372) Aşağı ətraf venalarının varikoz genişlənməsinə səbəb ola bilməz:
A) Fiziki gərginlik
B) Arteriyaların obliterasiyaedici xəstəlikləri
C) Dərin venaların keçiriciliyinin pozulması
D) Irsi meyillik
E) Hamiləlik
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
373) Xəstədə hansı əlamət varikoz xəstəliyinin proqressivləşməsinə dəlalət edir?
A) Aşağı ətrafların arterial qan dövranının pozulması
B) Venaların qapaq aparatında keçiriciliyin pozulması
C) Su - duz mübadiləsinin pozulması
D) Ürək zəifliyi
E) Qanın laxtalanma sisteminin pozulması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
374) Aşağıdakılardan hansı aşağı ətrafın dərin venalarının trombozunun ağırlaşmalarından deyil?
A) Venoz xora
B) Serebrovaskulyar emboliya
C) Posttromboflebitik sindrom
D) Pulmonar hipertenziya
E) Pulmonar emboliya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566.
Dostları ilə paylaş: |