sinir yastığını və ya darağını ( crista neuralis) əmələ gətirir. Sinir şırımı qapanıb sinir borusuna çevrilən zaman, bir qrup hüceyrələr ayrılaraq sinir daraqları ilə ektoderma arasında bütöv bir qat təş kil edir ki, buna da qanqlioz lövhə deyilir. Sonra qanqlioz hövhələ rin hüceyrələri miqrasiya edərək sinir borusunun yan tərəflə rində qanqlioz yastıqlar şəklində yerləşir. Həmin yastı qlar seqmentlər ə bölünür ki, bu seqmentlər də gələc əkdə kəllə-onurğa beyni qanqlionlarını (ganglia craniospinalis) təşkil edir. Daha sonra bunlardan önə doğru miqrasiya edən hüceyrələr vegetativ sinir sisteminin qanqlionları nı (ganglia autonomica)əmələgətirir. Hüceyrələrin bir qismi isəxromoffin hüceyrələrəçevirilir. Sinir borusununkranial və kaudal ucları qapalı olur: gələcəkdə borunun kranial hissəsindən baş beyin, yerdə qalan hissəsindən isə onurğa beyni inkişaf edir. Sinir borusunun divarları rüşeymi inkişafı n əvvəllərində bir qat silindrik hüceyrələrdən təşkil olunur. Sonra bu hüceyrələ r mitoz üsulu ilə bölünərək şiddətlə çoxal ırlar və nəticədə sinir borusunun divarı qalınlaşır. İnkişafın bu mərhə ləsində sinir borusunun divarında üç qat ayırd edilir: