: В.Л.Ривкин, А.С.Бронлетеин, С.Н.Файн. Руководство по колопроктологии. «Медицина», Москва, 2001. (Г)
732) Köndələn çənbər bağırsağın təzə yaralanmaları zamanı nə göstərişdir?
A) Laxey əməliyyatı
B) Hemikolektomiya
C) Kolostomiya
D) Yaranın tikilməsi
E) Yaranın tikilməsi və qarın boşluğunun drenajı
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота.
733) Peritonitin gedişinin ağırlığı nədən asılı deyil?
A) İntoksikasiyanın dərəcəsindən
B) Hipovolemiyadan
C) Xəstənin bədən çəkisindən
D) Zülal, elektrolit mübadiləsi və turşu-qələvi tarazlığının pozulması dərəcəsindən
E) Mikrofloranın xarakterindən
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Триада-Х», Москва, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
Dostları ilə paylaş: |