Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə123/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   120   121   122   123   124   125   126   127   128
2 5379791321034655986

SİNAPS (SYNAPSİS)
Sinaps adı altında adətən neyronlar arasındakı rabitə forması düşünülür. Sinaps yunan sözü olub təmas, rabitə deməkdir. Bu termini 1897-ci ildə Ç.Şerrinqton təklif etmişdir. Sinaps vasitə si ilə oyanma bir neyrondan digərinə verilir. Neyronla onun innervasiya etdiyi toxuma (əzələ və ya vəzi epiteli) arasındakı rabitə də sinaps adlanır (əzələ və akso – epitel sinapslar).

Neyronarası sinapslar bir neçə növ olur: akson-somatik, akso-dendritik, akso-aksonal və dendro-dendritik sinapslar. Akso-somatik sinapsda bir neyronun aksonunun uc şaxələri digər neyronun hüceyrə cismi ilə rabitəyə girir. Əgər aksonun uc şaxələri digər neyronun dendritləri ilə rabitəyə girirsə buna akson-dendritik sinaps deyilir. Bəzi iki neyronun aksonları arasında rabitə müşahidə edilir ki, bu da akso-aksonal sinaps adlanır. Iki neyronun dendritləri aras ında da sinaptik rabitə (dendro-dendritik sinaps) ola bilər. Birinci neyronun aksonunun uc şaxə ləri müxtəlif sinapslarda eyni quruluşa malik deyildir. Bəzi yerlərdə bu şaxəl ər nazik saplar şəklində digər neyronun cisminin və ya dendritlərinin üzərinə səpilir, digər sinapslarda uc şaxələri müxtəlif formalı qalınlaşmalar (düymə, halqa, kolba, kasacıq


70

və s. şəkildə) əmələ gətirir. Bəzən uc şaxənin qalınlaşması digər neyronun cismi üzərində xüsusi basıqlara daxil olur, buna invaginasion sinaps deyilir.

Hər sinapsda iki hissə ayırd edilir, presinaptik qütb (polus presynapticus) və postsinaptik qütb (polus postsynapticus). Presinaptik qütbü aksonun uc ş axələri əmə lə gətirir [1, s. 158, şək. 17.9]. Postsinaptik qütbü isə ikinci neyronun cismi, ya dendriti təşkil edir. Elektron mikroskopu ilə aparılan tədqiqat zamanı sinaps nahiyəsində hər iki neyronun hüdudları aydın nəzərə çarpır. Burada ik zar müə yən edilir: presinaptik zar (membrana presynaptica) və postsinaptik zar (membrana postsynaptika). Bu zarlar bir-birindən 20-30 nm eninə malik sinaptik yarıqla (fissura synaptika) ayrılmışdır. Presinaptik zar akson qişasının (aksolemma) ardıdır, postsinaptik zarı isə ikinci neyronun sitolemması təşkil edir. Presinaptik qütb adətən daha böyük biokimyəvi fəallı ğa malikdir. Burda çoxlu mitoxondril ər və təxminən eyni ölçülü (30-50 nm) sinaptik qovucuqlar aşkar edilmişdir. Qovucuqlar iki r əngdə görünür: açıq (parlaq) və tünd (sıx) qovucuqlar. Açıq rəngli qovucuqlarda asetilxolin və tünd qovucuqlarda noradrenalin adlı maddələ rin (mediatorların) olduğu ehtimal edilir. Bu maddələr impulsu presinaptik qütbdən postsinaptik qütbə ötürür.

Sinaps nahiyyəsində oyanma (impuls) yalnız bir istiqamətdə aksondan ikinci neyrona tərəf nəql olunur. Belə polyarlı q xüsusiyyəti elektron mikroskopu vasitəsilə da təsdiq edilmişdir. Belə ki, postsinaptik qütbdə nə mitoxondrilər, nə də sinaptik qovucuqlar olmur.

Sinaps nahiyyəsində impulsun ötürülməsi sürətlənib, və ya ləngiyə bilər. Bu neyromediatorun təbiətindən asılıdır: γ-aminyag turşusu, dofamin, qlisin, noradrenalin bir qayda olaraq tormozlayıcı neyromediatorlardır; asetilxolin, serotonin isə sinapslarda oyanmanın nəql olunmasını təmin edir. Akson-aksonal sinapslarda impulsun nəql olunması deyil, əksinə, digər sinapslardan alınan impulsların tormozlanması baş verdiyi ehtimal olunur.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin