Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə53/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   49   50   51   52   53   54   55   56   ...   128
2 5379791321034655986

FİBROBLASTLAR
Fibroblastlar insanda və məməlil ərdə birləşdirici toxumanın ən çox təsadüf olunan hüceyrə formalarıdır. Fibroblastların birləşdirici toxuma üçün çox böyük ə həmiyyəti vardır, belə ki, onlar toxumanın hüceyrəarası maddəsinin, daha doğrusu kollagen liflərin və əsas maddənin əmələ gəlməsində bilavasitə i ştirak edir. Fibroblast (latınca fibra – “lif” və yunanca blastos – “maya”) termini də buradan alınmışdır. Ehtimal edirlər ki, fibroblastlar qlikozaminoqlikanlar, bəzi fermentlər ifraz edir. Bunlar da hüceyrəarası madənin tərkibinə daxilidir, yaralar sağalarkən çapıq toxumasının əmələ gəlməsində, habelə yad cisimlər ətrafında kapsulun yaranmasında mühüm rol oynayır.

Fibroblastlar adi kəsiklərdə çox vaxt uzunsov şəkilli hüceyrələrdir. Bunlar hüdudsuz olaraq əsas maddəyə keçir və ona görə də onların hüdudunu müəyyən etmək çox çətindir [1, s. 111, şək. 12.14]. İşıq mikroskopunda fibroblastların sitoplazması zəif bazofil boyanır, nüvələri adətən aydın görünür, iri olur, ellipsə bənzəyir, içərisində çox vaxt 1-2 nüvəcik olur. İncə xromatin dənələri nüvədə bərabər paylanır. Də mirli hematoksilində boyanmış pərdəşəkilli preparatlarda fibroblastlar çıxıntılı olur və sitoplazmasında iki məntəqə nəzərə çarpır: bilavasitə nüvəni əhatə edən endoplazma və periferik hissə ektoplazma. Endoplazma adətən dənəli quruluşa malik olur və tünd boyanır, ektoplazma isə homogen olub, çox pis boyanır, içərisində iri vakuollar görünür. Diplazmatik quruluşa malik fibroblastlarla yanaşı daha cavan monoplazmatik (ancaq endoplazmaya malik) formalı hüceyrələr ə də təsadüf olunur. Endoplazmada hüceyrə mərkəzi, Holci kompleksi, mitoxondrilər, açıq rəngli vakuollar və dənələr aşkar edilir. Endoplazmada bazofilliyin artıql ığı orada RNT-nin toplanması ilə əlaqə dardır. Dənələ rdə qlikozaminoqlikanlar, sadə zülallar, qələvi fosfataza və s. müəyyən eilmi şdir. Qeyd etmək lazımdır ki, son illərin tədqiqatı, xüsusilə elektron mikroskopu ilə aparılan tədqiqatlar, sitoplazmanın iki məntəqədən ibarət olduğunu göstərmir.

31

Elektron mikroskopu ilə müəyyən edilmişdir ki, fibroblastların sitoplazmasında Holci kompleksi və dənəli tipli sitoplazmatik tor yaxşı inkişaf etmişdir, mitoxondrilər azdır, lizosomlar, xüsusilə cavan formalarda tez-tez təsadüf olunur [1, s. 105, şək.12.3 və 12.4]. Sitoplazmatik torun kanalları çox vaxt genişlənərək mitsellalarla dolu sisternalar əmələ gətirir. Sitoplazmada, habelə incə fibrillyar strukturlar və mikroborucuqlar tapılmışdır.



Histokimyəvi tədqiqatlar sitoplazmada qlikogen, qlikozaminoqlikanlar, ribonukleoproteidlər və fermentlər aş kar etmişdir. Fermentlərdə n kollagenaza, turş fosfotaza və qlikolitik fermentlər daha fəaldır. Fibroblastlar sürüşmə tipli cüzi hərəkət qabiliyyətinə malikdir. Onlar mitoz və amitoz üsulu ilə bölünüb, arta bilir. Belə homoblastik (yəni az diferensasiya etmiş fibroblastlardan) artma ilə yanaşı, fibroblastlar heteroplastik yolla da çoxalır. Bu zaman sütun hüceyrələrindən, az diferensiasiya etmiş hüceyrələrdən və s. mənbələrdən əmələ gələ bilər. İnkaişaf dövrünü bitirmiş fibroblastlar fibrositlər adlanır.
Orqanizmdə fibroblastların şəkildəyişmələrinə də təsadüf olunur. Fibroklastlar orqanlarda involyusiya zamanı meydana cıxırlar. Faqositoz yolu ilə hüceyrəarası maddəni lizisə uğradırlar.

Miofibroblastlar regenerasiya proseslərində meydana cıxaraq yaraların sağalmasını təmin edirlər. Onlar hüceyrəarası maddənin komponentlərini sintez etməklə yanaşı, sitoplazmada miofilamentlərinin aktiv sintez olunması nəticəsində təqəllüs funksiyasını da yerinə yetirirlər.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin