Ümumi histologiya


TOXUMALAR HAQQINDA TƏLİM. ÜMUMİ MƏLUMAT



Yüklə 1,33 Mb.
səhifə6/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   2   3   4   5   6   7   8   9   ...   128
2 5379791321034655986

TOXUMALAR HAQQINDA TƏLİM. ÜMUMİ MƏLUMAT
Mürə kkəb orqanizmlərdə hüceyrə və qeyri-hüceyrəvi toxuma strukturları toxuma adlanan xüsusi sisteml ərin tərkibinə daxildir. Toxumalar bütün orqanların quruluş əsasını təşkil edir. Toxuma tarixi inkişaf prosesində meydana çıxmı ş eyni quruluş planına, vəzifəyə və mənşəyə malikdir. Hər bir toxuma müəyyən funksiyanın icrası üçün ixtisaslaşmış dır, belə ki, canlı orqanizmdə müəyyən funksiyanın icra olunması ayrı-ayrı hüceyrələrdən deyil, ümumi quruluşa malik və vəhdət təşkil edən xüsusi sistemlərdən

– toxumalardan asılıdır. Deməli, toxuma orqanizmin inteqrativ sistemidir, onun vəhdətini təmin edir. Toxumalar canlılar aləmində filogenetik inkişafın müəyyən mərhələsində meydana çıxmış, tədricən

diferensiasiya edərək təkmilləşmiş və tam orqanizmlərdə müəyyən funksiyaların icra olunmasına uyğunlaşmı şdır. Orqanizmlərin tarixi inkişafının divergent (getdikcə fərqlənən) istiqamətdə getməsi nəticə sində çox miqdarda yeni heyvan növlərinin, cinslərinin, ailələ rinin və s. meydana çıxmasını nəzərə alsaq, toxumalar bu külli miqdar müxtəlif heyvanların orqanizmində hər hansı bir vəzifənin icrası üçün öz quruluş planlarını müəyyən qədər saxlaya bilmiş və nəticədə növlərinin miqdarı məhdud olmuşdur. Beləliklə, toxuma təkamülü tam orqanizmlə rin filogenezinin xüsusi təzahürüdür. Diferensiasiya dedikdə embriogenezdə toxumaların inkişafı zamanı ilk, eynicinsli quruluşa malik hüceyrələrin ixtisaslaşması ilə əlaqədar olaraq onlarda proqressiv mübadilə və struktur dəyişikliklərinin baş verməsi düşünülür. Mübadilə prosesindəki dəyişikliklərlə ə laqədar olaraq, morfoloji strukturların kimyəvi tərkibi də dəyişilir. Diferensasiya dörd əsas dövrü: ootipik, blastomer, rüşeym və toxuma diferensiasiyası ayırd edilir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin