Ümumi cərrahiyyə yardımın təşkili və sosial gigiyena



Yüklə 210,2 Kb.
səhifə122/340
tarix02.01.2022
ölçüsü210,2 Kb.
#1375
növüРуководство
1   ...   118   119   120   121   122   123   124   125   ...   340
321) Qanhayxırma nədir?

A) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu

B) Bəlğəmlə təmiz halda 50 ml-ə qədər qanın xaric olması

C) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması

D) Sutka ərzində 300 ml-ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması

E) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
322) Ümumi kombinəolunmuş anesteziyanın əsas komponentləri hansılardır?

A) Relaksasiya və reflekslərin olmaması

B) Analgeziya və huşun olmaması

C) Analgeziya, relaksasiya, huşun olmaması

D) Huşun və reflekslərin olmaması

E) Analgeziya və relaksasiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
323) Əgər ürək-ağ ciyər reanimasiyasını iki nəfər həyata keçirirsə, onda ventilyasiya ürəyin qapalı masajı nisbəti necə olmalıdır?

A) 3:15


B) 2:15

C) 1:10


D) 1:15

E) 1:5
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.


324) Ağ ciyər xərçənginin hormonal aktivliyi ilə əlaqədar olan paraneoplastik sindromlara aşağıdakılardan hansında daha çox rast gəlinir?

A) Yastıhüceyrəli xərçəngdə

B) Bədxassəli hamartomada

C) Bronxoalveolyar xərçəngdə

D) Kiçik hüceyrəli xərçəngdə

E) Karsinoiddə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
325) Ağ ciyərin rentgen-neqativ mərkəzi xərçənginin aşkar edilməsi metoduna hansı aiddir?

A) Pozitron emission ssintoqrafiya

B) Kompüter tomoqrafiya

C) Bəlğəmin sitoloji müayinəsi

D) Perfuzion ssintiqrafiya

E) Ultrasəs exolokasiyası


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
326) Cərrah eksudativ plevritli xəstəni müayinə edərkən bəlğəmin hansı növünü aşkarlayır?
A) Qan laxtasını

B) Üçqatlı

C) Köpüklü - qanlı

D) Selikli

E) Irinli - çürüntülü
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
327) Cərrah ağ ciyərin xroniki absesi olan xəstədə hansı ağırlaşmanın baş verə biləcəyindən ehtiyat etməlidir?
A) Qanaxma

B) Ağ ciyərlərdə bullanın inkişafı

C) Diafraqmaaltı abses

D) Ürəyin işemik xəstəliyi

E) Vərəmin inkişafı
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
328) Cərrah sağ ağ ciyərin xroniki absesi olan xəstədə piopnevmоtoraks aşkarlamışdır. Belə ağırlaşmada nə göstərişdir?
A) Cərrahi şöbəyə hospitalizasiya

B) Plevra boşluğuna fermentlərin yeridilməsi

C) Ambulator şəraitdə Byulau üsulu ilə drenj qoyulması

D) Proteolitik fermentlərin endobronxial yeridilməsi

E) Massiv antibiotikoterapiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г


Yüklə 210,2 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin