Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə103/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   99   100   101   102   103   104   105   106   ...   128
2 5379791321034655986

Saya ə zələ hüceyrəsi miosit. Saya əzələ hüceyrələri iyvari, bəzən çıxıntılı formada olub, qonşu hüceyrələ rlə birgə saya əzəl ə dəstələ rini, dəstələr də öz növbəsind ə birləşərək əzələ qatlarını təşkil edir. Miositlər və əzələ dəstələri arasında olan kövşək lifli birləşdirici toxuma arakəsmələrində sinirlər, qan damarları , limfa damarları keçir. Saya əzələ hüceyrələ ri orqanların divarında boylama, köndələn, sirkulyar, çəp və s. dəstələr t əşkil edirlər. Tək-tək yerləşən saya əzələ hüceyrələrinə də rast gəlmək olur. (məs.: damarların subendotel qatında)

Saya əzələ hüceyrəsinin uzunluğu 20 mkm-dən 1 mm-ə qədər ola bilər. Oval nüvə mərkəzdə yerləşir. Sarkoplazmada nüvə yaxınlığında Holci kompleksi, çoxlu sayda mitoxondrilər, sərbəst ribosomlar, sarkoplazmatik tor yerləşmi şdir. Sitoplazmada yaxşı inkişaf etmi ş dənəli endoplazmatik tor aşkar edilir, bu da onunla əlaqədardır ki, bu hüceyrələr təqəllüs filamentləri ilə yanaşı sintetik funksiya da yerinə yetirirlər. Belə ki, fibroblastlar kimi onlar da hüceyrəarası maddənin komponentlərini – proteoqlikanlar, kollagen, elastin və s. sintez edirlər. Xüsus ən, damar divarında olan saya əzələ hüceyrəl ərində bu funksiya daha cox nəzərə carpır. Saya əzələ hüceyrələrində skelet əzlə lifləri ücün xarakter olan membran strukturları (T-borucuqlar, L-kanalcıqlar) yoxdur. Bildiyimiz kimi, təqəllüsün baş verməsi ücün sitozolda Ca2+ ionlarının miqdarı artmalıdır, bu ionlar isə saya əzələ hüceyrəsində sitozola hamar endoplazmatik şəbə kədən və hüceyrəxarici mühitdən daxil olurlar. Ca2+ ionlarının depolanmasında və transportunda həmcinin plazmolemmanın əmələ gətirdiyi çox sayda kaveolalar iştirak edirlər. Bundan

57

ba şqa, saya əzələ hüceyrəl ərinin plazmolemmasında Ca2+ ionlarının nə qliyyatı üçün oyanma zamanı, ya da membran reseptorlarına müəyyən requlyatorların təsiri olduqda açıla bilən Ca2+ kanalları olur.


Aktin miofilamentləri miositin boylama oxu boyunca üçölçülü tor şəklində yerləşirlər. Saya əzələ hüceyrəsini əhatə edən bazal membranda proteoqlikanlar, III, IV tip kollagen aşkar olunur. Bazal membran komponentləri, hüceyrəarası maddədəki elastin saya əz ələ toxuması nda tək saya əzələ hüceyrələri tərəfindən yox, həm də birləşdirici toxumanın fibroblastları tərəfindən də sintez olunur.

Сайа язяля тохумасында sakitlik halında nazik вя yoğun filamentlər енинязолаглы язялялярдя mövcud olan миофибрилlə ri ямяля эятирмир. Сайа язяля щцъейряляриндя nazik filamentlər yalnız aktindən təşkil olunurlar və onun tərkibində troponin, tropomiozin kimi tənzimləyici zülallar yoxdur. Bu filamentlər сайа язяля hüceyrəsinin əsasən бойлама оху бойунъа истигамятлянмиш, сых ъисимъикляря бирляшмиш стабил актин сапларыnı təşkil edirlər. Актин филаментлярi


плазмолемма иля хцсуси нюв тикян зцлалларла ( -актинин) бирляширляр. Elektron mikroskopik

şəkillərdə bu sahələr sıx cisimcik kimi görünürlər. Sıx cisimciklər saya əzələ hüceyrələrində sitoskelet elementlərinin iştirakı ilə formalaşan spesifik strukturlardır. Sıx cisimciklər əsasən plazmolemmada, həm də sitoplazmada yerləşirlər. Sitoplazmada yerləşən s ıx cisimciklər ara filamentlərin iştirakı ilə sitoplazmada fiksə olunurlar. Sıx cisimcikləri eninəzolaql ı əzələ toxumasındakı aktin filamentlərinin fiksə olunduğu telofraqmanın analoqu hesab etmək olar. Aktin filamentlərinin istər plazmolemmada , istərsə də


sitoplazmadakı sıx cisimciklərdə fiksasiyasında -актинин zülalları iştirak edir. Aktin filamentlərinin bir ucu sıx cisimciklərə fiksə olunur, o biri ucu isə sərbəst qalır.
Miozin monomerləri sitozolda sərbəst olaraq aktin filamentləri yanında yerləşirlər, fiksə olunmurlar,

təqəllüs zamanı polimerləşərək miozin filamentini əmə lə gətirirlər. Miozin filamentinin formalaşması, aktin və miozin saplarının qarşılıqlı əlaqəsi Ca2+ kalsium ionlarının iştirakı ilə gedir.


Saya əzələ hüceyrələrində hamar endoplazmatik torun uzun borucuqları və sarkolemmanın əmələ gətirdiyi çoxlu sayda qovuqlar (kaveolalar) kalsium ionları üçün depo rolunu oynayırlar. Bu strukturların membranında kalsium ionlarının nəqliyyatını təmin edən stukturlar olur: Ca2+-ATF-aza fermenti Ca2+ ionlarını sitoplazmadan depolara qovur, Ca2+ kanalları vasitəsi ilə isə kalsium depolardan sitoplazmaya çıxır.
Digər əzələ toxumalar ında olduğu kimi, saya əzələ toxumasında da aktin-miozin kimyəvi-mexaniki çeviricisi fəaliyyət göstə rir. Lakin saya əzələ toxumasında miozinin ATF-aza aktivliyi, eninəzolaqlı ə zələ toxuması ndakı miozinin ATF-aza aktivliyindən çox azdır. Aktin-miozin körpülə ri gec ə mələ gəlir və gec dağıldığı üçün saya əzələ toxuması gec təqəllüs edir və təqəllüs vəziyyətini uzun müddət saxlayır.
Saya əzələ toxumasında saya əzələ hüceyrələri arasında neksuslar mövcuddur. Saya əzələ hüceyrələri çox da nəzərə çarpmayan hüceyrəarası sahələrdə yerləşirlər. Miositlər bazal membranla əhatə olunur. Bəzi nahiyələrdə bazal zarda “pəncər ələr” olur ki, bu da qonşu hüceyrələrin membranlarının yaxınlaşmasına s əbəb olur. Neksuslar məhz bu hissələrdə yaranır ki, bu da hüceyrələr arasında metabolik əlaqəni də tə min edir. Bazal zarın üzə ri ilə yerləşən retikulyar və elastiki liflər saya əzəl ə hüceyrələrini birləşdirərək vahid toxuma kompleksi yaradırlar. Oyanma impulsu bu kontaktlar vasitəsi ilə hüceyrədən hüceyrəyə verilir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin