725) Endoservikoz (psevdoeroziya) nədir?
A) Uşaqlıq boynu kanalına məxsus toxumanın uşaqlıq boynundan kənar üzv və toxumalarda meydana çıxması
B) Uşaqlıq boynunda selikli qişanın örtük epitelinin tamlığının pozulması (eroziya)
C) Uşaqlıq boynunun vaginal hissəsinin səthində çoxqatlı yastı örtük epitelində buynuzlaşma ocaqlarının meydana çıxması (uşaqlıq boynunun prekanserogen patologiyası hesab edilir)
D) Uşaqlıq boynu kanalının selikli və selikaltı qatlarında ağır distrofik və nekrotik dəyişikliklərin meydana çıxması
E) Uşaqlıq boynunun vaginal hissəsinin selikli qişasında çoxqatlı yastı epitel əvəzinə uşaqlıq boynu kanalına məxsus təkqatlı prizmatik epitelin meydana çıxması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
726) Aşağıdakı hansı dəyişiklik süd vəzlərinin Pecet xəstəliyi üçün xarakter xüsusiyyət hesab edilir?
A) Çox qısa müddətdə ağ ciyər qapısındakı limfa düyünlərinə metastazların olması (retroqrad metastazlar)
B) Digər süd vəzində döş giləsinin kompensator hipertrofiyası
C) Döş giləsi və areolanın ekzematoz (ekzemayabənzər) zədələnməsi
D) Şiş toxumasında yarpağabənzər (filloid) strukturların olması
E) Körpücüküstü limfa düyünlərinə Virxov metastazının olması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
727) Aşağıdakı patologiyalardan biri prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının histoloji formalarına daxil deyil?
A) Əzələ hiperplaziyası
B) Qeyri-infiltrativ hiperplaziya
C) Fibroz hiperplaziya (və ya stromal hiperplaziya)
D) Adenomatoz hiperplaziya (və ya vəzli hiperplaziya)
E) Qarışıq forma hiperplaziya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |