Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə90/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   86   87   88   89   90   91   92   93   ...   128
2 5379791321034655986

ƏZƏLƏ TOXUMALARI
Əzələ toxumalarına aktiv yığılma qabiliyyəinə malik olan, mənşəyinə və quruluşuna görə müxtəlif olan toxumalar aiddir. Bu toxumalar orqanizmin bütövlükdə fəzada yerdəyişməsini və ya ayrı-ayrı hissələrinin hərəkətini, daxili orqanlarda hərəkəti təmin edir.

Canlı orqanizmin bütün hüceyrələrinin sitoplazmasında təqəllüs mikrofilamentləri vardır. Lakin ixtisaslaşmış ə zələ sistemlərində bu filamentlər daha yaxşı inkişaf etmişdir və bu sistemlərdə aktin-miozin kompleksi elə inkişaf səviyyəsinə çatır ki, o, mexaniki işi yaradır.

Əzələ toxumalarının ayrı- ayrı növləri bir-birindən quruluş xüsusiyyətlərinə görə fərqlə nsələr də əzələ toxuması elementlərinin xarakter ümumi morfoloji əlamətləri olur: əvvəla iyvari formaya malikdirlər; təqəllüsü təmin edən spesifik orqanellərə - boylama yerləşmiş miofibril və miofilamentlərə malikdirl ər; mitoxondrilər t əqəllüs elementlərinin yanında yerləşirlər; sitoplazmada qlikogen, lipid əlavələri və mioqlobin olur. Miofilamentlər ya milofibrillər təqəllüsü təmin edirlər. Bu miofilamentlər aktin və miozin fibrilyar zülalları ndan təşkil olunmuşlar. Fibrilyar zülalların qarşılıqlı təsiri mütləq Ca2+ ionlarının iştirakı ilə gedir ki, bu da təqəllüsə səbəb olur. Mitoxondrilər bu prosesi enerji ilə təmin edir. Qlikogen və lipidlər enerji mənbəyi ehtiyatı rolunu oynayı r. Mioqlobin zülaldır, oksigeni özünə birləşdirir, əzələ yığılarkən qan damarları sıxıldığı üçün əzələyə O2 daxil olması kəskin azaldığı şəraitdə oksigen ehtiyatı mənbəyi rolunu oynayır.
Təsnifat. Əzələ toxumalar ı morfofunksional və histogenetik prinsip əsasında təsnif edilir. Morfofunksional təsnifata görə iki növ əzələ toxumaları ayırd edilir:


  1. Eninəzolaqlı əzələ toxumaları. Bu toxumalara skelet (somaik) və ürək əzələ toxuması aiddir.

  2. Saya əzələ toxumaları. Müxtəlif orqanların divarında olan əzələ toxumaları (bronx, mədə, bağırsaqlar, uşaqlıq, uşaqlıq boruları, sidik axarları, sidik kisəsi, damarların divarında) bu cür toxumadır.

Histogenetik olaraq əzələ toxumaları müxtəlif embrional mayalardan inkişaf edə bilirlər:

– saya əzələ toxuması – mezenximdən inkişaf edir, daxili orqanların, damarların divarında yerləşir;

– skelet əzələləri miotomlardan inkişaf edir;

– eninəzolaqlı ürək əzələ toxuması splanxnotomun visseral vərəqinin mioepikardial səhvəsindən inkişaf edir;

– neyral mənşəli əzələlər – göz bəbəyini daraldan və genəldən əzələlər sinir borusundan inkişaf edirlər;

Bundan başqa orqanizmdə toxuma təşkil etməyən mioepitelial hüceyrələr – epidermal mənşəli təqəllüs qabiliyyətli hüceyrələr də aşkar edilirlər ki, onlar da ektodermadan və prexordal lövhədən inkişaf edir.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin