Sümük toxumasının regenerasiyası Sümük toxuması yaxşı regenerasiya qabiliyyətinə malikdir. Sümük sındıqda, adətən, sümüküstlüyünün də tamlığı pozulur və nəticədə orada olan hüceyrə elementləri baş verən qıcıqlanmalara qarşı reaksiya verir; onlar törə yib artaraq zədə yerinə doğru yerl ərini dəyişir və s ınan sümük ucları nı bir-biri ilə birl əşdirir. Bununla yanaşı sümüküstlüyündə çoxlu qan damarları və onları əhatə edən osteoblastlar meydana çıxır. Həmin hüceyrələr sümük lövhələri yaratmağa başlayı r və getdikcə bunların miqdarı artır. Nəhayət, həftə yarım və ya iki həftə müddətində, sınıq yeri hər tərəfdən yeni sümük toxuması ilə əhatə olunur və bu toxuma sümük ucları arasına keçərək onları bir-birinə bərk bitişdirir. Yeni sümük nahiyəsi nisbətən qalın olur və sümük döyə nəyi adlanır. Döyənək nahiyəsində əvvəlcə osteonlar olmur, sonra tədricən sümüyün formalaşması ilə əlaqədar olaraq osteonlar yarana bilər. Sümüyün regenerasiyasında endost da iştirak edir.