SİNİR TOXUMASI ELEMENTLƏRİNİN İNKİŞAFI VƏ REGENERASİYASI Sinir toxuması xarici rüşeym vərəqəsindən, yəni ektodermadan inkişaf edir. Məlum oldu ğu kimi, ektoderma rüşeymi inkişafın lap əvvəllərində iki hissəyə defferensasiya edir; dəri ektoderması və sinir ektoderması və ya neyroektoderma. Də ri ektodermasından dərinin epitel qatı (epidemis) və bu qatın törəmə ləri (tər vəzləri, piy vəzləri, tüklər və dırnaqlar), sinir ektodermasından isə sinir sisteminin hissələri inkişaf edir. Sinir ektoderması xarici rüşeym vərəqəsinin dorzal hissəsi olub kranio-kaudal istiqamətdə yerləşir. Bu nahiyə tezliklə qalınlaşaraq ektodermanın digər hissəsindən fərqlənir və