969) Sepsisin hansı formasında irin metastazları əmələ gəlir?
A) Septiki endokardit
B) Xroniosepsis
C) Piogen sepsis
D) İrinli meningit
E) Septikopiemiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
970) Septiki endokardit xəstəliyi başqa adla necə adlandırılır?
A) İnfeksion endokardit
B) Revmatik endokardit
C) Valvulit
D) Parietal endokardit
E) Qapaq endokarditi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
971) Septiki endokardit zamanı adətən xarakter olaraq ürəyin hansı hissəsi zədələnir?
A) Miokard
B) Aypara aortal qapaqlar
C) İkitaylı mitral qapaq
D) Üçtaylı qapaq
E) Aypara ağ ciyər arteriyası qapaqları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
972) Əvvəllər revmatizm mənşəli endokardit keçirmiş xəstədə hal-hazırda septiki endokardit də başlanmışdır. Belə septiki endokardit necə adlandırılır?
A) Təkrari endokardit
B) Qüsurlu endokardit
C) İkincili septiki endokardit
D) Postrevmatik septiki endokardit
E) Residiv septiki endokardit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
973) Sepsis zamanı baş verən ümumi morfoloji dəyişikliklər 3 qrupa bölünür. Aşağıda onlardan hansı biri göstərilmişdir?
A) İltihabi dəyişikliklər
B) İrsi dəyişikliklər
C) Atrofik dəyişikliklər
D) Kalsinoz
E) Ekssudativ dəyişikliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
974) Aşağıda göstərilən hansı patoloji proses sepsisin klinik-morfoloji formalarından biridir?
A) Enterogen sepsis
B) Septiki endokardit
C) Stasionar sepsis
D) Bakteriemiya
E) Septiki perikardit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
975) Meyitin müayinəsi zamanı müəyyən edilir ki, dalaq həddən artıq böyümüşdür, kapsulası gərgin, konsisensiyası əzgindir, kəsikdə tünd qırmızı-moruğu rəngdədir, pulpanı bıçaqla qaşıdıqda çoxlu miqdarda qaşıntı verir. Belə dalaq necə adlanır?
A) “Moruğu” dalaq
B) Əzgin splenomeqaliya
C) Septiki dalaq
D) Qlazur dalaq
E) Darıyabənzər dalaq
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |