734) Hansı xəstəlik zamanı su-elektrolit və zülal mübadiləsi daha çox pozulur?
A) Stranqulyasion bağırsaq keçməzliyi zamanı
B) Bitişmə mənşəli bağırsaq keçməzliyi zamanı
C) Obturasion bağırsaq keçməzliyi zamanı
D) Dinamik bağırsaq keçməzliyinin paralitik forması zamanı
E) Dinamik bağırsaq keçməzliyinin spastik forması
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
735) Sidikdə amilazanın miqdarı hansı vahiddən çox olduqda patologiya hesab edilir?
A) 256 vahid
B) 64 vahid
C) 128 vahid
D) 32 vahid
E) 16 vahid
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
736) Kəskin pankreatitdə xəstəliyin ilkin mərhələsində əsas intoksikasiya mənbəyi hansıdır?
A) Köndələn çənbər bağırsağın müsariqəsinin ödemi.
B) Ferment tarazlığının pozulması
C) APUD sistemi aktivliyinin əhəmiyyətli dərəcədə artması.
D) Prostoqlandinlərin atılması
E) Kinin «partlayışı».
Ədəbiyyat: Ю. Л. Шевченко. Частная хирургия. Том 2. Специальная литература, СПб. 2000. с. 496. (Г)
737) Kəskin pankreatitin ilkin mərhələsində hemodinamik pozğunluqlar nə ilə əlaqədardır?
A) Damarların toksiki dilatasiyası ilə
B) Portal sistemin tutum həcminin kəskin artması ilə
C) Ürəyin sağ yarısının yüklənməsi ilə.
D) Damar keçiriciliyinin artması və qanın maye hissəsinin ətraf toxumarası sahəyə keçməsi
E) Ürək çatmamazlığı
Ədəbiyyat: Ю. Л. Шевченко. Частная хирургия. Том 2. Специальная литература, СПб. 2000. с. 496. (Г)
Dostları ilə paylaş: |