Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə114/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   110   111   112   113   114   115   116   117   ...   128
2 5379791321034655986

NEYROQLİYA (NEUROGLİA)
Neyroqliya, ya qliya (yunanca glia – yapışqan deməkdir) neyronlarla birlikdə sinir toxumasını təşkil edir. Spesifik sinir fəaliyyətini icra edən neyronlardan fərqli olaraq, neyroqliya yardımçı vəzifə daşıyır. Buraya istinad, trofik, ayrıcı (hüdudi), sekretor və mühafizə vəzifələri aiddir. Neyroqliya, müxtə lif formaya, vəzifəyə və mənşəyə malik çoxlu hüceyrə elementlərindən ibarətdir. Bu hüceyrələr iki qrupa bölünür: qliositlər,və qliya makrofaqları.
Qliositlər (gliocyti) əvvəllər makroqliya, qliya makrofaqlar ı (macrophagus) mikroqliya adlanırdı. Qliositlər sinir borusunun spongioblast adlanan hüceyrələrindən, qliya makrofaqları isə mezinximdən inkişaf edir. Qliositlər üç növdür: astrositlər, ependimositlər və oliqodendroqliositlər Astrositlər (astrocyti) çoxlu çıxıntılara malik xırda ulduzşəkilli (yunanca aster-ulduz) hüceyrələrdir. Çı xıntılar şüa kimi hər tərəfə yayılır [1, s. 153-156, şək. 17.4 və 17.7]. Nüvələri girdə ya oval şəkildə olur və onlarda nüvəcik müəyyən edilmir. Sitoplazmada adi hüceyrələrdə müşahidə olunan orqanellərə t əsadüf olunur. Lakin sitoplazmatik tor aparat zəif nəzərə çarpır. Çıxıntıların forma və quruluşundan asılı olaraq, əsasən iki növ astrosit lifli astrositlər (astrociti fibrosi) və plazmatik astrositlər (astrociti plazmatici).müəyyən edilir;

Lifli ya uzunşüalı astrositlə rin çıxıntıları uzun, hamar və zəif şaxəli olur. Bunlar bir- biri ilə çarpazlaşaraq sıx tor əmələ gətirir ki, bu da beyin üçün istinad vəzifəsini görür. Lifli astrositlər başlıca olaraq beynin ağ maddəsində yerləşir. Qan damarları ətrafında çıxıntılar genişlənərək hüdudi zar təşkil edir və onlara qliyavaskulyar zar deyilir.

Plazmatik astrositlər beynin boz maddəsi üçün daha xarakterdir. Bunları n çıxıntıları nisbətən qısa, qal ın və çoxşaxəli olur. Sitoplazmada mitoxondrilər çoxdur, buna gör ə həmin astrositlər istinad vəzifəsi ilə yanaşı mübadilə prosesində də iş tirak edir. Bunlar çox sıx yerləşir, çıxıntılar çarpazlaş araq keçəşəkilli zəif struktur əmələ gətirir; bunlar ın ilgəklərində neyronlar yerləşir. Plazmatik astrositlər iri, girdə və az xromatinli nüvəyə malikdir. Qeyd olunan formalardan əlavə bəzi astrositlər keçid forma təşkil edərə k lifli plazmatik astrositlər (astrocyti fibroplasmatici) adlanır. Beləliklə, astrositlər mərkəzi sinir sistemi üçün istinad, trofik və hüdudi funksiya daşıyır.

Ependimositlər və ya ependim hüceyrələri (ependimocti) bir-biri ilə sıx təmas edə rək ependim qatı şəklində beynin bütün mədəciklərini və onurğa beyni kanalını daxildən ötürür [1, s. 153, şək. 17.4]. Aşağı


64

sinif onurğalılarda ependim daha yaxşı inkişaf etmişdir; insanda və digər ali onurğalılarda ependimositlər inkişafın erkən mərhələlərində böyüklərə nisbətən daha yaxşı nəzərə çarpır.

