Prenatal və perinatal patologiyalar
979) Aşağıdakı hansı patoloji proses anadangəlmə inkişaf qüsurlarının növlərindən biridir?
A) Atrofiya
B) Atipizm
C) Ageneziya
D) Hiperplaziya
E) Restitusiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
980) Aşağıda hermafroditizmin hansı forması göstərilmişdir?
A) Abdominal hermafroditizm
B) Yuvenil hermafroditizm
C) Qeyri-epitelial hermafroditizm
D) Həqiqi hermafroditizm
E) Qazanılmış hermafroditizm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
981) Ektopiya nə deməkdir?
A) Hansısa bir üzvün və ya onun bir hissəsinin anadangəlmə tamamilə olmaması
B) Üzvün öz normal yerində deyil, başqa bir yerdə yerləşməsi
C) Bədən ölçülərinin və çəkisinin anadangəlmə normadan çox böyük olması
D) Üzvün tam inkişaf həddinə çatmaması
E) Hansısa bir üzvə aid hüceyrə və ya toxumanın tamamilə başqa bir üzvdə aşkar olunması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
982) Anadangəlmə inkişaf qüsuru kimi “S-əbənzər bağırsağın aşağı hissəsində və düz bağırsaqda əzələ qatındakı Auerbax sinir kələfləri inkişaf etməmişdir (ageneziya)”. Bu, hansı patologiyadır?
A) Hirşprunq xəstəliyi (meqakolon)
B) Mekkel divertikulu
C) Atreziya
D) Kron xəstəliyi
E) Uippl xəstəliyi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
983) Lokalizasiyasından və klinik xüsusiyyətlərindən asılı olaraq aşağıda mukovissidoz xəstəliyinin hansı forması göstərilmişdir?
A) Sadə mukovissidoz
B) Serebral forma
C) Qazanılmış mukovissidoz
D) Ağ ciyər forması
E) Hepatorenal forma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |