Bədxassə li miasteniya (myastenia gravis) innervasiya pozğunluqları nəticəsində baş verən əzələ patologiyasıdır (ikinci qrup). Bu xəstəliyin patogenezində autoimmun proseslər əsas yer tutur. Müəyyən olunmuşdur ki, belə xəst ələrin qanında asetilxolin reseptorlarının antitelləri yaranır. Bu antitellərin asetilxolin reseptorları ilə birləşməsi nəticəsində əzələ lifinin funksiyası pozulur. Miasteniya zamanı
55
proqressiv olaraq artan əzələ z əifliyi müşahidə olunur. Botulizm (kəskin qida zəhərlənməsi) xəstəliyi zamanı Clostridium botulinum bakteriyaları nın toksinl əri neyromediator olan asetilxolinin sinir-əzələ sinapsında xaric olmasını pozur. Ona görə də bu xəstəlik skelet əzələlərinin iflici ilə müşayiət olunur.