378) Qida borusunun boyun hissəsi hansı arteriya ilə qidalanır?
A) a.superior thyroidea
B) a.inferior thyroidea
C) a.phrenica superior
D) a.hemiazigoz
E) a.pulmonale
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 590.
379) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsi üçün nə xarakterikdir?
A) ətrafın trofik dəyiçikliyi
B) fasiləli axsama
C) qıcolmalar
D) distal ödem
E) görünən böyümüş venalar
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 20 səh.
380) Aşağı ətraf arteryalarının obliterasiyaedici xəstəliklərində qeyri-cərrahi müalicə üsulları hansılardır?
A) protezləşdirmə
B) risk faktorlarının aradan qaldırılması , məşqedici gəzinti
C) simpatik sinir sistemində əməliyyatlar
D) endarterektomiya
E) şuntlama
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 608 səh.
381) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı hansı seqment daha çox zədələnir?
A) Bud - dizaltı seqmenti
B) Aorta - qalça seqmenti
C) Dizaltı seqmenti
D) Qalça - bud seqmenti
E) Qamış - pəncə seqmenti
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.
382) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı mikrosirkulyasiyanın vəziyyətini qiymətləndirən klinik əhəmiyyətli göstərici hansıdır?
A) Valsalva sınağının göstəricisi
B) Tredmil-testin göstəricisi
C) Rentgenkontrast angioqrafiyanın göstəriciləri
D) Baldır-bazu indeksinin göstəricisi
E) Dəridə oksigenin transkutan gərginliyinin göstəricisi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.
383) Aşağı ətraf venaların varikoz genəlməsində trofik xoralar adətən harada lokalizə edir?
A) Baldırın ön səthində, orta 1/3-də
B) Lateral topuğun yuxarı hissəsində, baldırın aşağı 1/3-də
C) Baldırın ön səthində, yuxarı 1/3-də
D) Baldırın arxa səthində, aşağı 1/3-də
E) Medial topuğun yuxarı hissəsində, baldırın aşağı 1/3-də
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 652.
Dostları ilə paylaş: |