Sümüyün ektopik inkişafı
Sümüyün ektopik (yunanca ek – “kənar, xaric” və topos – “yer”) inkişafı skeletdən kənarda, orqanizmin sümük üçün qeyri-adi yerlərində, məs.: böyüklərdə qalxanabənzər vəzidə, iri damarların
49
divarında, göz alması qişalarında və s. yerlərdə sümük toxuması nın meydana çıxması na deyilir. Belə hal patoloji şəraitdə baş verir, lakin bunu eksperimentdə də əldə etmək mümkündür. Heyvanda böyrək arteriyasını bağladıqda və ya dərialtına sidiklik epitelini köçürdükdə həmin yerlərdə sümük toxuması əmələ gəlir. Belə hallarda az diferensiasiya etmiş birləşdirici toxuma hüceyrələ ri dəyişir, q ələvi fosfataza fəallıq əldə edir, onlarda RNT və qlikogenin miqdarı artır və nəhayət, bu hüceyrələr osteoblastlara diferensiasiya edir. Daha sonra (10-12 gündən sonra) kirəcləşən sümük parçaları əmələ gəlir. Bəzi müəlliflər bunu əsil sümük toxuması hesab etmirlər.
Dostları ilə paylaş: |