Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə101/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   97   98   99   100   101   102   103   104   ...   128
2 5379791321034655986

Ürək əzələ toxuması
Eninəzolaqlı ürək əzələ toxuması ürəyin əzə lə qişasını - miokardı təşkil edir. Onun əsas histoloji elementi – kardiomiositdir. Eninəzolaqlı ürək əzələ toxuması rüşeymin boyun hissəsində olan splanxiotomun visseral səhvəsindən – mioepikardial səhvədən inkişaf edir. Bu səhvədən həmçinin epikardın mezotel hüceyrələri diferensiasiya edir.

Bir neçə dəfə davam edən mitotik bölünmələrdən sonra G1- mioblastlarda təqəllüs və köməkçi zülalların (spesifik zülallar) sintezi başlayır və onlar diferensiasiya edərək kardiomiositləri yaradırlar. Skelet-əzələ toxuması ndan fə rqli olaraq kardiomiogenezdə kambial rezerv yaranmır, bütün kardiomiositlər hüceyrə tsiklinin G0-fazasında daimi olaraq qalırlar.

Kardiomiositlərin əsasən 3 növü ayırd edilir: i şçi kardiomiositlər, atipik və sekretor kardiomiositlər. İşçi kardiomiosit – ürək əzələ toxumasının morfofunksional vahididir, silindrik, iyvari, nisbətən şaxələnmiş formaya malikdir. Diametri 15 mkm, uzunluğu 70-100 mkm-dir. Kardiomiositlər zəncirşəklində bir-biri ilə birləşirlər, funksional əzələ lifini əmələ gətirirlər. Qonşu kardiomiositlər

kontakt nahiyələrdə qondarma disklər əmələ gətirirlər.

Kardiomiositlər şaxələnə bilirlə r. Onların səthi bazal zarla örtülür, bu zara retikulyar və kollagen liflər qarışır. Kardiomiositin nüvəsi (bə zən 2 ola bilər) oval formaya malikdir, adətən poliploiddir, hüceyrənin mərkə zi hissəsində yerləşir. Nüvənin kənar hissələrində, hüceyrənin qütblərində, hamar endoplazmatik tor və mitoxondrilərdən baş qa, qalan ümumi əhəmiyyətli orqanellər yerləşir. Təqəllüsü təmin edən spesifik orqanellər miofibrillər adlanı r. Miofibrillə r kardiomiositin həcminin 40%-ni təşkil edirlər. Onların quruluşu eninəzolaqlı skelet əzələ simplastında olduğu kimidir. Mitoxondrilər sarkomer boyunca miofibrillər arasında yerləşirlər. Mitoxondrilərlə yanaşı sitoplazmada çoxlu mioqlobin və lipid damlaları olur. Qırmızı ə zələ liflərində olduğu kimi kardiomiositlərdə, əsasən, aerob parçalanma prosesləri baş verir. Lakin oksidləşmə ücün əsas substrat rolunu yağ turşuları və onların parçalanma məhsulları olan keton cisimcikləri oynayır. Yaşla əlaqədar olaraq kardiomiositlərdə qocalıq piqmenti sayılan lipofussin toplanır. Plazmolemma səthindən daxilə doğru köndələn T-borucuqlar keçir ki, bunlar da Z xətti nahiyəsində yerləşir. T-borucuqların membranları hamar endoplazmatik (sarkoplazmatik) torun membranları ilə əlaqə yaradır. Endoplazmatik torun kanalcıqları miofibrillər boyunca uzanaraq lateral genişlənmələr əmələ gətirirlər (L-sistem), bunlar da T-sistem borucuqları ilə birlikdə triadaları və ya diadaları təşkil edirlər. Kardiomiositin sitoplazmasında çoxlu qlikogen, lipid əlavələri, mioqlobin vardır. Kardiomiositin təqəllüs mexanizmi skelet əzələsində miosimplastda olduğu kimidir.
56

Kardiomiositlər kənar ucları ilə bir-biri ilə birləşərək qondarma diskləri əmələ gətirirlər. İşıq mikroskopunda qondarma disklər nazik səhvə şəklində görünür. Lakin əslində kardiomiositlə rin kənarları hamar deyil, girintili-çıxıntılıdır. Bu kənarların köndələn hissələrində qonşu hüceyrələr bir-biri ilə interdigitasiya və desmosomlarla birləşirlər. Hər desmosoma sitoplazma tərə fdən miofibrillər yaxınlaşır ki, onlar da ucları ilə desmoplakin kompleksinə birləşirlər. Beləliklə, təqəllüs zamanı təqə llüsün gücü bir kardiomiositdən o birinə verilir. Kardiomiositlər hüceyrə kənarının yan-boylama hissələri ilə neksuslarla (yarıqlı kontakt) birləşirl ər. Neksuslar vasitəsi ilə oyanma impulsu hüceyrədən-hüceyrəyə ötürülür, sinxron təqəllüs baş verir.


Qulaqcıq kardiomiositləri arasında yaxşı inkişaf etmiş Holci kompleksinə və sekretor danələrə malik olan kardiomiositlər yerləşirlər. Bu sekretor danələrdə atriopeptin maddəsi aşkar olunmuşdur. Atipik kardiomiositlər ürəyin aparıcı sistemini təşkil edirlər. Onlar içərisində ritmi yaradan və ötürən hüceyrələr ayırd edilir. Atipik kardiomiositlərdə spontan depolyarizasiya etmək qabiliyyəti vardır. Kardiomiositlərin bu növləri haqqında geniş məlumat xüsusi histologiya bölməsində (Ürək-qan damar sistemi) veriləcəkdir

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin