Ümumi histologiya


Aksonları qısa olan multipolyar neyronlar



Yüklə 1,33 Mb.
səhifə110/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   106   107   108   109   110   111   112   113   ...   128
2 5379791321034655986

Aksonları qısa olan multipolyar neyronlar da (neurocytus multipolaris brev iaxonicus) vardır. Dendritlər (yunanca dendron – “ağac”) çox vaxt qısa çıxıntılardır və bunlar bir qayda olaraq ağac

kimi şaxələnir. Onların uzunluğu bəzən mikronlarla ölçülür, lakin psevdounipolyar hüceyrələrdə dendritlər çox uzun çıxıntılardır və insanda uzunluqları hətta bir metrə qədər çatır. Dendritlər hüceyrə cismi yaxınlığında nisbətən qalın olur və oradan uzaqlaşdıqca nazikləşir. Neyrit nazik çıxıntıdır və bütün uzunluğu boyu öz qalınlığı nı dəyişmir. Lakin başlanğıcda neyrit konusa bə nzəyir, buna neyrit və ya akson ə sası (basis axonis) ya akson tə pəciyi deyilir. Dendritlərin şaxələri üzərində dendrit tikanları (spinula dendriti) adlanan çıxıntılara rast gəlmək olur. Dendrit periferik ucunda adətən şaxələ nir, bir sıra təsadüflərdə həmin şaxələr üzərində spesifik quruluşlu xüsusu qə buledici aparatlara və ya hissi sinir ucları na (reseptorlara) təsadüf olunur. Neyritlər isə effektor adlanan uc aparatla işçi orqanlarında qurtarır, digər təsadüflərdə isə neyritin ucları başqa neyronla sinaptik rabitələrlə təmasa gəlir.

Neyronlar morfofizioloji quruluşundan əlavə (çıxıntıların say ına görə) həmçinin funksional cəhətdən təsnif olunur. Bu cəhətdən hissi (afferent və ya affektor, ya da reseptor) neyronlar, ara (assosiativ) neyronlar və hər əki (efferent, və ya effektor, ya da motor) neyronlar ayı rd edilir. Hissi neyronlar reseptorlar vasitəsi ilə qəbul olunmuş qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə doğru aparır. Assosiativ neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır. Hərəki neyronlar mərkəzi sinir sistemindən oyanmanı işçi orqanlara ötürür.

Sinir hüceyrələrinin cismi müxtəlif formaya və ölçülərə malikdir. Formaca girdə, çoxbucaqlı, piramidəbənzə r, armudşəkilli, iyəbənzər və s. hüceyrələr müəyyən edilir. Adətən, insanda hissi sinir hüceyrələrinin cismi girdə olur, hərəki neyronlar isə sinir sisteminin ayrı-ayrı nahiyələrində eyni olmayıb spesifik formaya malik olur; məs.: beyin qabığının hüceyr ələri çox vaxt piramidə bənzəyir, beyincik qabığında isə armudşə kllidirl ər. Bir qayda olaraq insanın onurğa beyninin ön buynuzundakı hərəki hüceyrələr multipolyar və ya çoxbucaql ı şəkildə olur. Sinir hüceyrələri cisminin ölçüləri də ayrı-ayrı yerdə müxtəlif olur, bu ölçülər çox geniş diapazonda tərəddüd edir (4-30 mikron). Ən böyük hüceyrələrə


61

insanın beyin qabı ğında, ən kiçik hüceyrələrə isə beyincik qabığında rast gəlmək olur (dənə-sinir hüceyrələri). Lakin qeyd etmək lazımdır ki, beyin qabığında, ə ksinə, kiçik hüceyrələrə və beyincik qabığında böyük hüceyrələrə (armudabənzər hüceyrələr) də təsadüf olunur.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin