Saya əzələ toxumasını regenerasiyası. Adi hallarda yeni saya əzələ hüceyrələri yaranmı r, saya əzələ hüceyrəl ərində regenerasiya prosesləri subhüceyrə, molekulyar səviyyədə gedə bilir. Lakin funksional yük zamanı (məs.: hamiləlikdə uşaqlıq divarında) və patoloji hallarda orqanı n divarında saya əzələ toxumasını həcmi arta bilər. Bu adətən ya hipertrofiya (miositlərin həcminin artması) ya da hiperplaziya (miositlərin miqdarının artması) nəticəsində baş verir. Bəzi müəlliflər belə hesab edirlər ki, hiperplaziya toxumada olan az diferensiasiya etmiş hüceyrəl ərin hesabına gedir. Əksər müəlliflərin fikrincə isə müəyyən stimuləedici faktorların təsirindən yetkin saya əzələ hüceyrələri yenidən bölünmə qabliyyəti əldə edirlər.