Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə112/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   108   109   110   111   112   113   114   115   ...   128
2 5379791321034655986

Bazofil maddə (substantio basophila) sinir hüceyrəsinin daimi spesifik strukdurdur. Bu maddə ədəbiyyatda müxtəlif adlarla məhşurdur: tiqroid və ya pələngvari maddə, Nisel qaymacıqları, ya da maddəsi və xromatofil maddə [1, s. 154, şək. 17.5]. Bazofil maddə perikarionda, habelə dendritlərdə
62

müşahidə olunur, heç vaxt neyritdə və onun əsasında təsadüf olunmur. İşı q mikroskopunda bu maddə əsasən boyaqlarla (metilen abı sı, tionin və s) rənglənmiş preparatlarda aşkar edilir və dənələr, ya onların qaymacı q şəklində toplantıları kimi görünür. Belə mənzərə neyroplazmaya ləkəli şəkil verə rək onu pələng dərisinə oxşadır ki, buradan da tiqroid (rusca tiqr – “pələng” və yunanca eidos – “bənzər”) maddə termini yaranmışdır.

Bazofil maddə haqqı nda əsl təsəvvür elektron mikroskopunun tətbiqindən sonra yaranmı şdır və müə yyən edilmişdir ki, bu maddə digər hüceyrələrin dənəli sitoplazmatik toruna müvafiqdir [1, s. 155, şək. 17.6]. Neyroplazmanın bazofil maddəsi aşkar edilən yerləri ribosomlarla zəngin olan nahiyələrdir, buna əsas ən də, bazofil maddə qaymacıqları toplanan nahiyələrdə zülalın fəal sintez olunduğunu düşünmək olar. Həmin zülal neyronun spesifik funksiyası ilə ə laqədardır. Beləliklə, bazofil maddə nahiyəsində histokimyəvi cəhətdən RNT-dən əlavə, əsas zülalların olduğu aşkarlanmışdır, burada bəzən (məsələn, hərəki neyronlarda) qlikogen də aşkar edilir.

Müxtəlif neyronlarda bazofil maddənin morfologiyası eyni deyildir. Məsələn, onurğa beyinin hər əki sinir hüceyrələrində bazofil maddə böyük qaymacıqlar şə klində olur və bilavasitə nüvə ətrafında daha sıx yerləşir. Periferiyada və dendritlərdə bazofil maddə kiçik dənələr şəklində olub bir-birindən aralı yerləşir. Onurğa beyninin hissi neyronlarında isə bu maddənin dənələri daha narın olur və bərabər sur ətdə bütün perikarionda (onun periferik ensiz hissəsindən başqa) paylanır. Vegetativ sinir hüceyrələrində də bazofil maddə nar ın dənələr şəklində olur, lakin onlar bərabər paylanmır və görünüşcə tora bənzəyir. Belə mənzərəyə simpatik qanqlionların çoxunda təsadüf olunur. Günəş kə ləfi qanqlionu hüceyrələrində, habelə ulduzabənzər qanqlionda əksinə, bazofil maddə kobud qaymacıqlar şəklində nəinki perikarionda, habelə dendritlərdə də olur.

Bazofil maddə nin morfofiziologiyası sinir hüceyrələrinin funksional halından asılı olaraq dəyişir. Hüceyrənin spesifik fəaliyyəti optimal dər əcədə artdıqda, neyroplazmanın bazofil maddə olan yerləri daha intensiv boyanır və qaymacıqlar yaxşı nəzər ə çarpır. Lakin sinir hüceyrələrinin həddən artı q gərgin fəaliyyə ti zamanı, travma şə raitində (məs.: sinir hüceyrəsi çıxıntı ları kəsildikdə), zə hərlənmə zamanı, oksigen aclığı olduqda və s. şə raitdə bazofil maddə qaymacı qları parçalanır, onların miqdarı azalır və tədricən əriyib yoxa çıxır. Belə hala xromatoliz, ya tiqroliz deyilir. Bu zaman bazofil maddə əvvəlcə dendritlərdən, sonra isə perikariondan itir. Xromatoliz prosesində nüvə bir qayda olaraq, ekssentrik vəziyyət alır. Əgər bu hadisəyə səbəb olan amillə r aradan götürülərsə bazofil maddə yenidən bərpa olunur. Beləliklə, bu maddənin miqdarı, forması və yerləşmə xüsusiyyətləri neyronun funksional halını əks etdirir.
Neyroplazmada dənəsiz sitoplazmatik tora da təsadüf olunur. O, dar borucuqlar və qovucuqlar şəklində görünür.

Sinir hüceyrələrinin xarakterizə edən digər spesifik orqanellərə işıq mikroskopunda xüsusi üsulla (gümüşləmə) hazırlanmış preparatlarda aşkar edilən neyrofibrillər (neurofibrilli) aiddir. Neyrofibrillər hüceyrənin hə m cismində, həm də çıxıntılarda müşahidə olunur. Hüceyrənin cismində, habelə dendritlərin başlanğıcında neyrofibrillər müxtəlif istiqamətlərdə gedərək çox sıx və incə tor təşkil edir; neyrit və dendritlərin periferik hissəsində isə onlar boylama istiqamətdə bir-birinə paralel yerləşir. Neyrofibrillər neyroplazmanın xətti istiqamətdə düzülən zülal molekullarından ibarətdir. Bunlar çox mütəhərrikdir və sinir hüceyrəsinin oyanma halı dəyişdikdə neyrofibrillər də dəyişir; güclü oyanmalar zamanı onlar hətta itə bilər.Qış yuxusuna gedən heyvanlarda sinir hüceyrələri cismində neyrofibrillər tor şəklində deyil, ayrı-ayrı dəstələr şəklində yerləşir.

Qeyd etmək lazımdır ki, neyrofibrillər yalnız optik mikroskopda görünür, elektron mikroskopunda isə bunların əvə zində çox nazik saplar – neyrofilamentlər (neurofilamenti) və borucuqlar – neyroborucuqlar (neurotubuli) aşkar edilir [1, s. 39, şək. 5.15]. Neyrofilamentlərin qalınlığı 6,0-10 nm neyroborucuqların diametri isə 20-300 nm-dir. İşı q mikroskopu üçün hazırlanan preparatda fiksasiya zamanı saplar və borucuqlar bir-birinə çox yaxın olduğundan onlar bütöv və nisbətən qalın dəstələr şəklində müşahidə edilir və gümüşlə boyadıqda qara rəng alır.

Neyrofibrillərin funksional əhəmiyyəti dəqiq müəyyən edilməmişdir. Mövcud olan mülahizələrdən birinə görə neyrofibrillər oyanmanın nəql olunmasında bilavasitə iştirak edir. Bəzi müəlliflərin fikrincə neyrofibrillər istinad vəzifəsini icra edərək, sinir hüceyrəsinin skeletini (sitoskeleti) əmələ gətirir. Sinir hüceyrəsinin histokimyəvi tədqiqi göstərmişdir ki, onun hialoplazmasında qlikogen, lipidlər, C vitamini,


63

müxtəlif amin turşular ı və s. vardır. Bunlarla yanaşı hialoplazmada və neyroplazmanın zarlı strukturlarında müxtəlif fermentlər (oksidaza, peroksidaza, fosfataza, fosforilaza, xolinesteraz və s.) müəyyən edilmişdir. Sinir hüceyrələrində piqment əlavələri də aşkar edilmişdir. Bunlar iki növdür: melanin və lipofussin. Melanin qara rəngdə olub, müxtəlif ölçülü dənələr şəkilində sinir sisteminin yalnız bəzi yerlərində (azan sinirin dorzal qanqlionunda, beynin qara maddəsinin və göy yerin neyronlarında) təsadüf olunur; bu hüceyrələr neyromelanositl ər adlanır. Lipoffusin sarı piqment olub, tərkibində lipoid maddələr vardır və ona kiçik dənələr şəklində, demək olar ki, bütün sinir hüceyrələrində rast gəlmək olur. Əvvəllər lipofussinin qoca yaşlar üşün xarakter olduğu etiraf olunurdu, indi isə müəyyən edilmişdir ki, bu piqmentə uşaqlarda da (7 yaşından sonra) təsadüf olunur.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin