Parenxima termini orqanların yalnız onlara xas olan funksiyalarının yerinə yetirilməsində iştirak edən strukturları göstərmək üçün istifadə edilir. Məs.: beyində sinir hüceyrələri və ya neyronlar, ürəkdə ürək əz ələ hüceyrələri – kardiomiositlər, skelet əzələlərində eninəzolaqlı əzələ lifləri – ağciyərlərdə ağciyər alveolları yerləşən törə mələr (terminal bronxiollar, tənəffüs bronxiolları, alveol axacaqları və alveol kisəcikləri), böyrəklərdə nefronlar, mədəaltı vəzidə asinuslar və Langerhans adacıqları, dalaqda limfoid follikullar və s.
Stroma termini ilə (yunanca stroma "yataq, döşək") ayrı-ayrı hüceyrə, toxuma və üzvlər üçün istinad rolunu oynayan, əksərən kövşək birləşdirici toxuma elementlərindən təşkil olunmuş törəmələr göstərilir.
Kapsul parenxima elemenləri üstünlük təşkil edən orqanları xaricdən örtən sıx birləşdirici toxuma səfhəsinə deyilir. Kapsuldan baş layan atmalar parenximatoz orqanlarin daxilində onları paylara, seqmentlərə və paycıqlara bölürlər.