722) Xoşxassəli beçəxor maliqnizasiya etdikdə hansı bədxassəli şiş əmələ gəlir?
A) Uşaqlığın fibrosarkoması
B) Uşaqlıq cisminin xərçəngi
C) Endometrioz
D) Xorionepitelioma
E) Uşaqlıq boynunun xərçəngi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
723) Endometrioz nədir?
A) Uşaqlığın selikli qişasının struktur elementlərinin selikli qişa¬dan kənar toxumalarda rast gəlinməsi
B) Uşaqlığın selikli qişasının iltihabı
C) Uşaqlığın selikli qişasının bədxassəli mezenximal şişi
D) Uşaqlığın selikli qişasının xoşxassəli şişi
E) Uşaqlığın selikli qişasının ağır distrofiya və nekrozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
724) Aşağıda göstərilən hansı histoloji forma prostat vəzin xərçəngi üçün xarakter deyildir?
A) Anaplastik karsinoma
B) Orta diferensiasiyalı karsinoma
C) Yüksək diferensiasiyalı karsinoma
D) Solid xərçəng
E) Yastı epitelli xərçəng
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |