728) Ürəyin qapalı travması zamanı cərrahi əməliyyatına göstərişlər hansıdır:
1. Ritm pozğunluğu
2. Ürək çatışmazlığının artması
3. Hemoperikard
4. Ürəyin tamponadası
5. Böyük artan hemotoraks
A) 1, 2, 3
B) 2, 4, 5
C) 1, 3, 5
D) 1, 2, 4
E) 3, 4, 5
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». Санкт-Петербург. 1999.
729) Venaların kəskin trombozu zamanı antikoaqulyant terapiya hansı məqsədlə aparılır?
A) DNT aktivliyinin azalması
B) Fibrinin əritməsi
C) Laxtaların miqdarının artması
D) Damarların daxili divarının dəyişməsi
E) Trombun artmasının qarşısının alınması
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
730) Appendektomiyadan sonra qarın boşluğuna qoyulmuş drenaj borusunun uzun müddət qalması nəyə səbəb ola bilər?
A) Bağırsaq fistulasının əmələ gəlməsinə
B) Xroniki sistitə
C) Yaranın irinləməsinə
D) Qanaxmaya
E) Xroniki kolitə
Ədəbiyyat: О.Б.Милонов, И.Д.Тоскин, В.В.Жебровский. Послеоперационные осложнения и опасности в абдоминальной хирургии. «Медицина», Москва, 1990. (Г)
Dostları ilə paylaş: |