Ependim hüceyrəl əri polyarlı q xüsusiyyətinə malikdir, beləki onların apikal və bazal hissələri bir-birindən fərqlənir. Yeni doğulmuş uşaqlarda hüceyrənin apikal sə thində çoxlu kirpiklərə təsadüf olunur, yaşa dolduqca onlar aradan çıxır və yalnız bəzi yerlərdə, mə sələn, orta beynin su yolunda qalır. Ependim hüceyrələrinin bazal tərəfindən uzun çıxıntılar ba şlayır, onlar şaxələnərək sinir borusunun bütün qalınlı ğını keçir və onun xarici səthində hüdudi zar (membrana limitans glialis extuna) əmə lə gətirir. Erkən ya şlarda ependim hüceyrələ ri silindrik olur, yaşa dolduqca onlar yastılaşaraq kubabənzər şəkil alır. Ependim hüceyrələri həm istinad, həm də hüdudi (ayrıcı) vəzifə icra edir. Lakin yaşa dolduqca bunların istinad vəzifəsi zəifləyir. Bu hüceyrələrin bəziləri sekretor fəaliyyət göstərir, yəni onlar bilavasitə beyin mədəciklərinə və hə tta qana fəal maddələr ifraz edir. Ependimositlər serebrospinal mayenin əmələ gəlməsində də iştirak edir.

Elektron mikroskopu vasitəsilə , ependim hüceyrələrinin bazal səthində sitolemma çoxsaylı və dərin büküşlər əmələ gətirməsi, apikal səthində isə kirpiklər əvəzində sitoplazmatik çıxıntılar olur. Sitoplazmada iri mitoxondrilər və müxtəlif əlavələr (lipidlər, piqmentlər) təsadüf olunur.

Oliqodendroqliostlər və ya oliqodendroqliya hüceyrələ ri (oliqodendroqliocyti) neyroqliyanın ən çox yayılmış hüceyrələri olub, həm mərkəzi, həm də periferik sinir sistemində müşahidə edilir. Onlar boz maddədə ə sasən neyronun cismi ətrafında yerləşir, ağ maddədə və periferik sinirlərdə neyronun çıxıntı larını xaricdən əhatə edərək sinir liflə rini əmələ gətirir və nəhayət qeyri-sərbəst sinir uclarının əmələ gəlməsində iştirak edir. Boz maddədə olan oliqodendroqliya hüceyrələri xırda olub, qısa və zəif şaxəli çıxınt ılara malikdir; çıxıntılar ının qısalığı və azlığı ilə onlar astrositlərdə n fərqlənir. Adətən, hüceyrələrin cismi oval ya çoxbucaqlı şəkildə olur. Periferik sinir düyünlərində onlar qanqlioz hüceyrələri hər tərəfdən əhatə edir və manti hüceyrələri (satellitlər) adlanır.

Elektron mikroskopu vasitə si ilə oliqodendroqliya hüceyrələrində yaxşı nəzərə çarpan sitoplazmatik tor müəyyən edilmişdir, bu isə, həmin hüceyrələrin zülal və lipid sintezində iştirak etdiyini göstərir. Sitoplazmanın elektron sıxlığına görə oliqodendroqliya hüceyrələri sinir hüceyrələrinə çox oxşayır, lakin neyrofilamentlərin olmaması ilə onlardan fərqlənir.


Oliqodendroqliya sinir toxuması üçün mühüm əhəmiyyətə malikdir. Onlar trofik fəaliyyətlə yanaşı sinir liflərində ayrıcı (hüdudi) və istinad vəzifələrini görür, həmin liflərin regenerasiya prosesində iştirak edir. Sinir uclarında oliqodendroqliya hüceyrələri qıcıqların qəbul edilib sinir impulsuna çevrilməsind ə və onun sinir lifinə ötürülməsində də iştirak edir. Həmçinin, bu hüceyrələrdə zülal və lipidlərin sintezi baş verir.

Qliya makrofaqları və ya mikroqliya, ya mezoqliya, ya da Horteq hüceyrələri, qeyd olunduğu kimi, mezenxim mənşəli olması ilə bütün digər qliya hüceyrələ rindən fə rql ənir. Bunlar girdə və ya ovalşə killi hüceyrələr olub, 2 ya 3 qısa ç ıxıntılara malikdir. Çıxıntılar iki və ya üç sıra şaxələrə bölünür. Nüvələ ri çox vaxt girdə görünür, xromatin az olduğundan açıq rəngə boyanır və nüvəciklər aydın nəzərə çarpır. Qliya makrofaqları faqositoz qabiliyyətinə və amöbvarı hərəkətə malikdir. Faqositoz prosesində və qıcıqlanmalar zamanı çıxıntılar hüceyrə yə doğru dart ılır və nəticədə girdələşərə k dənəli kürələr adlanır. Qliya makrofaqları toxumanın dağılmış elementlərini və müxtəlif yad maddələri udur.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin