132) Hansı proses hüceyrə ölümünün bir növü hesab edilir?
A) Kariopiknoz
B) Apoptoz
C) Qanqrena
D) İnfarkt
E) Paranekroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
133) Meyit ləkələrinin birinci mərhələsi necə adlanır?
A) Hipostaz
B) İmbibisiya
C) Homeostaz
D) Hemostaz
E) Diffuziya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
134) Durğunluq fonunda baş vermiş infarkt necə adlanır?
A) Ağ infarkt
B) Qırmızı infarkt
C) Ödemli infarkt
D) Qırmızı haşiyəli ağ infarkt
E) Sianotik (və ya göy) infarkt
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
135) Nekroz nədir?
A) Canlı orqanizmdə hüceyrə və ya toxuma hissəsinin fizioloji ölümü
B) Canlı orqanizmdə hüceyrə və ya toxuma hissəsinin patologiya ilə əlaqədar ölümü
C) Qəfləti ölüm
D) Vəfat etmiş insan bədənində hüceyrə və toxumaların nekrozlaşması
E) Canlı orqanizmdə toxumanın bir hissəsinin ağır distrofik dəyişiklikləri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |