Cinsiyyət cisimcikləri (corpuscula genitalia) xarici cinsiyyət orqanları (penisin başında, klitorda), süd məməciklərində və s. yerlərdə təsadüf olunur. Bunlar nisbətən iri, girdə və bir neçə (2-3) mielinli sinir lifinə malik üzəri kapsulla örtülü yumaqcıqdan ibarətdir. Kapsulun altındakı qliya hüceyrələri üz ərində ox silindr çoxlu ş axələrə bölünərək yumaqcıq əmələ gətirir. Kapsullu hissi sinir uclarına sinir-vətər və sinir - əzələ iyləri də aiddir.
Sinir -vətər iyi(fusus neurotendineus) içə risindən bir neçə və tər dəstələ ri keçə n uzun kapsuldan ibarətdir. İyin daxilində xüsusi maye olur, bunun içərisində mielinini itirmiş ox silindr çoxlu uc şaxələrə bölünür və kolcuqlar kimi vətər lifləri dəstələrinə təmas edir.