Bazal zar – yalnız epitel toxuması ilə əlaqəli olmadığını nəz ərə alaraq son BHN-da onu ümumi terminlər sırası na daxil edilib. Son vaxtlara qədər yalnız dərsliklərdə deyil, elmi məqalələrdə də bazal zar və bazal səfhə terminləri demək olar ki, sinonim kimi işlə dilirdi. Qeyd etmək lazımdır ki, hal-hazı rda ancaq elektron mikroskopu vastəsi ilə aşkar edilən epitel, əz ələ, sinir toxumaları, piy hüceyrələri və perisitləri ətraf birləşdirici toxuma elementlərindən ayıran, açıq (şəffaf) və tünd qatlardan təşkil olunmuş torəmələri bazal səfhə adlandırmaq qəbul olunmuşdur. Əgər yuxarıda göstərilən qatlarla yanaşı bazal səfhə fibroretikulyar qat (lövhəcik) vasitəsi ilə qalı nlaşarsa və ya iki bazal səfhə bir-biri ilə birləşərsə, xüsusi üsullarla rəngləndikdən sonra (Şiff-yod turşusu reaksiyası – ŞYT; PAS; ШЙК) işıq mikroskopunda da aşkar edilə bilən strukturu - bazal zarı əmələ gətirirlər. Bazal səfhənin qatları onların əhatə etdiyi hüceyrələrin özləri tərəfindən sintez olunduğu halda, fibroretikulyar qat (lövhəcik) birləşdirici toxuma hüceyrələri, ələlxüsus fibroblastlar tərəfindən sintez olunurlar. Qeyd olunduğu kimi, bazal səfhə açıq və tünd qatlardan təşkil olunmuşdur. Qatların adı onlara elektron mikroskopunda tədqiq etmək üçün ultranazik kəsiklərin rənglə nməsində istifadə olunan ağır metallarla (qurğuşun və osmium) birləşmə qabliyyətindən asılı olaraq verilmişdir. Belə ki, açıq qatın təşkilində iştirak edən molekullar ağır metallarla birləşmədiyind ən elektron mikroskopunda şəffaf, əksinə tünd qatı təşkil edən molekullar ağır metallarla birləşdiyindən tünd zolaq şəklində görünürlər. 40-120 nm qalınlığında olan bazal səfhə tərkibində laminin, perlekan (heparan sulfat, proteoqlikan-2) və entaktin (nidogen-1) ilə yanaşı laminin molekulları üçün reseptor rolunu oynayan, inteqrin ailəsinə daxil olan zülallar və distroqlikan aşkar edilmişdir. Sonuncular hüceyrə zarlarının bazal səfhəyə söykənən hissələrində yerləşə n inteqral zulallara aid olub sitoplazmatik ucları sitoskelet elementləri, xarici ucları isə laminin vasitəsi ilə bazal səfhənin tərkibinə daxil olan digər molekullarla birləşirlər. Beləliklə, bazal səfhə hüceyrələri ətraf birləşdirici toxuma elementləri ilə birləşdirməklə yanaşı, qəbul olunmuş siqnalları iki istiqamətdə daşıyan molekulyar əlaqələrin yaradılmasında iştirak edir.
Müə yyən edilmişdir ki, bazal səfhənin formalaşmas ının ilk mərhələsində laminin molekulları nın Ca+2 asılı polimerizasiyası nətic əsində torşəkilli struktur əmələ gətirməklə yanaşı, onlar inteqrin və distroqlikan molekulları ilə əlaqə yaradaraq hüceyrə zarı ilə birləşirlər. Demək olar ki, eyni zamanda üç ədəd IV tip kollagen molekullarının bir-birinin ətrafına dolanaraq (superqıvrım) spiral şəkilli məftil əbənzər liflər əmələ gətirirlər. Digər lifli quruluşa malik kollagen liflərindən fərqli olaraq onlar sintez olunduqdan sonra COOH uclarının bir hissəsini itirmirlər və qıvrımları bir-birinə möhkəm birləşdirən hər üçüncü təkrar olunan molekulun qlisin amin turşusu qalı ğı olmur. Nə ticədə IV tip kollagen lifləri yan-yana yox, baş-başa əlaqələr yaratmaqla yanaş ı gedişi boyu 20- yə qədər dizəbənzər əyriliklər əmələ gətirirlər. Sadalanan xüsusiyyətlər nəticədə IV tip kollagen fibrillər submikroskopik ölçüyə malik məsamələri olan təbəqəşəkilli tor əmələ gətirir. Qeyd etmək lazımdır ki, bazal səfhənin tərkibinə daxil
2
olan zülalların orta hesabla 50%-ni təşkil edən IV tip kollagendən bazal səfhənin tünd hissəsinin əsas kütləsi formalaşır.