Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə109/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   105   106   107   108   109   110   111   112   ...   128
2 5379791321034655986

SİNİR HÜCEYRƏLƏRİ (NEUROCUTİ)
Sinir hüceyrəsi çıxıntılı hüceyrədir və o, öz çıxı ntıları ilə birlikdə neyron ( neuronum), və ya nevron, ya da neyrosit (neyrocytus) adlanır. Neyron, sinir toxumasının əsas quruluş və funksional vahididir.
60

Neyronda hüceyrə cismindən əlavə çıxıntılar ayırd edilir [1, s. 154-157, şək. 17.5-17.8]. Sinir hüceyrəsinin çıxınt ıları iki növdür: neyrit, ya, akson (neuritum) və dendrit (dendritum). Neyrit, və ya akson (latınca axis – “ox”) sinir impulsunu hüceyrə cismindən (perikariondan) işçi orqanlara (əzələlərə, vəzilər ə) və ya digər neyronlara aparır, dendritlər isə əksinə impulsu periferiyadan perikariona doğru aparır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti olub, bir ya bir neçə dendriti ola bilər. Beləlikl ə, çıxıntıları n ümumi miqdarı ayrı-ayrı neyronlarda eyni deyildir və bundan asılı olaraq üç növ neyron [1, s. 151, şək. 17.3] ayı rd edilir: birçıxıntılı, və ya unipolyar neyron (neurocutis unipolaris), ikiçıxıntılı və ya biopolyar neyron (neurocytus bipolaris) və çoxçıxıntılı, və ya multipolyar neyron (neurocytus multipolaris). Bunlardan əlavə, bir də psevdounipoiyar və ya yalan birçıxıntılı (neurocytus pseudounipolaris) hüceyrələr müəyyən edilir. Bu neyronların cismindən bir çıxıntı başlayır və tezliklə "T" hərfi kimi ikiyə bölünür. Deməli, psevdounipolyar hüceyrələr əslində ikiçıxınt ılıdı r, lakin başlanğıcda bu çıxı ntılar bir-biri ilə birləşmiş olur. Psevdounipolyar neyronların çıxıntılardan biri dendritə , digəri isə neyritə uyğundur. İnsanda defintiv halda əsil unipolyar sinir hüceyrəsinə təsadüf olunmur. Unipolyar neyronda olan cəmi bir çıxıntı neyritdən ibarətdir, onun dentriti olmur. Embrional dövrdə unipolyar neyronlar olur, lakin insanda embrional inkişafın sonrakı mə rhəl ələrində bunlar tezliklə iki ya, çoxç ıxıntılı neyronlara diferensiasiya edir. Bu onunla izah olunur ki, rüşeym dövründə inkişaf etmədə olan sinir hüceyrəsində əvvəl neyrit meydana çıxır, dentritlər isə daha sonra əmələ gəlir.

Bipolyar və ya ikiçıxınt ılı neyronların çıxı ntılarından biri dendrit, digəri isə neyritdir və onlar adətən hüceyrə nin əks qütblərindən başlayır. İnsanda əsil ikiçıxıntılı sinir hüceyrələrinə çox az təsadüf olur. Bunlara gözün tor qişasındakı ara neyronlar, qoxu neyronları və spinal qanqlionun (eşitmə orqanında) neyronları aiddir. Qeyd olunduğu kimi bipolyar neyronlara bir də psevdounipolyar neyronları aid etmək olar. Bunlara isə əksinə insanda çox tə sadüf olunur, belə ki, onurğa beyni qanqlionlarını təşkil edən neyronlar başlıca olaraq psevdounipolyar hüceyrələrdir.

Multipolyar sinir hüceyrələrinin çıxıntı ları üç və ya daha çox olur, lakin bunlardan yalnız biri neyrit olub, qalanları isə dendritlərdir. Multipolyar neyronlar insanda və digər məməlilərdə sinir hüceyrəl ərinin ən geniş yayılmış formasıdır. Onlara onurğa beynin ön buynuzlarının neyronlarını tipik misal kimi göstərmək olar. Bu neyronların neyriti adət ən çox uzun olub, insanda bəzən bir metrdən də artıq olur. Belə neyrona uzun aksonlu multipolyar neyron (neurocytus multipolarus longi axonicus) deyilir.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin