Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə128/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   120   121   122   123   124   125   126   127   128
2 5379791321034655986

daxili ependim qatı (statum ependymale), orta manti qatı (statum pallidale) və xarici kənarı qat (statum marginale). Daxili qatın hüceyrələri gəl əcəkdə onurğa beyni kanalını və beyin mədəciklərinin daxildən örtən silindrik ependim hüceyrələrinə diferensasiya edir. Bu qatı n hüceyrələri mitoz üsulu ilə fəal bölünmək qabiliyyətinə malikdir; neyrülasiya prosesinin (rüşeymdə sinir sistemi mayasının meydana çıxmasının) əvvəllərində ependim qatı hüceyrələrinin bölünüb artması daha şiddətli olur və həmin hüceyrələr hesabına manti qatı əmələ gəlir. Manti qatı hüceyr ələri fəal mitotik bölünmə qabiliyyətini davam etdirərək iki istiqamətdə diferensiasiya edir. Bunların bir qismi neyroblastlarla (neyroblasti) və digər qismi spongioblastlara (spongioblasti) çevirilir. Neyroblastlardan gələcəkdə yetişmiş sinir hüceyrələri, yəni neyronlar inkişaf edir, spongioblastlar isə neyroqliya elementlərinə (astrositlərə və oliqodendroqliostlərə) diferensiasiya edir.
Neyroblastlar əvvə llər girdə olur, çıxıntıları olmur, bölünmək qabiliyyətinə malik olur. Tədricən onlar dəyişilə rək armud şəklini alır, sitoplazmalarında submikroskopik dəyişiklikilər baş verir. Çoxlu miqdar geniş sisternalardan və nisbətən dar kanalcıqlardan ibarət sitoplazmatik tor müəyyən edilir. ribosomların miqdarı artır, lövhəli kompleks yaxş ı nəzərə çarpır. Neyroblastların sinir hüceyrələrinə diferensiasiya etməsi üçün onların sitoplazmasında işıq mikroskopunda aydın görünən neyrofibrillərin meydana çıxması ilk əlamətlərdən sayılır. Neyrofibrillər əvvəl yoğun olur. Daha sonra hüceyrənin ilk çıxıntısı -neyrit toppuz kimi görünməyə başlayır və o, sürətlə uzanır, neyroqliya içərisinə soxulur. Çıxıntıların bir qismi kənarı qatdan keçərək beynin ağ maddəsinə daxil olur, dig ər qismi isə beyindən çıxaraq periferik sinirlərin əmələ gəlmə sində iştirak edir. Dendritlər bir qədər sonra meydana çıxır, adətən onlar bir o qədə r uzanmır və hüceyrə cismi yaxınlığında ağac kimi şaxələnir. Bu qayda ilə neyritə və müxtəlif miqdar dendritə malik neyron əmələ gəlir. Lakin yadda saxlamaq lazımdır ki, çıxıntılarının miqdarından asılı olmayaraq əvvəlcə bütün neyronlar birçıxıntıl ı (unipolyar) olur və bu çıxıntı yalnız neyritdən ibarət olur. Sonra bipolyar və multipolyar neyronlar inkişaf edir. İnkişaf prosesində sinir çıxıntıları hüceyrə cismindən uzaqla şdıqca qliya elementləri il ə örtülərək sinir lifinə çevrilir. Daha sonra mielinləşmə prosesinin getməsi ilə əlaqədar olaraq mə rkəzi sinir sisteminin ağ maddəsi əmələ gəlir. Bazofil maddənin hüceyrə cismində meydana çıxması çıxınt ılar ın tədricən uzanması ilə əlaqədardır. Neyroblastlar neyronlara çevrildikcə onların sitoplazması artır ki, bunun da hesabına çıxıntılar yaranır. Nəhayət, neyronda sitoplazmanın miqdar ı əvvəlki səviyyəsindən xeyli bəzən 2000 dəfə və daha çox artır. Kənar ı məntəqə başlıca olaraq ependim və manti qatlarının hüceyrə elementlərinin çıxıntıları hesabına əmələ gəlir. Daha sonra oraya manti qatlarından bir qədər qliya hüceyrələri keçir.

Qanqlioz lövhənin diferensiasiyası da beyin borusunda olduğu kimidir. Burda da hüceyrə əvvəlcə iki istiqamə tdə diferensasiya edərək neyroblastlara və sponbogiastlara çevirilir. Neyroblastlardan tezliklə iki çıxıntılı (bipolyar) neyronlar əmələ gəlir. Aşağı sinif onurğalılarda belə neyronlar heyvanın bütün



72

ömrü boyu dəyişmir. Ali onurğalılarda isə bipolyar neyronların çıxıntıları gələcəkdə hüceyrə cismi yaxınlığında bir-biri ilə birləşərək psevdounipolyar neyronlara çevirilir.



İnki şaf prosesində bütün neyroblastlar neyronlara çevrilir və beləliklə orqanizmdə gələcəkdə yeni neyronlar əmə lə gətirə biləcə k neyroblastlar qalmır. Buna görə ehtimal olunur ki, neyronların ömrü orqanizmin öz ömrünə bərabər olur, belə ki, onlar artıq bölünür. Lakin bununla yanaşı bir sıra müəlliflərin fikrincə postembrional dövrdə belə (müəyyən şəraitdə) bəzi neyronların bölünməsi mümkündür. Qliya hüceyrəsi isə bölünmə qabiliyətini itirmir, lakin onlar heç vaxt neyroblastlara çevirilmir. Sinir toxumasının regenerasiyası məsələsinə gəlincə qeyd etmək lazımdır ki, bu proses neyronun yalnız çıxınt ılarında müşahidə edilir. Belə ki, neyronun çıxıntısı zə dələnərsə , onun həmin nahiyədən aşağıda qalan hissəsi degenerasiyaya uğurayaraq dağılır. Müəyyən vaxtdan sonra isə çıxıntının zədələnən nahiyədə n proksimal tərəfdə qalan, yəni hüceyrə cismi il ə rabitədə olan hissi tədricən uzanaraq çıxıntının dağılmış hissə sini yenidən bərpa edir. Həmin proses periferik sinirlərdə müşahidə edilir və bunu eksperimentdə asanlıqla izləmək olar.

QEYD - İnternetə daxil edilmiş bu məlumatların əksəriyyəti prof. M.S. Abdullayev və dos. H.S. Əbiyevin muəllifi olduqları “Ümumi histologiya” dərsliyindən götürülmüşdür. Əlavələr prof. E.K Qasımov və dos. T.Ə. Suntanova tərəfindən edilmişdir.
Bundan başqa aşağıdakı mənbələrdən də istifadə olunmuşdur:


  1. Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s

  2. Кузнецов С.Л., Мушкамбаров Н.Н. Гистология, цитология и эмбриология. Учеб. для мед.ВУЗов. М.: ООО “МИА”, 2012, 600 с.

  3. Terminologia Histologica. Международные термины по цитологии и гистологии человека с официальным списком русских эквивалентов / под. Ред. В,В,Банина и В.Л,Быкова. – М.: ГЭОТАР-Медиа, 2009. – 272 с.

  4. Sadler T.W. Langman’s Medical Embryology. 11-th edition, 2009, 385 p.


73
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin